Məhkəmə qərarları › İş №2-1(112)-2317/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2317/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2317/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi və mənzilin kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbidə 22 il işləməsi nəzərə alınaraq Bakı şəhəri Cavabdeh tərəfindən mənzillə təmin olunanadək yaşadığı mənzilin kirayə pulunun təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun mənzil növbəsinə qeydiyyata alınması və cavabdehə müraciət etdiyi tarixdən müqaviləyə əsasən kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2317/2020 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 2000-ci ildən xx xxxxxxx 2006-cı ilədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, xx xxxxxx 2007-ci ildən xx xxxxxxxx 2019-cu ilədək isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyinin X3 05 sentyabr 20l9-cu il tarixli 127 nömrəli şəxsi həyəti üzrə əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. O, 2018-ci ildən 2019-cu ilədək Daxili Qoşunlarında mənzil növbəsində olmuşdur. O, xidmət etdiyi müddət ərzində mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindən yerli İcra Hakimiyyəti Başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Buna baxmayaraq ona nə ev, nə də kirayə pulu verirlər. O, kirayədə qaldığı mənzilə kirayə müqaviləsi də bağlamışdır. Həmin müqaviləyə görə Qasımov Hörmət Famil oğluna 400 (dörd yüz) manat pul ödəyir. O bu haqda Bakı şəhəri Cavabdehnə də ərizə vermişdir. İcra Hakimiyyətində yazdığı ərizəni düzgün araşdırmadan ona qanunsuz olaraq imtina cavabı verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, qulluq illərinə görə pensiya hüququnu qazandığı üçün X2 müraciət edərək öz xahişi ilə pensiyaya getmək istədiyini bildirmişdir. Daxili İşlər Nazirliyi X3 xx xxxxxxxx 2019- cu il tarixli 127 №li şəxsi heyət üzrə əmri ilə 20 ildən artıq qulluq illəri nəzərə alaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən pensiyaya göndərilməklə ehtiyata buraxılmışdır. Hərbi xidmət müddətində xidməti mənzildən istifadə etməmiş və mənzil almaq üçün xidmət etdiyi hissədə mənzil növbəsində olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 il və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edilməlidir. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikası Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahısına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi evin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri gününün 3 aylığından mənzil və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcliyinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəmə ünvanlayaraq bildirmişdir ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 57/2 ünvanında yaşayan İddiaçı Cavabdehnə müraciət edərək, mənzil növbəsinə qəbul olunmasını xahiş etmişdir. Müraciətə Cavabdehndə baxılmış və İddiaçı bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığından, həmin Qanunda nəzərdə tutulan imtiyazlar İddiaçı şamil edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə (öz aruzusu ilə) əsasən ehiyata buraxıldığından həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan N saylı Hərbi Hissə Komandirinin xx xxxxxxx 2019-cu il tarixli, 255 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanının xx xxxxxxxx 2019-cu il tarixli 12 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, mayor İddiaçı, maddi-texniki təminat xidmətlərində ərzaq xidmətinin rəisi (HUİ 180300) vəzifəsindən azad edilmiş, xx xxxxxxx 2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 2019-cu il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən tam istifadə etmişdir. xx.xx.2019cu il tarixə xidmət illəri – təqvimlə 22 il 02 ay 27 gün təşkil edir. Hərbi qeydiyyata almaq üçün SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, xxxx/1324 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında pasport qeydiyyatında olan İddiaçı xx xxx 2000-ci ildən xx xxxxxxx 2006-cı ilədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, xx xxxxxx 2007-ci ildən xx xxxxxxxx 2019-cu ilədək isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş, Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanın xx xxxxxxxx 2019-cu il tarixli 127 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. O, 2018-ci ildən 2019-cu ilədək Daxili Qoşunlarda mənzil növbəsində olmuş, lakin xidmət etdiyi müddət ərzində mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər”. Göstərilənləri nəzərə alaraq, ehtiyatda olan mayor İddiaçı mənzil və ya torpaq sahəsinin ayrılmasında, mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsində köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan Qasımov Hörmət Famil oğlu ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən Qasımov Hörmət Famil oğlu mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 74 saylı mənzili xx.xx.2024-cü il tarixədək kirayə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********48 saylı arayışdan görünür ki, X1 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İşdə olan Bakı şəhəri Keşlə Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 57 saylı arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində torpaq sahəsi yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının adına daşınmaz əmlakın qeydə alınıbalınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********64 saylı məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması dövründə həmçinin İddiaçı Dövlət Sərhəd Xidmətində və Daxili İşlər Nazirliyinin Daxili Qouşnlarında ümumi xidmət illəri barədə məlumat (imtiyazlı (güzəştli) hesablama yolu ilə göstərilməklə) məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Kadlar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13-29/685 saylı məktubdan görünür ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu İddiaçı Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanının xx.xx.2019-cu il tarixli 127 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməninin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 255 nömrəli nizami hissə üzrə əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Ehtiyata buraxılarkən xidmət illəri təqvimlə 22 iyul 02 ay 27 gün və imtiyazla 25 il 05 ay 20 gün təşkil etmişdir. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li xx.xx.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsicavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar