Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2307/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, "xxxx" MTK-da komendant işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissəsinin 13.1N.2N21-ci il tarixli arayışına əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissəsinin 13.1N.2N21-ci il tarixli arayışına əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş giziridir. 23.N8.1992-ci ildən 18.N9.2NN6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, 19.N9.2NN6-cı ildən N7.N4.2N11-ci il tarixinədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində (XTMX) xidmət etmişdir. Azərbaycan Respublikası Milli Qvardiya Komandanının N7.N4.2N11-ci il tarixli 81 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində hər il qanunla müəyyənləşdirilmiş növbəti məzuniyyətdən tam şəkildə istifadə etməmişdir və hərbi xidmət keçdiyi zaman ümumilikdə 215 (iki yüz on beş) məzuniyyətdən istifadə etməmişdir. Bunlardan 15 (on beş) gün XDMX-nin Milli Qvardiyasına və qalan 2NN (iki yüz) günü isə Müdafiə Nazirliyinə aiddir. Növbəti məzuniyyətdən istifadə etmədiyi günlərə görə ona pul kompensasiyası ödənilməmişdir. Bununla bağlı 29 iyul 2N21-ci il tarixində həm Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə, həm də Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəsmi ərizələrlə müraciətlər etmişdir. Ərizələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etmədiyi günlərə görə ona pul kompensasiyasının ödənilməsində köməklik göstərilməsini, bıından imtina edildiyi halda hüquqi əsaslandırılmış cavabın verilməsi, həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi zaman istifadə etmədiyi məzuniyyət günlərinə görə komissiya tərəfindən barəsində tərtib olunmuş Protokolun təsdiq olunmuş surətinin iddiaçıya təqdim olunmasında köməklik göstərilməsini xahiş etmişdir və bununla bağlı heç bir cavab almamışdır . Bakı İnzibati Məhkəməsinin 28 iyul 2N21-ci il tarixli 2- 1(112)-1144/2N21 saylı Qərarı ilə İddiaçı Yahya oğluna 15 gün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2N21-ci il tarixli 2-1(112)-1144/2N21 saylı Qərardadı ilə iddiaçının Müdafiə Nazirliyinin N saylı hərbi xidmətdə olduğu zaman 2NN gün istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi vəzifəsinin XDMX-nin üzərinə qoyulması hissəsində iddia mümkün sayılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, hazırki inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh olaraq çıxış edə bilmədiyindən, iddia tələbi cavab verməli olmayan inzibati orqana qarşı yönəldiyindən aşağıdakı səbəblərdən mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən 2N1N-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 26 dekabr 2N14-cü il tarixli 399 nömrəli qərarına əsasən 1994-cü il fevralın 1-dən 2N1N-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2N1N-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (3N,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Göründüyü kimi Qərarda kompensasiya hesablanması üçün əsas hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə vəzifə maaşı, hərbi rütbəyə görə maaş və xidmət illərinə görə əlavənin məbləği əsas götürməklə hesablanması nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 mart 2N15-ci il tarixli qərarı ilə təsdiq edilmiş “1994-cü ilin fevralın 1-dən 2N1N-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi Qaydaları”na əsasən iddiaçı ehtiyata və ya istefaya buraxıldığı hərbi hissənin tabe olduğu yuxarı orqana müraciət etməlidir. İnzibati iş materiallarından müəyyən edilir ki, iddiaçı 23 avqust 1992-ci il tarixdən 18 sentyabr 2NN6-cı il tarixədək N nömrəli hərbi hissədə, N sentyabr 2NN6-cı il tarixdən 7 aprel 2N11-ci il tarixinədən Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etmişdir. N sentyabr 2NN6-cı il tarixdən 7 aprel 2N11-cil tarixədək Xüsusi Dövlət Mühafizəsi Xidmətinə Milli Qvardiyada xidmət keçdiyindən və ehtiyata buraxıldığından iddia tələbi mümkünsüz sayılmalı və iddiaçıya N nömrəli hərbi hissənin N oktyabr 2N21-ci il tarixli 3271 nömrəli arayışı ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 29.12.2N14-cü il tarixli, 186 №li arayışına əsasən iddiaçı 23.N8.1992-ci ildən 18.N9.2NN6-cı ilə qədər N saylı hərbi hissədə, 19.N9.2NN6-cı ildən N7.N4.2N11-ci ilə qədər XDMX-də xidmət etmişdir.N7.N4.2N11-ci il tarixli, 81 saylı əmrə əsasən iddiaçı AR Milli Qvardiya Komandanının əmrinə əsasən ehtiyata tərxis edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin 13.1N.2N21-ci il tarixli 3271 nömrəli Arayışına əsasən X2 1992-ci ilin avqust ayından 2NN6-ci ilin sentyabr ayınadək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və göstərilən illərdə növbəti məzuniyyətdən aşagıdakı qaydada istifadə etmişdir: 1992,1994,1996,1997, 1998,1999 və 2NN4-cü ildə növbəti məzuniyyətdən istifadə etməmiş, 1995-ci ildə N5 gün, 2NNN-ci ildə 1N gün, 2NN1-ci ildə 1N gün, 2NN2-ci ildə 1N gün, 2NN3-cü ildə 15 gün , 2NN5-ci ildə 15 gün, 2NN6-ci ildə 12 gün növbəti məziniyyətdə olub. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasınıın 6N-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci bəndinin birinci abzasında göstərilmişdir ki, hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndində( 18-ci və 19-cu abzaslarında) qeyd edilmişdir:” İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 3N günlük, əsgərlərə (matroslara) və çavuşlara 1N günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 2N təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 4N günlük mə'zuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Silahlı Qüvvələrdə 2N və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.” Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında qeyd olunmuşdur ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2N1N-cu il 11 may tarixli 1NN5-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2N1N-cu il 1N iyun tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2N14-cü il 28 mart tarixli Qərarına əsasən, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanmasına görə deyil, hərbi qulluqçuların bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2N1N-cu ilin 12 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuşdur. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2N1N-cu ilin 12 iyun tarxinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydasının müəyyən edilməsi AR Nazirlər Kabinetinə tövsiyə edilmişdir. AR Nazirlər Kabinetinin «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə hərbi xidmətdə olduğunu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2N12-ci il 28 sentyabr tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (3N,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. AR Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2N1N-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2N14-cü il 26 dekabr tarixli 399 nömrəli qərarın 1-ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2N1N-cu il iyunun 12dək dövr əsas götürülməlidir. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın, Ali Məhkəməsinə və Hərbi Prokurorluğuna tövsiyə edilsin: (3.1 yarımbənd) 2N1N-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2N1N-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; - (3.2 yarımbənd) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Göründüyü kimi, hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktlar qismində nə «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin 2N1N-cu il 1N iyun tarixli Fərmanının müddəalarında hər hansı tarixlə (vaxtla) məhdudlaşdırılmamışdır. Həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın şəkildə tənzimlənmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi hərbi qulluqçu tərəfindən xidmət dövründə istifadə olunmayan məzuniyyət günlərinə görə pull kompensasiyasının ödənilməsi inzibati orqanının üzərinə bir öhdəlik kimi qoyulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki,iddiaçının istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilməsi hüququ olmaqla 1994-cü ilin fevralın 1-dən 2NN6-ci ilin 18dək olan dövr üzrə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N14-cü ilin 26 dekabr tarixli 399 nömrəli qərarına, 1992-ci-1993-cü illər üçün istifadə edilməmiş məzuniyyət qünlərinə görə kompensasiyanın ödənilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 78 nömrəli, 19 mart 1994-cü il tarixli əmrinə əsasən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtina edilməsi mövcud qanunvericiliyə ziddir. Cavabdeh hesab edir ki, iddiaçı N sentyabr 2NN6-ci il tarixdən N7 aprel 2N11-ci il tarixədək Xüsusi Dövlət Mühafizə Xidmətində Milli Qvardiyada xidmət etdiyi və buradan istefaya buraxıldığı üçün AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi 1992-ci ildən 2NN6-ci ilədək olan dövr üçün istifadə edilməmiş məziniyyətə görə kompensasiyanı da Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiya tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N14-cü ilin 26 dekabr tarixli 399 nömrəli qərarında belə bir qaydada kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, N saylı hərbi hissəsinin 13.1N.2N21-ci il tarixli arayışına əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 11N-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 11N-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 13.1N.2N21-ci il tarixli arayışına əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 3N gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 54N-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2307/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2307/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver