Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2317/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına salınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə pasport qeydiyyatına salınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Məhkəmənin 08 oktyabr 2023-cü il tarixli Qərardadı ilə, Ləğv prosesində olan “Pakistan Milli Bank”nın Bakı Filialı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. "xxxx" MMC ilə Pakistan Milli Bankı”nın Bakı filialı arasında imzalanmış xx.xx.2012-ci il tarixli, 335 saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Bank arasında xx.xx.2012ci il tarixli, 69 saylı ipoteka mqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən, 41 saylı evin, 7 nömrəli mənzili Bank qarşısında yüklü edilmişdir. Borcalan müqavilə üzrə kredit öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi üçün Bank tərəfindən iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edilmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-2998/2017 saylı qətnaməsi ilə cavabdeh, "xxxx" MMC-dən kredit borcunun tutulması, tutmanın isə ipoteka predmeti olan ona məxsus mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- (103)-288/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq aşağıda qeyd olunanlar qət edilmişdir:Apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-2998/2017 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin edilsin, cavabdeh "xxxx" MMC-dən 47 512.70 manat əsas, 8988.87 manat faiz borcu və 5000 manat cərimə borcu iddiaçının xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan ünvan 2 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 84.0 kv.m ümumi, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 1 18000 manat məbləğində müəyyən olunsun. İddia qalan hissədə rədd olunsun. Həmin qətnamədən heç bir tərəf kassasiya şikayəti verməmiş və hazırda qüvvədədir. Qətnamə üzrə icra vərəqi verilmiş və hazırda keçirilmiş hərracın nəticəsi olaraq ipoteka predmeti olan mənzil “Pakistan Milli Bankf’nın Bakı filialı tərəfindən hərracdan alınaraq, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş üzrə verilmiş icra sənədində ipoteka predmeti olan əmlakın boşaldılması və məzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi qət edilməmişdir. Bu da o deməkdir ki, hərracın qalibi olan yeni mülkiyyətçi, yenidən iddia ərziəsi ilə məhkəməyə müraciət etməli və mənzildə yaşayanların istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edildikdən sonra, qətnamənin icra edilməsini gözləməlidir. Lakin, yeni mülkiyyətçi “Pakistan Milli Bank”nın Bakı filialı məhkəməyə müraciət etmədən ərizə ilə Sabunçu rayon Polis idarəsinin pasport qeydiyyatı şöbəsinə müraciət etmiş və Pasport qeydiyyatı şöbəsi də məhkəmə qərarı olmadan iddiaçını Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 41, mənzil 7 ünvanından qeydiyyatdan çıxarmışdır. O, bundan xəbər tutan kimi dərhal Sabunçu rayon Polis idarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək yenidən qeyd olunan mənzilə qeydiyyata salınmasını xahiş etmişdir. Sabunçu RPİ-nin ərizəmə xx.xx.2023-cü il tarixli cavab məktubunda isə onun qeydiyyatdan çıxmaq səbəbi kimi “Pakistan Milli Bankı”nın Bakı filialının rəhbərliyinin ərizəsi qeyd olunaraq, həmin mənzilə yenidən qeydiyyata salınmağından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və iddiaçı məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdeh və iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-N-30151/11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialının rəhbərliyinin qeydiyyatdan çıxarılmaya dair ərizəsinin icrasına əsasən Sabunçu RPİ tərəfindən yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-288/2020 saylı işi üzrə qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli Qətnaməsi ilə, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(008)- 2998/2017 saylı qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən 47.512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması, tələb ipoteka predmeti olan ünvan 7 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən İddiaçı mülkiyyətində 84,0 kv.m ümumi, 62,4 kv.m yaşayış və 21.6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunması, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-10059/2024 **********59 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəyov Ağayev küçəsi, ev 41, 7 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 8 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 8 xüsusi mülkiyyət hüququ ilə Pakistan Milli Bankının Bakı filialının adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.
İV. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
8. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuş, iddiaçı ilə “Pakistan Milli Bankı”nın Bakı filialı arasında xx.xx.2012-ci il tarixli, 69 saylı ipoteka müqaviləsi bağlanılmış və həmin ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 8-də ümumi sahəsi 84,0 kv.m, 4 otaqlı mənzil banka ipotekaya qoyulmuşdur. Yuxarıda göstərilən məhkəmə qərarı əsasında, tələb ipoteka predmeti olan ünvan 7 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən İddiaçı mülkiyyətində 84,0 kv.m ümumi, 62,4 kv.m yaşayış və 21.6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməsi qərara alınmış və nəticədə hərrac keçirilərək göstərilən mənzil "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Odur ki, hazırki mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət, istifadə və ya kirayə hüququ mövcud olmadığından, mənzil üzrə pasport qeydiyyatının bərpası barədə tələb əsassızdır.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
10. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçı ünvan 8 ünvanına dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə pasport qeydiyyatına salınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova