Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2273/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Mingəçevir şəhəri, Samux küçəsi ev 92/56) və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, N.Hacıyev küçəsi, ev 26b, mənzil 4; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2019-cu ilin 01 sentyabr tarixindən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılması ilə əlaqədar dövlət qulluqçusu kimi iddiaçıya təin edilmiş yaşa görə əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” xx xxxx 2004-cü il tarixli 678-İİQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanına əsasən yenidən hesablanmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1960-cı ilin oktyabr ayından əmək fəaliyyətinə başlamışdır. Həmin müddətdən müxtəlif sahələrdə işləmişdir. 1971-ci ildən 1991-ci ilin sentyabr ayınadık müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ilin iyun ayından 1976-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi, 1976-cı ilin sentabr ayının 07 tarixindən 1977-ci ilin iyun ayınadək Mingəçevir şəhər partiya komitəsinin şöbə müdiri, 1977-ci ilin iyun ayından 1980-cı ilin avqust ayınadək Mingəçevir şəhər Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ilin avqust ayından 1983-cü ilin may ayınadək Mingəçevir partiya komitəsinin katibi, 1983-cü ilin may ayından 1988-ci ilin noyabr ayınadək Mingəçevir partiya komitəsinin ikinci katibi, 1988-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayının 14-ü tarixinədək (Azərbaycan KP-nın fəaliyətinin dayandırılması ilə əlaqədar) Mingəçevir şəhər komitəsinin birinci katibi vəzifələrində işləmişdir. xx xxxxxxxx 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğu haqqında qanun qüvvəyə mindikdən və dövlət qulluqçularının pensiya təminatı qanunla müəyyən edildikdən sonra mənə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının düzgün hesablanmaması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-233/2013 saylı qərarı ilə vəzifə maaşı aşağıdakı qaydada hesablnmışdır: vəzifə maaşı -790 manat, qulluq stajına görə əlavə 30%-237 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15%-118,50 manat, ixtisas dərəcəsinə görə 115 manat, mükafatlar və müavinətlrə -263,33 manat (vəzifə maaşının 4 misli miqdarında). Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2008-ci il tarixdən yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə həvalə edilmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-233/2013 saylı qərarına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Ondan sonrakı müddətlərdə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən əmək pensiyasına edilmiş artımlar hesablanmış və onaə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentininin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə xx xxxx 2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarının qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasına əsasən pensiyası 71.33 manat artırılaraq xx.xx.2018-ci il tarixdən 1290.39 manat ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə və Dövlət qulluqçularının vəzifə maaşlarının aratırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə dövlət qulluqçularının aylıq əmək haqqı artırılmaqla sosial müdafiəsi möhkəmləndirildiyi halda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və haliyədə həmin icra orqanının hüquqi varisi hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası düzgün hesablamamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxxxxxx 2004-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən pensiya işinə aid sənədlər xx xxxx 2020-ci il tarixində sözügedən şöbədən Mərkəzi Filiala gətirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxxx 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi -158,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 197,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi -118,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat olmaqla orta aylıq əmək haqqının 1344,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun x xxxx 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3cü maddəsinə əsasən 15 il 7 gün qulluq stajınıza görə orta aylıq əmək haqqının (1344,00 manat) 80 faizi-1075,20 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona 1219,06 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu şəbədən də həmin dövr müddətində iddiaçıya 7336,86 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1- dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin x xxxx 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 7 gün dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxx 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi - 174,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 217,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi -130,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi-80,00 manat olmaqla orta aylıq əmək haqqı 1472,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada x xxxx 2018-ci il tarxinədək olan sonuncu vəzifələriniz üzrə orta aylıq əmək haqqı (1344,00 manat) ilə x xxxx 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1472,00 manat) arasındakı fərq məbləğinin (128,00 manat) 50 faizi-64,00 manat x xxxx 2018-ci il tarixinədək olan pensiyasının (1075,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1139,20 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona 1354,39 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 3873,42 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxxxxx 2019-cu il tarixindən iddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1305,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-261,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 326,25 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-195,75 manat və ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat olmaqla orta aylıq əmək haqqı 2168,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada x xxxxxxxx 2019-cu il tarxinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1472,00 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2168,00 manat) arasındakı fərq məbləğinin (696,00 manat) 50 faizi-348,00 manat x xxxxxxxx 2019-cu il tarixinədək olan pensiyasının (1139,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1487,20 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona 1742,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2805,77 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14016,05 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığına qısa müddət ərzində Filiala təqdim etməyi xahiş olunmuşdur. İddiaçıya bu barədə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunuza hazıradək heç bir münasibət bildirilməmişdir.Bu səbəbdən də “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən tərəfimizdən artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbi ilə İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildirilir ki, Filial tərəfindən cari ilin avqust ayından etibarən iddiaçının əmək pensiyası 1487,20 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. İddiaçı Cumeyr oğlunun müvafiq qaydada təsdiq edilmiş 014385 nömrəli X2 surəti məhkəməyə təqdim edilmişdir. Belə ki, işin məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilir: Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxxxxxx 2004-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxxx 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə vəzifə maaşı 20 faizi miqdarında əlavə -158,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 197,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə -118,50 manat və ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat olmaqla orta aylıq əmək haqqı 1344,00 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixinədək qüvvədə olan 20.11,3-cü maddəsinə əsasən 15 il 7 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1344,00 manat) 80 faizi-1075,20 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxx 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə -174,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 217,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-130,50 manat və ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək haqqı 1472,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada x xxxx 2018-ci il tarxinədək olan sonuncu vəzifələri üzrə orta aylıq əmək haqqı (1344,00 manat) ilə x xxxx 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1472,00 manat) arasındakı fərq məbləğinin (128,00 manat) 50 faizi-64,00 manat x xxxx 2018-ci il tarixinədək olan pensiyasının (1075,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1139,20 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxxxxx 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1305,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə -261,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 326,25 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə -195,75 manat və ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək haqqı 2168,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada x xxxxxxxx 2019-cu il tarxinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1472,00 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2168,00 manat) arasındakı fərq məbləğinin (696,00 manat) 50 faizi-348,00 manat x xxxxxxxx 2019-cu il tarixinədək olan pensiyasının (1139,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1487,20 manat məbləğində müəyyən edilmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı təyin olunmuş əmək pensiyasının 2019-cu ilin 01 sentyabr tarixindən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılması ilə əlaqədar dövlət qulluqçusu kimi iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” xx xxxx 2004-cü il tarixli 678-İİQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanına əsasən yenidən hesablanaraq ödənilməsini tələb edir. İddia ərizəsindən və iddia tələbindən görünür ki, iddiaçı öz tələbini “Dövlət qulluqçularının pensiya təminatı haqqında” xx xxxx 2004-cü il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na əsasən:
1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.
2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.
3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.
4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.
5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır.
6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün daxil olmaqla, azı 15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları istisna olmaqla) öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt İ dərəcə əlilliyi olan şəxs olmuşlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları əmək pensiyaları onların öz arzuları ilə dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün yenidən hesablanır. Həmin Qaydaların 10-cu bəndinə əsasən qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 6.1.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin x xxxx 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanına istinad etsə də, daha sonra həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı qəbul edilmişdir. Həmçinin, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2007-ci il tarixdən qüvvədən düşmüşdür və eyni məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı məsələ üzrə əvvəllər qəbul edilmiş normativ hüquqi akt deyil, yeni normativ hüquqi akt tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi normativ hüquqi aktlara münasibətdə eyni məsələ üzrə qəbul edilmiş normativ hüquqi aktlar daha yüksək hüquqi qüvvəyə malik olduğundan və həmin normativ hüquqi aktlara, yəni Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq iddiaçının pensiyasının yenidən hesablanıb ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2019-cu ilin 01 sentyabr tarixindən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılması ilə əlaqədar dövlət qulluqçusu kimi iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” xx xxxx 2004-cü il tarixli 678-İİQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanına əsasən yenidən hesablanmasının cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev