Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2273/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi Cavabdeh2 (Bakı şəhərində qeydiyyatdadır, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur.İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər Şahbuz rayon Cəfər Cabbarlı adına kolxozda fəhlə işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər sovet ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər Şahbuz rayon Cəfər Cabbarlı adına kolxozda fəhlə vəzifəsində işləmiş, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə qədər Azərbaycan Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində əyani təhsil almış, xx.xx.1992-ci ildən xx.xx.1994cü ilə qədər X1 fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər orta məktəbdə müəllim, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər “X4” BM-də yükdaşıyan, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər "xxxx" ASC-də Energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kilovat elektrik yarımstansiyasının 12-ci dərəcəli növbə rəisi, xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilə qədər X6 elektrik təchizatı sahəsində 12-ci dərəcəli növbə rəisi. xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək elektrik sexinin növbə rəisi, xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək elektrik sahəsinin növbə rəisi, xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilə qədər elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsinin növbə rəisi, xx.xx.2022-ci ildən hazıradək “Azneft” X5 Emalı Zavodunun elektrik sahəsi elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində işləyir.İddiaçının yuxarıda sadalanan əmək fəaliyyəti ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-1-14/2-B-4- 42/2023-70 №-li arayış ilə də öz təsdiqini tapmışdır.Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzilələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafıq olaraq həmin siyahının 10.5.1-ci bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 17 il 01 ay təşkil eldiyi qeyd edilmişdir.Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-177008/2023 №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir.İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmaması göstərilmişdir.İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddia ərizəsinə əlavə etdiyi, eləcə də inzibati orqana təqdim edilmiş güzəştli arayışdan görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi sahənin zərərli peşə olmasını müəyyən etmək üçün komissiya yaradılmış və həmin komissiyanın yekdil rəyi əsasında iddiaçının işlədiyi peşənin zərərli sahə olması öz əksini tapmışdır. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sərəncamı icra etməmiş, iddiaya dair etirazını təqdim etməmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki,iddiaçının işlədiyi növbə rəisi peşəsi Nazirlər Kabinetinin 12 №li qərarında güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmamışdır.Cavabdehin nümayəndəsi Cavabdeh2 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: “Azneft” İB-nin X6 xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən də SOCARın “Azneft” X3 Emalı Zavodunda 01 iyun 2006-cı il tarixdən 01 iyun 2007-ci il tarixədək energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kv elektrik yarımstansiyasının növbə rəisi; 01 iyun 2007-ci il tarixdən 01 iyun 2011-ci il tarixədək elektrik təchizatı sahəsində növbə rəisi; 01 iyun 2011-ci il tarixdən 01 aprel 2014-cü il tarixədək elektrik sexində növbə rəisi işləmişdir, 01 aprel 2014-cü il tarixdən hal-hazıra qədər elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində zərərli iş şəraitində işləyir.İmtiyazlı təqaüdün təyin edilməsi üzrə komissiya təsdiq edir ki, İddiaçı yuxarıda göstərilən müddətdə "Qaz benzinin və maye qazın istehsalı" fəaliyyət sahəsi üzrə növbə rəisi işlərini yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə əsasnamənin 10-cu bölməsinin 10.5-ci bəndinə və 10.5.1-ci bəndinin əlavəsinə (b) əsasən İddiaçı gördüyü işlər imtiyazlı təqaüdün təyin olunmasına əsas verir.Azərbaycan Respublikası Prezidentinin 2142 nömrəli, 02 may 2007-ci il tarixli və ARDNŞ-in 04 saylı, 31 may 2007-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan X8” Qaz Əməliyyatları İdarəsinin tabeliyində “X8” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli, 126 №-li Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 21 iyul 2009-cu il tarixli, 95 №-li əmrinə əsasən Qaz Əməliyyatları İdarəsinin Strukturuna daxil olan “X9”u mövcud təşkilati forması dəyişdirilmədən “Azəriqaz” İstehsalat Birliyinin tərkibinə verilmişdir. ARDNŞ-nin 138 saylı, xx.xx.2009-cu il tarixli əmrinə əsasən X8 xx.xx.2009-cu il tarixdən ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir. ARDNŞ-nin xx.xx.2009-cu il tarixli, 155 №-li əmrinə əsasən ARDNŞ-nin strukturunda hüquqi şəxs kimi X8 yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 18 noyabr 2021-ci il tarixli, SOCAR **********00040020A00126 №-li əmrinə əsasən SOCAR-ın X6 hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyəti dayandırılmış,onun maddi-texniki bazasında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi X8 (Təşkilat) yaradılmışdır; Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin, istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti terəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Mərkəzi Filiala təqdim edilmiş SOCAR “Azneft” İB-nin X6 iddiaçıya dair 5 iyul 2023-cü il tarixli, 14-2-1-14/2-B-4-42/2023-70 nömrəli arayışında xx.xx.2006-cı il tarixindən iddiaçının həmin müəssisənin elektrik təchizatı sahəsində növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi elektrik təchizatı sahəsi sözügedən arayışda istinad edilən sahələrə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir; İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər kolxozda fəhlə işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər kolxozda fəhlə işləmişdir, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər "xxxx" Müəssisəsində fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər orta məktəbdə müəllim, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər “X4” BM-də yükdaşıyan işləmişdir,xx.xx.2006-cı ildən "xxxx" ASCdə energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kV elektrik yarımstansiyasının 12-ci dərəcəli növbə rəisi vəzifəsinə qəbul edilmişdir, "xxxx" ASC-nin adı dəyişdirilərək 2007-ci ilin may ayında “X8” adlandırılmışdır,xx.xx.2007-ci ildən X7 elektrik təchizatı sahəsinə 12-ci dərəcəli növbə rəisi işinə qəbul edilmişdir,xx.xx.2011-ci ildən elektrik sexinin (xx.xx.2014-cü ildən elektrik sahəsi adlandırılmışdır) 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2018-ci ildən elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2022-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir,xx.xx.2022-ci ildən X8na elektrik sahəsi elektrik təchizatı xidmət sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıra kimi həmin vəzifədə işləyir.
İV. Məhkəmənin mövqeyi
8.Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 9..Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 11.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 12.İşin faktiki hallarına əsasən iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur və ümumi əmək stajı 25 ildən çoxdur, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı ilə cavabdehin arasında mübahisənin yaranmasına səbəb olmuş hal ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı ildən bu günkü günə qədər “Azneft” X5 Emalı Zavodunun elektrik sahəsi elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində işlədiyi müddət cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı qəbul etməkdən imtina edir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 10.5.1-ci yarımbölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların və peşələr, vəzifələr kimi göstərilmişdir: “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: b) rəhbərlər və mütəxəssislər: növbə rəisləri. 14.Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ildən bu günkü günə qədər “Azneft” X5 Emalı Zavodunun elektrik sahəsi elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində işlədiyi müddət güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi qanunvericilikdə nəzərdə tutulmuşdur, habelə iddiaçının həmin vəzifədə işlədiyi iş şəraiti "Qaz benzinin və maye qazın istehsalı" fəaliyyət sahəsi olmaqla zərərli olmuşdur. 15.Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçı X7 12 il 6 aydan çox müddətdə növbə rəisi işləmişdir, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamışdır və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərilə pensiya almaq hüququnu pozmuşdur. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova