Məhkəmə qərarları › İş №2-1(112)-2273/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2273/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2273/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15rşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən ümumi sahəsi 2500 kv.m olan 2562 saylı bağ sahəsinin mərhum X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 2024 İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 13355 № li müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 adına Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16, 0.25 ha ərazisi olan 2562 № li bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinə faktiki olaraq İddiaçı sahiblik edir. 2562 № li bağ sahəsi uzun müddətdir ki, mübahisəsiz İddiaçı istifadəsindədir. İddiaçı həyat yoldaşı, X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X13 və ailə üzvləri bağdan təyinatı üzrə istifadə etmiş, meyvə və bəzək ağacları əkmiş, bağda bağ evi və kiçik təsərrüfat üçün tövlə inşa etmişlər. X8 vəfatından sonra 2023-cü ilin bağ mövsümündə bağa getməmiş və bağdakı tikililər naməlum şəxslər tərəfindən yararsız hala salınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən, 0.25 ha ərazisi olan 2562 № li bağ (torpaq) sahəsinə dair yerləşmə cizgisinin təsdiq olunmuş surətinin verilməsi barədə xx.xx.2024-cü il tarixdə, İddiaçı nümayəndəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh xx.xx.2024-cü il tarixdə yerləşmə cizgisinin təsdiq olunmuş surətini iddiaçının nümayəndəsinə təqdim etmişdir. "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı İddiaçı ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, 9 saylı Notariat Ofisinin notariusu cavabdeh, ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1707 № li məktubunda Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən, 0.25 ha ərazisi olan 2562 № li bağ sahəsinə dair Arayışın (forma 37) verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixdi ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********89 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində mövcud olan "2562" saylı bağa dair xx.xx.2006-cı il tarixli "13355" nömrəli müqavilədə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından uyğunsuzluq mövcud olmuşdur. Belə ki, sahənin bir hissəsi digər bağların ərazisinə düşür. Bundan əlavə, torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri mövcuddur. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,25 ha, faktiki isə 0,2485 ha təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən ümumi sahəsi 0.2485 ha olan 2562 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı X5 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 13355 saylı “Ləhiş ərazisindəki 2562 nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X5 və X11 rayonunun Ləhiş ərazisində 0.25 ha torpaq sahəsi olan 2562 nömrəli bağı yaşayış sahəsi 40.02kv.m olan evlə birlikdə istifadəçi X8 istifadəsinə verir. Müqavilənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək qüvvədədir. -Bakı şəhər 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1707 nömrəli Məktubunda göstərilmişdir ki, vərəsə İddiaçı, Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü və xx.xx.2023-cü ildə vəfat etmiş, ünvan 3 ünvanda qeydiyyatda olmuş X13 miras qalmış əmlaka (Bakı ş. Sabunçu r. Ləhiş ərazisindəki 0.25 ha. torpaq sahəsi olan 2562 №li bağ ünvanındakı torpaq və tikili) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onların Miras əmlakın üzərində (Bakı ş. Sabunçu r. Ləhiş ərazisindəki 0.25 ha. torpaq sahəsi olan 2562 №li bağ ünvanındakı torpaq və tikili) miras qalmış əmlaka, miras qoyan X8 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara məhdudlaşdınlmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında" Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adma tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən vərəsə- İddiaçı verilməsi xahiş edilmişdir. -2562 saylı bağ sahəsinin planına əsasən bağ sahəsinin 2 tərəf qonşuluğunda 2563, 2634 nömrəli bağ sahələri yerləşir, 2 tərəfi isə yol ilə sərhəddir. Plan mühındislər Quliyev.A, Zeynalov.D, tərəfindən imzalanmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan **********61 reyestr nömrəli bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********915 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsinin sərhədləri üç tərəfdən şərtidir, cənub tərəfdən isə 2-3 sıra mişar daşı düzülüb, digər hissəsi isə şərtidir. Faktiki sahəsi 0.2485 ha təşkil edir. Vahid elekton kadastr baza məlumatlarına əsasən ərazinin bir hissəsi bağlararası yol 2561, 2417, 2416 saylı bağlar və bölünənlərinin əraziləridir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********75 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən edilir ki, mərhum X9 məxsus olduğu iddia olunan torpaq sahəsinin ətrafında 2563, 2420, 2418, 2412, 2411, 2410 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********00 saylı məktubu ilə təqdim edilən sxematik xəritədən müəyyən olunur ki, yerləşmə sxemində iddia olunan 2562 saylı bağ sahəsi qeyd edilməklə həmin bağ sahəsi 2561 və 2563 saylı bağ sahələrinin arasında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********70 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -“Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1966cı il tarixli 13355 nömrəli Müqaviləyə əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X12 Ləhiş qəsəbəsində 0.25 ha sahəsi olan 2784 nömrəli bağ sahəsinin icarədar X3 istifadəsinə vermişdir. -2784/2562 saylı bağ sahəsinin planına əsasən bağ sahəsinin 2 tərəf qonşuluğunda 2563, 2634 nömrəli bağ sahələri yerləşir, 2 tərəfi isə yol ilə sərhəddir. Plan injenerlər Quliyev.A, Zeynalov.D, tərəfindən imzalanmışdır. Plan xx.xx.1973-cü il tarixdə tərtib edilmişdir. -xx.xx.2005-ci il tarixli ərizəsində X13 mərhum atası X3 Ləhiş bağlarında 2784 nömrəli müqavilə 13355 ilə 0.25 ha sahəsi olan bağın onun adına keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. -xx.xx.2006-cı il tarixli Arayışa əsasən Ləhiş ərazisindəki 13355 nömrəli müqavilə ilə 0.25 ha torpaq sahəsi olan 2562 nömrəli bağın icarədarı X7 vəfat etmişdir. Həmin bağın X8 adına keçirilməsi ilə əlaqədar olaraq sənədlər baxılmasından ötrü idarənin komissiyasına göndərilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı X5 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 13355 saylı “Ləhiş ərazisindəki 2562 nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X5 və X11 rayonunun Ləhiş ərazisində 0.25 ha torpaq sahəsi olan 2562 nömrəli bağı yaşayış sahəsi 40.02kv.m olan evlə birlikdə istifadəçi X8 istifadəsinə verir. Müqavilənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək qüvvədədir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********85 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından müəyyən olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.25 ha, faktiki 0.2485 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 3 tərəfdən şərtidir, cənub tərəfdən bir hissəsi 2-3 sıra mişar daşı düzülüb digər hissəsi şərtidir. Bağ sahəsində A-1 mərtəbəli yararsız bağ evi, B-1 mərtəbəli yararsız bağ evi və su quyusu var. İcarə müqaviləsində göstərilən 2 otaq 40.02 kv.m bağ evi faktiki olaraq göstərilən ərazidə mövcuddur(yaşayışa yararsız vəziyyətdədir). Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3336/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahələrinin ətrafında 2418, 2412, 2411, 2410 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-14005/2025 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan torpaq (bağ) sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən ortofotonun tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16212/2025 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan torpaq(bağ) sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən ortofotonun tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-56256/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.2485 ha təşkil edir. Torpaq sahəsi üzərində iki ədəd yaşayış evi (yaşayışa yararsızdır) və su quyusu mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunan bağ sahələrinin əksəriyyəti qeydiyyata alınmadığından üst-üstə düşməni araşdırmaq mümkün olmamışdır. Həmin məktubla təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinə bitişik qonşuluğunda 2563 saylı bağ sahəsi, yaxınlığında 2418 saylı bağ sahəsi yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********89 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxivində mövcud olan "2562" saylı bağa dair xx.xx.2006-cı il tarixli "13355" nömrəli müqavilədə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından uyğunsuzluq mövcud olmuşdur. Belə ki, sahənin bir hissəsi digər bağların ərazisinə düşür. Bundan əlavə, torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri mövcuddur. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,25 ha, faktiki isə 0,2485 ha təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, mərhum X4 Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X12 xx.xx.1966-cı il tarixli 13355 saylı İcarə müqaviləsi əsasənda Ləhiş qəsəbəsində 0.25 ha torpaq sahəsi ayrılmışdır. X3 vəfatından sonra oğlu X13 xx.xx.2005ci il tarixdə ərizə ilə müraciət edərək həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2006-cı il tarixli 13355 nömrəli müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 2562 saylı bağ sahəsi ilə bağlı onun adına müqavilə bağlanmışdır. X1 vəfatından sonra onun vərəsəsi olmaqla İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. İmtina əsası kimi xx.xx.2006-cı il tarixli 13355 nömrəli müqavilədə torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, ümumi ərazidə hasarlanma işləri arxiv cizgisi və bağları bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından uyğunsuzluq mövcud olduğu, sahənin bir hissəsinin digər bağların ərazisə düşdüyü, torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0.25 ha, faktiki isə 0.2485 ha təşkil etdiyi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ilkin torpaqayırma sənədi, hüquqmüəyyənedici sənəd qismində xx.xx.1966-cı il tarixli 13355 nömrəli və xx.xx.2006-cı il tarixli 13355 nömrəli “2562 saylı bağın icarəyə verilməsi haqqında” Müqavilə çıxış edir. Belə ki, xx.xx.1966-cı il tarixli 13355 saylı müqavilə əsasında Ləhiş ərazində 0.25 ha torpaq sahəsi olan 2784 nömrəli bağ sahəsi X4 ayrılmışdır. xx.xx.1973-cü il tarixdə tərtib olunmuş planda bağ sahəsinin nömrəsi 2784/2562 olaraq göstərilmişdir, həmçinin bağın sərhəd qonşusunun da bağ nömrəsinin 2785/2563 olaraq göstərilməsi bağlara 2 nömrə verildiyini sübut edir. X3 vəfatından sonra oğlu X10 Birliyə ünvanladığı xx.xx.2005ci il tarixli ərizəsində Ləhiş bağlarında 13355 nömrəli müqavilə ilə ayrılan 0.25 ha sahəsi olan 2784 nömrəli bağın onun adına keçirilməsini xahiş etmiş, xx.xx.2006-cı il tarixli 13355 saylı müqavilə ilə sözügedən 2562 saylı bağ sahəsi ilə bağlı onun adına müqavilə bağlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Cavabdeh orqanın digər imtina əsasını təşkil edən ümumi ərazidə hasarlanma işləri arxiv cizgisi və bağları bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından uyğunsuzluq mövcud olduğuna münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin orqanın xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi yerləşmə sxeminə əsasən 2562 saylı bağ sahəsi 2561 və 2563 saylı bağların arasında yerləşmə bağların yerləşməsinin sıra nömrələrinə uyğunluq təşkil edir. Həmçinin arxiv cizgisində olduğu kimi cavabdeh orqan tərəfindən təqdim edilən ortofoto görüntüdə bağ sahəsinin 2563 saylı bağ sahəsi ilə bitişik qonşuluqda yerləşməsi müəyyən olunduğundan, iddia olunan bağ sahəsinin yerləşmə sxeminə və arxiv cizgisinə uyğun yerləşdiyini və uyğunsuzluq olmadığını deməyə əsas verir. Cavabdeh orqanın digər imtina əsasını təşkil edən sahənin bir hissəsinin digər bağların ərazisə düşdüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən bu faktı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən iddia olunan torpaq sahəsinə yerli baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilmiş, məhkəmə sorğusuna cavablarında iddia olunan faktiki torpaq sahəsinin konkret hansı hissələrdə, ölçülərdə və ya koordinatlarda digər bağlarla üst-üstə düşməsinə dair məlumat təqdim etməmiş, yerli müayinə aktlarında digər bağ sahələrinə dair belə bir üst-üstə düşmə halının mövcudluğu z əksini tapmamışdır. Cavabdeh orqanın imtina əsası kimi qeyd etdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0.25 ha, faktiki isə 0.2485 ha təşkil etdiyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı faktiki istifadəsində olan 0.2485 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirir. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən iddia olunan və naturada göstərilən bağ sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması,digər şəxsin istifadəsində olması halı, həmçinin həmin torpaq sahəsinin qeydiyyata alınmasını istisna edəcək hər hansı bir halın mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən ümumi sahəsi 0.2485 ha olan 2562 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 yerləşən ümumi sahəsi 0.2485 ha olan 2562 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar