Məhkəmə qərarları › İş №2-1(112)-2272/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2272/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2272/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Orxan Mahmud Əlövsət oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikasının X4 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “imtahan balının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı mübahisəli suallar olduğundan “C” kitabçasının 23-cü və 58-ci test tapşırığı üzrə cavablarının xeyrinə həll olunması, o cümlədən 58-ci suala cavabının düzgün qiymətləndirilərək ona həmin sual üzrə tam bal verilməsi və imtahan balının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 14 iyul 2021ci il tarixdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə qəbul imtahanı zamanı mübahisəli suallar olduğundan “C” kitabçasının 23-cü və 58-ci test tapşırığı üzrə iddiaçının verdiyi cavabların xeyrinə həll olunması, o cümlədən 58-ci suala cavabının düzgün qiymətləndirilərək ona həmin sual üzrə tam bal verilməsi və imtahan balının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X4 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyul 2021-ci il tarixdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə qəbul imtahanı vermişdir. İmtahanda əldə etdiyi nəticəni düzgün hesab etmir və biliyinin düzgün qiymətləndirilmədiyini düşünür. Belə ki, test tapşırıqlarının “C” kitabçasının 23, 54 və 58-ci sualları ilə bağlı anlaşılmazlıq, düzgün qiymətləndirilməmə meyarları ortaya çıxmışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. Cavabdeh dövlət orqanı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə qeyd olunan 3 test tapşırığında və verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı qüsurun aşkar edilmədiyini bildirilmişdir. Həmin cavabla razılaşmır və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır: X4 14 iyul 2021-ci il tarixdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 23-cü test tapşırığında (Azərbaycan dili fənni üzrə) fikir tam ifadə olunmamış, test tapşırığının cavablarında qrammatik normanın tələblərinə riayət olunmadığı üçün sualın düzgün cavablandırılması mümkün olmamışdır. 54-cü sualda (Tarix fənni üzrə) cavabdeh sualın cavabını səhv götürmüşdür. Hətta tarix fənni üzrə olan müəllimlər də həmin cavabın səhv olduğunu deyirlər. 58-ci sual (Tarix fənni üzrə) açıq tipli test tapşırığıdır və həmin tapşırığa əsasən yazdığı cavab düzgün qiymətləndirilməyib, tam bal verilməli olduğu halda ümumiyyətlə cavabı “0” balla qiymətləndirilmişdir. Nəticədə imtahan balı 644,3 bal hesablanmışdır. Hesab edir ki, imtahan balı daha artıq ola bilərdi. Topladığı bal taleyini həll edir və seçdiyi ixtisasa qəbul olunma şansını artırır. Bu səbəbdən də cavabdeh tərəfindən səhv götürülmüş cavabları düzgün hesablanmalı, mübahisəli suallar isə abituriyentlərin xeyrinə həll olunmalı idi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 45-46-cı maddələrini rəhbər tutaraq məhkəmədən mübahisəli suallar olduğundan “C” kitabçasının 23-cü və 54-cü test tapşırığı üzrə cavablarının xeyrinə həll olunması, o cümlədən 58-ci suala cavabının düzgün qiymətləndirilərək ona həmin sual üzrə tam bal verilməsi və imtahan balının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə İİ və İİİ ixtisas qrupları üzrə 14- 15 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına müraciət etmək üçün 29-31 iyul tarixlərində apelyasiya.dim.qov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 30 iyul 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə dim.gov.az rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmışdır. İddiaçı 14 iyul 2021-ci il tarixində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçının hazırki iş üzrə mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı ona Mərkəzin 25 avqust 2021-ci il tarixli 07/xx-xx/2232 nömrəli məktubu ilə rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. Əlavə olaraq iddiaçıya yuxarıda adı çəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş həmin test tapşırıqlarında hər hansı elmimetodiki qüsurun olması halı istisna edilir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, onun 23 saylı test tapşırığında fikrin tam ifadə olunmaması, qrammatik normanın tələblərinin pozulması, 54 və 58 saylı test tapşırıqlarının cavablarının isə düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası X4 17/xx-xx/2232 nömrəli xx.xx.2021-ci il tarixli iddiaçıya göndərilmiş imtina məktubunda qeyd edilmişdir ki, Mərkəz tərəfindən yaradılmış Apelyasiya Komissiyasında müraciəti araşdırılmış və mübahisələndirdiyi 3 test tapşırığında və verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Odur ki, iddiaçının imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. - Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı etirazın qoşması olaraq Abituriyent İddiaçı (iş nömrəsi: 164441) müraciətində qeyd etdiyi tapşırıqlarla bağlı ekspert rəylərinə əsasən: 23 nömrəli test tapşırığında verilmiş cümlələrə aid ortaq fikirləri müəyyən etmək tələb olunur. Verilmiş nümunələrlə bağlı 6 fikir verilib. Bunlardan üçü - 1, 3 və 6-cı bəndlər hər iki cümləyə aid ortaq fikirlərdir. İddiaçı seçdiyi cavab isə 3 və 6-dır. Test tapşırığında iddia ərizəsində qeyd olunduğu kimi fikrin tam ifadə olunmaması və ya norma tələblərinin pozulması faktı yoxdur. Belə ki, 1-ci bənddə verilən Xəbərlər söz birləşməsi ilə ifadə olunub fikri doğru cavaba daxildir. Çünki hər iki cümlənin xəbəri söz birləşməsi ilə ifadə olunub. Xəbərlər deyilərkən məhz hər iki cümlədəki xəbər nəzərdə tutulub. Bu izah apelyasiya prosesində də abituriyentə izah olunmuşdur. Test tapşırığının doğru cavabı birmənalı şəkildə 1,3,6-dır. 54 nömrəli tapşırıqda Teymuri dövləti ilə Ağqoyunluların (Bayandurluların) oxşar cəhətlərini müəyyən etmək tələb olunur. Tapşırıqda yer alan 1-ci və 4-cü bəndlər ekspertlər tərəfindən tapşırığın etalon (doğru) cavabı kimi elan edilmişdir. Abituriyent İddiaçı cavab vərəqində 1-ci və 4-cü bəndlərlə bərabər 3-cü bəndi də doğru cavab kimi götürərək doğru cavabı 1,3,4 şəklində kodlaşdırmışdır. Tapşırığın 3-cü bəndi yanlış cavab olduğuna görə balların hesablanması qaydasına əsasən İddiaçı üçün bu cavaba görə bal hesablanmamışdır. İddiaçı tapşırıqda yer alan 3-cü bəndin də doğru cavab kimi qəbul edilməsi üçün DİM-də fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət etmişdir. Apelyasiya Komissiyası bu müraciəti araşdırmış və tapşırığın 3-cü bəndində yer alan məlumatın (Səfəvilərlə müharibə aparılması) nəyə görə doğru cavab kimi götürülmədiyinə dair İddiaçı ətraflı izah vermişdir. Teymurilərlə səfəvilərin müharibə apardığını iddia edən İddiaçı apelyasiya müraciətində əsaslandığı arqument 1468-69-cu illərdə Ağqoyunlularla Teymurilər arasındakı mübarizədir. Teymurilərin Səfəvilərlə müharibə aparması ilə bağlı iddia 1468-69-cu illərdə X10rşı X6 mübarizəsidir. Bu iddianın elmi cəhətdən yanlış və əsassız olduğunu sübut edən faktları təqdim edirik: 1) “Azərbaycan uğrunda mübarizədə Qaraqoyunlu Cahanşahı məğlub edən Həsən bəy Bayandur 1468-ci ildə sonuncu Qaraqoyunlu hökmdarı Həsənəliyə də qalib gələrək Təbrizi tutdu. Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan Ağqoyunlu dövləti yarandı... Qonşuluğunda yeni dövlətin yaranması ilə barışmaq istəməyən X13in də qüvvələri Muğanda mühasirəyə alınaraq darmadağın edildi.” (Bax: Azərbaycan tarixi, 10-cu sinif, səhifə 110). 2) “Həsən padşahın X10rşı apardığı ağır mübarizədə öz müridləri ilə ona fəal yardım etdi. Əvəzində Həsən padşah 1470-ci ildə Ərdəbil hakimliyini Şeyx Heydərə qaytardı”. (Bax: Azərbaycan tarixi, 7-ci sinif, səhifə 105). Göründüyü kimi, dərslikdə Teymurilərin Səfəvilərlə müharibə etməsi ilə bağlı heç bir məlumat verilməmişdir. X2 padşahla X13 arasında olduğu qeyd edilmişdir. 7-ci sinif dərsliyində sadəcə Həsən padşahın X10rşı apardığı mübarizədə (Diqqət yetirsək, həmçinin burada müharibə də deyil, mübarizə yazılmışdır ki, bütün mübarizələr heç də müharibə deyil.) Şeyx Heydərin müridlərinin ona fəal yardım etməsi qeyd edilmişdir. Dərslikdə verildiyi kimi sonradan Həsən padşahın Ərdəbil hakimliyini Şeyx Heydərə qaytarması fikri də sübut edir ki, bu zaman X7 başçılıq etmirdi. Tarixi mənbələr göstərir ki, əslində bu zaman Səfəvilərə rəsmən başçılıq edən X11 Əbu Səidə yardım edirdi. Maraqlıdır ki, Səfəvilərə qarşı müharibə etməsi iddia edilən X13 Azərbaycana gəldikdə müqəddəs yer kimi gördüyü X5 məqbərəsini ziyarət etmişdir. (Bax:Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səhifə 260-261). DİM-in Tarix fənni üzrə (İ hissə, səh. 142) test toplusunda da müvafiq döyüşün yalnız Teymurilər və X9 arasında olması təqdim edilir... Dərsliklərdə verilən məlumatlardan göründüyü kimi bu döyüş Ağqoyunlu Həsən padşah və Teymurilər arasındadır. Bu zaman hələ Səfəvi təriqətinə başçılıq etməyən Şeyx Heydər isə Həsən padşaha müridləri (yəni dini tələbələri) ilə kömək edir. Məlum olduğu kimi, Azərbaycan SSR-dən İİ dünya müharibəsində 600 mindən çox adam iştirak etmiş, onlardan təqribən 400 mini bu müharibədə həlak olmuşdur. Ancaq nə Azərbaycan, nə də dünya tarixşünaslığında bu müharibə Almaniya ilə Azərbaycan arasında müharibə kimi başa düşülmür və təqdim edilmir. Bundan başqa tarixi zəfərimizlə başa çatan İİ Qarabağ müharibəsində Ermənistan tərəfindən digər ölkələrin vətəndaşı olan çoxlu sayda döyüşçünün iştirakını sübut edən və müharibə gedə-gedə Ermənistana xeyli silah yardımı edilməsinə dair təkzibolunmaz faktlar olmasına baxmayaraq, beynəlxalq sənədlərdə bu müharibənin tərəflərinin Azərbaycan və Ermənistan olduğu qeyd edilmişdir. Buna görə də İİ Qarabağ müharibəsində Azərbaycanın Livanla və ya Fransa ilə müharibə etdiyini iddia etmək nə qədər əsassız və elmi baxımdan qüsurludursa, burada da Teymurilərin Səfəvilərə qarşı müharibə etdiyini də iddia etmək o qədər əsassızdır. Cünki dərslikdə verilən məlumatlardan da aydın göründüyü kimi, bu müharibənin ortaya çıxmasına səbəb Ağqoyunlularla Teymurilər arasında güc mübarizəsi və bundan qaynaqlanan ziddiyyətlər idi. Bundan başqa onu da qeyd etmək istərdik ki, bu tapşırığın imtahan nəticələrinə əsaslanan elmi-statistik təhlili də sualda elmi-metodiki baxımdan hər hansı qüsurun olmadığını göstərir. Belə ki, bu tapşırıq açıq tipli olmasına baxmayaraq (açıq tipli tapşırıqlar üzrə abituriyentlərin göstəriciləri bir qayda olaraq aşağı olur) onu doğru cavablandıranların sayı proqnozlaşdırılandan da bir qədər yuxarı olmuşdur. C variantı üzrə imtahanda iştirak edən 4699 abituriyentdən 2341-i (49,81 %-i) tapşırığı doğru cavablandırmışdır. Qalan abituriyentlər ya sualın müxtəlif yanlış cavab kombinasiyalarını seçmiş, ya da tapşırığı cavablandırmaqdan imtina etmişlər. Yeri gəlmişkən bu, Tarix fənni üzrə açıq tipli tapşırıqlarda ən yüksək cavablandırma göstəricisidir. Tapşırığın seçmə və yerləşdirmə məqsədi ilə keçirilən imtahanlar üçün çox mühüm göstərici hesab edilən diskriminasiya (ayırdedicilik) əmsalı 0,813 olub və bu rəqəm test metodologiyasında olduqca mükəmməl göstərici hesab olunur. Beləliklə, dərsliklərdə verilən materiallar, ilk mənbələr, DİM-in test toplularında verilən test nümunəsinin təhlili sübut edir ki, Teymurilər səfəvilərlə müharibə aparmamışdır. Buna görə də test tapşırığının həmin bəndi doğru cavab kimi götürülə bilməz. Tapşırığın elmi-statistik təhlili də onu göstərir ki, test tapşırığında yoxlanılan biliklə abituriyentlərin imtahan nəticələri arasında ziddiyyət yoxdur. Belə ki, abituriyentlər arasında sualın cavablandırılma faizi kifayət qədər yuxarı olub qiymətləndirməyə xəta qarışdıracaq hər hansı yanlışlıq və ya yönəlmə yoxdur. 58 nömrəli tapşırıqda mənbədə bəhs edilən dövrdə ABŞ-da böhrandan çıxmaq üçün irəli sürülən siyasətin adının müəyyən edilərək yazılması tələb olunur və bu siyasət “Yeni xətt” adlanmışdır. Məlum olduğu kimi “Yeni xətt” siyasəti yalnız iqtisadi sahəni deyil, cəmiyyətdə və sosial proseslərin bütün sahələrində dövlətin tənzimedici rolunu artırmağı nəzərdə tuturdu (bax: Ümumi tarix, 9-cu sinif, səhifə 64-65).Ona görə də bu siyasət məhz dərslikdə yazıldığı kimi “Yeni xətt” adlanırdı. Həmçinin, tamamilə fərqli anlayış olan “Yeni iqtisadi siyasət” isə SSRİ-də 1920-ci illərdə, ABŞ-da 1970-ci illərdə həyata keçirilmişdir. Ona görə də, “Yeni iqtisadi xətt” cavabı səhvdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək; 29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək; 29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək; 29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədrismetodik vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin” Nizamnaməsi:

2. Mərkəzin vəzifələri. 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. əsasən mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir; 2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir.

3. Mərkəzin hüquqları: 3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək; 3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.25. diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 14.1. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin biliyinin qiymətləndirilməsi hüququ qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunvericinin bu zaman “qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada” ifadəsindən istifadə etməsi inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Əksinə, iş üzrə də müəyyən olunduğu kimi, iddiaçı 14 iyul 2021-ci il tarixində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı ilə əlaqədar topladıgı ballarda narazı oldugundan cavabdehin Apellyasiya Komissiyasına müraciət etmiş, iddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmış, test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər-hansı bir qüsur aşkar edilmədiyi barədə ekspert rəyi verilmiş, bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı ona cavabdehin 25 avqust 2021-ci il tarixli 07/xx-xx/2232 nömrəli məktubu ilə rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları ilə bağlı cavabdehin qəbul etdiyi cavabları iddiaçı mübahisələndirsə də gətirdiyi dəlillər formal mülahizələrə əsaslanır. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də məhkəmə hesab edir ki, test imtahanlarının sual bankı üzrə cavablarının ümumi qaydada (bütün iştirakçılara münasibətdə) məqbul qiymətləndirilməsi inzibati orqanın diskresion səlahiyyətindədir. Məhkəmə icraatında cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə qərar qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı 14 iyul 2021-ci il tarixdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə qəbul imtahanı zamanı mübahisəli suallar olduğundan “C” kitabçasının 23-cü və 58-ci test tapşırığı üzrə iddiaçının verdiyi cavabların xeyrinə həll olunması, o cümlədən 58-ci suala cavabının düzgün qiymətləndirilərək ona həmin sual üzrə tam bal verilməsi və imtahan balının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X4 üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar