Məhkəmə qərarları › İş №2-1(112)-2279/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2279/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2279/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın və göstərişin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli qərarının və xx.xx.2022-ci il tarixli göstərişinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 5.500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və həmi vəsaitin 30 gündən gec olmayaraq müvafiq hesaba ödənilməsi barədə xx.xx.2022-ci il tarixli göstəriş verilmişdir. Xidmətin sözügedən qərar və göstərişindən narazı qalan iddiaçı “İnzibati icraat haqqında" Qanuna əsasən yuxarı orqana şikayət etmiş, İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 2 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, qərar və göstəriş dəyişdirilmədən saxlanılmışdır. Belə ki, “X11 Sanayi və Ticaret Limited Şirketi” Xidmətə müraciət edərək İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qanunsuz olaraq “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmiş və bu cür pozuntuların dayandırılmasını xahiş etmişdir. Müraciət əsasında Xidmətin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində iş başlanmış, zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin tələb olunan sənədlərin iddiaçıda mövcud olmamasına və təqdim etmək iqtidarında olmadığı iclas zamanı şifahi qaydada bildirilməsinə, iclas protokolunda bu barədə yəqin ki, müvafiq qeydlər aparılmasına baxmayaraq, iddiaçıya sənədləri təqdim etmədiyinə görə “Antiinhisar fəaliyyəti haqqnda” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasına əsasən 5.500 (beş min beş yüz) manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. “Antiinhisar fəaliyyəti haqqnda” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasında göstərilir ki, təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Xidmətin iddiaçıdan “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözündən istifadə edən sənədlərin olub-olmaması barədə məlumat və bu sənədlərin təsdiq olunmuş surətini, habelə mənşəyini təsdiq edən sənədləri tələb etməsinin icrası təbii ki, iddiaçının iradəsindən kənardır. Çünki iddiaçı nə həmin malları ölkəyə gətirmiş, nə də onun istehsalı ilə məşğul olmuşdur. İddiaçı ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif malların satışını özünə məxsus mağazada həyata keçirir. Qeyd olunmalıdır ki, hazırda Xidmətdə “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözü yazılmış malların ölkəyə idxalını həyata keçirən "xxxx" MMC barəsində iş qaldırılmış və müvafiq araşdırma aparılır. Başqa sözlə, bu hal özlüyündə iddiaçının hər hansı qanunvericiliyin tələbini pozmadığını, malların mənşəyini və alışını sübut edən sənədlərin onun tərəfindən təqdim edilməsinin imkanı xaricində olduğunu, hər hansı təqlid fəaliyyətinə yol vermədiyini sübut edir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icrası məcbur olan göstərişində sadalanan sənədlərə heç bir vaxt malik olmamış, adı çəkilən xidmətin göstərişi doğru olmayan subyektə yönəlmişdir. İddiaçı həmin araşdırmanın subyekti olmadığı üçün onun fəaliyyəti barədə olan araşdırmalar Xidmətdə dayandırılmışdır. Lakin adı çəkilən xidmətin doğru olmayan subyektə yönləndirdiyi icrası məcburi olan göstərişin icra olunmaması ilə bağlı maliyyə sanksiyası şəklində olan cərimə qərarı ləğv edilməmişdir. İddiaçı onda olmayan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilməzdi və təqdim etməyib. Buna görə də iddiaçının əməllərində (hərəkətsizliyində) “Antiinhisar fəaliyyəti haqqnda” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasında göstərilən qanun pozuntusu yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi dəqiqləşdirmiş və iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin X2 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə iş qaldırmış, zəruri sənəd və məlumatlar tələb edilmiş, lakin tələb olunan sənədlərin iddiaçıda mövcud olmamasına və təqdim etmək iqtidarında olmadığı iclas zamanı şifahi bildirilsə də iddiaçıya sənədləri təqdim etmədiyinə görə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasına əsasən 5.500 (beş min beş yüz) manat miqdarında maliyyə sanksiyası tətbiq edildiyi əsas gətirilərək Dövlət Xidmətinin Qərar və Göstərişinin ləğv olunması xahiş olunmuşdur. Lakin iddiaçının bu mövqeyini əsassız hesab edirik. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən (bundan sonra - Agentlik) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra - Xidmət) “X11 Sanayi ve Ticaret Limited Şirketi”nə məxsus “DEKOR” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli PKŞ/2- 2-2021-509 nömrəli müraciət (daxilolma qeydiyyatı: 5/3579, xx.xx.2021-ci il) daxil olmuşdur. Müraciətdə “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin müraciəti əsasında Agentlik tərəfindən “DEKOR” əmtəə nişanının “DECOR” nişanı ilə oxşarlığının müəyyən edilməsi barədə verilən rəydə aşağıdakılar bildirilmişdir: müqayisə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4, 29.5, 29.6-cı bəndlərinə əsasən nişanların müqayisəsi zamanı fonetik oxşarlıq kimi onlar arasında yaxın və uyğun səslərin mövcudluğu, qrafik (görünüş), semantik oxşarlıq kimi anlayış, idea uyğunluğu nəzərə alınmışdır; qeyd edilən Qaydaların tələbləri baxımından “X11 Sanayı ve Ticaret Limited” Şirkətinin adına qeydiyyata alınmış “DEKOR” (qeydiyyat nömrəsi 2008 0748) nişanı ilə “DECOR” nişanı müqayisəli təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, sadə şriftlə yazılmış hər iki söz beş hərfdən və iki hecadan ibarətdir. Həmin Qaydaların 29.6-cı bəndinə əsasən müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların həm vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar. Belə ki, sıralamada üçüncü olan “c” və “k” hərf işarələri ingilis dilində oxunuşda tamamilə eyni səslənir [DEKOR]. Digər hərf işarələri isə sıralamada tamamilə üst-üstə düşür; yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən nişanlar oxşar hesab olunur və bu səbəbdən istehlakçılar tərəfindən onların qarışdırılması ehtimalı yüksəkdir; eyni zamanda qeyd olunmalıdır ki, hüquq sahibi əmtəə nişanına dair müstəsna hüququnun pozulmasını iddia edərsə bununla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Təqdim edilmiş məlumatlara əsasən “DEKOR” əmtəə nişanının “X11 Sanayi ve Ticaret Limited Şirketi”nə məxsus olduğu və ilkinlik tarixi xx.xx.2007-ci il tarixli 20080748 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan Respublikasında qorunduğu müəyyən edilmişdir. Həmin əmtəə nişanı 16-cı sinif - fırçalar, rəngsaz valcıqları və rəssamlar üçün fırçalar üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanının rəngi qara, ağdır. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, habelə “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahov ərizə verən tərəf kimi işə cəlb edilmişdir. İşəbaxılma iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı (VÖEN: **********) və Vüqar Əmrahovdan zəruri sənəd və məlumatlar tələb edilmişdir. İclasda fiziki şəxs İddiaçı nümayəndələri işin materialları ilə tanış olmalarını, işlə bağlı bir sıra sənəd və məlumatların onlara təqdim edilməsini və bunun üçün işəbaxılma iclasının təxirə salınmasını bildirmiş və bu barədə xx.xx.2022-ci il tarixdə (daxiloma qeydiyyatı: 5/865, xx.xx.2022-ci il) Xidmətə ərizə ilə müraciət etmişdir. Tələb olunan məlumatların vaxtında təqdim edilməməsinə görə bazar subyektlərinin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları İddiaçı nümayəndələrinin nəzərinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq Komissiya işəbaxma iclasını xx.xx.2022-ci il tarixinə təyin etmişdir. X7 sahibkar İddiaçı tərəfindən hazırda da “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR" adı altında malların satışının davam etdirildiyini bildirərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İşin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Komissiyanın xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q-00009, xx.xx.2022) və xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q-00024, xx.xx.2022) Qərarları ilə tələb olunan sənəd və məlumatlar fəaliyyət ünvanı AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 69B olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən təqdim edilməmişdir. - Buna görə də, fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində qaldırılmış xx.xx.2022-ci il tarixli FA-04 nömrəli işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarla (çıxış nömrəsi: Q-00041, xx.xx.2022) onun barəsində 5500 manat (beş min beş yüz manat) məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilmişdir. - Qeyd olunanları nəzərə alaraq Komissiya işəbaxma iclasını xx.xx.2022-ci il tarixinə təyin etmişdir. Həmin tarixdə keçirilmiş iclasda “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahov, fiziki şəxs İddiaçı nümayəndəsi X5 və X3 iştirak etmişdirlər. Tələb olunan sənəd və məlumatlar fiziki şəxs İddiaçı tərəfindən yenə də təqdim edilməmişdir. Eyni zamanda fiziki şəxs İddiaçı tərəfindən Xidmətə məktub (daxilolma qeydiyyatı: xx.xx.2022-ci il tarixli 5/1502 nömrəli) daxil olmuşdur. Məktubda fiziki şəxs İddiaçı Rusiya Federasiyasının OOO “Namerenie” şirkəti ilə xx.xx.2021-ci il tarixində 21/06/206 nömrəli müqavilə bağladığını, xx.xx.2021-ci il tarixində müqaviləyə uyğun olaraq həmin şirkətdən müxtəlif tikinti mallarını aldığını, müqaviləyə əlavə olunmuş sənədlərdə (invoice, YNB və s.) DECOR-la bağlı heç bir məlumat göstərilməməsinə baxmayaraq, daxil olunmuş malları açarkən, içərisindən qablaşdırılmasının üzərində DECOR sözü yazılmış müxtəlif tikinti mallarının (Mini valik, Valik struktıy, Rolik) çıxdığını, bu malların bir hissəsini öz satış mağazasında, digər hissəsini isə müxtəlif alıcılara realizə etdiyini, hazırda DECOR sözü yazılmış malların olmadığını, həmin malların sahibkar kimi öz adına olmadığını, həmin malların direktoru və sahibi olduğu “MGM-21 GROUP MMC”nin adına daxil olduğunu bildirmişdir. - Tələb olunan sənəd və məlumatların İddiaçı tərəfindən təqdim edilməsi üçün iclasa növbəti iş gününə kimi fasilə verilmişdir. xx.xx.2022-ci il tarixində davam edən işəbaxma iclasında “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahov, fiziki şəxs İddiaçı nümayəndəsi X5 və X3 iştirak etmişdirlər. İşəbaxma zamanı fiziki şəxs İddiaçı tərəfindən Xidmətə vergi uçotu haqqında şəhadətnamənin surəti və fəaliyyət göstərdiyi AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 69B ünvanında yerləşən obyektin vergi orqanlarında qeydiyyatına dair müvafiq sənədin surəti təqdim olunmuşdur. Eyni zamanda, məktubda “DEKOR" əmtəə nişanına oxşar “DECOR” sözündən istifadə hüququnu təsdiq edən heç bir sənədin mövcud olmadığını, üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların alışını və mənşəyini təsdiq edən heç bir sənədin mövcud olmadığını, üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışının həyata keçirilmədiyini, üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışı həyata keçirilmədiyindən heç bir gəlir əldə edilmədiyi, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatların (X6 bəyannaməsi və s.) heç biri “DECOR” sözü ilə əlaqəli sənədlər olmadığından, satışı və gəliri əhatə etmədiyindən, məktubun mahiyyətinə aid olmayan sənədlər olduğundan təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Üzərində “DECOR” sözü yazılmış fırçaların satışının olmaması barədə verilən məlumatın yalnış olduğu və həmin mallardan nümunə kimi alınaraq “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahov tərəfindən Xidmətə təqdim edildiyi fiziki şəxs İddiaçı nümayəndələrinin nəzərinə çatdırılmışdır. - Göründüyü kimi, fiziki şəxs İddiaçı tələb olunan sənəd və məlumatları əsassız olaraq tam təqdim etməmiş, ziddiyyətli, əsassız və həqiqətə uyğun olmayan məlumatlar vermişdir. - “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. - Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. - Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. - “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati - idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. - Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 3.1-ci maddəsinə görə antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: - Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; - Antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13- 1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; - Antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1- ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; - ç) Antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati - hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digərbazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlidi hesab edilir və bu cür hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-4.3-cü bəndlərinə əsasən hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirirlər. Hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır. Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qadağandır. Göründüyü kimi Dövlət Xidməti (onun komissiyası) tərəfindən maliyyə sanksiyalarının tətbiq edilməsi əsaslıdır və qanunvericiliyə uyğundur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı; - cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci tarixli göstərişi; -“MGM-21 GROUP“ Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) direktoru İddiaçı (satıcı) və sahibkar (VÖEN.**********) İddiaçı (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01-1 nömrəli Alqı-Satqı müqaviləsi; - cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 02 nömrəli qərarı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarı ilə tətbiq edilmiş 5500 manat məbləğində maliyyə sanksiyasının və həmin Qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli Göstərişinin ləğv edilməsinə dair fiziki şəxs İddiaçı tərəfindən verilmiş inzibati şikayətə baxılmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 02 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya təqdim edilmə tarixi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İnzibati prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia müddətinin buraxılması əsaslı sayıla bilməz. İddiaçı tərəfindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmiş hesab edilməlidir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız iddiadır və iddia təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından ilə müəyyən olunur ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı və həmin qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci tarixli göstərişin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində aparılmış inzibati icraat materialları (sənədləri) məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarına əsasən, “X11 Sanayi və Ticaret Limited Şirketi” xx.xx.2021ci il tarixli müracət ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qanunsuz olaraq “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmiş və bu cür pozuntuların dayandırılmasını xahiş etmişdir. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması həmin Komissiyaya tapşırılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qərar ilə, qərara alınmışdır ki, ərizə verən “X11 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahovun xx.xx.2022-ci il tarixinə kimi “DEKOR” əmtəə nışanından qanunsuz istifadə etdiyini iddia etdiyi fiziki şəxs İddiaçı tərəfindən həmin əmtəə nişanının sahibinə və ya əmtəə nişanından istifadə hüququ olan digər bazar subyektlərinə ziyan vurulubvurulmadığı, ziyan vurulduğu təqdirdə onun məbləği barədə zəruri sənəd və məlumatlar cavabdeh Xidmətə təqdim edilsin. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə, fiziki şəxs İddiaçı tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarla iddiaçıdan aşağıda tələb olunan sənəd və məlumatlar tələb edimişdir: - vergi uçotu haqqında şəhadətnamənin surəti; - fəaliyyət göstərdiyi AZ1108, ünvan 3 ünvanında yerləşən obyektin vergi orqanlarında qeydiyyatına dair müvafiq sənədin surəti; - "DEKOR" əmtəə nişanına oxşar “DECOR" sözündən istifadə hüququnu təsdiq edən sənədlərin olub-olmaması barədə məlumat, həmin sənədlər olduğu təqdirdə onların müvafiq qaydada təsdiq edilmiş surəti; - üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların alışını və mənşəyini təsdiq edən sənədlərin surətləri; - üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarix (gün, ay, il); - üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bunu təsdiq edən sənədlərin (qaimə-fakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X6 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - Komissiyanın xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q-00009, xx.xx.2022) və xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi Q-00024. xx.xx.2022) Qərarları ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsi barədə izahat. İddiaçı cavabdeh Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 02 nömrəli qərarı ilə inzibati şikayətə baxılaraq qərara almışdır: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş 5500 manat məbləğində maliyyə sanksiyasının və həmin qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli göstərişinin ləğv edilməsinə dair fiziki şəxs İddiaçı xx.xx.2022-ci il tarixli şikayəti təmin edilməsin. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı və həmin qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci tarixli göstərişi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarda (qərarın 6-cı səhifəsinin 3 və 4-cü abzaslarında) qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində qaldırılmış xx.xx.2022-ci il tarixli FA-04 nömrəli işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli ərarla onun barəsində 5500 manat (beş min beş yüz manat) məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilməsinə baxmayaraq tələb olunan sənəd və məlumatlar fiziki şəxs İddiaçı tərəfindən yenə də təqdim edilməmişdir . Eyni zamanda fiziki şəxs İddiaçı tərəfindən Xidmətə məktub (daxilolma qeydiyyatı: xx.xx.2022-ci il tarixli 5/1502 nömrəli) daxil olmuşdur. Məktubda fiziki şəxs İddiaçı Rusiya Federasiyasının “Namerenie” şirkəti ilə xx.xx.2021-ci il tarixində 21/06/206 nömrəli müqavilə bağladığını, xx.xx.2021-ci il tarixində müqaviləyə uyğun olaraq həmin şirkətdən müxtəlif tikinti mallarını aldığını, müqaviləyə əlavə olunmuş sənədlərdə (invoice, YNB və s.) DECOR-la bağlı heç bir məlumat göstərilməməsinə baxmayaraq, daxil olunmuş malları açarkən, içərisindən qablaşdırılmasının üzərində DECOR sözü yazılmış müxtəlif tikinti mallarının (Mini valik, Valik struktıy, Rolik) çıxdığını, bu malların bir hissəsini öz satış mağazasında, digər hissəsini isə müxtəlif alıcılara realizə etdiyini, hazırda DECOR sözü yazılmış malların olmadığını, həmin malların sahibkar kimi öz adına olmadığını, həmin malların direktoru və sahibi olduğu “MGM-21 GROUP MMC”- nin adına daxil olduğunu bildirmişdir. İnzibati iş materiallarına əsasən müəyyən edilir ki, “DEKOR” təsvirli əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2007 0382, ilkinlik tarixi: xx.xx.2007, dövlət reyestrində qeyd olunub: xx.xx.2008) 2008 0748 nömrəsi ilə “X11 Sanayi ve Ticaret Limited Şirkətinin” adına əmtəə nişanının sahibi kimi qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı 16-cı sinif fırçalar, rəngsaz valcıqları və rəssamlar üçün fırçalar üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanının rəngi qara, ağdır. İnzibati icraat materiallarında olan, iddiaçı tərəfindən “MGM-21 GROUP“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru İddiaçı (satıcı) və Sahibkar (VÖEN.**********) İddiaçı (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01-1 nömrəli Alqı-Satqı Müqaviləsində və xx.xx.2021-ci il tarixli 01-1-QM-2021 qiymətlərin razılaşdırma protokolu təqdim edilmişdir. Təqdim edilmiş heç bir sənəd “DECOR” sözü ilə əlaqəli sənədlər olmamışdır. İş üzrə materiallara əlavə edilmiş fotoşəkildən də görünür ki, iddiaçıya məxsus satış mağazasında (İddiaçı məxsus VÖEN **********) üzərində “DECOR” yazısı qeyd olan fırça satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarda (qərarın 4-cü səhifəsinin 1-ci abzasıs “İddiaçı üzərində “DECOR” sözü yazılmış fırçaları təsisçisi və direktoru olduğu "xxxx" MMC-dən aldığını, lakin həmin malların qeyd olunan firmadan alışına dair sənəd tərtib edilmədiyi, buna görə də qeyd olunan malların fiziki şəxs kimi öz adına sənəd tərtib edilmədiyini, həmin malların "xxxx" MMC-nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində idxal etdiyi malların içərisində olduğunu və ordan da tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərdiyi mağazada 476,41 manat dəyərində mal satıldığını və üzərində “DECOR” sözü yazılmış fırçalar və rulonların xx.xx.2021-ci ildən fiziki şəxs kimi satışını həyata keçirtdiyini və xx.xx.2022-ci ildən satışın tam dayandırıldığını bildirmişdir. Üzərində “DECOR” sözü yazılmış fırçalar kassa çeki ilə satıldığına görə bununla bağlı sənədləri təqdim edə bilmədiyini, 476,41 manat dəyərində mal satıldığını və bunun 18%-ni 72,67 manatını ƏDV ödədiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tələb olunan məlumatların ("DEKOR" əmtəə nişanına oxşar “DECOR" sözündən istifadə hüququnu təsdiq edən sənədlərin olubolmaması barədə məlumat, həmin sənədlər olduğu təqdirdə onların müvafiq qaydada təsdiq edilmiş surəti; üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların alışını və mənşəyini təsdiq edən sənədlərin surətləri; üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarix (gün, ay, il); üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bunu təsdiq edən sənədlərin (qaimə-fakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X6 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri;) onda mövcud olmadığı səbəbindən təqdim edilmədiyini bildirmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciətinin əsas məqsədi ona tətbiq edilən sanksiya məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş ən yüksək həddində tətbiq edildiyi və həmin məbləğlə razılaşmadığını bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən tələb olunan sənəd və məlumatların təqdim edilməməsi iddiaçı tərəfindən etiraf olunur, bu hal isə işin mübahisəsiz halı kimi qiymətləndirilir. Müvafiq sənəd və məlumatların iddiaçıda olmaması ilə bağlı məhkəmə qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati icraat aparılan zaman tələb olunan sənəd və məlumatlar iddiaçıda mövcud olmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, özündə müvafiq sənəd olub –olmamasından asılı olmayaraq “DEKOR” əmtəə nişanına oxşar “DECOR” sözündən istifadə hüququnu təsdiq edən sənədlərin olub-olmaması barədə məlumatı təqdim edə bildiyi halda etməmişdir. Həmçinin iddiaçı “MGM-21 GROUP“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru İddiaçı (satıcı) və sahibkar (VÖEN.**********) İddiaçı (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01-1 nömrəli Alqı-Satqı müqaviləyə əsasən üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarixi, DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumatı, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlər özündə olmuş, lakin aşkar qaydada təqdim etməkdən imtina etmişdir. Tələb olunan məlumatların və sənədlərin vaxtında təqdim edilməməsinə görə bazar subyektlərinin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar. “Antiinhisar fəaliyyəti haqqında” Qanun: Maddə 1-1. Antiinhisar qanunvericiliyi Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir: - təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə); - aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə; - aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə).

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir. Belə təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edən şəxslər və ya təsərrüfat subyektləri razılıq almaq üçün müvafiq icra hakimiyyəti orqanına vəsatət təqdim edir. Vəsatətə, təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və əsas məhsulun (xidmətlərin) müvafiq əmtəə bazarında satışının həcminə dair məlumat əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq vermək üçün onlardan digər sənədlərin tələb olunmasına yol verilmir. Həmin Qanunun 13-1 maddəsinə əsasən . Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti:

1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnalarla, aşağıdakı hallarda təsərrüfat subyektləri arasında bağlanılmış əqdlər müvafiq icra hakimiyyəti orqanının razılığı alınmaqla həyata keçirilir: - bir təsərrüfat subyektinin nizamnamə kapitalını təşkil edən və səsvermə hüququna malik səhmlərin (payların) 20%-dən çoxunun digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyinin və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması zamanı onun təsisçilərinə aid edilmir; - bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya qeyri-maddi aktivlərinin digər təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) mülkiyyətinə və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil edən əmlakın balans dəyəri, bu əmlakı özgəninkiləşdirən təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və qeyri-maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa; - bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq şərtlərini müəyyənləşdirməyə və ya onun ali idarəetmə orqanının funksiyalarını həyata keçirməyə imkan verən hüquqlarının digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən alındıqda.

2. Bu maddənin birinci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı yalnız aşağıdakı hallarda tələb olunur: bu maddənin birinci bəndində göstərilən təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda; təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%-dən çox olduqda; səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə.

3. Bu maddənin 1-ci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə razılıq almaq üçün müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına vəsatət və bu Qanunun 13-cü maddəsinin ikinci bəndində göstərilən sənədləri və məlumatları təqdim etməlidirlər. Maddə 16. 1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Maddə 17. Bu Qanunun pozulmasının nəticələri 1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. Maddə 18. bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 3.1-ci maddəsinə görə antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1- ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-4.3-cü bəndlərinə əsasən hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirirlər. Hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır. Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qadağandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılmış icraat zamanı iddiaçı tərəfindən tələb edilən sənədlər (məlumatlar) cavabdeh orqana əsassız olaraq tam təqdim edilməmiş və qeyd edilən hal məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar