Məhkəmə qərarları › İş №2-1(112)-23/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-23/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-23/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa magistral yolunun sağ tərəfi, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0421978; ******* Koordinatlarda) yerləşən mədən ərazisinin bir hissəsində Əzizbəyov rayon XDSİK-nın (Xəzər rayonu) 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarı əsasında vətəndaş X2 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi ərazi SOCAR-ın balansındadır və vətəndaş X6 həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Sözügedən ərazi SOCAR-ın mülkiyyəti olduğu üçün Əzizbəyov rayonu XDSİK-nin 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarı etibarsız hesab edilməlidir. Əzizbəyov rayonu XDSİK-i neft və qaz hasilatını həyata keçirmək üçün “Azneft” İB-nin daimi istifadəsində olan torpaq sahəsini vətəndaşın istifadəsinə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, Əzizbəyov (indiki Xəzər) XDSİK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün üçüncü şəxs X4 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin geri alınması barədə Bakı Şəhər İcra Hakimiyyətinin 208 nömrəli, 16.03.1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Nelt və X1 14.09.1998-ci il tarixli, JÇ-011/1865 saylı və Əzizbəyov Rayon İcra Hakimiyyətinin 05.08.1998-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha torpaq sahələri geri alınmışdır. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin geri alınması haqqında 673 saylı, 29.07.1999-cu il tarixli digər sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 15.02.1999-cu il tarixli, JÇ-011/252 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇN-nin Buzovna-Maştağa yatağından 56.0 ha torpaq sahələri geri alınmışdır. Eləcə də Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 08.05.1981-ci il tarixli, 66/500 saylı qərarı ilə Buzovna-Maştağa sərhədinə qədər 150 ha torpaq sahəsi geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin və Rayon İcra Hakimiyyətinin müvafiq icra sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Əzizbəyov rayon X9 icraiyyə komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 №-li, 2.10.89cu il, Bakı şəhər XDS icraiyyə komitəsinin 7-7192/7№-li, 4.10.89-cu il tarixli məktublarını rəhbər tutaraq Əzizbəyov rayon XDS icraiyyə komitəsi Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 51 №-li evdə yaşayan, “Əzizbəyovneft” NQÇİ-də fəhlə işləyən, Əzizbəyov rayon XDS icraiyyə komitəsinin 13 №-li, 01.08.89-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsində duran X5 Buzovna qəsəbəsində 163 №-li sahədə fərdi ev tikmək üçün 600 kv/m torpaq sahəsinin ayrılmasını qərara alımışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin geri alınması haqqında” 208 №-li, 16.03.1999-cu il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 14.09.98-ci il tarixli, YC-011/1865 saylı və Əzizbəyov rayon İcra Hakimiyyətinin 05.08.98-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından 6,8 ha. torpaq sahələrinin geri ayrılması haqqında sərəncam verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin geri alınması haqqında” 673 №-li, 29.07.1999-cu il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 15.02.99cu il tarixli, YC-011/252 saylı məktubı nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 56,0 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından 38,0 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Zirə yatağından 164,0 ha. torpaq sahələrinin geri ayrılması haqqında sərəncam verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-2641/17 №-li, 23.09.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 16.03.1999-cu il tarixli, 208 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahələrinin statusunun dəyişib-dəyişməməsi barədə hər hansı məlumatın aşkar edilməsi mümkün olmamışdır. - SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2020-ci il tarixli, SOCAR**********30490089X00045 №-li məktubdan görünür ki, sorğuda qeyd olunan topraq sahəsi (Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa magistral yolunun sağ tərəfi, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0421978; ******* koordinatlarda) yerləşən mədən ərazisi) İddiaçı daimi istifadəsinə ayrılmış dövət mlkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşir. Bu səbəbdən göstərilən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazinin SOCAR-ın daimi istifadəsində olduğu 15.04.1976-cı ildə və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 03.07.2009-cu ildə təsdiqlənmiş xərtilərə ilə təsdiq olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 27.04.2020-ci il tarixli, **********25 №-li məktuba əlavə edilmiş arayışdan görünür ki, elektron kadastr bazası məlumatlarına əsasən koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 01.10.2020-ci il tarixli, **********31 №-li məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, məktubda göstərilən koordinatlar (411***-*******) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən X2 Buzovna qəsəbəsi, 163 nömrəli sahədə fərdi ev tikmək üçün 600 kv/m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin İddiaçıt Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi olmasını əsas gətirərək qeyd olunan qərarın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (07.07.1970-cı ildə qəbul edilmiş, 01.01.1971-ci ildən qüvvəyə minmiş): - 5-ci maddəsinə əsasən Azərbaycan SSR-də bütün torpaq vahid dövlət torpaq fonduna daxildir və bu fond torpaqların əsas məqsədi təyinatına uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların və başqalarının istifadəsinə verilən kənd təsərrüfatı təyinatlı torpaqlar; 2) yaşayış məntəqələrinin (şəhərlərin, şəhər tipli qəsəbələrin və kənd yaşayış məntələqələrinin) topraqları; 3) sənayenin, nəqliyyatın, kurotların, qoruqların torpaqları və qeyri-kənd təsərrüfatı təyinatlı başqa torpaqlar; 4) dövlət meşə fondunun torpaqları; 5) dövlət su fondunun torpaqları; 6) dövlət ehtiyatı torpaqları. - 6-cı maddəsinin tələblərinə görə torpaqlar bu Məcəllənin 5-ci maddəsində göstərilmiş kateqoriyalara torpaqların əsas məqsədi təyinatına uyğun surətdə aid edilir. Torpaqlar bu kateqoriyadan digərinə həmin torpaqların əsas məqsəd təyinatı dəyişdirilən hallarda keçirilir. Torpaqların göstərilən kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi vahid dövlət torpaq fondundan istifadə edilməsinə dair perspektiv planlar əsasında, həmin torpaqların verilməsi haqqında qərarlar qəbul edilən orqanlar tərəfindən, torpaqların verilməsi və ya alınması ilə əlaqədar olmayıb, onların əsas məqsəd təyinatı dəyişdirilən hallarda isə yer quruluşu layihələrini təsdiq edən orqanlar tərəfindən həyata keçirilir, bu şərtlə ki, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə başqa fayda nəzərdə tutulmamış olsun. - 20-ci maddəsinin 2-ci hisəsinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. - 128-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə yaşayış məntəqələrinin, dövlət ehtiyatlarının torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondunun torpaqlarından aşağıdakıların müddətsiz istifadəsinə torpaq sahələri verilir: 1) mənzil-tikinti və bağ-tikinti kooperativlərinə - kooperativ evləti və bağların tikilməsi üçün; 2) fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə hər evtikdirənin bir mənzil üzərində şəxsi mülkiyyət hüququ ilə çoxmənzilli yaşayış evləri tikilməsi üçün. - Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən yaşayış məntəqələrinin torpaqları bu maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün şəhər, qəsəbə və kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən, dövlət ehtiyatının torpaqları və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondunun torpaqları isə rayonu və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən Azərbaycan SSR-in müvafiq nazirliklərinin və idarələrinin razılığı ilə verilir. - 131-ci maddəsinin tələblərinə əsasən qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından və kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpalarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verilir. Göstərilən məqsəd üçün torpaqlar bu Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada verilir. - 134-cü maddəsinə görə müəssisələrə, idarələrə və təşkilarlara həvalə edilmiş xüsusi vəzifələrin (sənaye istehsalı, nəqliyyat, kurotların, qoruqların təşkili və i.a.) həyata keçirilməsi üçün onların istifadəsinə verilmiş torpaqlar sənayenin, nəqliyyatın, kurotların, qoruqların torpaqları və digər qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar hesab edilir. - 137-ci maddəsinə əsasən sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından, kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpalarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verə bilər. Sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı üçüncü şəxs X2 fərdi evin tikilməsi üçün ayrılmış mübahisəli torpaq sahəsinin 15.04.1976-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, üçüncü şəxs X2 fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinə aid olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. - 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. - 65.3-cü maddəsinin tələbinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, fərdi yaşayış evi tikmək üçün X2 Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsi, 163 nömrəli sahədə 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş 20.02.1990-cı il tarixli, 3 nömrəli qərar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən verildiyindən etibarsız hesab edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə mütəxəssis tədqiqatı ilə bağlı prosessual xərc 60 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə prosessual xərc cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 20.02.1990-cı il tarixli, 3 nömrəli qərarı etibarsız hesab edilsin. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq "xxxx" MMC-nin hesabına (Benefisarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YEQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar