Məhkəmə qərarları › İş №2-1(112)-2289/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2289/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2289/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı X10, X3, X16 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5, X1, X6 və X8 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.10.2020-ci il tarixli qərardadı ilə X10, X3, X16 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 30.03.2004-cü il tarixli, 196 saylı sərəncamı ilə A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 2 otaqlı yaşayış sahəsi 23,89 kv.m olan 13 saylı mənzilin icarə müqaviləsi onunla bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 20.06.2020-ci il tarixli arayışa əsasən qeydiyyatdan çıxarılmalı olan X10, X4, X16 və X17 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1637/2016 saylı, 06.04.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər Kartavlyuk (Ayvazova) Olqa Nikoleyevnaya və X11 qarşı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzilinə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən X26 ilə X3 arasında 05 may 2007-ci il tarixdə bağlanmış və Nəsimi VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 230 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 14 mart 2005-ci il təvəllüdlü X16 və 10 iyul 2008-ci il təvəllüdlü X17 anaları X1 yanında qalması qət edilmişdir. X10 22.07.2020-ci il tarixli notarial təsdiq edilmiş ərizə ilə qeydiyyatdan çıxarılmasına razı olduğunu bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsindən göründüyü kimi 14 mart 2005-ci il təvəllüdlü X16 və 10 iyul 2008-ci il təvəllüdlü X17 anaları X1 yanında qalması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1637/2016 saylı, 06.04.2016-cı il tarixli qətnaməsi ilə X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməsi qət edilmiş və qanuni qüvvəsini almışdır. Bu da onu göstərmişdir ki, X1, 14 mart 2005-ci il təvəllüdlü X16 və 10 iyul 2008-ci il təvəllüdlü X8 mübahisəli mənzildə istifadə hüquqları yoxdur və onların qeydiyyatı formaldır. Belə ki, qanunvericiliyə əsasən, azyaşlı uşaqlar valideynlərinin yaşadığı və qeydiyyatda olduğu yer üzrə qeydiyyata götürülürlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X3 iddia tələbi üzrə verdiyi izahatında bildirmişdir ki, iddia tələbinin özünə aid olan hissəsini qəbul etsə də uşaqlarına aid olan hissəsini qəbul etmir. Belə ki, uşaqlarının qeyd olunan mənzildə hüquqları mövcuddur. Ona görə 14 mart 2005-ci il təvəllüdlü X16 və 10 iyul 2008-ci il təvəllüdlü X8 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 iddia tələbini qəbul edərək verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzildən qeydiyyatdan məhkəmə qaydasında çıxarılmasına etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə rəsmi məktubla müraciət edərək işə iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, lakin üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onlarınn iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Nəsimi rayon VVAQ İdarəsi tərəfindən verilmiş 15.05.1979-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X15 arasında 15.05.1979-cu ildən nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ayvazov, arvada Ayvazova familiyası verilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, 19.09.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 196 №-li, 30.03.2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, A.Məhərrəmov küçəsi 4/66 saylı evin 2 otaqlı yaşayış sahəsi 23,89 kv.m. olan 13 saylı mənzilinin icarə müqaviləsinin X9 ilə bağlanmasına və onun həmin mənzilin icarədarı hesab edilməsinə, 31 saylı MKİS-də O.N.Kartavlyukun adına 9 nəfər ailə tərkibi ilə (özü, 4 qızı, 3 oğlu, nəvəsi) şəxsi hesab vərəqəsinin açılmasına sərəncam verilmişdir. - Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-1519/2016 №-li, 13.07.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından 14.03.2005-ci il tarixdə anadan olmuş X6 və 10.07.2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 117 (bir yüz on yedd manat, cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində alimentin 28.01.2016-cı il tarixdən başlayaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X7 tutularaq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X2 ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək X19 ilə X3 arasında 05 may 2007-ci tarixdə bağlanmış və Nəsimi rayon VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında qeydləri kitabında 230 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 14 mart 2005-ci il təvəllüdlü X6 və 10 iyul 2008-ci il təvəllüdlü X8 anaları X1 yanında qalmaları qət edilmişdir. - Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-1637/2016 №-li, 06.04.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 cavabdehlər Kartavlyuk (Ayvazova) Olqa Nikolayevnaya və X11 qarşı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzilinə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 4/66 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. - X5 notarial qaydada təsdiq edilmiş 22.07.2020-ci il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən məhkəmə yolu ilə çıxarılmağına etiraz etmir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********13 №-li, 18.05.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 20.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, X19, X16, X17, X10, X12, X20, X21, X3 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 22.09.2020-ci il tarixli, 082-3623A-3220 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 icarə müqaviləsinə əsasən İddiaçı verilmişdir. Mübahisəli mənzildə iddiaçı ilə birlikdə X19, X16, X17, X10, X12, X20, X21, X3 qeydiyyatdadırlar. X1 mübahisəli mənzildə istifadə hüquqlarının olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı icarə hüquqlarına əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan üçüncü şəxslərin, keçmiş gəlini X1, nəvələri X6, X8 və ailə üzvü olmayan X5 qeydiyyatdan çıxarılmaları üçün cavabdeh inzibati orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə üçüncü şəxslər X3 və X10 mübahisəli mənzildən qeydiyyatda çıxarılmalarına etiraz etməmişlər və X1 mübahisəli mənzildə istifadə hüquqlarının olmaması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla iddiaçının kirayəsindədir. Belə olan halda kirayədar ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxslər həmin mənzildə yaşamadığından, eləcə də onlardan X1 həmin mənzildə istifadə hüququnun olmaması qanunu qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapdığından, həmçinin yetkinlik yaşına çatmayan 14 mart 2005-ci il təvəllüdlü X6 və 10 iyul 2008-ci il təvəllüdlü X8 anaları X1 yanında qalmaları məhkəmə qətnaməsinə əsasən müəyyən edildiyindən həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onun qeydiyyatdan çıxarılmasına əngəl olmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X5, X1, X6 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X5, X1, X6 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar