Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2272/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 1200 kv.metr ərazisi olan 3285 “A” saylı bağ sahəsinin X22na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 1200 kv.metr ərazisi olan 3285 “A” saylı bağ sahəsinin X22na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən 3285 “A” nömrəli bağ sahəsinin Gülsurə Baba qızına icarəyə verilməsinə dair 23818 nömrəli müqavilə bağlanmış və 0.12 ha ərazisi olan 3285 “A” nömrəli bağ sahəsi xx.xx.1991-ci il tarixdə Gülsurə Baba qızına icarəyə verilmişdir. Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən 3285 № li bağ sahəsinin 0.12 ha hissəsi isə X13 və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli, 17726 № li müqaviləsi ilə Sadil Əminağa oğluna icarəyə verilmişdir. Gülsurə Baba qızı xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. xx.xx.1991-ci il tarixli, 23818 № li müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, icarədar vəfat etdikdən sonra “İcarədarın” özü ilə birgə yaşamış ailə üzvlərindən biri ilə müqavilə bağlanır. Bakı şəhər İcra hakimiyyəti Aparatının Abadlaşdırma və X6 Departamenti X9 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 484 nömrəli məktubuna və Bakı şəhər İcra hakimiyyəti Aparatının 15.10.86-cı il tarixli, 18/924 № li, 14.06.88-ci il tarixli, 6/333 № li qərarlarına əsasən 3285 № li bağ sahəsinin 0.25 ha ərazisi mişar daşı ilə hasara alınmış və dəmir darvaza qoyulmuşdur. X22 və ailə üzvləri bağdan təyinatı üzrə istifadə etmiş, meyvə və bəzək ağacları əkmiş, bağda dincəlmək üçün külafirəngi (4 tərəfi açıq eyvan) inşa etmişlər. Gülsurə Baba qızının vəfatından sonra, 2003-cü ildən etibarən hər il bağ mövsümündə Gülsurə Baba qızının ailə üzvlərindən yalnız qızı, İddiaçı öz ailəsi ilə birlikdə bağa köçmüş və bağdan istifadə etmişdir. Halhazırda 3285 “A” № li bağ sahəsinə İddiaçı sahiblik edir və bağ sahəsi onun istifadəsindədir. xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı şəhər 9 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş, 18 may 2023-cü il tarixdə isə adına 1235 № li vərəsəlik işi açılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normaların tələbinə görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi qeydiyyat orqanının qanunla müəyyən edilmiş bir vəzifəsidir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 № li qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 3285 “A” № li bağ sahəsinə mülkiyyət hüququnun X22na məxsus olması barədə ARAYİŞİN verilməsi üçün İddiaçı 21 iyun 2023-cü il tarixdə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü ildə **********95 saylı məktubu ilə 3285 “A” saylı bağ sahəsini Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinaya səbəb kimi Sabunçu rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli, 2-1708/2007 saylı qətnaməsi ilə X1 cavabdeh Azərbaycan Respublikasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «3284-3285 saylı bağ sahəsindən istifadə hüququnun tanınması və icarəyə verilməsinə dair» iddia tələbinin təmin edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Sabunçu rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli, 2-1708/2007 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-494/2024 saylı Qərardadı ilə apellyasiya şikayəti qeyri- mümkün hesab edilmiş və mülki işlə birlikdə Sabunçu rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, X1 adına Sabunçu rayon Məhkəməsinin qətnaməsi və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında ilkin olaraq 3284-3285 saylı bağ sahəsi 0.4728 ha olaraq **********70 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş 3284-3285 saylı bağ sahəsi Gülsurə Baba qızınını vərəsəsi, İddiaçı tərəfindən göstərilən bağ sahəsi ilə naturada üstüstə düşmür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı göstərdiyi bağın sahəsi sənəd üzrə 0.12 ha olsa da, hasardaxili 0.1387 ha təşkil edir və faktiki olaraq onun öz istifadəsindədir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis - inventarlaşdırıcısı X23 14 mart 2024-cü il tarixdə verdiyi rəyi müdafiə etmiş, həmçinin bildirmişdir ki, qeydiyyatdan keçmiş 3284-3285 saylı baq sahəsi Gülsurə Baba qızınını vərəsəsi, İddiaçı tərəfindən göstərilən baq sahəsi ilə naturada üst-üstə düşmür. İddiaçı göstərdiyi baq sahəsi faktiki olaraq öz istifadəsindədir. Baqların Bölgüsünə dair sxematik xəritəyə əsasən 3285 və 3286 saylı bağ sahələri və bölünənləri yerləşməlidir. Beləliklə, 12 iyul 2024-cü ildə İddiaçı yenidən,Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 3285 “A” № li bağ sahəsinə mülkiyyət hüququnun X22na məxsus olması barədə arayışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** № li ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Müraciətə 23818 № li müqavilənin, 9 saylı Notariat Ofisinin 18 may 2023-cü il tarixli, 1235 № li məktubunun və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-494/2024 saylı Qərardadının surəti əlavə olunmuşdu. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********40 saylı məktubunda əsassız olaraq 3285 “A” № li bağ sahəsinə mülkiyyət hüququnun X22na məxsus olması barədə arayışın verilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 3285 “A” № li bağ sahəsinə mülkiyyət hüququnun X22na məxsus olması barədə arayışın verilməməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respubliksının Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Bundan əlavə, cavabdehin bağ sahəsini Dövlət Reyestrində Qeydiyyata almaması etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələblərinin pozulması kimi qiymətləndirilir. Cavabdeh formal əsaslara istinad edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 3285 “A” № li bağ sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtinalar-vətəndaşları məhkəmələrə müraciət etmək məcburiyyəti və süründürməçilik xarakteri daşıyır. Bundan əlavə, cavabdehin əsassız imtinaları iddiaçıların hüquqlarının pozulması və korrupsiyaya açılan yol kimi qiymətləndirilir. Məhkəmə təcrübəsinin vahidliyinə əsasən oxşar məhkəmə mübahisələri üzrə (anoloji işlər üzrə) məhkəmənin formalaşmış mövqeyi (qərarı) mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5542/2024 saylı qərarı ilə (hakim Nəriman Abıyev) iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “öhdəliyin icrası haqqında” iddia tələbi təmin olunmuşdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ümumi ərazi daxilində yerləşməklə bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “3286” saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlir. Odur ki, həmin torpaq sahəsi və onun bölünən ərazilərinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin bildiririk ki, İdarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 nömrəli, xx.xx.2007 tarixli qətnaməsilə Ləhiş bağ massivində 3284-3285 saylı bağ sahəsi X1 adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Hazırda daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Faktiki göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Həmçinin bildiririk ki, iddiaçının İdarəyə müraciəti zamanı ərizədə bağ sahəsinin nömrəsi “3285A” qeyd etsə də, təqdim edilən sənədlərdə bağ sahəsinin nömrəsi “3285” saylıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 və "xxxx" MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxslər məhkəmə bахışında özlərinin və ya nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında etirazı müdafiə edərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Bağın icarəyə verilməsi haqqında” 23818 №-li, 26 noyabr 1991-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən 3285a nömrəli, 0.12 hektar bağ sahəsi Gülsurə Baba qızına icarəyə verilmişdir. X9 və isticmarı birliyinin “3285 A №-li bağın inventarlaşdırma vərəqəsi”ndən görünür ki, 23818 №-li müqavilə əsasında Ləhiş ərazisində 0.12 hektar bağ sahəsi Gülsurə Baba qızına icarəyə verilmişdir. “Bağın icarəyə verilməsi haqqında” 17726 №-li, 26 noyabr 1991-ci il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən 3285 № li bağ sahəsinin 0.12 ha hissəsi Sadil Əminağa oğluna icarəyə verilmişdir. X9 və istismarı birliyinin “3285 №-li bağın inventarlaşdırma vərəqəsi”ndən görünür ki, 17726 №-li müqavilə əsasında Ləhiş ərazisində 0.12 hektar bağ sahəsi Sadil Əminağa oğluna icarəyə verilmişdir ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 1235 №-li məktubdan görünür ki, İddiaçı (etibarnamə üzrə nümayəndəsi: X18), xx.xx.2023 -cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2003-cLi ildə vəfat etmiş Bakı ş., Nizami r., Keşlə qəs., N.Abdullayev k., 4/7 ünvanda qeydiyyatda olmuş Gülsurə Baba qızından qalmış miras əmlaka (Bakı ş. Sabunçu qəs. Ləhiş qəsəbəsində 0.12 ha. torpaq sahəsi olan 3285 №li bağ sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (Bakı ş. Sabunçu qəs. Ləhiş qəsəbəsində 0.12 ha. torpaq sahəsi olan 3285 №li bağ sahəsi) miras qoyan Gülsurə Baba qızının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdın İmasına (yükliilüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adma tərtib edilmiş Çıxarışı, sorğunu təqdim edən şəxs vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3572 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1970-cı il tarixli 17726 nömrəli müqavilə ilə Sadil Əminağa oğlunun istifadəsinə verilmişdir. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 3572/3285 kimi qeyd edilmişdir. 3285 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanılmış müqavilə müddəti xx.xx.1982-ci il tarixdə yenilənmişdir. Daha sonra Sadil Əminağa oğlu və ailə üzvləri Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3285 saylı bağ sahəsinin 0.12 hektar hissəsinin Gülsurə Baba qızının adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş Gülsurə Baba qızının adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri keçmiş X9 və İstismarı Birliyinə müraciət etmişlər. Belə ki, həmin razılıq ərizələri və Birliyin xx.xx.1991-ci il tarixli, 14/688 saylı protokolu ilə Ləhiş bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 3285 saylı bağ sahəsi xx.xx.1991-ci il tarixli, 23818 nömrəli müqavilə əsasında Gülsurə Baba qızının icarəsinə verilmişdir. Ləhiş bağ massivində yerləşən 3285 saylı bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinə dair Sadil Əminağa oğlu ilə xx.xx.1991-ci il tarixli, 17726 nömrəli müqavilə bağlanılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3571 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1965-ci il tarixli 10039 nömrəli müqavilə ilə Mülük Orucovun istifadəsinə verilmişdir. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 3571/3284 kimi qeyd edilmişdir. Qovluqda Ləhiş bağ massivində yerləşən 3284 və 3285 saylı bağ sahələrinin X1 adına keçirilməsi ilə bağlı X11, imamverdiyeva Mətanət Əbdülmömin qızı və X7 notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 2-1708/02007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Ləhiş qəsəbəsində yerləşən 3285 və 3284 nömrəli bağ sahəsinin X1 istifadə hüququnun tanınması qət edilmişdir və xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 mülkiyyətində olmuş Ləhiş bağ sahəsi, 3284-3285 saylı bağ sahəsi ünvanında yerləşən 0.4728 hektar torpaq sahəsi Bakı şəhəri 17-ci dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-116 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X15 adına keçirilmiş və xx.xx.2016-cı il tarixdə isə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-1095 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6729/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-17725/2024 saylı, 14 may 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gülsurə Baba qızının vərəsəsi (X10) tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1387 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İddiaçı X1 adına Sabunçu Rayon Məhkəməsinin qətnaməsi və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında ilkin olaraq 3284-3285 saylı bağ sahəsi 0.4728 ha olaraq **********70 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonradan özgəninkiləşdirilmiş, hazırda "xxxx" MMC-nin mülkiyyətindədir. Qeydiyyatdan keçmiş 3284-3285 saylı bağ sahəsi Gülsurə Baba qızının vərəsəsi (İddiaçı) tərəfindən göstərilən 3285 saylı bağ sahəsi ilə naturada üst-üstə düşmür. Lakin ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından sahələrin iddiaçı və cavabdehlər tərəfindən istifadəsini, üst-üstə düşməsini dəqiq müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, X5 göstərdiyi bağ sahəsi faktiki olaraq öz istifadələrindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********95 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ümumi ərazi daxilində yerləşməklə bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən "3286'’ saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlir. Odur ki, həmin torpaq sahəsi və onun bölünən ərazilərinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 nömrəli, xx.xx.2007 tarixli qətnaməsilə Ləhiş bağ massivində 3284-3285 saylı bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivi 3285 saylı bağ hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1387 kv.m-dir. Sahə hasar daxilindədir. Sahədə tikili yoxdur. Ümumi sahənin və ümumi sahədə şərti göstərilən 1200.0 kv.m sahənin koordinatları əlavə olunmuşdur.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 818 nömrəli, xx.xx.2016-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi konkret və aydındır, yəni iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.metr olan “3285 a” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun vərəsəsi olduğu mərhum Gülsura Baba qızına məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina və etiraz iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 1.4-cü bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərar və qərar əsasında bağlanılmış icarə müqaviləsi daşınmaz əmlak obyeki üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Göründüyü kimi, mübahisəli bağ sahəsi onların uzun müddətli istifadəsinə verilmiş və buna əsas – Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən X9 və istismarı birliyi tərəfindən Gülsura Baba qızı ilə bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 23818 №-li, xx.xx.1991-ci il tarixli müqaviləsi olmuşdur. Həmin müqavilə cavabdehin arxivində saxlanılır və hal-hazırda qüvvəsini saxlamışdır. Belə ki, müqaviləyə xitam verilməsi, torpağın geri qaytarılması barədə məlumat mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi (bağın) üzərində hüququn qeydə alınması üçün nəzərdə tutulmuş sənəd müvafiq “Siyahı”nın 1.4-cü bəndində göstərilən tələblərə cavab verir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarı hal-hazıradək qüvvədədir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hüquq müəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquq müəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən formal imtinaların edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bundan başqa cavabdehin imtina və etirazda göstərdiyi imtina səbəblərindən biri də, Ləhiş bağ massivində 3284-3285 saylı bağ sahəsi X1 adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Hazırda daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə imtina səbəbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6729/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-17725/2024 saylı, 14 may 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gülsurə Baba qızının vərəsəsi (X10) tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1387 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İddiaçı X1 adına Sabunçu Rayon Məhkəməsinin qətnaməsi və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında ilkin olaraq 3284-3285 saylı bağ sahəsi 0.4728 ha olaraq **********70 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonradan özgəninkiləşdirilmiş, hazırda "xxxx" MMCnin mülkiyyətindədir. Qeydiyyatdan keçmiş 3284-3285 saylı bağ sahəsi Gülsurə Baba qızının vərəsəsi (İddiaçı) tərəfindən göstərilən 3285 saylı bağ sahəsi ilə naturada üst-üstə düşmür. Lakin ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından sahələrin iddiaçı və cavabdehlər tərəfindən istifadəsini, üst-üstə düşməsini dəqiq müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, X5 göstərdiyi bağ sahəsi faktiki olaraq öz istifadələrindədir. Göründüyü kimi, X2 məxsus və onun adına qeydiyyata alınmış və "xxxx" MMC-nin mülkiyyətində olan bağ sahələri ilə iddiaçının mübahisələndirdiyi sahə üst-üstə düşmədiyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən bağ sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu və yuxarıda göstərilən digər hallar iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 1200 kv.metr ərazisi olan 3285 “A” saylı bağ sahəsinin X22na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 1200 kv.metr ərazisi olan 3285 “A” saylı bağ sahəsinin X22na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova