Məhkəmə qərarları › İş №2-1(112)-2328/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2328/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2328/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X26, Mütəxəssis qismində cəlb edilmiş “X35 və Ekspertiza Mərkəzi” MMC-nin direktoru X22 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın qismən ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən X7 mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin X7 mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən mülkiyyət hüququna dair 09.11.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X3 rayon məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m yaşayış, 36.8 kv.m köməkçi sahədən, 28.4 kv.m meydançadan ibarət olan “B” tikilisindən istifadənin cavabdeh İddiaçı qadağan edilməsi, “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, “B” tikilisinə giriş üçün cavabdeh tərəfindən iddiaçıya yol verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin əsli ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 330a saylı bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X15 və İstismarı Birliyi ilə X8 arasında 04.02.2003-cü il tarixli, 26486 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 330a saylı bağ evi 03.05.2003-cü il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına 09.11.2006-cı il tarixdə çıxarışla əvəz edilmişdir. Daha sonra ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi 08.09.2005-ci il tarixində və həmin ünvanda yerləşən bağ evi 12.10.2006-cı il tarixində bağışlanma müqaviləsi əsasında X7 adına rəsmiləşdirilmişdir. 08.09.2005-ci il tarixdə isə torpaq sahəsinin bağışlanması haqqında müqaviləyə əsasən S.Vəliyeva 0.16 ha torpaq sahəsinin 0.08 hektarını qardaşı, yəni iddiaçının mərhum həyat yoldaşı X11 bağışlamışdır. 29.12.2019-cu il tarixdə X9 vəfatından sonra Bakı şəhəri 6 satlı Notariat ofisində açılmış vərəsəlik işinə əsasən İddiaçı, X30 və X33 miras qoyanın vərəsələri olaraq tanınmış və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 330a yerləşən 0.08 ha torpaq sahəsində payları müəyyən edilərək, dövlət reyestrində qeydiyyata alınmışlar. Göründüyü kimi halhazırda X1 Aysel Vaqif qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən B tikilisinin əsassız şəkildə özünə məxsus olduğunu qeyd edərək tikilidən istifadənin İddiaçı Tahir qızına qadağan olunmalı olduğu qənaətindədir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı 22.10.2021-ci il tarixli etirazında bildirilmişdir ki, İddiaçı mübahisəli əmlakla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 330a saylı bağ sahəsinə dair X14 adına verilmiş mülkiyyət hüququna dair 09.11.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Sonda cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək bağ sahəsinə hüquq qeydə alınarkən qanunvericiliyin tələbinə əməl edildiyindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Mütəxəssis qismində cəlb edilmiş “X35 və Ekspertiza Mərkəzi” MMC-nin direktoru X34 məhkəməyə təqdim edilmiş dəqiqləşdirilmiş mütəxəssis rəyinə uygun izahat verdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarında olan: - Bağın icarəyə verilməsi haqqında 26486 №-li 20.04.1989-cu il tarixli müqavilədən görünür ki, Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 48.9 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X10 ayrılmışdır. - Bağın icarəyə verilməsi haqqında 26486 №-li 04.02.2003-cü il tarixli müqavilədən görünür ki, Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X6 ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 nömrəli 03.05.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - 17.06.2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, X4 Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı 0.16 ha bağ sahəsini nəvəsi X12 bağışlamışdır. - 08.09.2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, X14 ünvan 2nin ölçüsü 0,08 hektar olan hissəsini X11 bağışlamışdır. - 12.10.2006-cı il tarixli bag evinin bağışlanması müqaviləsindən görünür ki, X4 ünvan 2ndə yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi X12 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 09.11.2006-cı il tarixli ********* saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyatdan keçmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN – 22505D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.16 ha hissəsi üzərində X7 mülkiyyətinə verilmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN – 24836D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.08 ha hissəsi X7 mülkiyyətinə verilmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN – 24835D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.08 ha hissəsi X9 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 12.08.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsi üzərində X9 mülkiyyət hüququ 12.08.2020-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. - AZ-İİ № 063966 saylı 01.02.2020-ci tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 29.12.2019-cu il tarixdə ölmüşdür. - 18.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29.12.2019 tarixdə ölmüş X9 vərəsələri İddiaçı, X30, X27r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 12/08/2020 tarixdə X11 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində X18, 1/3 hissəsi üzərində isə X24 mülkiyyət hüququ mülkiyyət hüququ qeydiyyata alınmışdır. - “X35 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21.01.2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ******* saylı çıxarışla X7 adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. - “X35 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21.01.2022-ci il tarixli mütəxəssis rəyinə edilmiş düzəlişdən görünür ki, mütəxəssis rəydəki “V tikilisi” sözlərinin “B tikilisi” kimi oxunması xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunub ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Hazırki halda da iddiaçı ünvan 2nin B tikilisinə dair X7 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən verilmiş çıxarışın qismən ləğv olunmasını tələb edir ki, aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı hazırki iddiasında paylı mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0.08 ha ölçüsü olan bağ sahəsində yerləşən “B” tikilisi üzərində daşınmaz əmlakın dövlət reyestrində X7 adına aparılmış qeydiyyatın və buna dair dövlət reyestrindən çıxarışın səhvən verildiyindən qismən ləğv edilməsini məhkəmədən xahiş edir. İşin araşdırılan hallarından məlum olur ki, bağın icarəyə verilməsi haqqında 26486 №-li 20.04.1989-cu il tarixli müqaviləyə əsasən Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 48.9 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi və ikinci 26486 №-li 04.02.2003-cü il tarixli müqaviləyə əsasən Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi ilkin olaraq X10 ayrılmışdır. Bunlara əsasən 330a saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ 03.05.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 17.06.2005-ci il tarixdə notarial qaydada baglanmış müqaviləyə əsasən X4 0.16 ha bağ sahəsini nəvəsi X12 bagışlamış, 08.09.2005-ci il tarixdə isə X14 bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini iddiaçının mərhum atası X11 bağışlamışdır. Bundan sonra Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə X7 adına 09.11.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 330a saylı bağ sahəsi üzərində X9 mülkiyyət hüququ isə 12.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X17 29.12.2019-cu il tarixdə vəfat etdiyindən 18.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri İddiaçı, X30, X33 miras əmlakdan bərabər hissədə pay alaraq 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinə 24.08.2020-ci il tarixdə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla belə işdə olan Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 saylı 14.02.2006-cı il tarixli Sərəncamından göründüyü kimi Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87,1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi – 1538,0 kv.m-dən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 21.04.2006-cı il tarixli 374-E/6 saylı rəyində də Əzizbəyov (hazırki ünvan 6 ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, “tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08.06.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun “torpaq sahəsinin planı” və “sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində 3 otaqlı “A” tikilisinin, 3 otaqlı B tikilisinin mövcud olması qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan həmin bağ sahəsinin bölgü sxemi, torpağın mülkiyyətə verilməsinə dair JN – 24836D saylı və JN – 24835D saylı şəhadətnamələrinin, habelə 08.06.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun qarşılıqlı təhlili zamanı müəyyən edilir ki, 3 otaqdan ibarət olan “A” tikilisi X7 mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin 0,08 ha ölçülü torpaq sahəsində, “B” tikilisi isə İddiaçı, X18, X24 paylı mülkiyyətində olan digər 0,08 ha ölçülü torpaq sahəsində yerləşir. Məhkəmə tərəfindən işi bu hallarının tam və hərtərəfli araşdırılması məqsədilə “B” tikilisinin yerinin və koordinatlarının dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə icraatına mütəxəssis cəlb etmişdir. “X35 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21.01.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ******* saylı çıxarışla X7 adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir, “B” tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göstərilən mütəxəssis rəyi işin yuxarıda araşdırılan hallarına uygun gəldiyindən, ziddiyyət təşkil etmədiyindən və cavabdeh tərəfindən təkzib edilmədiyindən məhkəmə həmin mütəxəssis rəyini mötəbər sübut növü kimi qəbul edir. Belə olan halda, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) yerləşən “B” tikilisi üzərində cavabdeh tərəfindən üçüncü şəxs X7 mülkiyyət hüququn qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmənin qənaətinə görə mübahisə edilən tikiliyə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malikdir. Bəhs olunanlara əsasən iddiaçının mübahisə açdıgı mülkiyyət hüququna dair aparılmış qeydiyyatın onun hüquq və mənafeyinə toxunması sübuta yetirdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyriyaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin X7 mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09.11.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin X7 mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09.11.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar