Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2285/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində xüsusi rütbəli əməkdaş kimi 25 il 00 ay 15 gün xidmət illərini nəzərə almaqla “məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10059/2021 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuş, 15 may 1980-ci ildən 07 iyun 1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Daxili İşlər Nazirliyin Baş Mühafizə İdarəsində baş serjant rütbəsində təqvim hesabı ilə 20 il 00 ay 01 gün xidmət etmişdir. Xidmətdə yaş həddinə görə iddiaçıya 10 mart 2011-ci ildə pensiya təyin olunduqda “Məlumat vərəqəsi”ndə qulluq illərinin hesablanmasında yanlışlığa yol verilmişdir. Belə ki, 02 il 12 gün həqiqi hərbi xidmət illəri və Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən fövqəladə vəziyyət şəraitində xidmətin bir ayının iki ay kimi hesablanması, yəni iddiaçı üçün xx.xx.1995-ci ildən 01 may 1997-ci il tarixinə kimi 01 il 06 ay 01 gün gəldikdə 03 il 00 ay 02 gün xidmət illərinin üzərinə gəlməmişdir. Məhz bu səbəbdən hesab edir ki, xidmət illəri aşağıdakı kimi hesablanmalıdır: 1. Həqiqi hərbi xidmət: 02 il 00 ay 12 gün, 2. DİN-də təqvim hesabı ilə xidmət: 20 il 00 ay 01 gün, 3.Güzəştli: 03 il 00 ay 02 ay, deməli: 02 il 00 ay 12 gün + 20 il 00 ay 01 gün + 03 il 00 ay 02 gün = 25 il 00 ay 15 gün. Həmçinin xidmət illərinə görə vəzifə və rütbə maaşının Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli qərarının 2 saylı əlavəsinə görə 20 ildən 25 ilədək xidmət illərinə görə 30% əvəzinə 5% hesablanmışdır. Göründüyü kimi ümumi təminat xərcliyin 58%-i qədər pensiya təyin olunmuşdur. Hansı ki, düzgün hesablamaya görə təminat xərcliyin 65%-i miqdarında olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli 027-440-1222 saylı və xx.xx.2022-ci il tarixli 027-840-1222 saylı məktublarında bildirilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı DİO-da xidmət müddəti təqvimi hesablama ilə 20 il, 1 gün, imtiyazlı hesablama ilə 21 il, 6 ay, 2 gün təşkil etmişdir. İddiaçı xidmət illərininin düzgün hesablanmadiğına dair xx.xx.2011-ci il tarixində Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti əsasında, DİN-in Baş Mühafizə İdarəsində sabiq əməkdaşın iştirakı ilə xx.xx.2011-ci il tarixində xidmət illəri yenidən hesablanmış və xidmət illərinin düzgün hesablandığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixində xidmətdən xaric edilərək, yenidən xx.xx.1995-ci tarixində xidmətə bərpa edilmiş, yenidən xx.xx.2006-cı il tarixində xidmətdən xaric edilərək, xx.xx.2009-cu ildə xidmətə yenidən bərpa olunmuşdur. Arada buraxılmış fasilə 2 ildən çox təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “DİO əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması” Qaydasına əsasən DİO-da xidmətdən xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, DİO-da əvvəl xidmət etdiyi müddət ona fasiləsiz xidmət illərinə görə ödənilən haqqda hesablanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 038-9627M-3221 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, daxili işlər orqanlarında xidmət illəri təqvimi hesablama ilə - 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə - 21 il, 06 ay, 02 gün təşkil etməklə yenidən hesablanmışdır. Ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından xidmət müddəti haqqında hesablama vərəqinin yenidən tərtib edilərək DİN-in Maliyyə Plan İdarəsinə göndərilməsi məqsədəmüvafiq hesab olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-3070M-3221 saylı məktubu ilə iddiaçıya müraciətinin fasiləsiz xidmət illərinə görə əlavənin ödənilməsi hissəsilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 98 nömrəli qərarının İİ bəndinin 8ci abzasında DlO-dan xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edidiyi təqdirdə daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddətin fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinə hesablanması müəyyən edilmişdir. Xidmət müddətində xx.xx.1989-cu il tarixində xidmətdən xaric edilərək xx.xx.1995-ci il tarixində xidmətə bərpa edilmiş, yenidən xx.xx.2006-cı il tarixində xidmətdən xaric edilərək xx.xx.2009-cu il tarixində xidmətə bərpa edildiyindən hər iki halda buraxılmış fasilə 2 ildən yuxarı olduğu üçün fasiləsiz xidmət illərinin hesablanması yenidən başlanılmış və ödənilən əlavə 5 faiz hesabı ilə düzgün hesablanmışdır. Müraciətinin xidmət illərinin hesablanması hissəsilə əlaqədar bildirilmişdir ki, iddiaçının xx.xx.2011-ci il tarixdə DİN-in Maliyyə-Plan İdarəsinə daxil olmuş müraciəti əsasında DİN-in Baş Mühafizə idarəsinə sorğu edilmiş və Baş idarədə iştirakıyla xidmət illəri yenidən hesablanmış və xidmət illərinin düzgün hesablandığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında Mühafizə İdarəsinin xx.xx.1995-ci il tarixli 346 ш/h əmrindən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən faktiki fasilə çıxmaqla Yasamal Rayon Polis İdarəsi nəzdində Mühafizə İdarəsinin polis nəfəri vəzifəsinə təyin edilmiş və “ona serjantı” xüsusi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2009-cu il tarixli 651 ş/h saylı əmrindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdən “polis baş serjantı” xüsusi rütbəsi bərpa olunmaqla daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilərək, Bakı şəhəri Xətai rayon mühafizə şöbəsinin polis nəfəri vəzifəsinə təyin edilmişdir. - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə doldurulmuş əmək kitabçasının tərcümə edilərək təsdiq edilmiş surətindən və cavabdehin təqdim etdiyi xidməti vərəqəsindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Dövlət idarə və müəssisələrini Mühafizə edən Milis Alayında polis nəfəri xidmətə qəbul edilmiş (əmr № 425 л\с, xx.xx.1983-cü il), 26.05.89-cu ildə DİO-dan xaric edilmiş (əmr № 44 л\с, xx.xx.1989-cu il), xx.xx.1995-ci il tarixdə DİN-nin Yasamal RPİ polis nəfəri xidmətə qəbul edilmiş (əmr № 346 ш/h, xx.xx.1995-ci il), xx.xx.2006-cı il tarixində Nərimanov rayon Mühafizə İdarəsində manqa komandiri vəzifəsindən DİO-dan xaric edilmiş (əmr № 212 ş/h, xx.xx.2006-ci il), xx.xx.2009-cu il tarixdə DİN-nin Baş Mühafizə İdarəsinin xətai mühafizə şöbəsində polis nəfəri xidmətə qəbul edilmiş (əmr № 651ş/h, xx.xx.2009-cu il),xx.xx.2011-ci il tarixdə son yaş həddinə çatdığına görə DİO-dan xidmətdən xaric edilmişdir (əmr № 136 ş/h, xx.xx.2011-ci il). İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehə qarşı aşağıdakı tələblər üzrə qərar çıxarılmasını xahiş etmişdir: 1.İddiaçıya 10 mart 2011-ci ildə pensiya təyin olunduqda “Məlumat vərəqəsi”ndə qulluq illərinin hesablanmasında yanlışlığa yol verilmişdir. Hesab edir ki, həqiqi hərbi xidmət illəri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən fövqəladə vəziyyət şəraitində xidmətin bir ayının iki ay kimi nəzərə alınmaqla xidmət illəri aşağıdakı kimi hesablanmalıdır: Həqiqi hərbi xidmət: 02 il 00 ay 12 gün, DİN-də təqvim hesabı ilə xidmət: 20 il 00 ay 01 gün, Güzəştli: 03 il 00 ay 02 ay, Cəmi: 02 il 00 ay 12 gün + 20 il 00 ay 01 gün + 03 il 00 ay 02 gün = 25 il 00 ay 15 gün.
2. Həmçinin iddiaçı iddia edir ki, xidmət illərinə görə vəzifə və rütbə maaşının Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli qərarının 2 saylı əlavəsinə görə 20 ildən 25 ilədək xidmət illərinə görə 30% əvəzinə 5% hesablanmışdır, ümumi təminat xərcliyin 58%-i qədər pensiya təyin olunmuşdur. Hansı ki, düzgün hesablamaya görə təminat xərcliyin 65%-i miqdarında olmalıdır. Cavabdeh orqanın tərtib etdiyi pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş (02 il 01 ay 01 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixə Dövlət idarə və müəssisələrini Mühafizə edən Milis Alayında polis nəfəri işləmiş (05 il 07 ay 23 gün), 26.05.89-cu ildə DİO-dan xaric edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər Nərimanov rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş (10 il 06 ay 16 gün), xx.xx.2006-cı ildə DİO-dan xaric edilmiş, xx.xx.2009-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər Xətai rayon Mühafizə Şöbəsində polis nəfəri (01 il 08 ay 21 gün), DİN-in 243.05.94-cü il tarixli 257 nömrəli əmrinə əsasən 30.10.95-ci ildən 01.05.97-ci il tarixə xidmətinin ayı - 2 ay hesablanmışdır (01 il 06 ay 21 gün). İddiaçının ümumilikdə 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə - 21 il, 06 ay, 02 gün xidmət müddəti olmuşdur. Beləliklə iddiaçıya pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsi pensiya orqanına göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qaydalarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən... Həmin Qaydaların 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: b) xidmətin bir ayı ayyarım sayılmaqla: (...) cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə;. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1994-cu il tarixli 257 saylı əmrindən görünür ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına, siravi və rəis heyətinə pensiya təyin edilib verilməsi üçün müddət xidmət vaxtının hesablanmasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 2-ci maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti bir ayı iki ay kimi hesablanması Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli 633 saylı fərmanına əsasən sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasına əsasən: l. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.
2. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti; daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; xidmət illərinə görə haqq ödənilməklə digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət; daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət; Daxili İşlər Nazirliyinin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət; daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət; təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək daxili işlər orqanının sərəncamında saxlanılma müddəti; hər il verilən əsas məzuniyyət, habelə qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla (kursantlar üçün), Daxili İşlər Nazirliyinin tədris müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə), hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyət müddəti; dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.
3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan daxili işlər orqanlarında xidmət aparmadıqları müddət fasiləsiz xidmət illərinə daxil edilir.
5. Daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri:
6. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 saylı qərarına 2 saylı əlavəyə əsasən Azərbaycan Respublikası hərbi qulluqçularına xidməti illərə görə verilən əlavələrin məbləği 1 ildən 2 ilə qədər iş stajına görə 5 faizlə vəzifə və rütbə maaşlarına görə əlavə nəzərdə tutulmuşdur. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il qərarına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş (02 il 01 ay 01 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək DİO Dövlət idarə və müəssisələrini Mühafizə edən Milis Alayında polis nəfəri işləmiş (05 il 07 ay 23 gün), xx.xx.1989-cu ildə DİO-dan xaric edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər DİO Nərimanov rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş (10 il 06 ay 16 gün), xx.xx.2006cı ildə DİO-dan xaric edilmiş, xx.xx.2009-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər Xətai rayon Mühafizə Şöbəsində polis nəfəri (01 il 08 ay 21 gün) işləyərək həmin tarixdə xidmətdən xaric edilmişdir. DİN-in xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinə əsasən 30.10.95-ci ildən 01.05.97-ci il tarixə xidmətinin 1 ayına 2 ay hesablanmışdır (01 il 06 ay 21 gün). İddiaçının, ümumilikdə 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə - 21 il, 06 ay, 02 gün xidmət müddəti olmuşdur. Buna əsasən xx.xx.2011-ci il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən pensiya təyinatı üçün göndərilmiş məlumat vərəqəsində təminat xərcliyinin düzgün müəyyən edilmədiyi üçün ona təyin edilmiş pensiya məbləğinin az olmasını iddia edərək, yeni məlumat vərəqəsinin göndərilməsi barədə cavabdehə müraciət etmişdir. Sonuncu tərəfindən yeni məlumat vərəqəsinin göndərilməsindən imtina edilərək, fasiləsiz xidmət illərinin düzgün hesablandığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1995-ci ildən 01 may 1997-ci il tarixinə kimi xidmət illərinin bir ayının iki ay kimi hesablanmasını tələb edərək, yanlış olaraq həmin 01 il 06 ay 01 gün dövrün həm təqvim ili ilə hesablama zamanı nəzərə alınmasını, həm də həmin müddətin bir ayının iki ay kimi hesab edilərək, 3 il 02 gün dövrün imtiyazlı xidmət müddəti kimi hesablanmasını tələb edir. Belə olan halda, iddiaçının xx.xx.1995-ci ildən 01 may 1997-ci il tarixə kimi 01 il 06 ay 01 gün xidmət dövrü qanunsuz olaraq 3 dəfə ümumi xidmət illərinə hesablanmış olardı. Halbuki, iş materialarından göründüyü kimi həmin 01 il 06 ay 01 gün dövr cavabdeh tərəfindən həm təqvim xidmət illərinə hesablanmış və həmin xidmət dövrünün bir ayının iki ay hesablanmalı olduğu üçün əlavə olaraq, imtiyazlı xidmət müddəti kimi də nəzərə alınmışdır. Buna görə də, cavabdeh tərəfindən iddiaçının hüquqları pozaulmamış və ya məhdudlaşdırılmamışdır. Bundan başqa, iddiaçı guya cavabdeh tərəfindən qanunsuz olaraq, fasiləsiz 25 ildən artıq xidmət müddətinin nəzərə alınmayaraq, ona xidməti illərə görə verilən haqqın məbləğinin qanunsuz olaraq 1 ildən 2 ilə qədər xidməti illərinə əsasən vəzifə və rütbə maaşlarının 5 faizi mislində hesablandığını bildirmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı isə iddiaçının xidmət müddətinin fasiləsiz olaraq 25 ildən artıq olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı xx.xx.1989-cu il tarixində xidmətdən xaric edilərək xx.xx.1995-ci il tarixində xidmətə bərpa edilmiş, yenidən xx.xx.2006-cı il tarixində xidmətdən xaric edilərək xx.xx.2009-cu il tarixində xidmətə bərpa edilmişdir. Hər iki halda buraxılmış fasilə 2 ildən yuxarı olduğu üçün fasiləsiz xidmət illərinin hesablanması yenidən başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasının 2-ci bəndinə əsasən fasilə 2 ildən yuxarı olduğu üçün iddiaçının bütün xidmət dövrü fasiləsiz hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPMin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı xüsusi rütbəli əməkdaş kimi 25 il 00 ay 15 gün xidmət illərini nəzərə almaqla “məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 4.1-ci, 13-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim: Mehriban Qarayeva