Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2318/2020 24.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi iddiaçı X1 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “avtonəqliyyat vasitəsinin ölkə ərazisində müddətli istifadəsinə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona məxsus Gürcüstan Respublikasında dövlət qeydiyyatında olan FD-685-Df qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası vətəndaşı X3 zaminliyi ilə 1 il müddətində Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-2318/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 24 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 1000-210/0xx-xx/003738 saylı məktubun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının qaldırdığı məsələ barəsində Komitəyə müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsi ayrı-ayrı inzibati orqanlar kimi nəzərdə tutulmuşdur. İrəli sürülmüş tələblə bağlı müraciət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmışdır. Nümayəndə izahatının sonunda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verdi və əlavə olaraq bildirdi ki, qaldırdığı məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanmış ərizəsi isə sonuncuya çatdırılması üçün xx.xx.2019-cu il tarixdə poçt rabitə xidmətinə təhvil verilmişdir. İddiaçı izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarından məlum olur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi Gürcüstan Respublikasında dövlət qeydiyyatında olan ona məxsus FD-685-Df qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası vətəndaşı X3 zaminliyi ilə 1 il müddətində Azərbaycan Respublikası ərazisində istifadəsinə cavabdeh inzibati orqan tərəfindən icazə verilməsinə nail olmaqdan ibarətdir. Bununla əlaqədar məhkəmə onu qeyd edir ki, inzibati icraatın başlanması üçün birincisi, inzibati qanunvericiliyə görə iddiaçının cavadeh inzibati orqana ilkin müraciəti tələb olunur. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün fiziki və ya hüquqi şəxsin ərizəsi əsas sayılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. İş materiallarından isə görünür ki, qanunvericilyin qeyd olunan tələbləri qaydasında iddiaçının cavabdeh inzibati orqana (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə) şəxsən, habelə onun səlahiyyətli nümayəndəsi tərəfindən və öz adından, yazılı müraciəti mövcud olmamışdır. Bundan əlavə, qaldırılmış məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə müraciət də iddiaçının deyil, onu inzibati icraat çərçivəsində təmsiletmə səlahiyyəti olmayan X6 adlı şəxsin adından ünvanlanmışdır. Həmçinin, iş üzrə hazırlıq icraatı ilə bağlı 24 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnamələrə baxış keçirilməklə müəyyən edildi (xəbərnamələr onlara baxış keçirildikdən sonra iddiaçı tərəfə geri qaytarıldığından iş materiallarına əlavə edilməmişdir) ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış ərizələr göndərən (Qasımov Firuz) tərəfindən poçt rabitə xidmətinə iddia ərizəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edildiyi tarixdən cəmi 4 (dörd) gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə təhvil verilmiş və müvafiq inzibati orqanlara isə 28 dekabr 2019-cu il və 09 yanvar 2020-ci il tarixlərdə çatdırılmışdır. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Başqa sözlə, hazırkı iddia tələbi öhdəliyin icrası və ya məcburetmə haqqında iddialara aid edildiyindən iddiaçıya izah edilir ki, onun və ya onu inzibati icraat çərçivəsində təmsiletmə səlahiyyəti olan nümayəndəsinin müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, müvafiq orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində xahişi təmin edilmədiyi halda isə məhkəmədə qaldırılmış iddiaya mahiyyəti üzrə baxılması mümkün sayıla bilər. İndiki halda isə, iddiaçının ərizəsinin araşdırılması ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) və iddiaçının hüquqlarının hansı formada pozulmasının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. Belə olan halda, iddiaçının şəxsən, qaldırdığı məsələ ilə əlaqədar cavabdehə ünvanlanan, ilkin yazılı müraciəti mövcud olmadığı təqdirdə, onun hazırkı iddia tələbi əsaslandırılmış hesab oluna və inzibati məhkəmə icraatında baxılması mümkün sayıla bilməz. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçıya əlavə olaraq izah edir ki, məhkəmənin qərardadı ilə iddianın mümkün sayılmaması iddianın mümkünsüzlüyünə gətirib çıxaran hallar aradan qaldırıldıqdan sonra onun tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudulaşdırmır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə və iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2318/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2318/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver