Məhkəmə qərarları › İş №2-1(112)-2274/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2274/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2274/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008ci ildən hal-hazırki dövrədək qanunvericliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra 09.07.1983-cü il tarixli əmrlə “Bakıtuneltikinti” (SMU-3) idarəsinə markşeyder 2-ci dərəcəli fəhlə kimi yeraltı işinə qəbul edilmiş, həmin vaxtdan da metrotikintidə yeraltı işlərdə fasiləsiz olaraq 2014-cü ilədək işləmişdir. 31.07.2014-cü il tarixdə işdən azad edilmiş və 01.08.2014-cü il tarixli əmrlə "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsinə qəbul edilmiş, 22.01.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. SSRİ Ali Soveti tərəfindən 1989-cu ildə təsdiq edilmiş Nazirlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasiləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə müraciət etmiş, lakin mümkün olmadığı bildirilmiş və iddiaçıya pensiya 2013-cü ildə təyin edilmişdir. 2013-cü ildə ona 209 manat pensiya hesablanmış, halbuki 2008-ci ildə təyin edilsəydi, 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi ona pensiya 4 il sonra təyin edilmiş, həmçinin, təyin edilmiş pensiya düzgün hesablanmamış və bu günə kimi 12 il ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış, nəticədə hüquqları pozulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırki dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi barədə cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin ərizəyə cavab verilməmişdir. 02.09.2020-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və cavab belə verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 10.02.2021-ci il tarixli, ********** saylı etirazda bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 19 sentyabr 2013-cü il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Xətai RPİ tərəfindən 10.10.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-cı il tarixdə doğulmuşdur. - İddiaçının cavabdehə ünvanlanmış 06.05.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ona 2008-ci ildən tarixdən pensiya təyin edilməsini xahiş etmişdir. - İddiaçıya məxsus 125949 saylı pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya 19.09.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 09.07.2020-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya 404,91 manat məbləğində pensiya hesablanmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli **********8 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1ci bəndinin tələbləri nəzərə alınmaqla 19 sentyabr 2013-cü il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus 23.04.1981-ci il tarixli 044697 saylı diplomdan görünür ki, iddiaçı 1979-cu ildən 26.03.1981-ci il tarixə qədər Bakı Politexnikumda topoqrafiya ixtisasında təhsil almışdır. - İddiçıya məxsus ИТ seriyalı 022242 saylı 14.08.1980-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 06.05.1980-ci il tarixdən 12.08.1980-ci il tarixədək istehsalat təcrübəsini keçdiyi vaxt üçüncü dərəcəli ölçücü vəzifəsində işləmiş, 09.05.1981-ci il tarixdən 09.06.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 09.07.1983-cü il tarixdən Bakı tunel tikinti TQİ-3 yeraltı şəraitdə 2-ci dərəcəli markşeyder fəhləsi, 03.05.1984-cü il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 74/ls 07.05.84), 16.01.1987-ci il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 8/H 10.01.87), 26.12.1987-ci il tarixdən Yeraltı şəraitdə markşeyder (Əmr 255/m 30.12.87), 02.07.1992-ci il tarixdən 31.07.2014-cü il tarixə qədər yeraltı şəraitdə növbə markşeyderi (Əmr 81 As 01.07.1992), 01.08.2014-cü il tarixdən 22.01.2019-cu il tarixə qədər "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsində (əmr K-537 01.08.2014) işləmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa....; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. İşin araşdırılan hallarına görə iddiaçı 19.06.1961-ci il tarixdə doğulduğu üçün ona qüvvədə olan pensiya qanunverciliyinin tələblərinə əsasən 20 illik ümumi və 10 illik xüsusi iş stajı toplandıgından cavabdeh orqan tərəfindən əsaslı olaraq 19 sentyabr 2013-cü il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə bununla razılaşmayaraq ona 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi yaşdan pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə mövcud olması zəruridir. Lakin iddiaçının tələb etdiyi dövrdə (19.09.2008-ci il tarixdə) yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir. Yəni iddiaçının əmək pensiyası hüququ yalnız 52 yaşı tamam oldugu dövrdə yuxarıda istinad olunan normanın 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə yaranmışdır. Məhkəmə qeyd edir ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfsir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmamış, mövcud olmayan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur və iddia edilə bilməz. Yuxarıda istinad olunan normalara görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi - iddiaçının 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı əsaslı olaraq ona 52 yaşdan deyil, 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Buna görə də, 19.09.2008-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissəsində təmin edilmədiyi üçün, birinci tələbdən törənən qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya tələbindən imtina edilməsi nəticə etibarilə qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar