Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-228/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X5 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2-1(112)-4268/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcə əlillik verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əha'inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti ilə Bakı Apelliyasiya Məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-4268/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin apeliyasiyə şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tanxli, 2-1(112)-4268/2020 nömrəli qərarının ləğv edilməsi və inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1498/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətini təmin etməyərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2021 nömrəli iş üzrə qəbul etdiyi 27 aprel 2021 -ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən 11 yanvar 2020-ci ii tarixədək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətində fəaliyyət göstərmişdir. 2017-ci ildə xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq, bronxial astma xəstəliyinə tutulmuş, aparılmış ambulator müayinə nəticəsində ona kəskin traxeobronxit diaqnozu qoyulmuşdur. O. 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayinədək müxtəlif tarixlərdə həmin xəstəliklə bağlı stasionar müalicələr almış, bununla birlikdə qeyd edilən vəzifədə çalışmağa davam etmişdir. Müalicə aldığı dövrdə xəstəliyinin əlamətlərində ağırlaşmalar müşahidə olunduğundan, AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli tibbi arayışa əsasən “bronxial astma qarışıq forma, nəzarət olunmayan formada ventilyasiya pozğunluğu” diaqnozu ilə onun 11 dekabr 2019cu il tarixdən yanvar 2020-ci il tarixədək olan dövrdə idman və fiziki ağır işdən azad olunması qərara alınmışdır. Halbuki, bu stasionar müalicədən sonra onun xəstəliyinin ağır mərhələdə olması aşkar olmuş və onun ümumiyyətlə işə davam etməsi mümkünsüz olmuşdur. Ona görə də, sənədləri ona əlillik təyin olunması və işi davam etdirmək iqtidarında olmamasının müəyyən edilməsi üçün Xüsusi Həkim Komissiyasına göndərilməli idi. Lakin işi davam etdirmək məcburiyyətində qalmasına görə onun xəstəliyi daha da ağırlaşmış və o, iş qabiliyyətini tamamilə itirmişdir, iş qabiliyyətini itirdikdən sonra o, xidməti vəzifələrini icra edərkən ağır xəstəlik nəticəsində xidmətə yararlı olmaması barədə rəy verilməsi üçün AR DİN Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət etmişdir. Həmin müraciət əsasında adı çəkilən Komissiya tərəfindən verilmiş 8 saylı qərarla müəyyən olunur ki, ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan. Əhəmiyyətli ventilyasiya pozulması, İİ dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu qoyulmuş və həmin xəstəlik DlO-da xidmətkeçmə dövründə alınmışdır. Həmin qərar əsasında ona əlillik dərəcəsinin təyin olunması üçün o. hazırkı cavabdeh AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə müraciət etsə də, cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əıillik təyinatından imtina olunduğu bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.3 və 2.2.4-cü bəndlərinə görə ağciyərlərin xroniki, proqressiv gedişi fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə, ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəliklərinə görə ikinci dərəcə əlillik təyin edilir. Göründüyü kimi, DİN Xüsusi Həkim Komissiyasının qərarı ona əlillik təyin olunması üçün əsas verir. Belə ki, həmin qərarda qeyd olunan “İİ dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu yuxarıda qeyd olunan Əsasnamənin bəndlərinə uyğun olaraq ikinci dərəcə əlillik təyin edilməsi üçün əsas meyar kimi göstərilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Sənədlərdən də göründüyü kimi indiyədək dəfələrlə xəstəliyi ilə bağlı stasionar müalicələr almasına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb idarəsinə Biləvasitə tabe olan 2 nömrəli Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxia! astma.qarışıq forma, nəzarət olunmayan; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicəni davam etmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X2: X Sinif - X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Təsnifatı: Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni: Bronxial astma.qarışıq forma,nəzarət olunmayan; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicəni davam etmək məsləhət görülür.” İddiaçının xəstəliyinə dair elektron çıxarışda qeyd olunmuşdur ki, iddiaçının xəstəliyinin başlanma tarixi - xx.xx.2019-cu ildir, xəstəliyin gedişi – xronikidir, xəstəliyin adı Dəqiqləşdirilmiş xroniki bronxit, müraciət tarixi xx.xx.2020-ci il,xəstəliyin adı Qarışıq astma, müraciət tarixi xx.xx.2019-cu ildir. Stasionar müalicə aldığı müəssisələr – Azərbaycan Respublikası DİN A.Heydərov adına Respublika Hospitalında xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə, Bakı ET X7 İnstitutunda xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası DİN Xüsusi Həkim Komissiyasının 8 saylı qərarına əsasən 1985-ci il təvəllüdlü İddiaçı diaqnoz qoyulmuşdur, xəstəlik: "bronxial astma qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozğunluğu, İİ dərəcəli tənəffüs çatışmazlığı". DİO-da xidmət dövründə alınmışdır. Əsas: AR ETACXİ tərəfindən verilmiş 16 oktyabr tarixli 11748 nömrəli müayinə aktı, 10 yanvar 2019-cu il, 31 may 2019-cu il tarixli ambulator kartoçkadan çıxarışlar, DİN-in Respublika Hospitalı tərəfindən verilmiş 20 oktyabr - 18 dekabr 2017-ci il tarixli 6477 nömrəli, 10 dekabr - 21 dekabr 2018-ci il tarixli, 24 yanvar - 4 fevral 2019-cu il tarixli, 22 may - 3 iyun 2019-cu il tarixli xəstəlik tarixlərindən çıxarış epikrizi, Xüsusi Həkim Komissiyasının 6 mart 2020-ci il tarixli protokolu. Azərbaycan Respublikası DİN A.Heydərov adına Respublika Hospitalının 6477 nömrəli epikrizinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Nevrologiya şöbəsində müalicə almışdır. F42.5-Somatoform nevrotik pozuntusu. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, isterik əlamətlərlə. Kəskin traxeobronxit, obstruktiv sindromla. Refluks ezofagil. Kardial tipli neyrosirkulyator distoniya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitunun 11748 nömrəli ambulator müayinəsinə əsasən, 1985-ci il təvəllüdlü İddiaçı kəskin traxeobronxit diaqnozu qoyulmuşdur. Tibb Müəssisəsinin xx.xx.2020-ci il tarixli 440003AAACL saylı arayışına əsasən, iddiaçıya “Xəstəliyin başlanma tarixi-xx.xx.2019-cu il; xəstəliyin gedişi xronikidir. Xəstəliyə görə ambulator müalicələr: J42-dəqiqləşdirilməmiş xroniki bronxit- xx.xx.2020-ci il 10 gün; J45.8-qarışıq astma xx.xx.2019-cu ildə müraciət edib. Stasionar müalicə aldığı müəssisə: A.Heydərov adına DİN Respublika hospitalı (20.10-xx.xx.2017; 05.02-xx.xx.2019-ci il tarixlərdə “J42-dəqiqləşdirilməmiş xroniki bronxit, qarışıq astma”; 26.10-xx.xx.2018-ci il tarixlərdə “İlO-essensial (birincili) hipertenziya və N20-böyrək və sidik axarı daşları”; 10.12xx.xx.2018- ci il tarixlərdə “J18.8-törədicisi müəyyən olunmamış digər pnevmoniya”; Bakı ET Ağciyər xəstəlikləri institutu-25.05-xx.xx.2019-cu il tarixlərdə “J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı; 23.04-xx.xx.2019-cu il tarixlərdə J42dəqiqləşdirilməmiş xroniki bronxit diaqnozları ilə müayinə və müalicələrdə olmuşdur. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti-ağciyərlər üzərində zəifləmiş tənəffüs fonunda quru xırıltılar eşidilir. Ürək tonları karlaşıb. A/T-120/80 mm civə sütununa bərabərdir. xx.xx.2020-ci il tarixdə terapevtin müayinəsi zamanı “J45.8-qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozulması, tənəffüs çatmamazlığı İİ dərəcə diaqnozu; kardioloq tərəfindən müayinədə “Sağlam” olmuş, allerqoloqun müayinəsi zamanı isə “J45.8-qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozulması, İİ dərəcə TÇ” diaqnozu, Əsas diaqnoz: “J45.8- qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozulması, tənəffüs çatmamazlığı İİ dərəcə” əsas diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Belə ki, əsas diaqnoz və ağırlaşmaları instrumental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur. xx.xx.2019-cu il tarixli ambulator kitabdan çıxarışa əsasən iddiaçının əsas xəstəliyi xroniki bronxitin kəskinləşməsi olaraq qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli ambulator kitabdan çıxarışa iddiaçının əsas xəstəliyi xroniki bronxit bronxoz obstruktiv sindrom, ağırlaşması halı kəskinləşmə mərhələsi, mötədil ventilyasiya pozğunluğu olaraq qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixli ambulator kitabdan çıxarışa əsasən iddiaçının əsas xəstəliyi xroniki bronxitin kəskinləşməsi mərhələsi olaraq qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli ambulator kitabdan çıxarışa əsasən iddiaçının əsas xəstəliyi bronxial astma qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə, xəstəliyin ağırlaşması halı əhəmiyyətli ventilyasiya pozğunluğu, İİ dərəcəli tənəffüs çatışmazlığı olaraq qeyd olunmuşdur. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, epikrizlərin, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 27 yanvar 2022ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1985-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan epikriz, xəstəlik tarixçəsi, arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? 2) xx.xx.1985-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərilmiş № 88 saylı arayışlarda aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? 3) xx.xx.1985-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi xəstəxana tərəfindən göndərilmiş № 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 4) xx.xx.1985-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərilmiş № 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər hansı tarixdən yaranmışdır? Həmin xəstəliklərin müalicəsi mümkündürmü? 5) İş materiallarında olan sənədlər əsasında xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ildə dörd dəfə belə halların müxtəlif formalarda təkrarlandığı müəyyən edilirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1-
3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərilmiş Forma 88 saylı arayışda olan “J45.8-qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozulması, tənəffıis çatmamazlığı İİ dərəcə” diaqnozu kliniki, laborator- instrumental müayinələr əsasında müəyyən edilmişdir. Qeyd edilən diaqnozdakı ağırlaşmalar şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair' Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşmür. 4. Vətəndaş İddiaçı tibbi sənədlərindən görünür ki, o, həmin xəstəliklərə xx.xx.2019-cu il tarixdən düçar olmuşdur. Qeyd edilən xəstəliklərin ixtisaslaşmış müalicədən sonra müəyyən müddətə remissiya əldə etmək mümkündür. 5. İş materiallarında olan tibbi sənədlərə əsasən onun sözügedən xəstəliklərlə əlaqədar ildə dörd dəfə müalicədə olması göstərilsə də, xx.xx.2022-ci il tarixdə əyani müayinədə xəstəliklərin hər-hansı bir əlaməti aşkar olunmamışdır.” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir;.. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş səhhətini əks etdirən xəstəliklərdə ağırlaşmalar onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova