Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2318/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi (arvadı) X2 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1982-ci ildən 1984-cü ilədək hərbi xidmətdə olduğu, 1984-cü ildən 1985-ci ilədək X8 Məktəbində oxuduğu, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Tütün Tədarükü müddətinə Şəki TFZ-nın Biləcik 1-nömrəli məntəqəsində 2-ci dərəcəli yükləyici, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Tütün Tədarükü müddətinə Şəki TFZ-nın Biləcik 1-nömrəli məntəqəsində 2-ci dərəcəli yükləyici, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 5 saylı SMD 2-ci dərəcəli fəhlə, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Bakı Ulduz Zavodunda 2-ci dərəcəli çilingər, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "xxxx" Müəssisəsində "Ulduz" AZİB-dən "xxxx" Müəssisəsinə keçirilməklə 2-ci dərəcəli radioelektron quraşdırıcı, xx.xx.1991-ci ildən 3-cü dərəcəli, xx.xx.1992-ci ildən 4-cü dərəcəli yığıcı-çilingər, xx.xx.1992-ci ildən "Yeni Bakı" X7 elektrik operatoru, xx.xx.1992-ci ildən həmin zavodda maşinist, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək "xxxx" KDM-da oksigen qazının balon doldurma operatoru, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" MMC-də oksigen qazının balondoldurucu vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 57 yaş 6 ay müddətin tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1964-cu ildə Oğuz rayonu, 1-ci Biləcik kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı 1989-cu ildən hal-hazırki vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 57 yaş 6 ay müddəti tamam olduqdan sonra əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, sığorta stajı 19 il 11 ay olmaqla, qanunvericikdə tələb olunan müddətdən 14 il 4 aydan çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15778.64 manat təşkil edir ki, bu məbləğ qanunvericikdə 58 yaş üçün tələb olunan pensiya kapitalından (27921.60 manatdan) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ərizə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbini qarşılamadığına əsaslanaraq imtina məktubu ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" müəssisəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azot KDM-nin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, Azot MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmadığı üçün inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının keçirdiyi monitorinqə əsasən müvafiq müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı aşkarlanmışdır. Buna əsasən inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını və əmək haqqıdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədəki stajı sosial sığorta stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.1989-cu il tarixli MT-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının sığorta stajı 19 il 11 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.778,64 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 29.721,60 manat pensiya kapitalından (58 yaşına uyğun olaraq) azdır. Bu səbəbdən də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2014-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1964-ci il tarixdə doğulmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********46 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən, əmək fəaliyyəti dövrünüz, o cümlədən, əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 19 il 11 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (14 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 15778,64 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə 58 yaş üçün tələb olunan pensiya kapitalından (29721,60 manatdan) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1993cü il tarixindən xx.xx.2005-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızın surətində qeyd olunmuş "xxxx" müəssisəsinin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, Azot KDM-nin xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək, Azot MMC-nin xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrlərin araşdırılması və sosial sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəməklə əmək pensiyasının minumum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Qeyd edilən maddənin tələblərinə əsasən fərdi hesabda qeydə alınmış pensiya kapitalınızın minimum pensiya məbləğində əmək pensiyası təyin etmək üçün çatışmayan hissəsini (xx.xx.2023-cü il tarixinədək 15.492,18 manat) aşağıda qeyd edilən Bank rekvizitlərinə ödəməklə əlilliyə görə əmək pensiyası hüququ əldə edə bilərsiniz... “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - İddiaçıya məxsus xx.xx.1989-cu il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək Tütün Tədarükü müddətinə Şəki TFZnın Biləcik 1-nömrəli məntəqəsində 2-ci dərəcəli yükləyici vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixdən Tütün Tədarükü müddətinə Şəki TFZ-nın Biləcik 1nömrəli məntəqəsində 2-ci dərəcəli yükləyici vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixinədək 5 saylı SMD 2-ci dərəcəli fəhlə vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixinədək Bakı Ulduz Zavodunda 2-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək "xxxx" Müəssisəsində "Ulduz" AZİB-dən "xxxx" Müəssisəsinə keçirilməklə 2-ci dərəcəli radioelektron quraşdırıcı vəzifəsində, xx.xx.1991-ci il tarixdən 3-cü dərəcəli, xx.xx.1992-ci il tarixində xx.xx.1992-ci il tarixə 4-cü dərəcəli yığıcı-çilingər vəzifəsində, xx.xx.1992-ci il tarixdən "Yeni Bakı" X7 elektrik operatoru vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-ci il tarixə qədər həmin zavodda maşinist vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək "xxxx" KDM-da oksigen qazının balon doldurma operatoru vəzifəsində və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də oksigen qazının balondoldurucu vəzifəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər "xxxx" MMC-də oksigen balonlarının doldurucusu işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********01 saylı məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan “Bakı Araz Müəssisəsi”, "xxxx" KDM və "xxxx" MMC barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********584200 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1992-ci il tarixdə D-85 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" X4 hüquqi ünvanı ünvan 1blikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubu ilə bildirilmişdir ki, “Məhkəmə işinin araşdırılması ilə əlaqədar İddiaçı adının "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) özəlləşdirmə planlarında əmək kollektivinin siyahısında olub-olmaması ilə bağlı məlumat verilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, məktubunuzda qeyd olunan müəssisələr barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur.” - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli **********902900 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" X4 xx.xx.1992-ci il tarixdə D-85 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.” - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-27/2-İ-2/24/2022-9 saylı arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "Yeni Bakı" X7 elektrik operatoru vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixədək həmin zavodda maşinist vəzifəsində işləmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********0 saylı məktubu ilə bildirilmişdir ki, “X1 Sistemi”nin “Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********5) tərəfindən 2010-2016-cı illər, 2017-2020-ci illərin l-İV rübləri, 2021 -ci ilin l-ll rübləri üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda və rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunan İddiaçı (SSN: **********137) xeyrinə 7371,13 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Göründüyü kimi qanunvericilikdə əlilliyə görə əmək pensiyası İİ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Müvafiq olaraq iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:
1. 57,5 (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42,5 il (əmək qabiliyyətli yaş dövrü),
2. 42,5 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 170 ay,
3. 170 ay : 12 ay= 14 il 2 ay. Buna görə də iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 14 il 2 aydır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı mübahisə iddiaçıya aid əmək kitabçasında qeyd olunmuş "xxxx" müəssisəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azot KDM-nin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, Azot MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmadığı üçün inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Həmçinin cavabdehin dəlillərinə görə xx.xx.1989-cu il tarixli MT-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 19 il 11 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.778,64 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 29.721,60 manat pensiya kapitalından (58 yaşına uyğun olaraq) azdır. Bu səbəbdən də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən illərdə əmək fəaliyyəti dövrü iddiaçının əmək kitabçasında ardıcıl olaraq qeyd olundugundan, həmin qeydləri şübhə altına alan hal müəyyən edilmədiyindən və cavabdeh bu barədə hər-hansı mötəbər sübut təqdim etmədiyindən iddiaçının "xxxx" müəssisəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azot KDM-də xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, Azot MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ümumilikdə 12 il 4 ay işlədiyi dövr onun ümumi əmək stajına hesablanmalıdır. Həmin illərə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 27.1-ci maddəsinə əsasən iddiaçıya 3774 manat məbləğində pensiya kapitalı hesablana bilərdi (306 azn x 12 il 4 = 3774 azn). Cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.778,64 manat hesablanmışdır. Lakin həmin dövrlər nəzərə almaqla iddiaçının 19.552,64 pensiya kapitalı toplanır. Cavabdeh tələb olunan pensiya kapitalını 29.721,60 manat hesablasa da, iddiaçının hüququnun yarandığı dövrdə tələb olunan kapital 24.480 manat olmuşdur ((170 : 200) x 144) x 200 manat = 24.480 manat). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Buna baxmayaraq da, iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalı 24.480 manat təşkil etsə də, iddiaçının mübahisələndirilən iş dövrü ümumi stajına hesablansa və onun müraciət etdiyi vaxt qüvvədə olan qanunvercilik tətbiq edilsə belə, pensiya kapitalı (57,5 yaşına uyğun olaraq) toplanmadıgından iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva