Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-228/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs X5) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi, ev 3 ünvanında yerləşən 1 saylı mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən R.T.Məmmədovun adına kirayə müqaviləsinin bağlanması haqqında 26 iyul 2019-cu il tarixli 48/1 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, mənzil 1-ə mənzilə dair Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən R.T.Məmmədovun adına kirayə müqaviləsinin bağlanması haqqında 26 iyul 2019-cu il tarixli, 48/1 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 6 ata evidir. O, 30 ildən artıqdır ki, həmin mənzildə ailə üzvlərilə birgə yaşayır. 2022-ci ilin təxminən aprel ayında məlum olmuşdur ki, qardaşı X5 həmin mənzili hansısa üsullarla öz adına keçirmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etdikdə, həmin qurumun xx.xx.2022-ci il tarixli **********83 nömrəli məktubu ilə bildirilmişdir ki, mənzil xx.xx.1991-ci il tarixli order, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X2 adına qeydiyyatdan keçirilmişdir. O, həmin mənzilin X2 adına özəlləşdirilməsinə heç bir razılıq verməmişdir. Cavabdeh və üçüncü şəxs iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbinə etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Əzizbəyovneft”in xx.xx.1991-ci il tarixli 33 nömrəli qərarından görünür ki, Balandin küçəsi, ev 3, mənzil 1 ünvanında yerləşən 19 kv.metr sahəsi olan yaşayış sahəsi Teymur Qardaş oğlunun icarəsinə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Vladimir Balandin döngəsi, 3 ünvanında yerləşən yataqxana binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-nin xidmət dairəsindədir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında X5 və X3 pasport qeydiyyatındadırlar. - 139 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli 565 saylı arayışından görünür ki, X1 rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsindəki 3 nömrəli, 1 mərtəbəli evin 1-ci mərtəbəsində 19.0 kv.m sahəsi 1 otaqlı, 1 nömrəli mənzildə X3 ilə yaşayır. - 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məlumatından görünür ki, mübahisəli 1 saylı mənzildə qeydiyyatda olan İddiaçı, X11 və X9 xx.xx.2017-ci ildə qeydiyyatdan çıxıblar. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 iyul 2019-cu il tarixli, 48/1 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Vladimir Balandin döngəsi, yaşayış sahəsi 19,0 kv.metr olan 1 otaqlı 1 saylı mənzilində qeydiyyatda olmaqla X5 2 nəfər ailə üzvü ilə (özü və arvadı) yaşayır. R.T.Məmmədov Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanmasını xahiş etmiş, həmin sərəncanmla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Vladimir Balandin döngəsi, 3 saylı evin, yaşayış sahəsi 19 kv.m olan 1 otaqlı, 1 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və arvadı) Rövşən Teymur oğlunun adına kirayə müqaviləsi bağalanaraq o həmin mənzilin kirayəçisi hesab edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, ev 3 ünvanında yerləşən, 1 saylı mənzilə bitişik 25.0 kv.m əlavə sahələr inşa olunmuşdur. Əlavə olaraq 573.0 kv.m torpaq sahəsi X2 istifadəsindədir. Mənzil 2 mənzilli 1 mərtəbəli yaşayış binasında yerləşir. Arxiv qeydlərinə əsasən məlumat yoxdur. Sərəncamda mənzilin ancaq yaşayış sahəsi 19.0 kv.m olan 1 yaşayış otağı qeyd olunmuşdur. Mənzilin sxemi təqdim olunmayıb. Mənzilin faktiki yaşayış sahəsi 19.0 kv.m, ümumi sahəsi 50.7 kv.m-dır. Həmin binada yerləşən digər qeydiyyatdan keçmiş, yaşayış sahəsi 19.0 kv.m olan qonşu mənzillə simmetrik konfiqurasiyaya malikdir. Mənzilə bitişik 25.0 kv.m əlavə sahələr inşa olunduğundan eskiz qonşu qeydiyyadan keçmiş texniki pasportun konfiqurasiyasına uyğun tərtib edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənziəl X2 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə ona xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-18954/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında xx.xx.1986-ci il təvəllüdlü X11 xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2009-cu il təvəllüdlü X12 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.1929-cu il təvəllüdlü XXX Teymur Qadaş oğlu xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.1968-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir. İddiaçı hazırda mübahisəli yaşayış sahəsinə hüququnun olmasına istinad edərək, üçüncü şəxs barəsində verilmiş əlverişli inzibati aktın qanunsuz olduğunu iddia edərək onun ləğv olunmasını xahiş edir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı hazırda cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsini xahiş edir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Sərəncam iddiaçının 2017ci il tarixədək qeydiyyatda olduğu mənzil barəsində qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. xx.xx.2019-cu il tarixli sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmiş, cavabdeh həmin sərəncamın hansı tarixdə iddiaçı tərəfindən alınmasını sübuta yetirə bilməmişdir, buna görə də məhkəmə hesab edir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddət çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38) İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli sərəncam qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, 1982-ci ildə qəbul edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən bir mənzildə yaşayan və burada yaşayış sahələrindən ayrı-ayrı müqavilələr üzrə istifadə edən vətəndaşlar bir ailədə birləşdikdə, icarəyə götürdükləri sahənin hamısı üçün onlardan hər hansı biri ilə bir icarə müqaviləsi bağlanmasını tələb etmək ixtiyarına malikdirlər. Kirayədarın bir icarə müqaviləsi bağlamaqdan imtina etməsinə məhkəmədə baxıla bilər. Həmçinin qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Göründüyü kimi, qanunverici kirayəçinin vəfat etdiyi halda onun əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarını yalnız kirayəçinin onunla birgə yaşayan fəaliyyət qabiliyyətli ailə üzvlərinə şamil etmişdir. Üçüncü şəxs T.Məmmədov vəfat etmiş kirayəçi Teymur Qardaş oğlunun ailə üzvü oğlu olmuş, onunla həmin mənzildə birgə yaşamış, Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cavabdehə müraciət etmiş, bu zaman həmin mənzildə qeydiyyatda olan digər şəxs C.Məmmədovanın razılıq ərizəsini təqdim etmiş, cavabdeh də həmin normanı əsas tuturaq mübahisəli evə dair kirayə müqaviləsinin R.Məmmədovun adına dəyişdirilməsi barədə sərəncam vermişdir. Mübahisəli mənzilə dair iddiaçının hüququna gəldikdə, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-703/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, (Əliyeva) X6 və X7 onların ünvan 6 ünvanına istifadə hüququnun tanınması barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı, (Əliyeva) X6 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddiası rədd edilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “cavabdehin adına ilkin qeydiyyat aparılanadək mənzil dövlət fonduna aid olmuş və istifadə hüquqlarının əldə edilməsi üçün iddiaçılar kirayə (icarə) müqaviləsi bağlamamış, mənzilə görə isə müvafiq icra hakimiyyətinin sərəncamı ilə cavabdeh ilə yeni kirayə müqaviləsi bağlanmış, bu sənəd isə mübahisələndirilməmişdir.” İşdən görünür ki, həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1997/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-703/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, “43.İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009-cu ilədək yarandığına görə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq baxılan iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) müddəalarını tətbiq etmişdir. 44.Məhkəmə kollegiyası cavabdehin adına ilkin qeydiyyat aparılanadək mənzilin dövlət fonduna aid olduğunu və istifadə hüquqlarının əldə edilməsi üçün iddiaçılarla kirayə (icarə) müqaviləsi bağlanmadığını, mənzilə görə müvafiq icra hakimiyyətinin sərəncamı ilə cavabdehlə yeni kirayə müqaviləsi bağlanmasını və bu sənədin qüvvəvə olub mübahisələndirilmədiyini qeyd etmişdir.” Göründüyü kimi, iddiaçının mülki mühakimə icraatı qaydasında mübahisəli mənzilə istifadə hüququnun olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ olmadığından sərəncamın qəbul edilməsi ilə bağlı onun razılığına da ehtiyac olmamışdır. Buna görə də məhkəmə istinad olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin 26 iyul 2019-cu il tarixli sərəncamı qanuni olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-228/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-228/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver