Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2304/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuş, məhkəmənin 2-1(112)-2304/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti işə üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işdə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır. Yaşayış yeri üzrə ona şəxsiyyət vəsiqəsinin verilməsi üçün dəfələrlə Bakı şəhəri Suraxanı rayon polis İdarəsinə müraciət etməyinə baxmayaraq, iddiaçı bu günə kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Suraxanı rayon polis idarəsinin iddiaçıya ünvanlanmış imtina məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 16 oktyabr 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsi təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir Belə ki, iş materiallarına əlavə edilmiş: - Suraxanı RPİ-nin 32-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli, 099-9516-1219 saylı arayışından müəyyən edilir ki, ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə 32-ci PB-yə müraciət edərək xx.xx.2019-cu il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında keçmiş sovet pasportunun naməlum şəraitdə itirməsini bildirmişdir; - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 224 saylı, xx.xx.2000-ci il tarixli forma 2 arayışının surətindən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı 1990-cı il tarixdən ünvan 5 ünvanında yerləşən 3 otaqlı evdə yaşamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 018-6577-1220 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1974-cü ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhər Suraxanı rayon X4 aldığı XXİİİ-JQ seriyalı, 531782 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1990-cı il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 16/3665 saylı məktubdan müəyyən edilir ki, İAMAS bazasında İddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən ölkə ərazisinə girişi barədə məlumat qeyd alınmışdır; - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 539 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək ünvan 5 (köhnə Yeni Qumluq küçəsi, ev 9) ünvanında qeydiyyatda olmuşdur; - Bakı şəhəri Suraxanı rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, ***-*******20 saylı məktubuna əlavə edilərək məhkəməyə təqdim edilmiş xx.xx.1974-cü il təvəllüdlü ünvan 2 ünvanında yaşayan İddiaçı aid fərdi uçot kartoçkasının surətindən müəyyən edilir ki, İddiaçı Bakı şəhər Suraxanı rayon X4 XXİİİ-JQ seriyalı, 531782 nömrəli keçmiş Azərbaycan SSRİ pasportu verilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 016-83582-1220 saylı məktubundan aydın olur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək etibarlı olan 01.010146 nömrəli sürücülük vəsiqəsi verilmişdir; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 16/4685 saylı məktubuna əlavə edilmiş sənəddən məlum olur ki, Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkəti ilə əlaqədar İddiaçı şəxsiyyətinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş sənədin nömrəsi VQHŞ- KO6923-dür; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 09 oktyabr 2020-ci il tarixli ******* nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, 16 aprel 1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan sənədlərdən məlum olur ki,İddiaçıona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon polis idarəsinə müraciət etmiş, sonuncunun iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun tətbiqi haqqında” Əsasnaməyə uyğun olaraq ilk dəfə şəxsiyyət vəsiqəsi almağı ilə əlaqədar mütləq şəkildə digər sənədlərlə birlikdə doğum haqqında şəhadətnamənin əsli təqdim edilməlidir və valideynlərdən birinin və yaxud qanuni nümayəndənin iştirakı lazımdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir Maddənin qeydində göstərilmişdir ki, 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, xx.xx.1974-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda doğulmuş İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhər Suraxanı rayon X6 tərəfindən XXİİİ-JQ seriyalı, 531782 nömrəli keçmiş Azərbaycan SSR pasportu verilmiş, o, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmuş, həmçinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2020-ci il tarixli ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubunda qeyd edilənləri və iş materiallarında olan sənədləri müqayisəli şəkildə təhlil və tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının ərizəsi əsasında inzibati icraata lazımi şəkildə başlanılmadan, öz arxivində olan sənədlərin və məlumatların tapılması istiqamətində qanunvericilikdə tələb edilən səviyyədə araşdırma aparmadan iddiaçının müraciətini cavablandırmaqla onun ərizəsini təmin etməkdən imtina etmiş, bu hal iddiaçının hüquqlarının həyata keçirilməsinə əsassız maneə yaratmışdır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə əlavə olaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olmasa da, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən onun yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinin də öz həllini tapması yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri baxımından məqsədəuyğundur. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, dalan 2 ünvanında yerləşən 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 6709 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X2 adından notarial qaydada tərtib edilməklə imzalanmış (ərizə 5 saylı BAKİ “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş, 7E- 18672 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında X1 əvəzinə edilmişdir) **********797 saylı ərizədə bildirilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına etiraz edilmir. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16 aprel 1974-cü il tarixdə Gürcüstan SSR, Bolnisi rayonunda doğulmuş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2020-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 16 aprel 1974-cü il tarixdə Gürcüstan SSR, Bolnisi rayonunda doğulmuş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 09 oktyabr 2020-ci il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10ƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2304/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2304/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver