Məhkəmə qərarları › İş №2-1(112)-2285/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2285/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2285/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işsiz) Cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, DİN Baş Mühafizə İdarəsinin mülki inspektor vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh DİN Baş Mühafizə İdarəsinə qarşı “pensiyaya çıxmasını təmin etmək məqsədi ilə xidmət etdiyi illərin düzgün hesablanılması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh DİN Baş Mühafizə İdarəsinə qarşı “pensiyaya çıxmasını təmin etmək məqsədi ilə xidmət etdiyi illərin düzgün hesablanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1992-ci ildən 2003-cü ilədək Cavabdehndə sıravi polis kimi xidmət etmişdir. 2003-cü ilin yanvar ayında onu qanunsuz olaraq Baş Mühafizə İdarəsində xidmətdən xaric etmişlər. Bununla əlaqədar olaraq yazılı və şifahi şikayətlərinə baxmayaraq, xidmətini bərpa edə bilməmişdir. İşdən xaric olunmasına səbəb kimi Tahirə adlı xanımı döyüb, ona xəsarətlər yetirdiyini bildirmişlər. Lakin bunlar hamısı cəfəngiyyatdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı, vətəndaş Tahirə Mirzəyeva ilə aralarında baş vermiş mübahisə zəminində döyüb bədən xəsarəti yetirdiyinə görə DİN-nin Baş Mühafizə İdarəsinin 23.01.2003-cü il tarixli, 20 ş/h nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (DİO əməkdaşı adına ləkə gətirən hərəkətlər etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 17-ci maddəsində mənfi motivlə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş əməkdaşların yenidən xidmətə qəbulun yolverilməz olduğu, 137-ci maddəsində isə siravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşların 50 yaşınadək xidmət edə bildikləri göstərilmişdir. Mənfi motivlə xidmətdən xaric olunduğu üçün və gələcəkdə təqaüd təyin edilməsi baxımından xidmətə yenidən qəbulu mümkün hesab olunmayıb. Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququna xidmətdən buraxılanadək imtiyazlı günlərlə birlikdə 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik olmuşdur. İddiaçı DİO-da xidmət illəri təqvimi hesablama ilə 12 il, 02 ay, 25 gün, imtiyazlı hesablama ilə 17 il, 01 ay, 01 gün təşkil etdiyindən qüvvədə olan “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən iddiaçıya təqaüdün təyin edilməsi mümkün hesab edilməyib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh onun xidmət illərini düzgün hesablayaraq məlumat vərəqini DSMF-yə göndərilməsindən imtina edir, bu hərəkətsizliyi qanunsuzdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi R.İbrahimxəlilov iddiаya etirazına uyğun izаhаt vеrərək iddiаnın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin iddiaçıya ünvanladığı 07.10.2020-ci il tarixli, 038-3521/10D-3220 nömrəli məktubunda göstərilmişdir ki, daxili işlər orqanlarında xidmətdən xaric edilərkən Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququna xidmətdən buraxılanadək imtiyazlı günlərlə birlikdə 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik olmuşdur. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 12 il, 02 ay, 25 gün, imtiyazlı hesablama ilə 17 il, 01 ay, 01 gün təşkil etdiyindən qüvvədə olan “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən təqaüdün təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəmə sorğusu əsasında təqdim etdiyi 17.04.2021-ci il tarixli, 038-8047-1221 nömrəli arayışından görünür ki, İddiaçı 05 iyun 1992-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək daxili işlər orqanlarında xidmət edib və həmin müddətə təqvimi hesablama 12 il, 02 ay, 25 gün (on iki il, iki ay, iyirmi beş gün) imtiyazlı hesablama 17 il, 01 ay, 01 gün (on yeddi il, bir gün, bir ay) müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəmə sorğusu əsasında təqdim etdiy iddiaçıya aid xidməti siyahıya əsasən, iddiaçı 05 iyun 1992-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək daxili işlər orqanlarında xidmət edib və Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında Xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən 23 yanvar 2003-cü ildə xidmətdən xaric edilmişdir. Beləliklə, iş materiallarına əsasən məhkəmə müəyyən etmişdir ki. iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri kimi 05 iyun 1992-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən 23 yanvar 2003-cü ildə xidmətdən xaric edilmişdir. İddiaçı cavabdehə pensiyanın təyin edilməsi üçün Baş Mühafizə İdarəsində polis heyyətində xidmət etdiyi dövrünün düzgün hesablanılması barədə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının xidmətinin təqvimi hesablama 12 il, 02 ay, 25 gün (on iki il, iki ay, iyirmi beş gün) imtiyazlı hesablama 17 il, 01 ay, 01 gün (on yeddi il, bir gün, bir ay) olması müəyyən edilməsi ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq, polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; Həmin Qanunun 36-cı maddəsinə əsasən, polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən qanun “Əmək pensiyaları haqqında” Qanundur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdirlər. Həmin Qanunun 9.5-ci maddəsinə görə, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin Həmin Əsasnamənin 144-cü maddəsinə uyğun olaraq, xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən, daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən iddiaçının xidməti 12 il, 02 ay, 25 gün (on iki il, iki ay, iyirmi beş gün) imtiyazlı hesablama 17 il, 01 ay, 01 gün (on yeddi il, bir gün, bir ay) müəyyən edilmişdir. İddiaçı onun daxili işlər orqanlarında xidmət illərin cavabdeh tərəfindən düzgün hesablanmamasının nədən ibarət olduğunu bildirməmiş, buna dair dəlilləri əsaslandırmamışdır. İşin halları məhkəmə prosesi zamanı araşdırılarkən, cavabdeh tərəfindən iddiaçının xidmət illərin səhv hesablanması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh DİN Baş Mühafizə İdarəsinə qarşı “pensiyaya çıxmasını təmin etmək məqsədi ilə xidmət etdiyi illərin düzgün hesablanılması” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin . Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar