Məhkəmə qərarları › İş №2-1(112)-2319/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2319/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2319/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçıların qanuni nümayəndəsi (atası) və iddiaçı İddiaçı oğlunun (Şuşa şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, "xxxx" MMC-də rəhbər vəzifəsində işləyir) iştirakı ilə, İddiaçılar X6, X14 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “ 19 iyul 2004-cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun verilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçılar X6, X3 qanuni nümmayəndəsi (atası) və iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “19 iyul 2004cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıların atası İddiaçı Şuşa şəhərindən məcburi köçkündür. 23 avqust 2002-ci ildə X12 ilə ailə qurmuşdur. Birgə nikahdan 19 iyul 2004-cü il tarixdə X6, 21 aprel 2006-ci il tarixdə X14 və 14 avqust 2012-ci il tarixdə X15 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətlər gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yarandığından bir ailə kimi yaşamağı qeyri-mümkün olduğundan X12 ilə 13 fevral 2014-cü il tarixində nikah məhkəmə yolu ilə pozulmuşdur. Lakin bir müddət sonra ailə münasibətləri bərpa olunmuş, xoşbəxt ailə kimi hal hazıradək ünvan 1 ünvanında yaşayırlar. Yetkinlik yaşına çatmayan 19 iyul 2004-cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X15 üçün məcburi köçkün statusunu təsdiq edən vəsiqənin alınmasından ötrü Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi 22 iyul 2021-ci il tarixli 03/4221 saylı məktubla onların müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi həmin məktubda bildirmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) statusu verilməsi Qaydaların 4.1.6-cı bəndinə əsasən, status yalnız ataya görə müəyyən olunur və əgər uşaqların atası məcburi köçkündürsə, uşaqlara məcburi köçkün statusu vermək olar. Bununla belə İddiaçı məcburi köçkün olmasına baxmayaraq 19 iyul 2004-cü il təvəllüdlü X2, 21 aprel 2006-ci il təvəllüdlü X8 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün stsatusu verilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıların atası İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçıların məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin veilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da , keçmiş həyat yoldaşı X16 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir.O, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Odur ki, X1, X3, X4 anası X5 yaşayış yeri qeydiyyat ünvanı işgal olunmuş rayon (şəhər) olmadığından Azərbaycan Respublikasında məcburi köçkünlərə(ölkə daxilində köçürülmüş şəxslərə)”məcburi köçkün” statusuvə onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinə əsasən, onlara məcburi köçkün vəsiqəsi verilə bilməz. Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar” ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bundan başqa 05.07.2007-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi,47 nömrəlli mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alındığı müəyyən olunmuşdur. Bakı şəhəri Nizami RPİ QvŞV şöbəsi tərəfindən iddiaçının keçmiş həyat yoldaşı X9 22.11.2007-ci il tarixdə təqdim edilmiş AZE seriyalı 05747431 nömrəli şəxsiyyət vəsiqəsindən isə onun ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşməsi müəyyən olunmuşdur. İddiaçının keçmiş həyat yoldaşı X13 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Belə ki, Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar” ın 4.2.6-cı bəndinə əsasən “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdVaqifyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdVaqifyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. ÖhdVaqifyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdVaqifklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi və İddiaçı iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiа tələbi əsassızdır. Belə ki, iddia tələbini təsdiq edən sübut qismində iddiaçılar məhkəməyə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqələrini, ailə üzvlərinin şəxsiyyət vəsiqələrini, iddiaçı və digər iddiaçıların atası İddiaçı məcburi köçkün vəsiqəsini, valideynlərin nikahın bağlanması və nikahın pozulması haqqında şəhadətnamələrinin surətini, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərini, 16.08.2021-ci il tarixli 561 nömrəli müvəqqəti məskunlaşma yeri barədə arayışı məhkəməyə təqdim etmişdirlər. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, X6, X14 və X4 atası İddiaçı məcburi köçkündür, hazırda məskunlaşdığı ünvan Şuşa şəhəridir, övladları yetkinlik yaşına çatmamış 19 iyul 2004-cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun verilməsini cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifVaqif şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır)4.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6-cı valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:...4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrVaqif qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin faktiki hallarına əsasən, X6, X14 və X4 anası X22 qızının məcburi köçkün statusu yoxdur və o, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, X6, X14 və X4 anası X22 qızı “məcburi köçkün” statusuna malik olmadığından və qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş, hazırda işğaldan azad olmuş rayon (şəhər) olmadığından iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilmVaqifdir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar X6, X3 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı 19 iyul 2004-cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun verilməsinə dair iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,69-cü, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçılar X6, X14 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı 19 iyul 2004-cü il təvəllüdlü X6, 21 aprel 2006-ci il təvəllüdlü X14 və 14 avqust 2012-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun verilməsinə dair iddiaları rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar