Məhkəmə qərarları › İş №2-1(112)-232/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-232/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-232/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iddiaçının vəkili Vəkil cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışa torpaq sahəsinin ölçüsünü elektron bazada aydınlaşdırılması və koordinatlarının müəyyən edilib əlavə olaraq yazılması barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət reyestrində çıxarışa torpaq sahəsinin ölçüsünü elektron bazada aydınlaşdırılması və koordinatlarının müəyyən edilib əlavə olaraq yazılması barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsini dəqiqləşdirmək iddiaçıya təklif edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3715/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının ərizəsinə əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə 26 fevral 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatının məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, sözügedən qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmədiyi üçün elektron bazada torpaq sahələrinin aydınlaşdırılması və koordinatları barədə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş dövlət əmlakının satılması haqqında 001261 saylı şəhadətnamədən aydın olur ki, X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ş.Məmmədov küçəsi, 2 nömrəli Evtikmə kombinatının ərazisində yerləşən tikintisi yarımçıq qalmış xidmət binası satın alınmış, 2 nömrəli reyestr kitabının 81-ci səhifəsində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin şəhadətnamə də məhz mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən, başqa sözlə, hüququn qeydiyyata alındığı sənəd hesab edilir. ******* nömrəli 14.01 2014-cü il tarixli alğısatqı müqaviləsi əsasında X3 adına ********** qeydiyyat nömrəli, 18.01 2014-cü ıl tarixli çıxarış, 4Ə-29 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında X4 adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış, AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Yuxarıda göstərilmiş alqı-satqı müqavilələrinin heç birində daşınmaz əmlakın ölçüsünə dair qeydiyyat aparılmamış, habelə, ilkin qeydiyyatı aparmış orqan tərəfindən də bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Başqa sözlə, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində DƏDRX tərəfindən aparılmış qeydiyyat təkrar qeydiyyatdır. Təkrar qeydiyyat zamanı daşınmaz əmlakın dövlət reyestrində əvvəllər aparılmış qeydiyyatı özündə əks etdirən sənədlərin göstəricilərinə istinad edilir. Əmlaka dair ilkin qeydiyyat isə DƏDRX tərəfindən aparılmamışdır. Bu halda hesab edir ki, DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi hazırkı durumda cavabdeh qismində çıxış edə bilməz. Mövcud vəziyyətdə daşınmaz əmlakın ilkin qeydiyyatını aparmış orqan kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cavabdehlik daşıyır. Nümayəndə izahatının sonunda yuxarıda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun vəkili işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd məhz İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə aparılmış qeydiyyatda (çıxarışda) “torpaq sahəsinin ölçüsü” qrafasına həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, müvafiq məlumatların daxil edilməsindən ibarətdir. İş materiallarından məlum olur ki, mübahisəli torpaq sahəsinə dair ilkin qeydiyyat məhz Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən dövlət əmlakının satılması haqqında xx.xx.2002-ci il tarixdə 001261 nömrəli şəhadətnamə ilə X6 adına aparılmış qeydiyyatdır. İddiaçı hazırki iddia tələbi üzrə cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsini göstərmişdir. Məhkəmənin mövqeyinə görə, X8 tərəfindən satın alınmış dövlət əmlakına (tikintisi yarımçıq qalmış xidmət binası) dair ilkin qeydiyyat DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmadığından həmin tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi də hazırkı cavabdehin səlahiyyətində deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Qanunvericiliyin şərh edilən müddəalarından görünür ki, torpaq sahəsinin sərhədlərini özündə əks etdirən sənəd torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Sözügedən torpaq sahəsi də, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən dövlət əmlakının satılması haqqında xx.xx.2002-ci il tarixli 001261 nömrəli şəhadətnamə ilə X1 üçün həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və bu barədə müvafiq sənədin tərtib edilməsi də məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-cı ıl 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinin 3.0.15-cı bəndinə əsasən strukturuna daxil olan qurum vasitəsilə dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Komitənin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Həmin Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə, hüquqi şəxsin nizamnamə kapitalında 75 fazidən az olmayan hissəsinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış taçıq səhmdar cəmıyyətdırsə). müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti, özəllşdirilmiş müəssisə və obyektin texniki passportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat passportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah edilir ki, onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakın (xidmət binasının) yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və bununla bağlı müvafiq sənədin (texniki pasport, plan-ölçü və sairə) tərtib edilməsi barədə məsələnin həlli üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı cavabdeh inzibati orqanın olduğu yer üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 4 may tarixli. 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq icarə haqlarının müəyyən edilməsi ilə bağlıtəkliflər hazırlayıb təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək agentliyin vəzifəsidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən (torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) müvafiq ardıcıllıqla səlahiyyətli təşkilata və müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı, qaldırılmış məsələ ilə bağlı iddiaçı tərəfindən məhkəməyədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olmadığı üçün isə tərəflərin əvəz edilməsi ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar