Məhkəmə qərarları › İş №2-1(112)-231/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-231/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-231/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X3, X10 və X12 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X4, X10 və X12 işə cəlb edilməklə ona məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanından X1, X7 və X9 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 9, 2 saylı mənzil alğı-satqı yolu ilə mülkiyyətinə keçmişdir. Alğı-satqı müqaviləsinə əsasən satıcı X4 mənzili satdıqdan sona, xx.xx.2019-cu il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Lakin, buna baxmayaraq, həm satıcı X4, həm də digər şəxslər X10 və X12 hal-hazıradək mənzildə qeydiyyatdadırlar. Ona görə də, X1, X7 və X9 qeydiyyatdan çıxarılmasına dair notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən pasport qeydiyyatından çıxarılması ilə bağlı Cavabdehnə müraciət edilmişdir. Buna baxmayaraq, Cavabdeh cavab məktubu ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən şəxsə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi əsasları göstərilərək müraciətindən əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, Cavabdeh imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, müqaviləyə əsasən X4 Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 2 saylı mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü maddəsinə əsasən satıcı X4 xx.xx.2019-cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********239, **********238 və **********240 nömrəli Cavabdeh Qeydiyyat və X5 ünvanlanmış ərizələrdən müəyyən edilir ki, X4, X10 və X12 Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu, dalan 4, 9 saylı evin 2 nömrəli mənzilini satdıqları üçün qeydiyyatdan çıxarılmalarını xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2019-cu il tarixli, notarial qaydada təsdiq edilmiş çıxarışlardan görünür ki, X4, X10 və X12 Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 065-20837A- 3219 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya ərizə ilə əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin mülkiyyətçisidir. Mənzil alğı-satqı yolu ilə alındıqdan sonra satıcı X4 mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Həmçinin, iş üzrə 3-cü şəxslər notarial qaydada ərizə verərək, mübahisəli ünvandan qeydiyyatdan çıxmalarına etiraz etmədiklərini bildirmişlər. Hazırda 3-cü şəxslərin, yəni mənzilin əvvəlki sahibi X1 və onun ailə üzvləri digər 3-cü şəxslərin (X6 və X9) iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Buna görə də, iddiaçı 3-cü şəxslər X1, X7 və X9 mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1, X7 və X9Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar