Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2314/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Teymur Raif oğlu İsmayılovun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, əlil, işləmir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Bəylərov Səfər Hüseyn oğlunun cavabdeh Bakı şəhəri Cavabdehə qаrşı “növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Bəylərov Səfər Hüseyn oğlu cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddiaçının 4 nəfər ailə üzvü ilə birlikdə növbədənkənar dövlət hesabına mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, tərzən Həci Məmmədov küçəsi, 9-da polisin inzibati binasında qeydiyyatdadır. Faktiki yaşadığı ünvanda kirayənişin yaşayır, aya 400 manat kirayə haqqı verir. Bunun 100 manatını hər ay mənzil növbəsinə qeydiyyata alındığı Cavabdeh ödəyir. İddiaçı 1-ci qrup əlildir. 02.07.1992-ci il tarixdən Nərimanov RİH –də mənzil növbəsində növbəyə durmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq hələ də mənzillə təmin edilməmişdir. Cavabdehin 31.10.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının mənzillə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Həmin nazirlik isə iddiaçının müraciətinə 30 yanvar 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, imtiyazlı kateqoriyadan olan şəxslərin , o cümlədən ümumi xəstəlik səbəbinə əlil olmuş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması nazirliyin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə qeydiyyatda olduğu Cavabdehə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia əsassızdır, iddiaya cavab verməli olmayan şəxsə yonəlmişdir. Belə ki, iddiaçı Nizami RİH onun adına verilmiş 26.09.1987-ci il tarixli 248326 nömrəli order əsasında ünvan 1 ünvanda 1 otaqlı yaşayış sahəsi 15,46 kv.m ümumi sahəsi 30,0 kv.m olan 116 nömrəli mənzildə yaşamış və Nizami RİH başçısının 02.07.1992-ci il tarixli 3300 nömrəli sərəncamı ailə tərkibi 4 nəfər olmaqla yaşayış yeri üzrə Nizami RİH –də mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş və vətənşdaşların ümumi qaydada növbəlilik siyahısına daxil edilmişdir. Sözügedən yaşayış sahəsinin (mənzilinin) özəlləşdirilərək özgəninkiləşdirilməsindən sonra İddiaçı Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınmış və yaşayış yerinin dəyişməsi səbəbindən Nizami RİH başçısının 19 sentyabr 2003-cü il tarixli 466 nömrəli sərəncamı ilə onun Nizami RİH -də ümumi əsaslarla olan mənzil uçotu işi üzrə mənzil növbəlik sənədləri Nərimanov RİH-nə göndərilmişdir. 28.03.2007-ci il tarixdə İddiaçı ərizə ilə Nərimanov RİH-ə müraciət edərək 1-ci dərəcəli əlilliyi ilə əlaqədar onun vətəndaşların ümumi əsaslarla olan mənzil növbəliyi siyahısından çıxarılaraq, vətəndaşların güzəştli şərtlərlə olan mənzil növbəliyi siyahısına daxil edilməsini xahiş etmiş və Nərimanov RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə İddiaçı ailə tərkibi 4 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 1-ci dərəcəli əlil kimi mənzil növbəliyinə götürülmüş və vətəndaşların güzəştli şərtlərlə olan mənzil növbəliyi siyahısına daxil edilmişdir. Yəni Cavabdeh öz üzərinə düşən vəzifə öhdəliyini yerinə yetirmişdir. Güzəştli şərtlərlə əlillərə yaşayış sahələrinin verilməsi isə növbəlik prinsipi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Göründüyü kimi Nərimanov RİH öz vəzifə öhdəliyini yerinə yetirmiş və iş üzrə iddiaçının mənzil növbəsinə götürülməsi barədə müvafiq akt qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat və çıxış edərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi rədd еdilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 239 nömrəli, 20.04.2007-ci il tarixli sərəncamına əsasən, İddiaçı ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) növbədənkənar mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçıya Cavabdeh tərəfindən verilmiş 312 nömrəli, 31.10.2019-cü il tarixli arayışına əsasən,X2 Cavabdeh başçısının 02.07.1992-ci il sərəncamı ilə 1-ci qrup ümumi səbəbdən əlil kimi Nərimanov RİH-də mənzil növbəsinə götürülmüşdür. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və bu kateqiriyadan olan mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi vəzifəsi bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və ümumi növbəlik siyahısında daxil edilmiş şəxslərin yaşayış sahələri ilə (mənzillərlə) təmin edilməsi isə Azərbaycan Respublikası Mənzil qanunvericiliyinin tələbləri qaydasında növbəlik prinsipi əsasında həyata keçirilir. Hal-hazırda Nərimanov RİH-nin mənzil fondu olmadığından və müvafiq təyinatı yaşayışş sahələri ayrılmadığından yaşayış sahəsi ilə (mənzillə) təmin edilməsi imkanlarından və səlahiyyətlərindən xaricindədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin iddiaçıya ünvanlanmış 30 yanvar 2015-ci il tarixli, 03/99 nömrəli məktubunda göstərilmişdir: ”Sizin Azərbaycan Respublikası Milli Məclisindən daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İmtiyazlı kateqoriyadan olan digər şəxslərin, o cümlədən ümumi xəstəlik səbəbi ilə əlil olmuş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricində olduğundan, Sizə aidiyyəti üzrə qeydiyyat olduğunuz Cavabdehə müraciət etməyiniz tövsiyyə olunur” Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Cavabdehə ünvanlanmış 2018-ci il 14 sentyabr 237 nömrəli məktubunda göstərilmişdir: “ Sizin İddiaçı mənzil şəraitinin yaxşılaşdırıması ilə bağlı məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncamla əhatə olunmadığından vətəndaş İddiaçı mənzil – məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri xaricindədir.” Bakı şəhəri Cavabdehin iddiaçıya ünvanlanmış 08 yanvar 2018-ci il tarixli məktubunda göstərilmişdir:” Siz 02.07.1992-ci il tarixli sərəncamına əsasən 1-ci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsindədir. Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış Qarabağ müharibəsi əlillərinin və Şəhid ailələrinin yaşayış sahəsi ilə təmin olunmaları haqqında növbəlik siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş və həmin ailələr, Siz də daxil olmaqla nazirlik tərəfindən növbəlik qaydasında mənzillə təmin olunacaqlar.” Bakı şəhər Cavabdeh 18.02.2021-ci il tarixli, 1/122 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi məlumata əsasən, Bəylərov X1 RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə 1-ci dərəcəli əlil kimi güzəştli siyahıya daxil edilmiş və Nərimanov RİH üzrə həmin siyahıda 785-ci şəxsdir Bakı şəhər Cavabdeh 09.04.2021-ci il tarixli, 1/270 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi məlumata əsasən, Bəylərov X1 RİH başçısının 20.04.2007-ci il tarixli 239 nömrəli sərəncamı ilə ümumi əsaslarla olan mənzil növbəliyindən çıxarılmış və növbədənkənar siyahıya(güzəştli) keçirilmişdir; İddiaçı adı gözdən əlllər üçün nəzərədə tutulan siyahıda yoxdur və onun bu barədə hər hansı müraciəti olmamışdır. Beləliklə, məhkəmə işdə olan sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1992-ci ildən 1-ci dərəcəli əlil kimi güzəştli mənzil növbəsinə daxil edilmişdir, hal-hazırda həmin siyahıda 785-dir, cavabdehə müraciət edərək mənzillə təmin edilməsini tələb etsə də müraciəti təmin olunmadığı üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.-ci maddəsində göstərilmişdir:” 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.” Hazırda iddiaçı inzibati icraatı zamanı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdehin mənzil fondunun olduğu halda onun mənzillə təmin edilməməsi, ondan sonra mənzil növbəsində olan şəxslərin mənzillə təmin edilmələri barədə dəlilləri bildirməmiş, belə bir hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Bəylərov Səfər Hüseyn oğlunun cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddiaçının mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasıtəmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2314/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2314/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver