Məhkəmə qərarları › İş №2-1(112)-2325/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2325/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2325/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndələri X5 və X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.10.2020-ci il tarixli **********651500 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 oktyabr 2020-ci il tarixli **********651500 saylı, 22 oktyabr 2020-ci il tarixli **********580500 saylı və 22 oktyabr 2020-ci il tarixli **********600600 saylı qərarlarının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilərək iddia tələbi dəqiqləşdirilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq 21 oktyabr 2020-ci il tarixli **********651500 saylı qərarla 2019-cu il hesabat dövrü üzrə 79.491,04 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirib ki, guya iddiaçı bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Lakin qərarda iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanması barədə yazılanlar həqiqəti əks etdirmir. Cavabdehin kameral vergi yoxlamalarının aparılması ilə bağlı 21 sentyabr 2020-ci il tarixli**********613800 saylı məktubu ilə bağlı iddiaçı 24 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək əsaslandırılmış cavab göndərilib və zəruri olan lazımı sənədlər əlavə olunmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 07.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş **********616400 saylı etirazında göstərilmişdir ki, cavabdeh iddia ərizəsində qeyd olunanlarla razılaşmır və aşağıdakı səbəblərdən iddianın rədd edilməli olduğunu hesab edir. Əvvəla, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21.10.2020-ci il tarixli **********651500 saylı qərarla 2019-cu ilin mənfəət vergisi üzrə əlavə 79,491.04 manat, 22.10.2020-ci il tarixli **********580500 saylı qərarla 2019-cu il aprel ayı əlavə dəyər vergisi üzrə əlavə 9,000.24 manat, 22.10.2020-ci il tarixli **********600600 saylı qərarla 2019-cu il oktyabr ayı əlavə dəyər vergisi üzrə əlavə 37,980,00 manat məbləğində vergi hesablanmışdır. İddiaçı iddia ərizəsində qərarları mübahisələndirmə səbəbini qeyd etməmiş, tələbini əsaslandırmamışdır. Vergi ödəyicisi tərəfindən 18.09.2020-ci il tarixdə təqdim edilmiş 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 36,000,17 manat, 16.09.2020-ci il tarixdə təqdim edilmiş 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 37,980,0 manat vergi məbləği azaldılmışdır. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün aparılmış azalma ilə əlaqədar təsdiqedici sənədlər (bank hesablarından çıxarışlar, nəzarət kassa aparatının çıxarışları, təhvil-təslim aktları, müqavilələr, malların hərəkəti barədə məlumatlar və s.) vergi orqanına təqdim edilməmişdir. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 23.09.2020-ci il tarixli **********784700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq dövrlər üzrə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamələrin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən uçot-baza məlumatlarına əsasən 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 9,004,24 manat, 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 37,980,0 manat əlavə vergi məbləği hesablanmış və 22.10.2020-ci il tarixli **********580500 nömrəli və **********600600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Həmçinin, iddiaçı vergi orqanına cavabında bildirmişdir ki, pandemiya dövründə satış olması mümkün deyildi. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” qərarı ilə bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər dayandırılsa da bu qadağa evə götürmə, çatdırma və onlayn satışlara şamil olunmamışdır. 2019-cu il mənfəət vergisi üzrə hesablama ilə vergi ödəyicisinin yük-gömrük məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 3.514.599,10 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 3.022.689,89 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin 489.288,83 manat məbləğində süni şəkildə artırılması və hesablanası vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşma vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 17.03.2020-ci il tarixli **********880400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilməklə, kənarlaşmaya dair əsaslandırılmış yazılı izahatın və təsdiqedici sənədlərin (qoşma üzrə cədvəl məlumatlarının göndərilməsi, bank hesabınızdan çıxarışlar, ödəniş sənədləri, araşdırmaya təqdim edilməli digər sənədlər)) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Araşdırma zamanı Cəmiyyətin 2019-cu il ərzində meşə materialı (taxta) idxal etməsi və idxal edilmiş malların yük gömrük bəyannamələrinin və təqdim edilmiş sənədlərin araşdırılması zamanı X2 (İNKOTERMS) DAP (Delivered at Place - alıcının ölkəsində razılaşdırılmış yer) olması müəyyən edilmişdir. Cəmiyyət satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) malların maya dəyərində formalaşdırdığından, qeyri-rezidentin göstərdiyi daşıma xidmətini təyin etmək mümkün olmamış və müvafiq rüblər üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Eyni zamanda, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2019-cu ilin əvvəlinə 112.023,08 manat mal qalığı, 2019-cu il ərzində idxal edilmiş malların faktura (invoys) dəyərinin 3.022 689,89 manat olması, elekton qaimə-fakturalara əsasən 317.946,82 manat (o cümlədən 254 006,28 manat logistika xidməti, 62.713,50 manat terminal xidməti, 1.227,49 manat sair xərclər) xərcinin olması həmin dövr üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 3.829.925,68 manat dəyərində olan mallar 3.452.659,79 manat məbləğ (112 023,08+3 022 689,89+317 946,82) ilə müqayisədə 377.265,60 manat fərqin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, kameral vergi yoxlaması nəticəsində Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin malın dəyəri sətrində qeyd olunan 3.829.925,68 manat xərc məbləğinin 377 265,60 manat olan hissəsi nəzərə alınmamış və 75.453,15 manat məbləğində əlavə mənfəət vergisi hesablanılmaqla, vergi ödəyicisinə 10.04.2020-ci il tarixli **********774200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən 16.09.2020-ci il, 19.09.2020-ci il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Qeyd olunan bəyannamələr üzrə kameral vergi yoxlaması aparılmış və 21.10.2020-ci il tarixli **********651500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçıya ünvanlanmış uyğunsuzluq məktubu cavablandırılarkən qeyd edilmişdir ki, malmaterial hesabatları düzgün tərtib edilmiş, göstərilən fərq materialın dəyəri deyil, ümumi malın maya dəyərinə təsir edən nəqliyyat-logistika xidmətləri ilə bağlı olmuşdur. İddiaçının qeyd etdiyi kimi nəqliyyat, daşıma məsrəfləri malın maya dəyərini formalaşdırır. Nəqliyyat daşıma xərcləri birbaşa xərc maddəsində uçota alınmadan malın maya dəyərini formalaşdıran məsrəflərə aid edilir və qısamüddətli aktivlər bölməsində əks etdirilən malın dəyərinə daxil edilir. Qeyd olunan mal təqdim edildiyi təqdirdə həmin nəqliyyat daşıma xərci satılmış malın maya dəyəri ilə birgə xərclərə daxil edilir. Lakin yuxarıda da qeyd olunduğu kimi iddiaçı daşıma xidməti ilə bağlı təsdiqedici sənədləri təqdim etmədiyindən qeyd olunan məbləğ xərc olaraq nəzərə alınmamışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndələri ayrıayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vergilər Nazirliyi yanında X7 Dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC ********** VÖEN-lə 08.02.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il dövrü üçün mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsindən görünür ki, iddiaçının ümumi gəliri 3,599,253.33 manat, ümumi xərcləri 3.631,608.29 manat təşkil etmiş və 0 manat mənfəət vergisi bəyan edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 oktyabr 2020-ci il tarixli **********651500 nömrəli qərarına əsasən İddiaçı MMCyə 2019-ci il üçün 79.491,04 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 oktyabr 2020-ci il tarixli **********600600 nömrəli qərarına əsasən İddiaçı MMCyə 2019-ci ilin oktyabr ayı üçün əlavə 37.980 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 oktyabr 2020-ci il tarixli **********580500 nömrəli qərarına əsasən İddiaçı MMCyə 2019-ci ilin aprel ayı üçün 9.000,24 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İddiaçının cavabdehə ünvanladığı 24.09.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “21 sentyabr 2020-ci il tarixli **********613800 N-İi uyğunsuzluq məktubunun 1-ci bəndində göstərilmiş uyğunsuzluğa cavab olaraq bildiririk ki, müəssisənin təsərrüfat subyekti 06.04.2017-ci il tarixində Vergi orqanında uçota alınmış və 07.11.2019-cu il tarixində Vergi uçotundan çıxarılmışdır, ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi üzrə vergi öhdəliyi yaranmır, çünki İcarə müqaviləsi Hüquqi şəxslə bağlanmış və Zəruri sənədlər Vergi Orqanına təqdim olunmuşdur. Mal-material hesabatları düzgün tərtib edilmiş, göstərilən fərq materialın dəyəri deyil, ümumi malın maya dəyərinə təsir edən Nəqliyyat-Logistika xidmətləri ilə bağlı olmuşdur. Uyğunsuzluq məktubunun 3-cü bəndində təqdim edilmiş mal-materialın dəyəri 3618862.29 manat təşkil etməmişdir. Uyğunsuzluq məktubunun 3-cü bəndi ilə əlaqədar bildiririk ki, xərcləri təsdiq edən Müvafiq təsdiqedici sənədlər elektron uçot-bazasında öz əksini tapır. Uyğunsuzluq məktubunun 4cü bəndi ilə əlaqədar bildiririk ki, 47.50 manat fərq hesab məbləği hesabatda öz əksini tapmamışdır, bu səbəbdən Mənfəət Vergisi bəyannaməsində həmin fərq yaranmışdır. Xahiş edirik göstərilənləri nəzərə alasız”. - İddiaçının cavabdehə ünvanladığı 28.09.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “yazıb məlumat vermək istərdim ki, 17.04.2019-cu il tarixli EA AT 232162 Seriyalı elektron c-qaimənin (9000.00 manat) ədv məbləğinin ödənişi depozit hesabımıza 14.03.2019-cu il tarixində avans olaraq daxil olmuş, lakin həmin ədv məbləğinin əsas hissəsi (50000.00 manat) hesablaşma hesabımıza 02.04.2019-cu il tarixində daxil olduğundan, bu məbləğ Aprel 2019-cu il hesabatında öz əksini tapmışdır. 18.05.2019-cu il tarixli EAAU 519074 seriyalı elektron e-qaimənin (20135.00 manat) ədv məbləğinin ödənişi 28.03.2019-cu il tarixində ƏDV depozit hesabımıza avans olaraq daxil olmuş, lakin həmin qaimə üzrə əsas məbləğ hesablaşma hesabımıza daxil olmadığından, bu qaimə May 2019-cu il ƏDV hesabatında dövriyyəyə salınmışdır. Xahiş edirik göstərilənləri nəzərə alasınız”. - İnzibati şikayətin təmin edilməməsi haqqında 3 avqust 2020-ci il **********337200 qərardan görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 27.04.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.04.2020-ci il tarixli **********774200 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.04.2020-ci il tarixli **********774200 nömrəli qərarından görünür ki, 2019-cu il üçün iddiaçı barəsində 75.453,15 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. - Cavabdehin 26 oktyabr 2020-ci tarixli **********216200 saylı təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, 2019-cu il dövrü üzrə dəqiqləşdirilmiş MÖMV bəyannaməsinin təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. - Cavabdehin 21 sentyabr 2020-ci tarixli **********613800 saylı təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, 2019-cu il dövrü üzrə dəqiqləşdirilmiş MÖMV bəyannaməsinin təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə xərclər barədə arayışdan görünür ki, əmək haqqı xərci 8.500 manat, sosial sığorta xərci 1.870 manat, malın dəyəri 3.618.862,29 manat, icarə haqqı xərcləri 2.376 manat olmaqla, iddiaçının cəmi xərci 3.631.608,29 manat olmuşdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2325/2020 saylı, 04.05.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli 9/3471 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 21.10.2020-ci il tarixli **********651500 saylı, 22.10.2020-ci il tarixli **********580500 saylı və 22.10.2020-ci il tarixli **********600600 saylı qərarların əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin və mənfəət vergisinin az hesablanması müəyyən olunmamışdır. Həmçinin qeyd olunur ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (gömrük bəyannamələrinin əlavələri, bank sənədləri və s.) mövcuddur ki, həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 13.04.2018-ci il tarixli müqavilənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, "xxxx" MMC 30.000.000 (otuz milyon) rubl məbləğində malı DAP üsulu ilə (inkoterms 2010) Azərbaycan Keşlə Dəmir yolu Stansiyasında təhvil verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 13.04.2018-ci il tarixli müqaviləyə 08.11.2018-ci il tarixli əlavə razılaşmanın Azərbaycan dilinə tərcüməsindən görünür ki, həmin müqavilənin dəyərinin 50.000.000 (əlli milyon) Rusiya rublu olaraq dəyişdirmişlər. - “Salamatov A.A” (FS) kəndli Fermer Təsərrüfatı ilə İddiaçı MMC arasında bağlanmış 26.10.2016-ci il tarixli 46 saylı müqavilənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, “Salamatov A.A” (FS) kəndli Fermer Təsərrüfatı malları DAP üsulu ilə (inkoterms 2010) Azərbaycan Keşlə Dəmir yolu Stansiyasında təhvil verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 10.01.2018-ci il tarixli 10/01-2018- PM saylı müqavilədən və həmin müqaviləyə 27.09.2018-ci il tarixli əlavə razılaşmanın Azərbaycan dilinə tərcüməsindən görünür ki, "xxxx" MMC 100.000.000 (yüz milyon) rubl məbləğində malı DAP üsulu ilə (inkoterms 2010) Azərbaycan Keşlə Dəmir yolu Stansiyasında təhvil verməyi öhdəsinə götürmüşdür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı iş üzrə mübahisənin araşdırılan hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21.10.2020-ci il tarixli **********651500 saylı qərarla 2019-cu ilin mənfəət vergisi üzrə əlavə 79,491.04 manat, 22.10.2020-ci il tarixli **********580500 saylı qərarla 2019-cu il aprel ayı əlavə dəyər vergisi üzrə əlavə 9,000.24 manat, 22.10.2020-ci il tarixli **********600600 saylı qərarla 2019-cu il oktyabr ayı əlavə dəyər vergisi üzrə əlavə 37,980,00 manat məbləğində vergi hesablanmışdır. Belə ki, cavabdehin qənaətinə görə 2019-cu il mənfəət vergisi üzrə hesablama ilə vergi ödəyicisinin yük-gömrük məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 3.514.599,10 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 3.022.689,89 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin 489.288,83 manat məbləğində süni şəkildə artırılması və hesablanası vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşma vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 17.03.2020-ci il tarixli **********880400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilməklə, kənarlaşmaya dair əsaslandırılmış yazılı izahatın və təsdiqedici sənədlərin (qoşma üzrə cədvəl məlumatlarının göndərilməsi, bank hesabından çıxarışlar, ödəniş sənədləri, araşdırmaya təqdim edilməli digər sənədlər) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Araşdırma zamanı iddiaçının 2019-cu il ərzində meşə materialı (taxta) idxal etməsi və idxal edilmiş malların yük gömrük bəyannamələrinin və təqdim edilmiş sənədlərin araşdırılması zamanı X2 (İNKOTERMS) DAP (Delivered at Place - alıcının ölkəsində razılaşdırılmış yer) olması müəyyən edilmişdir. İddiaçı satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) malların maya dəyərində formalaşdırdığından, qeyri-rezidentin göstərdiyi daşıma xidmətini təyin etmək mümkün olmamış və müvafiq rüblər üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Eyni zamanda, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2019-cu ilin əvvəlinə 112.023,08 manat mal qalığı, 2019-cu il ərzində idxal edilmiş malların faktura (invoys) dəyərinin 3.022 689,89 manat olması, elekton qaimə-fakturalara əsasən 317.946,82 manat (o cümlədən 254 006,28 manat logistika xidməti, 62.713,50 manat terminal xidməti, 1.227,49 manat sair xərclər) xərcinin olması həmin dövr üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 3.829.925,68 manat dəyərində olan mallar 3.452.659,79 manat məbləğ (112 023,08+3 022 689,89+317 946,82) ilə müqayisədə 377.265,60 manat fərqin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən 2019-cu il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin malın dəyəri sətrində qeyd olunan 3.829.925,68 manat xərc məbləğinin 377 265,60 manat olan hissəsi nəzərə alınmamış və 75.453,15 manat məbləğində əlavə mənfəət vergisi hesablanılmaqla, vergi ödəyicisinə 10.04.2020-ci il tarixli **********774200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən 16.09.2020-ci il, 19.09.2020-ci il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Qeyd olunan bəyannamələr üzrə kameral vergi yoxlaması aparılmış və 21.10.2020-ci il tarixli **********651500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçıya ünvanlanmış uyğunsuzluq məktubu cavablandırılarkən qeyd edilmişdir ki, malmaterial hesabatları düzgün tərtib edilmiş, göstərilən fərq materialın dəyəri deyil, ümumi malın maya dəyərinə təsir edən nəqliyyat-logistika xidmətləri ilə bağlı olmuşdur. Cavabdehin dəlillərinə görə nəqliyyat, daşıma məsrəfləri malın maya dəyərini formalaşdırır, nəqliyyat daşıma xərcləri birbaşa xərc maddəsində uçota alınmadan malın maya dəyərini formalaşdıran məsrəflərə aid edilir və qısamüddətli aktivlər bölməsində əks etdirilən malın dəyərinə daxil edilir. Qeyd olunan mal təqdim edildiyi təqdirdə həmin nəqliyyat daşıma xərci satılmış malın maya dəyəri ilə birgə xərclərə daxil edilir. Lakin yuxarıda da qeyd olunduğu kimi iddiaçı daşıma xidməti ilə bağlı təsdiqedici sənədləri təqdim etmədiyindən qeyd olunan məbləğ xərc olaraq nəzərə alınmamışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. İddiaçı qərarlarda öz əksini tapmış iki mövqe, yəni, əlavə dəyər vergisinin və mənfəət vergisinin iddiaçının qənaətinə görə düzgün hesablanmamasını və malın dəyərinin gömrük orqanının müəyyən etdiyi “statistik qiymətlə” deyil, malın invoys qiyməti əsas götürülərək verginin hesablanmasını mübahisələndirir. Bununla əlaqədar olaraq məhkəmə əlavə dəyər vergisinin və mənfəət vergisinin və mənfəət vergisinin hesablanmasını müəyyən edən Vergi Məcəlləsinin müvafiq hüquq normalarına müraciət etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur (-). 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (-) 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. (-) 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. (-) 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 76.1. Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. 76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. 76.2. Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilərək kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi ilə məhdudlaşdırılmışdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu 13-cü maddəsinə əsasən: 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. 13.2. Malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir: 13.2.1. alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər: 13.2.1.1. alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər; 13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri; 13.2.1.3. qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri; 13.2.2. idxal edilən malların istehsalı və ixrac üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıdakı hər hansı malın və xidmətin faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri: 13.2.2.1. idxal edilən malların tərkib hissəsi olan materialların, komplektləşdirici hissələrin və digər məmulatların dəyəri; 13.2.2.2. idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, ştampların, qəliblərin və digər analoji ləvazimatların dəyəri; 13.2.2.3. idxal edilən malların istehsalında sərf edilmiş sürtgü yağları, yanacaq və digər materialların dəyəri; 13.2.2.4. gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün zəruri olan layihələndirmə, mühəndis, təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və eskiz işlərinin dəyəri; 13.2.3. patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə; 13.2.4. alıcı tərəfindən mallar barədə sərəncam verilməsindən və ya onların istifadəsindən satıcıya birbaşa və ya dolayısı ilə çatan və ya çatmalı olan hər hansı gəlir hissəsinin dəyəri; 13.2.5. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri. 13.3. Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 13.3.1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 13.3.2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 13.3.3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 13.3.4. aşağıdakı şərtlər daxilində malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri: 13.3.4.1. maliyyələşmə razılaşması yazılı formada bağlanmalıdır; 13.3.4.2. gömrük orqanı tələb etdikdə maliyyələşmə razılaşması çərçivəsində tətbiq edilən faiz dərəcəsi səviyyəsinin maliyyələşmənin təmin edildiyi ölkədə və həmin vaxtda belə sövdələşmələr üçün mövcud olan səviyyədən artıq olmadığını alıcı sübut etməlidir. 13.4. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi başa çatmamışdan əvvəl onlarda itkilər və ya qüsurlar aşkar edilərsə, sövdələşmə qiymətinə müvafiq düzəlişlər edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mənfəət vergisinin bəyannaməsi üzrə xərc kimi göstərdiyi məbləğin qanunvericiliyin hansı normalarına qəbul etməməsi əsaslandırılmamışdır. Malın dəyərinin gömrük orqanının müəyyən etdiyi “statistik qiymətlə” əsas götürülərək verginin hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni, gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı bir maddi və ya prosessual hüquq normasına əsaslanmır. Cavabdehin qərarlarında vergilərin hesablanmasının səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarların qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları öz əksini tapmamışdır. Başqa sözlə desək, iddiaçının barəsində inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin «Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları» adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə zidd metodla aparılmış vergi yoxlaması isə qanuni sayıla bilməz. Cavabdehin qərarları ilə vergilərin düzgün hesablanıb-hesablanmamasını müəyyənləşdirmək xüsusi bilik tələb etdiyi üçün məhkəmə araşdırmasının obyektiv və hərtərəfliyini təmin etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert aparılmış tədqiqatın nəticəsi olaraq öz rəyində göstərmişdir ki, qərarların əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin və mənfəət vergisinin az hesablanması müəyyən olunmamışdır. Həmçinin qeyd olunur ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (gömrük bəyannamələrinin əlavələri, bank sənədləri və s.) mövcuddur ki, həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Belə olan halda, iddiaçı tərəfindən həmin qərarların qəbul edildiyi dövrlər üçün bəyan edilmiş vergi məbləğinin az hesablanması müəyyən edilmədindən və yol verilmiş qanun pozuntularının mövcud olması, qanunvericiliyə uyğun olmayaraq vergilərin hesablanması iddiaçının mübahisələndirdiyi cavabdehin tərtib etdiyi qərarlının ləğv edilməsi üçün yetərlidir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 oktyabr 2020-ci il tarixli **********651500 saylı, 22 oktyabr 2020-ci il tarixli **********580500 saylı və 22 oktyabr 2020-ci il tarixli **********600600 saylı qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli, 9/3471 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 oktyabr 2020-ci il tarixli **********651500 saylı, 22 oktyabr 2020-ci il tarixli **********580500 saylı və 22 oktyabr 2020-ci il tarixli **********600600 saylı qərarları ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X3; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar