Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2292/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili X15 Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “torpaq vergi borcunun ödənilməsi tələbinə dair” xx.xx.2022-ci il tarixli 08 nömrəli qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 28 dekabr 2006-cı il tarixdə Binəqədi rayon Binəqədi qəsəbə bələdiyəsi arasında Binəqədi rayon X7 ərazi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kv.m sahəsi olan torpaq sahəsinə dair torpaqların alqı-satqına dair müqavilə bağlanmış və bələdiyənin büdcə hesabına 1700 (bir min yeddi yüz) manat pul ödənilmişdir. Bundan başqa Bakı şəhər Binəqədi rayon X7 28 dekabr 2006-cı il tarixli, № 2294 saylı sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin razılığı ilə, X7 ərazisində yerləşən 2000 kv.m sahəsi olan torpaq sahəsinin iddiaçının adına ayrılaraq rəsmiləşdirilməsi barədə sərəncam verilmişdir. Alqısatqı ilə Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsindən aldığı 2000 kv.m torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qeyri-yaşayış binası və mühafizəçi otağı tikmiş, satılan torpaq sahəsinə aid bələdiyyə tərəfindən cizgi planı çəkilərək ayrıc nöqtələri qoyulmuş və tərəfindən hasara alınmışdır. Həmin torpaq sahəsi 2006-cı ildən iddiaçının istifadəsində olsa da (heç bir fəaliyyəti olmamış) digər qurumlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermirlər. Eyni zamanda iddiaçı 28 dekabr 2006-cı il tarixdə Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ilə arasında torpaq sahəsinə dair alqı-satqı müqavilə üzrə ona ayrılmış torpaq sahəsini özəlləşdirmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Binəqədi rayon X7 nümayəndəsi çıxışı zamanı mübahisə edilən torpaq sahəsinin Binəqədi rayon X7 ərazisində olmadığını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq öz ərazisi olmadan qanunsuz olaraq Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi iddiaçı barəsində “torpaq vergi borcunun ödənilməsi tələbinə dair" xx.xx.2022-ci il tarixli № 08 nömrəli qərar çıxarmış və icra olunması üçün Binəqədi rayon icra şöbəsinə göndərmişdir. İddiaçı isə bu qərardan yalnız icra məmuru vasitəsilə xəbərdar olmuşdur. Yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 9-cu maddəsində Azərbaycan Respublikası dövlət hakimiyyət orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi təşkilat və maddi-maliyyə şəraiti yaradır və yerli özünü idarə hüququnu həyata küçirməkdə əhaliyə kömək göstərir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4 cü maddəsinin 1-ci bəndində yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünü idarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikası Konstitusiyası və Qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyildir. Qanunun 7-ci maddəsində büdcə gəlirləridir: 1. fiziki şəxslərdən torpaq vergisi, 1.2 fiziki şəxslərdən əmlak vergisi, 1.3 yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, 1.4 bələdiyyə mülkiyyətində olan torpaqlar və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 204-cü maddəsində Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Yuxarıda qeyd olunanları əsas götürərək vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş borclu İddiaçı vergidən yayınmaya görə maliyyə sanksiyası tətbiq edilərək məcburi vergiyə cəlb olunmaya dair qərar qəbul olunmuş və icraya yönəldilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Fiziki şəxslərin vergi ödəyicisi şəhadətnaməsinə əsasən iddiaçı xx.xx.2023-cü ildən vergi uçota alınmışdır; - Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli 08 saylı qərarın surətindən görünür ki, İddiaçı cəmi olaraq 800 (səkkiz yüz) manat məbləğində X7 büdcəsinə torpaq vergi borcunun ödənilməsinə məcbur edilməsi və 10 gün müddətində Binəqədi rayon X7 hesabına ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Binəqədi rayon X7 xx.xx.2022-ci il tarixli 08 saylı qərarına əsasən icraata başlanılmış, könüllü icra üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. - 28 dekabr 2006-cı il tarixli torpaqların alqı-satqına dair müqavilənin surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində 2000 kv.m torpaq sahəsi satılması barədə 2006-cı il 28 dekabr tarixli 2294 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı (adı, atasının adı, soyadı) tərəfindən X7 büdcəsinə VÖEN ********* saylı hesabına əvvəlcədən 1760 manat haqq ödənilmişdir. - Binəqədi rayon X7 2006-cı il 28 dekabr tarixli 2294 saylı sərəncamının surətindən görünür ki, Binəqədi rayonu binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - X7 xx.xx.2022-ci il tarixli 08 saylı protokolundan çıxarışdan görünür ki, X7 2294 saylı, 28 dekabr 2006-cı il tarixli sərəncamı və torpaq sahəsinə əsas olan digər sənədlərə vətəndaş X3 adına sahibkarlıq fəaliyyəti məqsədi ilə 2000 kv.m torpaq sahəsi rəsmiləşdirilərək ayrılmışdır. Keçən müddət ərzində vətəndaşa dəfələrlə xəbərdarlıq olunsa da, vergi borcunun ödənilməsindən imtina etmişdir. Hesablanma aparılaraq qeydiyyata düşməyən və ya rəsmiləşdirilmiş, lakin sənəd təqdim etməkdən imtina edən X1 istifadəsində olan 2000 kv.metr torpaq sahəsinə görə vergi borcu 800 (səkkiz yüz) manat hesablanaraq bu barədə tərtib olunmuş akt bələdiyyə üzvlərinin qəbul etdiyi qərara əlavə olunaraq icraya yönəldilsin. Müzakirələrdən sonra qərar iclas iştirakçılarının səsverməsinə çıxarılması üçün Bələdiyyə üzvlərinin müzakirəsinə təqdim edilsin. - Cavabdehin 03/MP-26 saylı xx.xx.2023 saylı məktubundan görünür ki, iddiaçı X4 X7 2294 saylı, 28 dekabr 2006-cı il tarixli sərəncamına və torpaq sahəsinin ayrılmasına əsas olan esgiz-cizgi, alqı-satqı müqaviləsi və maliyyə qəbzinə əsasən sahibkarlıq fəaliyyəti məqsədi ilə 2000 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi fiziki şəxslərin vergi ödəyicisi şəhadətnaməsinə əsasən uçota alınaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 204-cü maddəsinin tələbinə uyğun olaraq hər bir kv.metr üçün 0.1 manat vergi nəzərdə tutulur. X2 2000 kv.metr torpaq sahəsinə görə son üç il götürülməklə və sonuncu ilə tətbiq olunaraq vergi faizi nəzərə alınmaqla ümumilikdə 673 (altı yüz yetmiş üç) manat yerli (bələdiyyə) büdcəyə vergi borcu hesablanmışdır. Belə ki, 2000 kv.m x 0.1 azn = 200 azn x 3 = 600 azn. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hər gecikmiş gün üçün 0.1 % peniya tətbiq olunur. 200 azn x 0.1 % = 73 azn. X1 ümumi olaraq vergi borcu 673 manat və 2022-ci il üçün 200 manat əlavə olunmaqla ümumilikdə 873 manat vergi borcu hesablanmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarına görə cavabdehin 2006-cı il 28 dekabr tarixli 2294 saylı sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisindən istifadəsində olan 2000 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 08 saylı qərarla iddiaçıya 800 (səkkiz yüz) manat məbləğində torpaq vergi borcunun ödənilməsinə məcbur edilməsi və 10 gün müddətində bələdiyyənin hesabına ödənilməsi qərara alınmış və icraya yönəldilmişdir. İddiaçı hazırki iddia tələbində cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;... 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Respublikası Qanununa əsasən: 17.1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. 18.2. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. 18.3. Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. 18.4. Bələdiyyələr öz ərazilərində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hədlərdə torpaq vergisinin dərəcələrini və vergi güzəştlərini müəyyən edirlər. 18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.7. Digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 (yüz) kvadratmetrinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələri tətbiq edilir. 18.10. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə zonalarının torpaq sahələrinə görə torpaq vergisi tutulur. 18.11. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 18.12. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 18.13. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. Hazırki iddia tələbi ilə cavabdehin vergi borcunun tutulması barədə qərarla razılaşmayan iddiaçı onu mübahisələndirmişdir. İddiaçının tələbinin hüquqi əsasını həmin torpaq sahəsinin bələdiyyənin balansında olmayan torpaq sahəsi olması təşkil etmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fiziki şəxslərin vergi ödəyicisi şəhadətnaməsinə əsasən adına uçota alındıgından ona vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq vergi borcu hesablanmışdır. İddiaçı vergi borcunun ödənilməsini təsdiq edən heç bir sübutu təqdim etməmiş, yaxud da ona hesablanan borcu mübahisələndirməmişdir. İddiaçının dəlillərinə görə digər məhkəmə prosesində cavabdehin torpaq sahəsinin bələdiyyə balansında olmaması barədə münasibətinə görə vergi borcunu ödəməkdən imtina edir. Lakin Vergi Məcəlləsinin 204.-cü maddəsinin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxsləri torpaq vergisinin ödəyici kimi qeydiyyata alınmasını və tərəflər arasında vergi münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. İddiaçının qeyd etdiyi hallar isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlillər kimi məhkəmə qiymətləndirməsinin aparılması üçün əsas verir. Belə ki, iddiaçının həmin torpaq sahəsindən imtina etməsi və vergi qeydiyyatından çıxması halları müəyyən edilmir və iddiaçı belə bir niyyətdə oldugunu da nümayiş etdirmir. Vergi orqanı kimi çıxış edən cavabdehin isə sözsüz ki, torpaq sahəsi adına vergi qeydiyyatında olan iddiaçının həmin məlumatlar əsasında vergi məsuliyyətinə cəlb etməsi əsaslıdır. Göründüyü kimi iddiaçının iddia tələbində işin faktiki hallarına dair halların mövcud olmadığı öz təsdiqini tapmışdır. Hazırkı işin faktiki halları ilə isə iddiaçının torpaq vergisinin ödəyici kimi qeydiyyata alındıgı, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın həmin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva