Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-233/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (Zəngilan şəhərində qeydiyyatdadır, ixtisası: həkimstomatoloq, işləmir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqi təminat şöbəsinin zabiti) iştirakı ilə, iddiаçı İddiaçı Məmməd qızının cаvаbdеh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qаrşı “iddiaçının mərhum əri Cəfərov Sabir Vəli oğlunun adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin həvalə edilməsi” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Məmməd qızı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək mərhum əri X4 adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 SSRİ silahlı qüvvələrində müddətli həqiqi xidmətini bitirdikdən sonra vətənə Azərbaycana qayıtmış və Zəngilan rayon Hərbi Komissarlığında ehtiyata buraxılan hərbçi kimi qeydiyyata alınmışdır. 1991-1992-ci illərdə Qarabağ uğrunda döyüşlər başlananda iddiaçının mərhum həyat yoldaşı yenidən hərbi xidmətə çağırılmış və həmin dövrdə yeni yaranmış N saylı hərbi hissənin şəxsi heyyətinin sıralarına daxil edilmişdir. İddiaçının mərhum həyat yoldaşı X1 uğrunda gedən döyüşlərdə iştirak edən zaman xx.xx.1992-ci il tarixdə Zəngilan rayon ərazisində güllə yarasından həlak olmuş və Zəngilan rayon şəhidlər xiyabanında dəfn olunmuşdur. İddiaçı 11000 manat məbləğində sığorta pulunun verilməsi üçün müraciət etsə də müraciəti təmin olunmamışdır, imtina onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 adı cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli, ***-**** nömrəli məktubuna əsasən döyüşdə həlak olmuş hərbi qulluqçuların və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün ailələrinə ərzaq məhsullarının yardım edilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 10 nömrəli əmrində mərhum Cəfərov Sabir Vəli oğlu mülki şəxs kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək göstərmişdir ki,aparılmış araşdırmaya və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli, 26/2-3463 nömrəli məktubuna əsasən hərbi qulluqçuların və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün ailələrinə ərzaq məhsullarının yardım edilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 10 nömrəli əmrində mərhum X6 mülki şəxs kimi göstərilmişdir. Bundan başqa Xidmətin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində mərhum X4 hərbi xidmət keçməsinə, hərbi əməliyyatlarda həlak olmasına, habelə şəhid hesab edilməsinə dair heç bir məlumat yoxdur. Həmçinin, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında da mərhum X4 adı keçmir. Vətəndaş hərbi qulluqçu olmamışdır və bu səbəbdən də mərhum X4 adının bu Fərmanla nəzərdə tutulmuş siyahıya əlavə edilməsi mümkün deyildir. Cavabdehin nümayəndəsi çıxışının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dinlənilmiş şahid Məhərrəmov Nəriman Qurban oğlu öz ifadəsində göstərmişdir ki, o, müharibə veteranıdır, 1992-ci ildə Sabir Cəfərov isə Zəngilan rayonunun N saylı hərbi hissəsində qulluq etmişdir.Həmin vaxt da Qarabağ uğrunda gedən döyüşlər başlananda döyüşlərdə Sabir Cəfərov da həlak omuşdur.Sabir Cəfərovu şəxsən tanımamışdır və onun hərbi qulluqçu olub olmaması barədə heç bir söz deyə bilməz. Məhkəmə iclasına dinlənilmiş şahid Qasımov Nadir Pəlivan oğlu öz ifadəsində göstərmişdir ki, o müharibə veteranıdır, 1992-ci ildə Sabir Cəfərov ilə Zəngilan rayonunun N nömrəli hərbi hissəsində qulluq etmişdir.Həmin vaxt da Qarabağ uğrunda döyüşlər başlananda həmin döyüşlərdə Sabir Cəfərov həlak olmuşdur və onunla birlikdə şahidin ögey dayısı oğlu Adil və xalasının oğlu Pənah da həlak olmuşlar.Sabir Cəfərovu şəxsən tanıyırdı, döyüş vaxtı da hamının hərbi geyimi, əlində silah olmuşdur. Məhkəmə, iddiаçının və cavabdehin nümayəndələrinin çıxışlarını, şahidlərin ifadələrini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: “Nikah bağlanması haqqında” şəhadətnaməyə əsasən iddiaçı, X6 ilə xx.xx.1982-ci ildə nikaha daxil olmuşdur. “Ölüm haqqında şəhadətnamə”yə əsasən Cəfərov Sabir Vəli oğlu 10 dekabr 1992-ci ildə baş beyinin dəlib keçən odlu silah yarasından vəfat etmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.1993-cü il tarixli əmrindən çıxarışa əsasən döyüşdə həlak olmuş hərbi qulluqçular və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün, o cümlədən Cəfərov Sabir Vəli oğlunun ailəsinə həkimin raportuna və komandirin şifahi əmrinə əsasən anbardan ərzaq məhsulları yardım edilmişdir, əmrdə X4 adının qarşısında “mülki sözü” yazılmışdır. Zəngilan rayon İcra Hakimiyyəti Başçısının 517 nömrəli, 10 iyul 2013-cü il tarixli arayışına əsasən erməni işğalçı dəstələrinin Azərbaycan Respublikasının torpaqlarına təcavüzü zamanı həlak olmuş Cəfərov Sabir Vəli oğlunun ailə üzvü – həyat yoldaşı İddiaçı Məmməd qızı “Şəhid ailəsi” statusuna malikdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbəriz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz iktin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının (hərbi qulluqçu) vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Nazirliyə təqdim edilir.Fərmanın icrası ilə əlaqədar aidiyyəti olanlar tərəfindən təqdim edilmiş müvafiq siyahılar əsasında Nazirlik tərəfindən 2018-ci il 9 oktyabr ayından etibarən hərbi qulluqçuların adını, soyadını və atasının adını daxil etməklə vərəsələrin birdəfəlik ödəməni almaq hüququnun olub olmadığını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti təmin edilmiş və sənədlərin qəbuluna başlanılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Xidmətin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində mərhum Cəfərov Sabir Vəli oğlunun hərbi xidmət keçməsinə, hərbi əməliyyatlarda həlak olmasına, habelə şəhid hesab olunmasına dair heç bir məlumat yoxdur, həmçinin Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum X4 adı keçmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1№li Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11000 manat sığorta məbləği verilir.Bu səbəbdən də Cəfərov Sabir Vəli oğlunun adının bu Fərmanla nəzərdə tutulmuş siyahıya əlavə edilməsinin mümkün olmaması qeyd edilmişdir. Zəngilan rayonu Hərbi Komissarlığının xx.xx.1994-cü il tarixli, 453 nömrəli arayışına əsasən Cəfərov Sabir Vəli oğlu və Cəfərov Bəxtiyar Vəli oğlu Azərbaycan Respublikasının suverenliyi və torpaqlarının bütövlüyü uğrunda gedən döşüşlərdə şəhid olmuşlar. Zəngilan rayon Hərbi Komissarlığının 951 nömrəli, xx.xx.2007-ci il tarixli arayışına əsasən Cəfərov Sabir Vəli oğlu xx.xx.1992-ci ildə Zəngilan rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçının əri Cəfərov Sabir Vəli oğlu N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vuruşaraq həlak olmuşdur.Odur ki, iddiaçı hazırda şəhid ailəsi statusuna malikdir.Hazırda iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbəriz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli fərmanına uyğun olaraq 11000 manat məbləğində sığorta ödənişinin verilməsi üçün mərhum əri Cəfərov Sabir Vəli oğlunun adının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların siyahısına yazılması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıdakıları qeyd edir: “Hərbi qulluqçuların statusu haqqında ” Azərbaycan Respublikasının Qanununun (Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi) 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İşin faktiki hallarına əsasən, həmçinin şahid ifadələrinə görə iddiaçının əri N nömrəli hərbi hissədə xidmət etmiş, əlində silah döyüşmüşdür, yəni N nömrəli hərbi hissənin silah və digər təminatlarına daxil edilmişdir.Həmçinin o həlak olduqdan sonra onun ailəsinə hərbi qulluqçu ailəsinə olduğu kimi hərbi hissə tərəfindən dəfn mərasiminin keçirilməsi üçün ərzaq yardımı da edilmişdir. Belə olan halda iddiaçının mərhum ərinin N nömrəli hərbi hissənin ərzaq və silah təminatında olması ilə hərbi qulluqda olması iş materialları ilə təsdiq edildiyi üçün və qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə etdikləri üçün iddiaçının mərhum əri də hərbi qulluqçu statusuna malik olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında ” Azərbaycan Respublikasının Qanununun27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Həmin fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanının 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir Belə olan halda iddiaçının əri X6 1992-ci ilin dekabr ayının 10-da həlak olana qədər hərbi xidmətdə olduğu üçün və onun vərəsəsi olan iddiaçının və ya başqa vərəsələrinin 11000 manat məbləğində sığorta ödənişi alması inzibati məhkəmə icraatı zamanı müəyyən edilmədiyinə görə iddiaçının, əri Cəfərov Sabir Vəli oğlunun “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 5-ci, 8-ci bəndlərində nəzərdə tutulmuş siyahılara daxil edilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndində göstərilmişdir: “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin”. Fərmanın 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Ədliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək tapşırılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, iddiaçının mərhum əri Cəfərov Sabir Vəli oğlunun adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbəriz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmənin 02 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı qızının mərhum əri Cəfərov Sabir Vəli oğlunun adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbəriz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hakim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-233/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-233/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver