Məhkəmə qərarları › İş №2-1(112)-2295/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2295/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2295/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrlərdə müvafiq düzəliş edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N32 nömrəli; xx.xx.N-ci il tarixli, N62 nömrəli; xx.xx.N993-cü il tarixli, 20 nömrəli; xx.xx.N994-cü il tarixli, 7 nömrəli; xx.xx.N994-cü il tarixli, 30 nömrəli və xx.xx.N994-cü il tarixli, N26 nömrəli əmrlərində ad, soyad və ata adına müvafiq düzəlişlər edilərək “İddiaçı” kimi yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N may N-ci il tarixdən 24 iyul N996-ci il tarixədək hərbi xidmətdə olmaqla, N saylı hərbi hissənin tərkibində, Ağdərə, Ağdam, Kəlbəcər, Laçın və Füzuli rayonlarında, N-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Bu barədə ******* nömrəli hərbi biletində qeyd olunmuş və möhür vurulmuşdur. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-5843 nömrəli arxiv arayışını aldıqdan sonra müəyyən etmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N32 nömrəli əmrində onun ata adı yazılmayıb. Həmçinin N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N62 nömrəli əmrində isə adı səhvən “Dəmir” kimi yazılmış, ata adı isə yazılmamışdır. Ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N32 nömrəli əmrində onun ata adının yazılmasını, xx.xx.N-ci il tarixli, N62 nömrəli əmrində isə düzəliş edilərək adının Camir kimi yazılmasını və ata adının yazılmasını xahiş etmişdir. Ərizəsinə cavab olaraq Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivindən xx.xx.2023-cü il tarixli, 4/2-3326 saylı arxiv arayışı ona poçt vasitəsi ilə göndərilmişdir. Həmin arayışdan məlum olmuşdur ki, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 20 nömrəli; xx.xx.N994-cü il tarxli, 7 nömrəli əmrlərində adı və ata adı tam yazılmamış və adının baş hərfi rus əlifbası ilə “Д” kimi qeyd olunmuş; xx.xx.N994-cü il tarixli, 30 nömrəli və xx.xx.N994-cü il tarixli, N26 nömrəli əmrlərində isə adının baş hərfi rus əlifbası ilə “Д” kimi qeyd olunmuş və ata adı yazılmamışdır. Həmçinin həmin arxiv arayışınının sonunda onun əmrlərə düzəliş edilməsi barədə ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, ünvanına göndərilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-5843 nömrəli məktubda qeyd olunan məlumatlar hərbi hissə komandirinin Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivində olan əmrlərinə əsasən yazılmış və olduğu kimi köçürülmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Naziriiyi xahişini nəzərə almamış və əmrlərdə olan səhvlərə düzəliş etməmişdir. Sözügedən əmrlər rus dilinə uyğun yazıldığına görə və onun adı da rus dilində «Джамир» kimi yazıldığı üçün həmin əmrlərdə adının baş hərfi “Д” kimi yazılmışdır. Qeyd edilən əmrlərdə olan səhvlərə görə “Müharibə veteranı” adı ala bilmir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hüquqi fakt olaraq, N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N32 nömrəli, xx.xx.N-ci il tarixli N62 nömrəli, xx.xx.N993-cü il tarixli 20 nömrəli, xx.xx.N994-cü il tarixli 7 nömrəli, xx.xx.N994-cü il tarixli 30 nömrəli və xx.xx.N994-cü il tarixli N26 nömrəli əmrlərində ad, soy ad və ata adına müvafiq düzəlişlər edilərək - “İddiaçı” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassız olmasının prosessual əsası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir. Həmin Məcəllənin, 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan, ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının N.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlərlə birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, Plenum qərarının N4-cü bəndində deyilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmətkeçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.” Beləliklə də, hazırkı iş üzrə iddiaçının məqsədi başqa qaydada əldə edə bilməsi mümkün olmayan faktın xüsusi icraat qaydasında məhkəmə tərəfindən tanınması deyil, hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə (hazırkı vəziyyətdə hərbi biletdə) natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınmasına və beləliklə də, iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarətdir. Bu isə qüvvədə olana mülki-prosessual qanunvericiliyin 26N.0.N-ci maddəsinin və Plenum qərarının qeyd edilən rəhbər göstərişlərinə zidd olduğundan, iddia mümkün hesab edilə bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N/D-N6N68 saylı xx.xx.20N9-cu il tarixli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi hissə komandirinin əmrlərində döyüş bölgəsinə ezam olunmağı döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olduğu qeyd olunmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış 4/32N6N saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 645 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən tərəfindən təqdim edilmiş 4/2-3326 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Dadaşov XN RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli N3 №-li əmrilə (əsas: səh-37, §-N, sıra-22, əmrdə vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli N32 №-li əmrində (əsas: səh-29, §-N, əmrdə atasının adı yazılmamışdır) texniki təminat bölüyünün sıravisi İddiaçı döyüş əməliyyatları bölgəsindən gəlməsi və xx.xx.N-ci il tarixdən qazan təminatına qoyulması barədə məlumat var. N №-li hərbi hissə komandirinin 2N noyabr N-ci il tarixli N62 №-li əmrində (əsas: səh- N48 §-2, əmrdə adı “Dəmir” yazılmış, atasının adı isə yazılmamışdır) texniki təminat bölüyünün hərbi qulluqçusu Dəmir Dadaşovun xx.xx.N-xx.xx.N-cı il tarixədək Laçın şəhərinə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 20 №-li əmrində (əsas: səh-35, §-5, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamış, və adı rus əlifbası ilə “D” qeyd olunmuşdur). Laçın şəhərindən ezamiyyətdən qayıtmış, texniki təminat bölüyünün hərbi qulluqçusu D.B.Dadaşovun qazan təminatına daxil edilməsi barədə məlumat var. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 7 №-li əmrində (əsas: səh-9, §-3, əmrdə adı və atasının adı tam yazılmamış, və adı rus əlifbası ilə “D” qeyd olunmuşdur) sıravi, D.B.Dadaşovun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat var. N №-li hərbi hissə komandirinin 3N yanvar N994-cü il tarixli 30 №-li əmrində (əsas: səh-45, §-l. sıra-8, əmrdə adı rus əlifbası ilə “D” qeyd olunmuş, atasının adı yazılmamışdır) sıravi D.Dadaşovun Ağcabədi, Tərtər, Beyləqan, Hacıkənd döyüş bölgələrindən ezamiyyətdən qayıtması barədə məlumat var. N №-li hərbi hissə komandirinin N3 may N994-cü il tarixli N26 №-li əmrində (əsas: səh-28. §-3, sıra-N, əmrdə adı rus əlifbası ilə "D” qevd olunmuş, atasının adı yazılmamışdır) sıravi D.Dadaşovun Füzuli, Qazax, Toğanlı, Ağcabədi döyüş bölgəsindən qayıtması barədə məlumat var. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğu üçün baş çilingər montajçı sıravi İddiaçı N № hərbi hissə komandirinin N iyul N996-cı il tarixli 2N0 №-li əmrilə (əsas: səh-88. §-3, sıra-2) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Sabunçu RHK-na göndərilmişdir. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə ünvanına göndərilmiş xx.xx.20N9-cu il tarixli 9/2-5843.№-li məktubda qeyd olunan məlumatlar hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan əmrlərinə əsasən yazılmış və olduğu kimi köçürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 9/2-5843 saylı xx.xx.20N9-cu il tarixli arxiv arayışına əsasən Sabunçu RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N3 №-li əmrilə (əsas: səh.37, §N, sıra-22) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq sıravi hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N32 №-li əmrində (əsas: səh.29, §N, qeyd: əmrdə atasının adı yazılmamışdır) texniki təminat bölüyünün sıravisi İddiaçı döyüş əməliyyatları döyüş bölgəsindən gəlməsi və xx.xx.N-ci il tarixdən qazan təminatına salınması barədə məlumat var. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N62 №-li əmrində (əsas: səh.N48 §2, qeyd: əmrdə adı “Dəmir” yazılmışdır, atasının adi isə yazılmamışdır) 2N-xx.xx.N-ci il tarixədək texniki təminat bölüyünün X2 şəhərinə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat var. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş baş çilingər montajçı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 2N0 №-li əmrilə (əsas: səh 83, §3, sıra-2) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Sabunçu RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr, dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyəti barədə məlumat aşkar olunmamışdır. H3 seriyalı ******* saylı xx.xx.N-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı N may Nci il tarixdən 24 iyul N996-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən N632 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı barədə N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N3 №li, xx.xx.N-ci il tarixli N32 №-li, xx.xx.N-ci il tarixli N62 №-li, xx.xx.N993-cü il tarixli 20 №-li, xx.xx.N994-cü il tarixli 7 №-li, xx.xx.N994-cü il tarixli 30 №-li, xx.xx.N994-cü il tarixli N26 №-li və xx.xx.N996-cı il tarixli 2N0 №-li nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları təqdim edilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəyişdirilməsi təklif edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iş üzrə iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək iş üzrə iddia tələbinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəyişdirilməsi təklif edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmiş, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx.xx.2024-cü il tarixədək müddət müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin N-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun N-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. N6.N. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. N6.2. İddia ərizəsi İPM-in 46.N-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. N6.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. N6.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.N-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. N6.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in NN.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in NN.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. N6.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Belə ki, iddiaçının hüquqi marağı müharibə veteranı adının və vəsiqəsinin verilməsi olsa da, o, “N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N32 nömrəli; xx.xx.N-ci il tarixli, N62 nömrəli; xx.xx.N993-cü il tarixli, 20 nömrəli; xx.xx.N994-cü il tarixli, 7 nömrəli; xx.xx.N994-cü il tarixli, 30 nömrəli və xx.xx.N994-cü il tarixli, N26 nömrəli əmrlərində ad, soyad və ata adına müvafiq düzəlişlər edilərək “İddiaçı” kimi yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəyişdirilməsi üçün iddiaçıya müddət təyin edilsə də, iddia ərizəsindəki qeyd edilən çatışmazlıqlar məhkəmənin müəyyən etdiyi müddətdə aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya çatmaq istədiyi məqsədə uyğun səmərəli hüquqi müdafiə vasitəsi kimi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar