Məhkəmə qərarları › İş №2-1(112)-2324/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2324/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2324/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı (3-cü şəxs “X2 Edilməsi Agentliyi” MMC) “yüklülükdən azad etmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı (3-cü şəxs: “X2 Edilməsi Agentliyi” MMC) “yüklülükdən azad etmə” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı (3-cü şəxs: “X2 Edilməsi Agentliyi” MMC) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus **-OJ-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı (buraxılış ili 2010, ban-XTA210740B3028103, rəngi tünd albalı metal) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat apararaq ipoteka ilə yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhimlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Remspublikası Prezidentinin 2015-ci il il 15 iyul tarixli 570 N-li Fərmanına əsasən "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015 il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə «X2 Edilməsi Agentliyi» MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi «X2 Edilməsi Agentliyi» MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S N-li Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" QSC arasında S-AVK-251 N-li xx.xx.2017 il tarixli sənədlərin təhvil- təsliminə dair akt tərtib edilmiş, daha sonra isə "xxxx" QSC tərəfindən borclu şəxs İddiaçı dair sənədlər təhvil-təslim aktına əsasən «X2 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə 790 №-li kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətdiq edilməklə 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan **-KF-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi DİN-nin BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2010-cu il tarixli AA seriyalı 000785 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli (iş № 2(005)-3435/2018) Qətnaməsi ilə iddiaçı «X2 edilməsi Agentliyi» MMC-nin cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi iddia müddəti tətdiq edilməklə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 19 dekabr 2018 il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin qətanaməsi qüvvədə saxlanmışdır. Həmin məhkəmə qərarlarına baxmayaraq bu günkü günə kimi, iddiaçının avtomobili ipoteka ilə yüklü edilməkdə qalır və nəticədə onun mülkiyyət hüququ kobud sürətdə pozulmaqdadır. Bununla əlaqədar olaraq, o, Azərbaycan Respublikası DİN-nin X5 İdarəsinə ərizəilə müraciət edərək ona məxsus **-KF-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı (buraxılış ili 2010, ban-XTA210740B3028103, rəngi tünd albalı metal) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat apararaq ipoteka ilə yüklülükdən azad edilməsini xahiş etmişdir. Lakin, X5 İdarəsindən daxil olmuş cavab məktubunda göstərilir ki, ipoteka müqaviləsinə xitam verilməsi barədə DİN-nin Baş X6 İdarəsinə hər hansı göstəriş daxil olmadığından yekun qərarın qəbul edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. 2016-cı ildə iddiaçının avtomobilinin dövlət nömrə nişanlarını **-OJ-*** nömrə nişanları ilə əvəzlənmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Nəqliyyat vasitəsinin AC № 531618 nömrəli qeydiyyat şəhadətnaməsinin surəti. - Nərimanov Rayon Məhkəməsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli 2(005)-3435/2018 saylı məktubu. - “X2 Edilməsi Agentliyi” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 1976 nömrəli xx.xx.2022-ci il tarixli məktubu və ona qoşma edilən sənədlər. - “X2 Edilməsi Agentliyi” MMC-nin 2208 nömrəli xx.xx.2022-ci il tarixli Arayışı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinə xitam verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə hər hansı göstəriş daxil olmamışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli 2(005)-3435/2018 saylı məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı “X2 Edilməsi Agentliyi” MMC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)-3435/2018 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə 26 iyul 2018-ci il tarixdə 2(005)-3435/2018 saylı yekun məhkəmə aktı qəbul edilərək, iddiaçı “X2 Edilməsi Agentliyi” MMC- nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(103)-13448/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(103)-13448/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti 10 aprel 2019-cu il tarixdə 2(103)- 13448/2018 saylı qərardad ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(102)-5148/2019 saylı qərardadı ilə “X2 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan “X2 Edilməsi Agentliyi” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 1976 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Suraxanı filialı ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə, № 790 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASC-nin Suraxanı filialı ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə № 790 saylı “İpoteka müqaviləsi” bağlanmış 2010-cu il buraxılışlı “VAZ-21074 minik” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı, (XTA210740B3028103 ban, tünd albalı metal rəngli) avtomobil "xxxx" ASC-nin Suraxanı filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin “X2 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2018-ci il tarixli 973 saylı “Bildirişin qeydiyyata alınmasına dair” ərizə ilə Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinə müraciət edilərək, sözügedən avtomobili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü bəndinə əsasən “Bildirişin qeydiyyata alınmasına dair” ərizəni dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Qeyd edilən ərizə xx.xx.2018-ci ildə Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən qeydə alınmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı Aqrarkredit QSC-yə 10966.03 (on min doqquz yüz altımış ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan “X2 Edilməsi Agentliyi” MMC-nin 2208 nömrəli xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə 10966.03 (5372,00 ABŞ dolları əsas borc və 5594,03 ABŞ dolları faiz borcu) ABŞ dolları məbləğində borcu mövcuddur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) aparır. Həmin Qanunun 27-ci maddəsinin V-İ hissəsinə əsasən nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-cı bəndinə uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini həyata keçirirlər. Həmin Əsasnamənin 2.8-ci bəndinə uyğun olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Həmin Əsasnamənin 2.9-cu bəndinə uyğun olaraq nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X3-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı, yaxud dəyişmə müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Suraxanı filialı ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə № 790 saylı “İpoteka müqaviləsi” bağlanmış 2010-cu il buraxılışlı “VAZ-21074 minik” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı, (XTA210740B3028103 ban, tünd albalı metal rəngli) avtomobilin "xxxx" ASC-nin Suraxanı filialı qarşısında ipoteka ilə yüklü edilməsi, “X2 Edilməsi Agentliyi” MMC-nin xx.xx.2018-ci il tarixli 973 saylı “Bildirişin qeydiyyata alınmasına dair” ərizəsi əsasında xx.xx.2018-ci ildə Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən qeydə alınması, İddiaçı xx.xx.2022-ci il tarixə 10966.03 (5372,00 ABŞ dolları əsas borc və 5594,03 ABŞ dolları faiz borcu) ABŞ dolları məbləğində borcu mövcud olması və ipotekaya xitam verilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı (3-cü şəxs “X2 Edilməsi Agentliyi” MMC) iddiaçıya məxsus **-OJ-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı (buraxılış ili 2010, ban- XTA210740B3028103, rəngi tünd albalı metal) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat apararaq ipoteka ilə yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar