Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2272/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair cavabdeh orqana nümayəndə vasitəsilə tələb olunan sənədlərlə birlikdə müraciət etmişdir. Cavabdeh onun müraciətini xx xxxx 2020-ci il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etmişdir. Müraciətə qanunvericlikdə nəzərdə tutulan müddət ərzində cavab vermədiklərinə və vətəndaş qəbulu olmadığına görə, qurumla hər gün telefon vastisəilə əlaqə saxlamışdır. Sonuncu dəfə x xxxxxxxx 2020-ci il tarixədək əlaqə saxlamış, oradan bildirmişlər ki, iş hələ baxılmaqdadır. Sonradan əvvəlki tarix göstərilməklə (xx xxxxxx 2020-ci il tarixli) məktubla ondan sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsi tələb olunmuşdur. Həmin məktubda qeyd edirir ki, ərizə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Halbuki ərizə xx xxxx 2020-ci ildə xəbərnaməyə imza atıb qəbul edilmişdir. x xxxxxxxx 2020-ci il tarixdə o, bütün sənədlərin təsdiq olunmuş surətlərini və əsillərini 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə nümayəndə vasitəsilə təqdim etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzindən telefonla bildirilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə sənədlər ƏƏSMN yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Bundan sonra o, dəfələrlə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əlaqə saxlamış, oradan isə hər dəfə iş hələ baxılmaqdadır cavabı bildirilmişdir. Məcbur olub, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı barəsində yuxarı dpyjət orqanlarına şikayətlər etmişdir. Bundan sonra, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından telefonla ona zəng edib bildirdilər ki, ərizə qeydiyyata alınır, tezliklə cavab veriləcəkdir. Göründüyü kimi, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiyanın təyin olunması, təyinatdan imtina olunması və vətəndaşların müraciətlərinə dair qanunların tələblərini kobud şəkildə pozurlar. Bundan sonra iddiaçı dəfələrlə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cəhd etsə də telefon əlaqəsi yaranmamışdır. Hesab olunur ki, aşağıdakı əsaslara görə iddia mümkün iddia sayılmalı, cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, İPM-in 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı x xxxxxxxx 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş, oradan isə bildirilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə sənədlər DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Bu müddət də hesablananda 35 gün artıqdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin jvə göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ veren tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvyədlə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi x xxxxxx 2006-cı il tarixədək qazanmış olsunlar. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanuna edilmiş əlavə və dəyişikliyə əsasən nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər ili 06 ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüququ 52 yaşında yaranması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olarsa, ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə onun (iddiaçının) Qanunun qüvvəyə mindiyi günədək tələb olunan həmin sığorta stajına nəzər salaq. O, xx xxxxxx 1965-cü il tarixdə Ağdam rayonunda doğulmuşdur. xx xxxx 1982-ci il tarixdən x xxxxxx 1983-cü il tarixədək Ağdam rayonu Jdanov adma Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (1 il, 3 ay, 22 gün), 1983 – 1985-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il), x xxxxxx 1986-cı il tarixdən x xxxxxx 1986cı il tarixədək Ağdam rayonu Jdanov adma Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (7 ay), 1986 – 1989-cu illərdə əyani olaraq X6 X3 adına Bakı Neft Texnikumunda neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının x xxxx 1989-cu il tarixli qərarı ilə ona texnik-neftyanik ixtisası verilərək adına HT-İ seriyalı 545457 nömrəli diplom verilmişdir (3 il). Qum adası X10 İdarəsi üzrə x xxxx 1989-cu il tarixdən xx xxxxxx 2002-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsində işləmişdir (12 il, 7 ay, 6 gün), xx xxxxxx 2002-ci il tarixdən x xxxxxx 2011-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir (x xxxxxx 2006-cı il tarixədək 3 il, 10 ay, 17 gün), x xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2011-ci il tarixədək KQLS-nə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X4 İdarəsi üzrə xx xxxxxx 2011-ci il tarixdən x xxxxxxxx 2012-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X7 İdarəsi üzrə x xxxxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X11 Qama İşləri İdarəsi üzrə xx xxxxxx 2013-cü il tarixdən x xxxxxx 2014-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. x xxxxxx 2014-cü il tarixdən hal-hazıradək “X8i” Tresti “Neft Daşları” İstehsalat bölümünün özülündə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləyir. x xxxxxx 2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikə iş stajı 24 il, 4 ay, 15 gün təşkil edir. Həmin 24 il, 4 ay, 15 gün əmək stajının 16 il, 5 ay, 23 günü AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixlijİ 320 nömrəli qərarının 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahəyə uyğun olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, x xxxx 1989-cu il tarixdən hal-hazıradək işlədiyi qazmaçı köməkçisi və qazmaçı vəzifəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölməsinə əsasən “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”nda qazmaçı köməkçisi və qazmaçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona 52 yaşdan, yəni xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O (iddiaçı), tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona (iddiaçıya) 52 yaşdan pensiya təyin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İPM-in 2, 4, 33, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, iddiaçıya 52 yaşdan (xx xxxxxx 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulamsı, maddi və mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı iddia tələbi qəbul edilmir. O, iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili əsaslı deyil. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilə bilməsi üçün onun x xxxxxx 2006-ci il tarixinədək (yəni, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilə bilməsi üçün onun x xxxxxx 2006-ci il tarixədək (yəni, «Əmək pensiyaları haqqında» AR Qanununun qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. İddiaçının əmək kitabçasından görünür ki, İddiaçı x xxxx 1989-cu il tarixdən xx xxxxxx 2002-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx xxxxxx 2002-ci ildən x xxxxxx 2011-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı işləmişdir. Göründüyü kimi, iddiaçının x xxxxxx 2006-cı il tarixədək AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» üzrə güzəştli iş stajı cəmi 3 il 10 ay 17 gün (xx xxxxxx 2002 – x xxxxxx 2006-cı il) təşkil edir. İddiaçının x xxxx 1989-cu il tarixdən xx xxxxxx 2002-ci il tarixədək işləmiş olduğu qazmaçı köməkçisi peşəsi ümumiyyətlə yuxarıda adıçəkilən siyahıda mövcud deyildir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 52 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, iş materiallarından görünür ki, x xxxxxx 2006-cı il tarixədək iddiaçının topladığı güzətli iş stajı 10 ildən azdır. Həmçinin, AR Ali Məhkəməsinin X1 iddiası üzrə qəbul etdiyi xx xxxxx 2019cu il tarixli 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, bu fikir yanlışdır. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və üstündə, habelə qısaçüddətli və ya uzunmüddətli və sair işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya utğunlaşdırma üçün peşənin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. SOCAR X8 Tresti tərəfindən təqdim edilmiş x xxxx 2020-ci il tarixli arayışda iddiaçının işləmiş olduğu peşələrin 1 nömrəli siyahının hansı bölməsinə və hansı koduna uyğun gəldiyi qeyd edilməmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə istinad edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququ verən 10 il iş stajının olmadığını əsas gətərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını, yaranmış fərq məbləğinin ödənilməsini və dəymi maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh iddiaçının mövqeyi ilə razılaşmamış və bildirmişdir ki, iddiaçının “qazmaçı köməkçisi” peşəsində dövr müddət onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki iş müddəti kimi nəzərə almamışdır. Çünki, həmin peşə AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı»nda əksini tapmamışdır. Məhkəmə mübahisəyə qiymət verərkən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görtə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində güzəştli şərtlərlə pensiya hüququ verən peşə qismində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 1100000a—11297) qeyd edilsə də, həmin sahə üzrə “qazmaçı köməkçisi” peşəsi nəzərdə tutulmamışdır. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 il iş stajına malik olmadığından, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş ziyan tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının ona əmək pensiyasının təyin olunması tələbi əsaslı olmadığından, habelə dəymiş ziyanı əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmin tələb də təmin oluna bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2272/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2272/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver