Məhkəmə qərarları › İş №2-1(112)-2288/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2288/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2288/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququmun yarandığı 03 iyun 2017-ci il tarixdən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. 03 iyun 2017-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Həmin tarixdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehə iki dəfə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfin imtinasını qanunvericiliyin tələbləri baxımından qanunsuz və əsassız hesab edir. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı var. Belə ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi Sovet ordusunda hərbi xidmətdə olmuşdur - 02 il 05 gün; xx.xx.1981-ci ildən - 15 iyul 1982-ci il tarixə kimi Bakı şəhər 10 nömrəli Mexaniki Peşə Məktəbində oxumuşdur - 10 ay, 15 gün; xx.xx.1983-cü illərdə, xx.xx.1983-xx.xx.1989-cu illərdə, xx.xx.1991-xx.xx.1993-cü illərdə, xx.xx.1993-xx.xx.1995 ci illərdə, xx.xx.1997-xx.xx.2001-ci illərdə, xx.xx.2001xx.xx.2005- ci illərdə, xx.xx.2005-xx.xx.2009-cu illərdə, xx.xx.2012-xx.xx.2014-cü illərdə müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işləmişdir. Qaynaqçı peşəsində 22 il 06 ay işləmişdir. Cavabdeh orqan işlədiyi xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzinidə "xxxx" MMC-də və xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzinidə "xxxx" MMC-də işlədiyi illəri sığorta stajına daxil etmir. Göstərilən imtinanı qanunvericiliyin tələbləri baxımından qanunsuz hesab edir. Çünki işlədiyi xx.xx.2001-xx.xx.2005-ci illərdə "xxxx" MMC-də və xx.xx.2005-xx.xx.2009-cu illərdə "xxxx" MMC-də işlədiyi illərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ondan asılı olmayıb. O, nəzarət də edə bilməzdi ki, işlədiyi müəssisə məcburi dövlət sosial sığorta haqlarını ödəyir, yoxsa ödəmir. Elə bu səbəbdən də həmin illər sığorta stajına daxil edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1993xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim edilən sənədlərə əsasən işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçı və ya qaz qaynaqçılarına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay 11 gün (xx.xx.1982-xx.xx.1983-cü il və xx.xx.1983-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (19 il 4 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il və xx.xx.1997xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq, iddiaçıya dair sənədlərdə xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də və xx.xx.2005-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövlərin dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrləri ümumi stajına daxil etmək mümkün deyil. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər həm ümumi, həm də güzəştli şərtlərlə sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixdə tərtib edilmiş HT-0959715 saylı əmək kitabçasının surətinə əsasən, iddiaçının xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərizində "xxxx" MMC-də. xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərizində isə "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə onun işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. 2007-ci il 6 mart tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilə tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Amma hal-hazırda qüvvədə olan qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən onun ümumi iş stajı 25 ildən az (19 il 10 ay 3 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2001-ci il və xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinə is verindən 4 arayış əlavə etmişdir. Birincisi SOCAR-ın arxiv arayışıdır ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü is, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən iş, vəzifə və pesə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. İkinci arayış Hüseyn-LTD MMC-dən təqdim olunan arayışdır ki, həmin arayış xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının güzəştli is stajına malik olduğunu özündə əks elətdirir. Amma həmin arayışda da iddiaçının peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən verən is, vəzifə və peşəyə uyğunluğu dəqiq göstərilməmişdir. Həmçinin, Sığortaolunanların hesabı Altsistemindən əldə olunan məlumata əsasən həmin dövtlərdə iddiaçının adına məcburi dövlət sosial sığorta haqlarını "xxxx" şirkəti ödəmiş olsa da, əmək kitabçasında işəgötürən müəssissə kimi Hüseyn-LTD MMC-nin adı qeyd olunmuş və təqdim olunmuş güzəştli arayış da Hüseyn-LTD MMC-nin adından verilmişdir. İddiaçının təqdim etdiyi üçüncü arayış isə Qartal MMC-dən təqdim olunan arayışdır ki, həmin arayış da eyni zamanda Ali Məhkəmənin mövcud islərlə baqlı təcrübəsinə əsasən güzəştli arayışlarla bağlı tələblərə cavab vermir. Eyni zamanda, adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda siğortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edildiyindən, iddiaçının həmin müəssisədə çalışdığı dövrləri onun is stajında daxil etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15676,44 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər həm ümumi, həm də güzəştli şərtlərlə sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddia tələbinə etirazla bağlı bəzi məsələri dəqiqləşdirmək üçün, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xidməti məktub ünvanlanmışdır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli xidməti məktubuna əsasən vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 19 il 4 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 il 6 ay 11 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün ümumi stajı 2 il 7 aydır. Belə ki, iddiaçının müraciət etdiyi dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərdən əlavə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası ilə də yaranmır. Eyni zamanda, iddiaçının mübahisələndirilən iş stajının (xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərizində isə "xxxx" MMC-də işlədiyi illər) araşdırılması üçün müvafiq sorğular verilmişdir. Naxçıvan Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********981300 nömrəli məktubuna əsasən, “Qartal" MMC Naxçıvan Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 02/167 nömrəli məktubuna əsasən isə, "xxxx" MMC-nin sənədləri arxivə təhvil verilməmişdir. Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydalarına əsasən Vergi ödəyicisi tərəfindən əvvəlki eyniləşdirmə nömrəsi ilə banklarda açılmış hesablar yeni VÖEN-ə uyğunlaşdırılır. Bu məqsədlə yeni VÖEN verildiyi gün vergi orqanı Vergi Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin hər bir bank hesabı üzrə ayrıca yazılmış yeni şəhadətnamə-dublikatı hesabın açıldığı bank idarəsinə göndərir. Yəni, müəssisənin VÖEN-nin olmamağı, onun fəaliyyət göstərmədiyi, gəlir əldə etmədiyi mənasını verir. İddiaçı məhz xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin illərdə faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, bu təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübutlarla təsdiq olunmalıdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər həm ümumi, həm də güzəştli şərtlərlə sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən 10 noyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində isə "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrləri sizin ümumi stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (19 il 10 ay 3 gün (xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.2001-ci il və xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15676,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bundan başqa Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mərkəzi Filiala təqdim edilən 10 noyabr 1983-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” və “X7” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial siğorta haqları ödəmədikləri müəyyən edilmişdir. Bu səbəbdən də həmin müddətləri ümumi iş stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (19 il 4 ay 21 gün) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15551,13 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İT seriyalı 09959715 saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı BTTM trestinin 12 saylı TTİ-də xx.xx.1981-ci il tarixdə 32/c saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən dördüncü dərəcəli el. qaynaqçı kimi işə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə 62/c saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən işdən çıxarılmışdır. 86 saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdə dördüncü dərəcəli el. qaynaqçı kimi işə qəbul edilmişdir. 144 saylı xx.xx.1989-cü il tarixli əmrə əsasən xx.xx.1989-cu il tarixdə beşinci dərəcəli el. qaynaqçı dərəcəsi verilmişdir. ASK № 167 xx.xx.1991-ci il əsasında “Azərb.Kurort Tikinti Təmir” Təsərrüfatlararası Birlik yaradılmışdır. 2-k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdə birliyə beşinci dərəcəli el. qaynaqçı kimi qəbul edilmişdir. 21/k saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993cü il tarixdə Azərbaycan Respublikası ƏHQM 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə 34/k saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən X6 İdarəsində buruq avadanlıq təmir sexinə beşinci dərəcəli qaynaqçı kimi qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdə 45/a saylı xx.xx.1995-ci il tarixli əmr ilə ƏM-nin 37-ci bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə xx.xx.1997-ci il tarixli əmr ilə beşinci dərəcəli qaynaqçı kimi qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə 27/k saylı əmrə əsasən altıncı dərəcəli qaynaqçı işinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə 16/k saylı xx.xx.2001-ci il tarixli əmr ilə ƏM-nin 69-cu maddəsi ilə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2001-ci il tarixdə N37 saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində altıncı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 21 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə 4 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dördüncü dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə N=11 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2012-ci il tarixdə İİİ/c saylı xx.xx.2012-ci il tarixli əmrə əsasən "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətində işə kəsici qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə N09/02 saylı xx.xx.2014-cü il tarixli əmrə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı aid H3 seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X8 Təhsili Komitəsi B seriyalı 683046 saylı xx.xx.1982-ci il tarixli diploma əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhəri 10 nömrəli texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1982-ci il tarixdə armaturçu elektrik qaynaqçı tor karkası peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. Ona imtahan komissiyasının qərarı ilə dördüncü dərəcəli armaturçu ixtisası verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X5” tresti tərəfindən iddiaçıya təqdim edilmiş 14-2-15/2-M-6-42/2023-19 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, o, həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək X6 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “X5” tresti yaradılmış, X6 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X5” trestinin X6 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X5” trestinin “Təşkilati struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri halhazırda “Abşeron” istehsalat bölümü kimi fəaliyyət göstərir. № Tarix Vəzifələrin, peşələrin adı

1. xx.xx.1993 - cü X6 İdarəsinin Buruq avadanlığı təmiri sexinə 5-ci ildən xx.xx.1995-ci dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilib. ilədək Əmr № 34 - k, xx.xx.1993-cü il tarixdə. Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə

2. xx.xx.1995 - ci ildən əsasən işdən azad edilib. Əmr № 45 - k, xx.xx.1995-ci il tarixdə.

Ümumi iş stajı - 02 il, 02 ay, 21 gün. Güzəştli iş stajı 02 il 02 ay 21 gün.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin Siyahısı” nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, nef, qaz kendesatı, kömür və şistin email 35-ci paraqrafının ümumi peşələrinə əsasən qaz qaynaqçısı peşəsi 02 il 02 ay 21 gün gözəştli iş stajı təşkil edir. Hüseyn-LTD Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təqdim edilmiş 05/07 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2014 tarixədək “Hüseyn LTD“ MMC (VÖEN **********) şirkətində kəsici vəzifəsində işləmişdir. İşlədiyi müddətdə yayma sexinin, metal əritmə-tökmə sexində kəsici peşəsində zərərli əmək şəraitində tam iş günü rejimində çalışmışdır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinSiyahısı”-nın 3. Metallurgiya istehsalı (qara metallar) və 3.2 Polad və ferroərintilər istehsalatı üzrə qərarına uyğundur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təqdim edilmiş 06/628 saylı xx.xx.2009-cu il tarixli arayışda bildirilmişdir ki, o həqiqətən 01 mart 2005-ci ildən 17 iyun 2009-cu ilədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. “Təsərrüfatlararası Azərbkurorttikintitəmir” Birliyi üzrə əmrdən çıxarışa əsasən, o, həqiqətən xx.xx.1983-cü il tarixdə 86 saylı əmrə əsasən dördüncü dərəcəli elektrik qaynaqçı kimi işə qəbul olmuşdur. xx.xx.1993-cü il tarixdə 22/k saylı əmrə əsasən beşinci dərəcəli qaynaqçı kimi öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-5531 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin ışiərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilmiş 02/01 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Hüseyn LTD Məhdud Məsuliyyətli Cəmiyyəti” (VÖEN **********) şirkətində qazla kəsici vəzifəsində işləmişdir. Yayma sexinin metaləritmə - tökmə sexində qazla kəsici peşəsində zərərli əmək şəraitində tam iş günü rejimində çalışmışdır. 10/07 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş, həmin tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bərpa edilmişdir. VÖEN ********** saxlanılmışdır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli, xx.xx.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 3. Metallurgiya istehsalatı (qara metal) və 3.2. Polad və ferroərilər istehsalı üzrə qərarına uyğundur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********950600 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, vergi ödəyicisinin vergi uçotuna alınması, fəaliyyətinin olub-olmaması və fəaliyyət növü barədə məlumatın verilməsinə dair müraciətinizə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.1997-ci il tarixdə ********* nömrəli VÖEN-İə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması və qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyət növünün ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” (kod: 47542) kimi qeyd olunması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********621900 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə olan uçot baza məlumatlarına əsasən müraciətdə qeyd olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2005-ci il tarixdə isə vergi ödəyicisinə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hüquqi şəxsin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-5531 saylı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin ışiərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildirilmişdir ki, ona pensiya təyin edilərkən əmək kitabçasında olan xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək məcburi dövlət sosial siğorta haqlarının ödənilib –ödənilməməsi və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabın siğorta hissəsində toplanan pensiya kapitalının məbləği barədə sorğu göndərilmişdir. Sorğunun cavabı şöbəyə daxil olduqdan sonra iddiaçının pensiya hüququna komissiyada yenidən baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi X2 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək şəraitinə görə xx.xx.2017-ci il tarixədək güzəştli şərtlərlə əmək stajı: 15 il 02 ay 19 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1995-ci il və xx.xx.2012-xx.xx.2014-cü) təşkil edir. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci il illərdə hərbi xidmət keçmiş, xx.xx.1981xx.xx.1982-ci illərdə orta ixtias təhsili almış, əmək kitabçasına əsasən o, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı və xx.xx.2012xx.xx.2014-cü illərdə işləmişdir. xx.xx.2017-ci il tarixə qədər yaşı 57, stajı ən azı 25 il (26 il 11 ay 15 gün), əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (15 il 02 ay 19 gün). Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək Pensiyaları haqqında haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyanına əsasən və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa) və yaş (57 yaş). İddiaçı xx.xx.1960-cı ildə anadan olub və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2017-ci il tarixdə (DSMF Sabunçu rayon şöbəsinə) müraciət etmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmə tərəfindən iddiaçının xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərizində isə "xxxx" MMC-də işlədiyi illər məhkəmə tərəfindən araşdırılmış və müvafiq dövrlərdə hüquqi şəxs kimi qeydə alınmış olmaqla fəaliyyət göstərmələri müəyyən edilmişdir. Odur ki "xxxx" MMC-də və "xxxx" MMC-də xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə məcburi dövlət sosial sığorta haqları ödəməsinin müəyyən edilməməsi əsası ilə iddiaçının həmin müəssisələrdə çalışdığı dövrlərin onun is stajında daxil edilməməsi və iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə ilkin olaraq xx.xx.2017-ci il tarixdə müraciət etmişdir və ona hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar