Məhkəmə qərarları › İş №2-1(112)-2315/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2315/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2315/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Aqrar X3 təmizləmə sənayesi müdriyyəti ilə həmkarlar komitəsinin 04 avqust 1988-ci il tarixli, 4 nömrəli qərarı ilə “Ulduz” Bağçılıq-Yoldaşlıq təsərüfatı birliyinə aid sahədə, yəni Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Aqrar X3 təmizləmə sənayesi müdriyyəti ilə həmkarlar komitəsinin 04 avqust 1988-ci il tarixli 4 №-li qərarı ilə «Ulduz» bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinə aid sahədə, yəni Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsi daimi olaraq onun istifadəsinə verilmiş, həmin tarixdə adına üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan adı çəkilən torpaq (bağ) sahəsi istifadəsində olmuş, ərazi hasara alınmış, müxtəlif növlü meyvə ağacları əkilmiş, darvaza qoyulmuşdur. Adı çəkilən torpaq sahəsi barədə ona kimsə tərəfindən etiraz və maneçiliklər törədilməmişdir. Adı çəkilən torpaq (bağ) sahəsinin adına hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu 2021-ci il 17 avqust tarixli məktubu ilə bundan imtina etmiş, imtinanın səbəbi siyahıda adının olmaması, bağ sahəsinə dair digər şəxslərin müraciətinin olması, həmçinin əraziyə baxış keçirilməsinə şəraitin yaradılmaması olmuşdur. Adı çəkilən bağ sahəsi ona siyahı tənib olunandan sonra müdriyyətin və həmkarlar komitəsinin birgə qərarı ilə verilmiş, əraziyə digər fiziki şəxslərin müraciət etməsi barədə məlumatı yoxdur, əgər belə bir müraciət olmuşdursa, ən azından birinci olaraq onun xəbəri olardı, ona görə ki, torpaq sahəsi uzun müddətdir ki, onun istifadə və faktiki sahibliyindədir, ora hər hansı bir mütəxəssisin gəlməsindən onun xəbəri olmamışdır. Ona görə də, cavabdehin imtinası əsassızdır, hesab edir ki, Azərbaycan Respublikası Aqrar X3 təmizləmə sənayesi müdriyyəti ilə həmkarlar komitəsinin 04 avqust 1988-ci il tarixli 4 №-li qərarı ilə ona « Ulduz» bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinə aid sahədə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı (bağ) torpaq sahəsinin üzrərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Ulduz” Bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinə digər fiziki şəxsin (X8) müraciəti olmuşdur. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün mütəxəssilərinə tam şərait yaradılmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Aqrar Sənaye Birliyi “Azərpambıq təmizləmə sənayesi” “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinin müdiriyyəti və həmkarlar təşkilatının birgə qərarından çıxarışdan görünür ki, “Azərpambıq təmizləmə sənayesi” birliyinin müdriyyət və həmkarlar təşkilatının 04 nömrəli, 04 avqust 1988-ci il tarixli birgə qərarına əsasən 14-cü cərgə, 40 nömrəli, sahəi 600 kv.m olan bağ sahəsi İddiaçı ayrılmışdır. İşdə olan torpaq sahəsinin planı və sxemindən görünür ki, İddiaçı ayrılmış bağ sahəsinə dair torpaq sahəsinin planı və yerləşmə sxemi Ulduz” bağçılıq-yoldaşlığı cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 014 nömrəli bağçının üzvlük kitabından görünür ki, İddiaçı “Ulduz” Bağçılıq Cəmiyyətinin Əzizbəyov rayonu dübəndi bağ massivində bağçılıq cəmiyyətinə 1988-ci ildə üzv qəbul edilmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinə təqdim edilmiş xx.xx.1988-ci il tarixli ərizədən görünür ki, X6 Cəmiyyətə müraciət edərək, ona “Ulduz” Bağçılıq-Yoldaşlığı tərəfindən verilmiş 14-cü Cənub küçəsi, 40 nömrəli, sahəsi 600 kv.m olan bağ sahəsinin yolunun uzaq olması və xəstəliyi ilə əlaqədar olaraq iş yoldaşı İddiaçı verilməsinə etiraz etmədiyini və gələcəkdə etirazı olmayacağını bildirmişdir. İşdə olan “Ulduz” Bağçılıq-Yoldaşlığı Cəmiyyətinin Müdiriyyətinin və Həmkarlar Təşkilatının 4 nömrəli, 04 avqust 1988-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən “Ulduz” Bağçılıq-Yoldaşlığının üzvü X4 ayrılmış 14-cü Cənub küçəsi 40 saylı sahəsi 600 kv.m olan bağ sahəsinə aid bütün sənədlərin ləğv olunması, “Ulduz” Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin siyahısında dəyişiklik edilərək, 14-cü Cənub küçəsi, 40 saylı, sahəsi 600 kv.m olan bağ sahəsinin müəssisənin işçisi İddiaçı bağçılığın üzvlüyünə qəbul edərək, onun daimi istifadəsinə verilməsi qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmişxx.xx.2021-ci il tarixli, **********75 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdrəsinə təqdim edilmiş “Ulduz” Bağçılıq- Yoldaşlığı üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Həmçinin, bağ sahəsinə texniki baxış keçirmək üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********22 nömrəli məktubla təqdim edilmiş “Ulduz” Bağçılıq-Yoldaşlığının üzvlərinin siyahısından görünür ki, həmin siyahıda İddiaçı adı aşkar olunmasa da, İddiaçı ayrılmış bağın əvvəlki istifadəçisi X2 adı 55-ci sırada qeyd edilmişdir. İşdə olan X6 tərəfindən verilmiş **********144 nömrəli, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Aqrar X7 Təmizləmə Sənayesi işçilərinə Əzizbəyov rayonu (indiki Pirallahı) Dübəndi bağ massivində Bakı şəhər X5 İcraiyyə Komitəsinin 20/396 saylı, xx.xx.1987-ci il tarixli qərarı ilə “Ulduz” bağçılıq-bostançıları təsərrüfatı yaradaraq 62 nəfər işçilərinə bağ sahəsi ayırıb vermişdir. Həmin ərazidə M.İmanova 14-cü Cənub küçəsi, 40 saylı, sahəsi 600 kv.m olan bağ sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Səhhətində problem olduğu üçün öz növbəliliyini iş yoldaşı İddiaçı vermişdir. Ərizəsinə əsasən bütün sənədləşmə və üzvlük kitabçasının İddiaçı adına rəsmiləşdirilməsinə və torpaq sahəsinə çıxarışın verilməsinə heç bir etirazı yoxdur və gələcəkdə də, olmayacaqdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 17 avqust 2021-ci il tarixli, **********75 nömrəli imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtina məktubunun birinci hissəsində göstərmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İmtina məktubunun həmin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi əvvəllər Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci iltarixli, 20/396 saylı qərarına əsasən “Ulduz” Bağçılıq-Yoldaşlığının üzvü X4 ayrılmış, həmin şəxsin adı Cəmiyyətin üzvlərinin siyahısında 55-ci sırada qeyd olunmuşdur. Sonradan M.İmanovun ərizəsi əsasında “Ulduz” Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin Müdiriyyəti və HəmkarlarTəşkilatının 4 nömrəli, 04 avqust 1988-ci il tarixli protokolundan çıxarışına əsasən bağ sahəsinə dair M.İmanovun adına olan sənədlərin ləğv olunması, İddiaçı bağçılığın üzvlüyünə qəbul edilməsi və sözügedən bağ sahəsinin onun daimi istifadəsinə ayrılması qərara alınmışdır. Bununla bağlı, İddiaçı müvafiq olaraq protokoldan çıxarış və üzvlük kitabçası verilmişdir. Eləcə də, imtina məktubunun ikinci hissəsində həmin bağ sahəsinə dair digər fiziki şəxsin müraciətinin olması və bağ sahəsinə texniki baxış keçirmək üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamasına istinad edilsə də, məhkəmə araşdırması zamanı sözügedən bağ sahəsinin hər-hansı digər fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olması müəyyən edilməmiş, İdarənin mütəxəssislərinə şərait yaradılmaması isə ümumiyyətlə imtina üçün formal əsas olmuşdur. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən hər iki arqument əsassızdır və iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. Məhkəmə həmçinin iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd edir ki: «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 43 saylı bağ sahəsinin aryılması barədə “Xəzri” Bağçılıq Yoldaşlığının xx.xx.1997-ci il tarixli, 1 saylı protokoldan çıxarışı və onun əsasında verilmiş üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Ulduz” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 4 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 40 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar