Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2315/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajının olduğu faktını nəzərə alınaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıya 60 yaşı tamam olduğu gündən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-ci ildə Bakı şəhərində anadan olmuş, 1978-1980-ci illər ərzində hərbi xidmətdə olmuş, ilk dəfə 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1980-1983-cii ilə kimi müxtəlif yerlərdə, 1980-ci il xx.xx.2023-cü ilə kimi Europlan Tobacco-Baku ASC-də çalışmışdır. xx.xx.2023-ci ildə Azərbaycan Respublkası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən işdən azad olunmuşdur. Həmin vaxtdan bu günə kimi işsizdir. Hərbi xidmət dövrü də nəzərə alınmaqla 45 il əmək stajı vardır. İddiaçı qeyd edir ki, 20 il 6 ay 4 gün zərərli peşədə çalışmışdır. İddiaçı, ona pensiya təyin olunması ilə əlaqədar olaraq cavabdeh orqana rəsmi müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən imtina edilmişdir. Nəticədə aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının qanunvericiliklə müəyyən edilən ümumi və güzəştli stajının olmaması səbəbindən güzəştli şərtləriə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Qeyd edilmişdir ki, hazırkı iş üzrə Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 9 ay 13 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə qeyd edilir ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir...“X13”nun İddiaçı dair xx.xx.2024-cü il tarixli 119 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator, xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2016- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində mexanik- operator, xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifələr sözügedən arayışda istinad olunar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsinin (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb. Göstərilən səbəbdən İddiaçı münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Göstərilənlər nəzərə alaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, iddia aidiyyət qaydalarına əməl olunmaqla düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -İddiaçıya məxsus xx.xx.1981-ci ildən doldurulmağa başlanmş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək Oktyabr adına Kombinatda işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək X5, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək aparat sexində usta köməkçisi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Bakı Ayaqqabı Fabrikində çilingər, xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilədək Mexaniki Emalatxanada, Qırmızı Oktyabr adına Bakı Tütün Sexində, Bakı Tütün Kombinatının Emalatxanasında və 2 nömrəli Siqaret Sexində 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər, maşinist, xx.xx.2000-ci ildən xx.xx.2017-ci ilədək “X13” ATSC-nin Tütün sexində operator, mexanik, mexanik-operator, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək “X13” ASC-nin İstehsalat Departamentinin Tütün sexində mexanik, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək “X6” MMC-nin İstehsalat Departamentinin Tütün Sexində mexanik vəzifəsində işləmişdir. -“X13” ASC tərəfindən iddiaçıya verilmiş 25 iyul 2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən də Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında xx.xx.1983-cü il tarixində Mexaniki Emalatxanaya 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilib. Əsas: 22 dekabr 1983-cü il tarixli N-165-л saylı əmr. xx.xx.1985-ci il tarixində Tütün sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilib. Əsas: 05 mart 1985-ci il tarixli N-28л saylı əmr. xx.xx.1985-ci il tarixində Tütün sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilib. Əsas: 26 dekabr 1985-ci il tarixli N-175- л saylı əmr. xx.xx.1989-cu il tarixində Siqaret sexinə 4-cü dərəcəli TB maşinisti vəzifəsinə keçirilib. Əsas: 31 mart 1989-cu il tarixli N-45л saylı əmr. xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə ) işdən azad edilib. Əsas: Əmək kitabçası.xx.xx.1994-cü il tarixində Mexaniki Emalatxanaya 5-ci dərəcəli çnlingər vəzifəsinə işə qəbul edilib. Əsas: Əmək kitabçası.xx.xx.1995-ci il tarixində etiket sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilib. Əsas: Əmək kitabçası.xx.xx.1996-cı il tarixində 2 nömrəli Siqaret sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilib. Əsas: Əmək kitabçası. xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə ) işdən azad edilib. Əsas: Əmək kitabçası. xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə Tütün sexinə operator (tütün kəsən maşın maşinistləri) vəzifəsinə işə qəbul edilib. Əsas: 25 avqust 2000-ci il tarixli N-121- ş\h saylı əmr. xx.xx.2007-ci il tarixində Tütün sexinə mexanik (pnevmatik qurğu maşinistləri) vəzifəsinə keçirilib. Əsas: 25 avqust 2000-ci il tarixli N-159- ş\h saylı əmr. xx.xx.2016-cı il tarixində Tütün sexinə mexanik-operator (tənzimləşdirici maşinistlər) vəzifəsinə keçirilib. Əsas: 08 noyabr 2016-cı il tarixli N-121- ş\h saylı əmr. xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə ) işdən azad edilib. Əsas: 21 iyun 2017-ci il tarixli N-460\ş saylı əmr. xx.xx.2017-ci il tarixində İstehsalat Departamentinin Tütün sexinə mexanik (pnevmatik qurğu maşinistləri) vəzifəsinə işə qəbul edilib. Əsas: 22 iyun 2017-ci il tarixli N-488\ ş saylı əmr. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ‘va" bəndinə əsasən (öz xahişi ilə ) işdən azad edilib. Əsas: 26 fevral 2021-ci il tarixli N-162\ş saylı əmr. X1 işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. X2 xx.xx.2000 - xx.xx.2007 (7 il 3 ay 7 gün), xx.xx.2007-xx.xx.2016 (8 il 11 ay 8 gün), xx.xx.2016 xx.xx.2017 (7 ay 14 gün), xx.xx.2017-xx.xx.2021 (3 il 8 ay 5 gün), olmaqla ümumilikdə 20 il 6 ay 4 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə mexanik vəzifəsinə: pnevmatik qurğu maşinistləri; Operator vəzifəsinə: tütün kəsən maşın maşinistləri; Mexanik-operator vəzifəsinə: tənzimləşdirici maşinistlər aiddir. 01 noyabr 1996-cı il tarixində “R.J.Reynolds Tobacco-Baku Qapılı” Tipli Səhmdar Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə "R.J.Reynolds Tobacco-Baku" ləğv edilib Bakı Tütün kombinatının bazasında "xxxx" X19 Cəmiyyəti yaradılıb. 16 fevral 2000-ci il tarixindən “Bakı-Tütün" ATSC "xxxx" ATSC adlandırılıb. 01 iyun 2002-ci il tarixindən etibarən isə "xxxx" ATSC "xxxx" ASC adlandırılmışdır. -Cavabdehin 07 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X3 əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50428,47 manat təşkil edirdi. -Cavabdehin məhkəmənin sorğusuna verdiyi 23 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, X3 xx.xx.2020-ci il tarixinədək ümumi iş stajı 39 il 4 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 9 ay 13 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1980-ci il (hərbi xidmət dövrü), xx.xx.1981 -xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 7 ay) təşkil edir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 4 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalını toplaması. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajı (xx.xx.2020-ci il tarixinədək ümumi iş stajının 39 il 4 ay 13 gün olması) və pensiya kapitalını yığması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçının qanunla tələb olunan pensiya kapitalını topladığını bildirmişdir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmamasıdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının Qırmızı Oktyabr adına Bakı Tütün Kombinatında (hazırda “X13” ASC) xx.xx.2000-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində müəssisədə operator, xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində mexanikoperator, xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi mexanik vəzifəsinin AR Nazirlər Kabinetinin müvafiq siyahılarında güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən inzibati quruma güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış təqdim edilmiş və həmin arayışda iddiaçının xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində mexanik-operator, xx.xx.2017-xx.xx.2021-ci illərdə işlədiyi mexanik vəzifəsində gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Yeyinti sənayesi adlı 27-ci bölməsinin “Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində tütün istehsalı”adlı 27.5 yarımbölməsinin “Tütün istehsalı” adlı 27.5.1-ci yarımbəndində nəzərdə tutulmuş fəhlələr vəzifəsinin gördüyü işlərə, 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə mexanik vəzifəsinə pnevmatik qurğu maşinistləri, operator vəzifəsinə tütün kəsən maşın maşinistləri, mexanik-operator vəzifəsinə isə tənzimləşdirici maşinistlər vəzifəsinin uyğun olması qeyd olunmuşdur. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun tütün sexində işlədiyi operator, mexanik, mexanik-operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın “Yeyinti sənayesi” bölməsinin “Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” adlı 27.5.1 yarımbəndində nəzərdə tutulmuş fəhlələr (a) yarımbəndinə olmamasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda Yeyinti sənayesi bölməsinin Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində nəzərdə tutulmuş fəhlələr peşəsi əmək funksiyası baxımından bir neçə növə ayrılmışdır: -tütün üzrə kupajçılar -pnevmatik qurğu maşinistləri -papiros — siqaret mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri -tənzimləşdirici maşinistlər -tütün kəsən maşın maşinistləri -tütün keşinin presləyicilər -tütün yumşaldanlar -tütün yarpaqlarını düzənlər -tütünü çəkib bükənlər -tütün çeşidləyiciləri -tütün quruducular -istehsalat binalarının yığışdırıcıları -avadanlığın təmizləyiciləri Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olan tütün istehsalında işləyən fəhlələr əmək funksiyasının icrası baxımından ayrı-ayrı növlərə ayrılmışdır. Bu baxımdan nəzərə alınmalıdır ki, bu növ peşələr üzrə icra olunan əmək funksiyalarının hər birinin şəxsin sağlamlığına təhlükə yaratmaq ehtimalı istisna edilmir. Belə ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilə bilməz. Belə ki, tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini özündə ehtiva edir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.6-cı maddəsində belə tütün məmulatının ticarəti yerlərində tütün çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazıların olmalı olduğu nəzərdə tutulmuşdur. Odur ki, təkcə tütün məmulatların istifadəsi deyil, o cümlədən tütün məmulatların istehsalının şəxsin sağlamlığına zərər vurduğu istisna edilmir. Belə olan halda, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası, iş yerindən təqdim edilmiş arayış iddiaçının mübahisəli dövrlərdə işlədiyi mexanik vəzifəsinə pnevmatik qurğu maşinistləri, operator vəzifəsinə tütün kəsən maşın maşinistləri, mexanik-operator vəzifəsinə isə tənzimləşdirici maşinistlər vəzifəsinə uyğun olduğu müəyyə edildiyindən və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənəd mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsi də tütün anlayışının öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyi prizmasından irəli çıxaraq, bu sahədə işləyən vətəndaşların əmək şəraitinin zərərli olduğunu qənaətinə gəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, cavabdeh iddiaçının iş yeri üzrə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) istinad olunan Siyahılardakı vəzifələrlə eyniliyinin müəyyən olunması ilə bağlı hər hansı araşdırma aparmadan bilavasitə vəzifələrin adlarındakı uyğunsuzluq faktından çıxış edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Odur ki, iddiaçının Qırmızı Oktyar adına Bakı Tütün Kombinatında (hazırda “X13” ASC) xx.xx.2000-xx.xx.2007-ci il (7 il, 3 ay, 7 gün) tarixləri arasındakı dövr müəssisədə operator, xx.xx.2007-xx.xx.2016-cı il (8 il, 11 ay, 8 gün) tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2016-xx.xx.2017-ci il (7 ay, 14 gün ) tarixləri arasındakı dövr ərzində mexanik-operator, xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində (hazırkı halda hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək - 3 il, 3 ay, 14 gün) işlədiyi mexanik vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olunduğundan həmin dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (20 il 01 ay 09 gün). Məhkəmə həmçinin vurğulayır ki, iş materialları ilə iddiaçının cavabdeh inzibati orqana sonuncu dəfə 09 iyul 2024-cü il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi müəyyən edildiyindən pensiya həmin tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2315/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2315/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver