Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2325/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialı) “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialı) iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 01.09.1969-cu ildən 20.07.1971-ci ilədək (2 il) X3 məktəbində təhsil aldığı peşə təhsil müddətinin, 22.05.1975-ci ildən 02.06.1977-ci ilədək (02 il 10 gün) keçmiş sovet ordusu sıralarında olduğu həqiqi hərbi xidmət müddətinin və arxiv arayışında göstərilən 14.07.1977-ci ildən 28.07.1998-ci ilədək olan müddət ərzində (21 il 14 gün) Tərtər rayonun sabiq “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi iş illərinin, 01.01.2006-cı ilədək cəmi 25 il 24 günü ona pensiya hüququ verən iş stajı kimi hesablanması və eyni zamanda Azərbaycan Respublikasi Vergilər Nazirliyi tərəfindən 23.01.2020-ci ildə ona verilmiş Vergi Uçotu haqqında Şəhadətnaməsi əsasında 01.01.2006-cı ildən sonra iş stajına malik olması və hazırda işlədiyini nəzərə alaraq, ona pensiya hüququ yarandığı 20.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşdan, yəni 20.04.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək işlədiyi əmək dövrünün, hərbi və təhsil müddəti ilə birgə nəzərə alınmasını, həmçinin onun fərdi sahibkar kimi fəaliyyət dövrü əsasında onun 20.04.2019-cu il tarixdən yaşa görə əməkp pensiya hüququnu yarandığını iddia edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmamasına əsaslanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı 14.07.1977-ci il tarixdən 23.07.1998-ci il tarixədək “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işləməsini qeyd etsə də, həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq həmin illər İddiaçı sosial sığorta stajına daxil edilməmişdir. Nəticə etibari ilə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28.800 manat) mövcud olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının hesablanmasının mümkün olmaması;
2. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək kişilərin pensiya yaşı 64 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və 20.04.2019-cu il tarixində, yəni 64 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə bildirir ki, Milli Arxiv İdarəsi Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin 34 №-li, 21 sentyabr 2021-ci il tarixli məktubuna və ona əlavə olunmuş əmrlərdən çıxarışa əsasən İddiaçı M.Ə.Sabir adına “Narçılıq” sovxozunda 14 iyul 1977-ci il tarixdən 28 iyul 1998-ci il tarixədək işlədiyi və həmin illərdə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması müəyyən olunmuşdur. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Milli Arxiv İdarəsi Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayış əsasında müəyyən olunur ki, iddiaçı 1977-1998-cİ illəri əhatə edən dövrlərdə M.Ə.Sabir adına “Narçılıq” sovxozunda işləmişdir. Sözügedən illər iddiaçının sığorta stajına daxil edilməlidir. (21 il 15 gün) Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Məhkəmə iddiaçının təhsil aldığı dövrlə bağlı isə bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01.09.1969-cu ildə “Suvaqçı-çilingər” peşəsi üzrə 31 №-li Mir-Bəşir texniki peşə məktəbinə daxil olmuş və 20.07.1971-ci ildə həmin peşə məktəbini bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 01 il 10 ay 20 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 01 il 10 ay 20 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsi tərəfindən verilmişa arayışdan görünür ki, iddiaçı 22.05.1975-ci il tarixdən 02.06.1977-ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il 11 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və Milli Arxvi İdarəsi tərəfindən verilmiş arxiv arayışında əks olunan əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (01.09.1969-20.07.1971; 22.05.1975-02.06.1977; 14.07.1977-23.07.1998 = 24 il 11 ay 11 gün) təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməlidir. Məhkəmə mübahisənin 24 dekabr 2021-ci il tarixədək (minimum məbləğin 240 manat olmasına qədər) yarandığını əsas gətirərək bu nəticəyə gəlmiş və hesablama qaydasını gözlənin pensiya ödənişi müddətini və minimum əmək pensiyası məbləğini əsas götürmüşdür. Hesablama qaydası: 144 ay (gözlənilən pensiya ödənişi müddəti ) x 200 manat (minimum pensiya məbləği) = 28.800 manat İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) 01.01.2006-01.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4
Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2020-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 7.633,72 manat (24x306+306/12x11+306/365x11) məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2020-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir: İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik əvvəlinə pensiya kapitalı səviyyəsi 2006 8,3 8267,32 =(7.633,72+7.633,72*8,3%) 2007 16,7 9647,96 =(8.267,32+8.267,32*16,7%) 2008 20,8 11654,74=(9.647,96+9.647,96*20,8%) 2009 1,5 11829,56 =(11654,74+11654,74*1,5%) 2010 5,7 12503,84 =(11829,56+11829,56*5,7%) 2011 7,9 13491,64 =(12503,84+12503,84*7,9%) 2012 1,1 13640,05 =(13491,64+13491,64*1,1%) 2013 2,4 13967,42 =(13640,05+13640,05*2,4%) 2014 1,4 14162,96 =(13967,42+ 13967,42*1,4%) 2015 4,0 14729,48 =(14162,96+14162,96*4%) 2016 12,4 16555,94 =(14729,48+14729,48*12,4%) 2017 12,9 18691,66 =(16555,94+16555,94*12,9%) 2018 2,3 19121,57 =(18691,66+18691,66*2,3%) 2019 2,6 19618,73 =(19121,57+19121,57*2,6%) 01.01.2020 2,6 20.128,82 =(19618,73 +19618,73*2,6%) 31.12.2020 2,8 20.692,43 =(20.128,82+20.128,82*2,8%) 01.01.2021 12 23.175,52 =(20.692,43+20.692,43*12%) 31.12.2021 6,7 24.728,28 =(23.175,52+23.175,52*6,7%) 01.01.2022 12,1 27.720,40 =(24.728,28+24.728,28*12,1%)
İddiaçının 64 yaş həddi 2019-cu ildə tamam olur. Belə olan halda, onun 01.01 2006cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq 01.01.2006-cı il tarixinə topladığı 7.633,72 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2020-ci ilin sonuna 19618,73 manat təşkil edir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən məlumatlar (hər ilin sonuna olan faizlər) hazırkı mərhələdə işə əlavə olunmuşdur). Nəzərə alınmalıdır ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmamışdır. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 136,24 (19.618,73/144 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində (əvvəlki redaksiyasında) nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 9.181,27 manat fərq ilə 19618,73 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin tələblərinə əsasən 01 yanvar 2022-ci il tarixdən etibarən əmək pensiyası məbləğinin minimum norması 240 manat müəyyən olunduğundan, şəxsin yaşa görə əmək pensiyası təyin edilərkən onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı ən azı 34.560 manat (Hesablama qaydası: 240 manat x 144 ay) təşkil etməlidir. Nəzərə alsaq ki, iddiaçının 01.01.2006-cı il tarixədək toplandığı pensiya kapitalı 7.633,72 manat təşkil etdiyindən, həmin məbləğ Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2022-ci il əvvəlinə 27.420,40 manat təşkil edir. Hətta, bu məbləğə iddiaçının 2020-ci ilin yanvar ayına toplanan pensiya kapitalını (115,65 manat) əlavə etsək belə, iddiaçının pensiya kapitalı nə 28.800 manat, nə də ki 34.560 manata çatdırılmır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyası məbləğinin minimum normasını ödəmir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2020-ci il yanvar ayında 115,65 manat pensiya kapitalı qeydə alınmışdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı 01.07.2018-ci il tarixdən sonra qeydə alındığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. İddiaçının fərdi sahibkar kimi işlədiyi dövrün sığorta stajına daxil edilməsi və bu müddətin ona yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas veribverməməsi istiqamətində dəyərləndirmə aparılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunvericilik hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətinin sığorta stajına daxil edilməsini istisna etmir. Doğrudur ki, iddiaçı fərdi sahibkar kimi 23.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının fərdi sahibkar kimi qeydiyyata alınması, həmin dövrün sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiya hüququnun yaranması üçün əsas vermir. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun 20.10.2019cu il tarixə yaşı 64,6; 20.04.2020-ci il tarixə isə 65 yaşı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 01 iyul 2019- 30 iyun 2020 aralıqda kişilərin pensiya yaşı 64 il 06 ay kimi müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının 64,6 yaşı 20.10.2019-cu il tarixdə tamam olsa da, həmin dövrdə onun ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Bu səbəbdən də 64,6 yaşdan ona yaşa görə əmək pensiyasının təyin olunması istisna olunmuşdur. İddiaçının 65 yaşı tamam olduğu, yəni 20.04.2020-ci il tarixə gəldikdə isə nəzərə alınmalıdır ki, baxmayaraq həmin tarixə ümumi iş stajı (fərdi sahibkar kimi işlədiyi dövr nəzərə alınmaqla) ilə bağlı şərt ödənilsə də, həmin anda iddiaçının yaş ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Lakin, yaş həddi ilə bağlı şərtin ödənilməsi mütləq qaydada digər şərtlərdən biri ilə eyni vaxtda mövcud olmalı idi. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, iddiaçının 65 yaşı 01.07.2017-ci il tarixdən sonra, tamam olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 25 il olan ümumi stajı pensiya yaşına çatdığı vaxt ödənilmədiyindən, həmin stajın onun 2020-ci ilin yanvar ayından sahibkarlıq fəaliyyətini 2020-ci ilin fevral ayınadək həyata keçirməsi iddiaçıya yaşa görə pensiya təyininə əsas vermir. Belə ki, 25 illik şərt şəxs pensiya yaşına çatdıqdan sonra ödənilmişdir. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Belə ki, hazırkı işin faktiki hallarına oxşar bir halla hazırkı işi müqayisə etdikdə tələbinin əsassız olması aydın görünür. Belə ki, pensiya yaşı və ümumi stajın eyni vaxtda ödənilməsi ilə bağlı şərtin nəzərə alınmaması halı olarsa pensiya yaşında, misal üçün 65 yaşında ümumi stajı 25 il olmayan şəxs həmin staja 80 yaşında yiyələnərsə şəxsə pensiyanın hansı tarixdən təyin edilməsi ilə bağlı prosedurun olmadığı müəyyən ediləcəkdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, təbii haldır ki, 80 yaşında ümumi stajla bağlı şərti ödəmiş şəxsə pensiya təyinin pensiya yaşına çatdığı 65 yaşdan təyin edilməsi mümkün deyildir. Digər bir vəziyyət isə onun 80 yaşından yaşa görə pensiya təyin edilməsi halıdır ki, pensiyanın hesablanması qaydasına görə bu zaman pensiya məbləğinin müəyyən edilməsində gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni minimum halda 144 əsas götürüldüyündən 80 yaşında olan şəxsə 144-ün tətbiqi mümkün olmur. Belə ki, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya qanunvericiliyində 77 yaşa ekvivalent götürülür ki, güzəştli və yaşa görə pensiya təyinində pensiya məbləği məhz aylarının sayının 144 və ya daha çox olmasından asılı olaraq dəyişir. Hazırkı vəziyyətdə isə 77 və daha çox yaşı olan şəxslərin pensiya məbləğinin hesablanması mümkün olmur. Hər nə qədər işin indiki halları ilə birbaşa eyni olmasa da hazırkı işin faktiki halları da iddiaçıya pensiyanın təyin edilməməsinə səbəb olur. Belə ki, iddiaçının hazırkı iddiası təmin ediləcəyi təqdirdə 64.6 yaşında pensiyaya çıxmalı olan, lakin 65 yaşında ümumi stajla bağlı şərti ödədiyinə görə şəxsə təyin edilən pensiya vəziyyəti nəinki iddiaçının vəziyyətini 64.6 aydakı pensiya təyin edilməli olan vəziyyətlə eyniləşdirir, hətta əlavə pensiya məbləğinin də ödənilməsinə əsas yaradır. Qeyd olunan səbəbdəndir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatma dedikdə məhz konkret müəyyən edilən yaşa çatma başa düşülür. Həmin yaşa çatılan anda ümumi 25 illik staj və ya pensiya kapitalı ilə bağlı tələbin ödənilməsi zəruri şərt kimi müəyyən edilir. Qeyd olunmalıdır ki, bundan kənara çıxma da məhz pensiya qanunvericiliyində birbaşa göstərilmişdir. Belə ki, adıçəkilən Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesaba – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu halda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğə çatdırılarsa şəxsin pensiya hüququ yaranır. Yəni, tələb olunan pensiya kapitalında çatışmayan məbləğ şəxs tərəfindən ödənilərsə qanunvericilik şəxsə pensiya təyininə imkan yaratsa da, həmin prosedur pensiya yaşına çatdıqdan sonra şəxsin sığorta stajını yığması ilə bağlı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Orxan Həsənov