Məhkəmə qərarları › İş №2-1(112)-2313/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2313/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2313/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 (Bakı şəhərində ünvanında qeydiyyatdadır, ixtisası hüquqşünas, ünvan irakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı «Bakı şəhəri, Sabiq Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İcra Hakimiyyəti) 30 dekabr 1999-cu il tarixli, 2460 saylı sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya ayrılmış 800 kv.metr ölçüdə torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabiq Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İcra Hakimiyyəti) 30 dekabr 1999-cu il tarixli, 2460 saylı sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya ayrılmış 800 kv.metr ölçüdə torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İH) xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m ölçüdə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşdiyi yer barədə ölçü-plan verilmişdir. Zəruri sənədləri təqdim etməklə həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi barədə cavabdehə olan 20 sentyabr 2019-cu il tarixli rəsmi müraciətinə, torpaq sahəsinin Buzovna Südçülük sovxozunun ərazisində yerləşməsi, sahənin digər torpaq sahəsi ilə eyni hasar daxilində olması, notariat qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi səbəbi ilə imtina edilmişdir. Həmçinin iddiaçı bildirir ki, torpaq sahəsinin ayrılmasına dair müvafiq İcra Hakimiyyətinin sərəncamının təsdiq olunmuş arxiv surətini, torpaq sahəsinin yerləşdiyi yer barədə İH tərəfindən təsdiq olunmuş plan-ölçünün iddiaçı tərəfindən cavabdehə təqdim olunmasına baxmayaraq, 14 noyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa olunmuş tikintiyə dair sənədlər olduğu halda həyata keçirilir. İmtina məktubunda göstərilən ünvan, yəni həmin torpaq sahəsi ilə qonşu olan torpaq sahəsi arasında bölgü aparılaraq divar inşa edildikdən sonra qanunvericiliklə nəzərdə tutulan zəruri sənədlər təqdim edilməklə 06 avqust 2021-ci il tarixli rəsmi məktubla təkrarən cavabdehə müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının ilkin qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçını dəvət edərək sənədləri qəbul etmək əvəzinə onu dəvət etməmiş və sənədləri qəbul etməmiş, sənədləri yoxlamadan, torpaq sahəsində yerində baxış keçirmədən 17 avqust 2021-ci il tarixli məktubu ilə 14 noyabr 2019-cu il tarixli imtina məktubunda göstərilən əsasların eynisini təkrar edərək ərizənin icrasından qanunsuz olaraq imtina emtişdir. Halbuki onunla qonşu olan torpaq sahəsi üzərində bəhanəsiz olaraq hüquqların ilkin qeydiyyatı aparılaraq reyestrdən çıxarış verilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi X4 sovxozunun ərazisində yerləşir. Həmçinin iki torpaq sahəsi eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********05 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının vəkili və nümayəndəsi F. Qasımov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkilinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Аzərbаycаn Rеspublikаsı Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 1156 nömrəli iddiaçıya ünvanladığı məktubuna əsasən, Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İH) xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamının təsdiq olunmuş surəti iddiaçıya təqdim olunmuşdur. Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamına əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m ölçüdə torpaq sahəsi ayrılmış və 596 saylı torpaq sahəsinin yerləşdiyi yer barədə plan-ölçü verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı xx.xx.2019-cu il tarixli məktubla müraciətə cavab verilmiş və həmin məktublarda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişində əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi X4 sovxozunun ərazisində yerləşir. Həmçinin iki torpaq sahəsi eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir və bu səbəblərdən ərizənin icrazı mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 120 F ünvanında yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Bakı şəhər Xəzər rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamı ilə Qala qəsəbəsində fədi ev tikmək üçün iddiaçıya ayrılmış 590 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı ona göndərilmişdir. İddiaçı sübut qismində məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunan, hüquq sahibi X3 olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 120 F ünvanında yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsinin AN 415736 nömrəli plan və ölçüsünü və hüquq sahibinə ayrılan Q-120 saylı və 596 saylı sahənin sxemi təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubu ilə birlikdə tələb olunan sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir, o cümlədən dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış və torpaq sahəsinin plan-ölçüsü, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamının təsdiq olunmuş surətlərini təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində 800 kv.m ölçüdə torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İH) sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və torpaq ölçüsünün yerləşdiyi yer barədə müvafiq plan-ölçü verilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin faktiki hallarına əsasən Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2460 nömrəli Sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikinitisi üçün 800 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamın arxiv surətini cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi mübahisəli torpaq sahəsinin X4 sovxozunun ərazisində yerləşməsi, həmçinin iki torpaq sahəsinin eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərlə bağlı ilkin olaraq qeyd edir ki, cavabdeh mübahisəli torpağın X4 sovxozunun ərazisində yerləşməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən torpaq sahəsi sovxozun ərazisində yerləşdiyi üçün onun dövlət orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən vətəndaşa ayrılması hərəkətinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmasına dair dəlil göstərilməmişdir. Bundan başqa hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Cavabdehin Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 176-cı maddəsində göstərilmişdir: “176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mənzil Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Cavabdehin etirazında və iddiaçıya ünvanlanmış imtina məktublarında göstərilən əsaslara məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının həyata keçirilməsinə əsas ola bilən müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa olunmuş tikintiyə dair sənədlərin olmamasını göstərsə də, torpağın iddiaçıya ayrılmasına və fərdi yaşayış evinin tikintisinə icazəyə dair sərəncam, torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 800 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin Q-120 və 596 nömrəli torpaq sahəsinin cizgisi Əzizbəyov rayon icra Hakimiyyəti tərəfindən, 590 saylı torpaq sahəsinin cisgisi isə Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları müvafiq qaydada analogi cizgilərə uyğun olaraq qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə qonşu olan torpaq sahəsi arasında bölgü aparılaraq divar inşa edilmişdir. Qeyd olunan ünvan X4 sovxozunun sahəsindən kənarda yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamə ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının istifadəsində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabiq Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İcra Hakimiyyəti) 30 dekabr 1999-cu il tarixli, 2460 saylı sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə İddiaçı ayrılmış 800 kv.metr ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqların ilkin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabiq Əzizbəyov rayon İcra Hakimiyyətinin (Xəzər rayon İcra Hakimiyyəti) 30 dekabr 1999-cu il tarixli, 2460 saylı sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə İddiaçı ayrılmış 800 kv.metr ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqların ilkin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar