Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-229/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, ünvan 8 evin qarşısında yerləşən torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi 28 saylı evin qarşısında yerləşən torpaq sahəsini 15 avqust 2002-ci il tarixdə alqı-satqı müqaviləsi ilə müəyyən məbləğ ödəyərək X1 almışdır. Azərbaycan Respublikası Torpaq Komitəsinin JN-3560D kod 00600056, 2002-ci il tarixli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməsi də mövcuddur. İddiaçı həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmiş, imtinanın əsası kimi sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində və eyni zamanda perimetrik ölçülərində uyğunsuzluq olduğu göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçının müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsinin kadastrı mövcuddur ki, bunu da dövlət qurumunun verdiyi şəhadətnamə təsdiq edir. Layihəyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyd edilən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmalı idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********90 saylı, xx.xx.2019-cu il tarixli etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu,Əmircan qəsəbəsi Q.Quliyev küçəsi 28 saylı evin qarşısında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş JN-3560D kod 00600056 saylı şəhadətnamə göstərilən torpaq sahəsinə aid deyil və sözügedən torpaq sahəsi (əlavə 192.0 kv.m sahə istifadə edilməkdədir) üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin (35.0 kV) mühafizə zolağında yerləşir. Bundan başqa alqı-satqı müqaviləsində bölünən sahə 600.0 kv.m göstərilməsinə baxmayaraq, müqavilənin əsası olan JN-3560D saylı şəhadətnamədə isə sahə 500.0 kv.m qeyd olunmuşdur. Təqdim edilmiş bölgü sxemində istiqamət qeyd olunmayıb və ölçüləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********66 saylı xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Buna görə də cavabdeh iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İnzibati işdə olan JN-3560D saylı şəhadətnamədəyə görə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 06 oktyabr 1997-ci il tarixli 1320 saylı Sərəncamı ilə 0.05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır, torpaq sahəsinin ölçüsü 500 kv.m, yaşayış evinin sahəsi 180 kv.m təşkil edir. İş materiallarında olan 15 avqust 2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş müqavilədə göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi 28 saylı evin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəni İddiaçı X4 almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində yerləşən torpaq sahəsinin bölgü sxeminə görə həmin torpaq sahəsinin ümumi ölçüsü 500 kv.m olmaqla, 300 kv.m hissəsi X2, qalan 200 kv.m hissəsi isə İddiaçı istafadəsindədir. İnzibati işdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2018ci il tarixli **********36 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi 28 saylı evin qarşısında yerləşən torpaq sahəsinin sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində və eyni zamanda perimetrik ölçülərində uyğunsuzluq olması, habelə, həmin torpaq sahəsinin 35000 voltluq yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zolağında yerləşməsi səbəbindən X2 ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. İnzibati işdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2018ci il tarixli **********66 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi 28 saylı evin qarşısında yerləşən torpaq sahəsinin sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində və eyni zamanda perimetrik ölçülərində uyğunsuzluq olması səbəbindən X2 ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş JN-3560D kod 00600056 saylı şəhadətnamə göstərilən torpaq sahəsinə aid deyil və sözügedən torpaq sahəsi (əlavə 192.0 kv.m sahə istifadə edilməkdədir) üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin (35.0 kV) mühafizə zolağında yerləşir. Bundan başqa, alqı-satqı müqaviləsində bölünən sahə 600.0 kv.m göstərilməsinə baxmayaraq, müqavilənin bağlanması üçün əsas olan JN-3560D saylı şəhadətnamədə isə torpaq sahəsinin ölçüsü 500.0 kv.m qeyd olunmuşdur. Həmçinin təqdim edilmiş bölgü sxemində istiqamət qeyd olunmayıb və ölçüləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2018-ci il tarixli DX- 18/1744 saylı məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən ünvan 7 1997-ci il tarixli Sərəncamı ilə X7 ogluna torpaq sahəsində inşa edilmiş yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayışın verilməsinə dair ərizəsinə cavab olaraq bildirilmişdir ki, həmin yaşayış evindən təhlükəsiz məsafədən keçən "xxxx" ASC-nə məxsus 20 kV-luq YS “Suraxanı”-YS 369 elektrik hava xəttinin istismarında heç bir çətinlik yaratmadığı üçün fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1464 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, təqdim edilmiş bölgü sxemində istiqamət qeyd olunmayıb və ölçüləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına JN-3560D kod 00600056 saylı şəhadətnamədə göstərilən torpaq sahəsinə aid deyil. Qərardadın 2-ci sualı üzrə: "xxxx" ASC-nin məktubunda vətəndaş İddiaçı ünvan 8 ünvanda yerləşən evin qarşısındakı torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik xətlərinin keçmədiyi qeyd olunmuş, lakin verilmiş vəsatətdə “Azərişıq" ASC-nin müvafiq mütəxəssislərinin baxışda iştirak edərək onlar tərəfindən tərtib ediləcək rəyin (arayışın) Mərkəzə təqdim edilməsininin təmin olunması xahiş edilsə də, hər hansı məlumat daxil olmadığı səbəbindən bu sual üzrə tədqiqat aparılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə ona ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün bir neçə əsası barədə bildirilmişdir: -elektron kadastr məlumatına əsasən təqdim edilmiş JN-3560D kod 00600056 saylı şəhadətnamə göstərilən torpaq sahəsinə aid deyil - sözügedən torpaq sahəsi (əlavə 192.0 kv.m sahə istifadə edilməkdədir) üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin (35.0 kV) mühafizə zolağında yerləşir -alqı-satqı müqaviləsində bölünən sahə 600.0 kv.m göstərilməsinə baxmayaraq, müqavilənin əsası olan JN-3560D saylı şəhadətnamədə isə sahə 500.0 kv.m qeyd olunmuşdur -təqdim edilmiş bölgü sxemində istiqamət qeyd olunmayıb və ölçüləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. İddiaçı tərəfindən məhkəməyə torpaq sahəsinə dair JN-3560D saylı şəhadətnamə, torpaq sahəsinin bölgü sxemi surət kimi təqdim olunmuşdur. Halbuki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İPM-nin: - 48.3-cü maddəsinə əsasən, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: - 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; - 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Prosessual qanunvericiliyin tələbləri onu nəzərdə tutur ki, tərəfin təqdim etdiyi sənədin yazılı sübut kimi qiymətləndirilməsi üçün onun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir ki, məhkəmə tərəfindən həmin sənəd qiymətləndirilərkən onun mötəbərliyi şübhə doğurmasın. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər surət olmaqla hər hansı bir qaydada təsdiq edilməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün yuxarıda istinad edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə riayət olunmaqla: 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilmişdir. Qeyd olunmuş hala münasibətdə qanunvericiliyin tələbi belə izah olunur ki, hüququn qeydə alınmasında iddialı olan şəxs hansı torpaq sahəsi üzərində hüquqa malik olmasını bəyan etməldiir ki, cavabdeh tərəfindən müvafiq qaydada yerində yoxlamanın aparılması mümkün olsun. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmədə iddiaçı 15 avqust 2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən ünvan 6 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m-nin X6 adlı şəxsdən (iddiaçının dediyinə görə şəxs həbsdədir) aldıgını iddia edir. Həmin müqavilədə torpaq sahəsi üzərində hüququn əsası kimi Azərbaycan Respublikasının Torpaq Komitəsi tərəfindən verilmiş JN-356 JN-3560D kod 00600056 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnaməyə istinad olunsa da, şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.05 hektar, yəni 500 kv.m göstərildiyi halda müqavilədə həmin torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən aparılmış məhkəmə tikinti-texniki ekspertizası zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı təqdim edilmiş bölgü sxemində istiqamətin qeyd olunmadığı və ölçülərinin faktiki vəziyyətlə uyğunsuzluq təşkil etdiyi, həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına JN-3560D kod 00600056 saylı şəhadətnamədə göstərilən torpaq sahəsinə aid olmaması müəyyən edilmişdir. Beləliklə, işdə olan iddiaçının torpaqayırma sənədi kimi təqdim etdiyi sənəddə göstərilən ünvan 6 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m-nin iddiaçıya ayrıldığı müəyyən olunmur, yəni sənədin iddiaçının hazırkı tələbində irəli sürdüyü və adına mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə aid sənəd deyil. Belə olan halda isə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, helə bu əsasla da iddia tələbi rədd edilməlidir. Çünki, bu halda, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə həmçinin əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş, yalnız kserosurəti əks olunmuş, nömrəsi olmayan bir müqaviləyə istinad edilməsi torpaq sahəsinə hüququn qeydiyyata alınması üçün yetərli əsas kimi qəbul edilə bilməz və məhkəmə tərəfindən açıq-aşkar qeyri-mötəbər sübut kimi qiymələndirilərək sənədin əsasının araşdırılması istiqamətində tədqiqat aparılmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, ünvan 8 evin qarşısında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1464 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə prosessual xərclər İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, ünvan 8 evin qarşısında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-229/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-229/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver