Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-233/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı X5 təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirilməsi və kameral vergi yoxlamasının həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və xx.xx.2019-cu il tarixli **********348500 saylı, xx.xx.2020-ci il tarixli **********540500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi 2019-cu ilin müəyyən olunmuş hesabat dövründə vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən bildirilmişdir ki, təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı uyğunsuzluqların olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və 2018-ci il üçün mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar aradan qaldırılaraq, müvafiq izahatlar verilmiş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixli **********348500 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqinə 2018-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında həmin qərar rəsmi qaydada onlara təqdim edilməyib və həmin qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar 10 mart 2020-ci il tarixində sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırılmış və kameral vergi yoxlamasının aparılması üçün vergi orqanına təqdim edilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********566700 saylı və xx.xx.2020-ci il tarixli, **********570200 saylı məktublarla Vergilər Nazirliyinə müraciət edərək, elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini və hesablanmış 47 362.29 manat kameral məbləğinin geri qaytarılmasını xahiş etmişlər. Müraciətlərinə xx.xx.2020-ci il taixli, **********846300 saylı məktubla cavab verilərək bildirilmişdir ki, kameral vergi yoxlaması barədə Vergilər Nazirliyinə daxil olmuş müraciətlərinə baxılır və qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab veriləcəkdir. Lakin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********731900 saylı, xx.xx.2020-ci il tarixli, **********286100 saylı və xx.xx.2020-ci il tarixli, **********772800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarla 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların aradan qaldırılmasını və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmişlər. Eyni zamanda bildirilmişdir ki, vergi bəyannaməsi və zəruri sənədlər 5 iş günü ərzində təqdim edilməsə, vergi orqanı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını yenidən hesablayacaqdır. Bu günə kimi təqdim etdikləri sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla da, vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixli, **********192900 saylı, xx.xx.2020-ci il tarixli, **********499900 saylı və xx.xx.2020-ci il tarixli, **********079400 saylı şikayət ərizələri ilə Vergilər Nazirliyinə müraciət edərək, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırıldığını, xx.xx.2019-cu il tarixli, **********348500 saylı elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini, hesablanmış 47 362.29 manat kameral məbləğinin geri qaytarılmasını, göstərilənlərə uyğun olaraq təsdiqlənməmiş azalmanın təsdiq olunmasını və şəxsi hesab vərəqəsində azalma kimi yazılmasını xahiş etmişlər. Şikayətləri nəticəsiz qalmış və mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla əlaqədar, olaraq şikayətləri icrasız qaldığından hər hansı cavab ala bilməmələri səbəbindən, məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə göstərilmiş qanunvericilik aktlarına əsasən hesab edirlər ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirməməsi və kameral vergi yoxlamasını həyata keçirməməsi qanunsuzdur. Vergi orqanı hər bir halda təqdim olunmuş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və digər sənədlər əsasında yenidən kameral yoxlama keçirilməlidir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli **********348500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış vergilər, maliyyə sanksiyaları və faizlər əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar da, ləğv olunmalıdır. İddiaçı tərəfindən məhkəmə icraatının gedişatında bir neçə dəfə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı, xx.xx.2020-ci il tarixli 2020-ci il avqust ayı aksiz vergisi üzrə **********058600 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirilməsi və kameral vergi yoxlamasının həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2019-cu il tarixli **********348500 nömrəli, xx.xx.2020-ci il tarixli **********540500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********540500 saylı, xx.xx.2020-ci il tarixli **********608200 saylı, xx.xx.2020-ci il tarixli **********485600 saylı, xx.xx.2020-ci il tarixli **********922200 saylı, xx.xx.2020ci il tarixli **********488700 saylı, xx.xx.2020-ci il tarixli **********883500 saylı, xx.xx.2020-ci il tarixli **********486300 saylı və xx.xx.2020-ci il tarixli **********551400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsininə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra yenidən dəqiqləşmə təqdim etməklə xx.xx.2019cu il tarixli **********348500 saylı, xx.xx.2020-ci il tarixli **********540500 saylı, xx.xx.2020-ci il tarixli **********608200 saylı, xx.xx.2020-ci il tarixli **********689400 saylı, xx.xx.2020-ci il tarixli **********687000 saylı, xx.xx.2020-ci il tarixli **********688700 saylı, xx.xx.2020-ci il tarixli **********849900 saylı, xx.xx.2020-ci il tarixli **********864800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini aşağıdakı səbəblərdən əsassız hesab edirlər və razılaşmırlar: vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarətinin (səyyar vergi yoxlaması, kameral vergi yoxlaması və operativ vergi yoxlaması) nəticələrinə uyğun olaraq vergi ödəyicisinə əlavə vergi məbləği hesablanır və həmin nəticələr müvafiq inzibati aktla (vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar, vergilərin hesablanması barədə qərar və s.) rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 1420868,78 manat dövriyyə göstərilməsinə baxmayaraq mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2019-ci il tarixli **********433500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq dövr üzrə cari bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 1420868,78 manat gəlirinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq 1 184 057,32 manat xərc müəyyən edilməklə xx.xx.2020-ci il tarixdə 2018-ci il üzrə 47 362,29 manat Mənfəət vergisi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********348500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2020-ci ildə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bundan sonra kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üzrə 2018-ci il mənfəət vergisi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq, 46.244,42 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il il tarixli **********608200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək, 2018-ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018-ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2018-ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018-ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********687000 və **********688700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları göndərilmişdir. Aparılmış araşdırma zamanı 2019-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HW seriyalı 509690 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********653800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 6 915,75 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********540500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqiləşdirilmiş bəyannamə təqdim edilərək 2019-cu ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019-ci ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********689400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ilin avqust ayı üzrə aksiz vergi bəyannaməsinin göstəricisiz təqdim edildiyi, həmçinin müəssisədə keçirilmiş post nəzarət tədbirləri nəticəsində iş günlərinin sayı nəzərə alınmaqla, aylıq 17837,6 litr həcmində əsas məbləği 24326,15 (ƏDV-si 8457,24) manat olan araq məhsullarının istehsal olunaraq təqdim edildiyi müəyyən olunmuşdur. Qeyd edilənlər vergidən yayınma riski kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********557800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2020-ci ilin avqust ayı aksiz bəyannaməsi üzrə 57 078,40 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********849900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı müəssisədə 2020-ci ilin yanvar-sentyabr ayları üzrə keçirilmiş post nəzarət tədbirləri nəticəsində iş günlərinin sayı nəzərə alınmaqla, aylıq 80837,75 litr həcmində əsas məbləği 484948,0 (Aksiz vergisi daxil, ƏDV-siz) manat dəyərində məhsulların istehsal olunaraq təqdim edildiyi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövr üzrə təqdim etdikləri aksiz vergisi bəyannamələrinin 402-ci sətirində “içkilərin bütün növləri üzrə vergiyə cəlb edilən istehsal həcminin cəmi" 71340,9 litr göstərilməsi eyni zamanda, ƏDV bəyannaməsinin 301.1-ci sətirinin (daxil olmuş məbləğ sütununda) 198184,18 manat (ƏDV-siz) göstərilməsi vergidən yayınma riski kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********050500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığ əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisini 2020-ci ilin sentyabr ayı aksiz bəyannaməsi üzrə 30 389,92 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********864800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Qeyd etmişlər ki, xx.xx.2021-ci il tarixli **********218700 nömrəli "xxxx" qərara əsasən, Firma tərəfindən xx.xx.2020-ci il tarixdə 2020-ci ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş və xx.xx.2020-ci il tarixdə 2020-ci ilin sentyabr ayı üçün təqdim edilmiş cari aksiz vergisi bəyannamələrində bəyan edilmiş vergiyə cəlb olunan istehsal həcmlərinin nəzarət postu məlumatlarına uyğun olduğu müəyyən edilmiş, kameral yoxlama ilə müəyyən edilən vergi məbləğləri şəxsi hesab vərəqəsindən azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə növbəti etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, sonuncu dəqiqləşdirilmə üzrə yeni mübahisələndirilən qərarlarla bağlı iddia tələbini aşağıdakı səbəblərdən əsassız hesab edirlər və razılaşmırlar: vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (91865,29 manat) məbləğdən 76212,46 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********897400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 11 625,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********866100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaimə-faktura (e- VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********639500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 762.85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********611600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100,0 manat vergi məbləği azaldılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100.00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********690800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma nəticəsində 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalara əsasən həmin elektron qaimə-fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208 176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0,00 manat dövriyyə aşkar edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 425 273,50 manat dövriyyə məbləği (dəqiqləşdirilən artırılan və azaldılan dövriyyə məbləğləri nəzərə alınmaqla) göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********892100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 57600.36 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********299700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********058600 nömrəli qərarla bağlı bildirilir ki, 2020-ci ilin avqust ayı üçün aksiz vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği azaldılmış və bu barədə xx.xx.2021-ci il tarixli **********017800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraz ərizələrinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə “avqust 2020-ci il aksiz vergisi üzrə xx.xx.2020-ci il tarixli, **********058600 saylı qərarın ləğv edilməsi” hissəsində cavabdeh tərəfindən “İnzibati şikayətin qismən təmin edilməsi barədə” 06 yanvar 2021-ci il tarixli qərarla “avqust 2020-ci il aksiz vergisi üzrə xx.xx.2020-ci il tarixli, **********058600 saylı qərar” ləğv edilərək iddiaçının tələbi təmin edildiyindən xitam verilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdehin 30 aprel 2020-ci il tarixli, **********540500 nömrəli qərarının surətindən görünür ki, yanvar 2019-cu il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 6915,75 manat təşkil etmişdir. İşdə olan cavabdehin 07 may 2020-ci il tarixli **********608200 nömrəli qərarının surətindən görünür ki, 2018-ci il mənfəət vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 46.244,42 manat təşkil etmişdir. İşdə olan cavabdehin 22 may 2020-ci il tarixli **********866100 nömrəli qərarının surətindən görünür ki, 2017-ci il əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.625,63 manat təşkil etmişdir. İşdə olan cavabdehin 22 may 2020-ci il tarixli **********922200 nömrəli qərarının surətindən görünür ki, iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.013,35 manat təşkil etmişdir. İşdə olan cavabdehin 31 may 2020-ci il tarixli **********485600 nömrəli qərarının surətindən görünür ki, iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.047,01 manat təşkil etmişdir. İşdə olan cavabdehin 31 may 2020-ci il tarixli **********486300 nömrəli qərarının surətindən görünür ki, oktyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.360,85 manat təşkil etmişdir. İşdə olan cavabdehin 31 may 2020-ci il tarixli **********488700 nömrəli qərarının surətindən görünür ki, avqust 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 25.233,46 manat təşkil etmişdir. İşdə olan cavabdehin 31 may 2020-ci il tarixli **********551400 nömrəli qərarının surətindən görünür ki, noyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15,811.38 manat təşkil etmişdir. İşdə olan cavabdehin 31 may 2020-ci il tarixli **********8883500 nömrəli qərarının surətindən görünür ki, sentyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 9.428,22 manat təşkil etmişdir. İşdə olan cavabdehin 08 iyun 2020-ci il tarixli **********611600 nömrəli qərarının surətindən görünür ki, fevral 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 762,85 manat təşkil etmişdir. İşdə olan cavabdehin 05 oktyabr 2020-ci il tarixli **********687000 nömrəli qərarının surətindən görünür ki, iyul 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.194,00 manat təşkil etmişdir. İşdə olan cavabdehin 05 oktyabr 2020-ci il tarixli **********688700 nömrəli qərarının surətindən görünür ki, dekabr 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 31.377,80 manat təşkil etmişdir. İşdə olan cavabdehin 05 oktyabr 2020-ci il tarixli **********689400 nömrəli qərarının surətindən görünür ki, yanvar 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.571,20 manat təşkil etmişdir. İşdə olan cavabdehin 05 oktyabr 2020-ci il tarixli **********690800 nömrəli qərarının surətindən görünür ki, fevral 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 0,00 manat təşkil etmişdir. İşdə olan cavabdehin 02 mart 2021-ci il tarixli **********299700 nömrəli qərarının surətindən görünür ki, dekabr 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 57.600,36 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 yanvar 2021-ci il tarixli "xxxx" qərarının surətindən görünür ki, İddiaçı X5 kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********058600 nömrəli və xx.xx.2020-ci il tarixli **********864800 nömrəli qərarları ləğv edilmiş, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, **********688700 nömrəli, **********689400 nömrəli və **********690800 nömrəli qərarlar qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-233/2022 saylı qərardadına əsasən təyin edilmiş iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/4898 saylı rəy təqdim edilərək bildirilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlrəinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə və bütün yuxarıda göstərilənlərə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablandığı müəyyən olunur. Ekspertiza təyini haqqında qərardadda öz əksini tapmış digər suallarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur, eyni zamanda təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə və Vergi Məcəlləsinin tələblərinə görə 2017-ci ilin sentyabr ayı üzrə büdcəyə 11.956, 56 manat artıq ödəmə müəyyən olunur. Bundan başqa ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı X5 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-233/2022 saylı qərardadına əsasən təyin edilmiş iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/8339 saylı rəy təqdim edilərək bildirilmişdir ki, ilkin ekspertiza tədqiqatı zamanı soruşulan 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat səndələrinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Bakı İnzibati Məhkəməsinin hazırki qərardadı ilə təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan qərarlar üzrə də təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən dövlət büdcəsinə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadı. Beləliklə, ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəmənin qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Rəyin nəticəsinə əsasən təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəmənin qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Cavabdeh tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin 9/8339 nömrəli ekspert rəyinə mülahizə təqdim edilərək bildirilmişdir ki, ekspert rəyi məhkəmə qərardadının məzmunu və əvvəlki ekspert rəyi köçürülməklə yazılmış, hesablama ilə bağlı heç bir fakta əsaslanmayan ümumi sözlərlə rəy verilmişdir. Göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən edilmədiyi qeyd olunmuş, lakin, müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə məlumat qeyd olunmamışdır. Ekspert əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Halbuki, ekspert rəy tərtib edərkən faktlara, sənədlərə və sübutlara istinad etməli idi. Bu isə məhkəmə-mühasibatlıq ekspertizasının mahiyyəti ilə bir araya sığmır. Bununla yanaşı, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə vəsatətlər təqdim edilmiş suallar ekspertiza təyin edilərkən nəzərə alınmamışdır. Həmçinin, məhkəməyə xx.xx.2022-ci ildə təqdim edilmiş etirazdan da, görünür ki, xx.xx.2021-ci il tarixli **********218700 nömrəli "xxxx" qərara əsasən, Firma tərəfindən xx.xx.2020-ci il tarixdə 2020-ci ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş və xx.xx.2020-ci il tarixdə 2020-ci ilin sentyabr ayı üçün təqdim edilmiş cari aksiz vergisi bəyannamələrində bəyan edilmiş vergiyə cəlb olunan istehsal həcmlərinin nəzarət postu məlumatlarına uyğun olduğu müəyyən edilmiş, kameral yoxlama ilə müəyyən edilən vergi məbləğləri şəxsi hesab vərəqəsindən azaldılmışdır. Göründüyü kimi, həmin dövrlər üzrə mübahisələndirilən müvafiq qərarlar hazırda qüvvədə deyildir. Göründüyü kimi, ekspert rəyi tamamilə əsassızdır. Beləliklə məhkəmə ilk öncə cavabdehin ekspert rəyləri ilə bağlı mülahizəsinə münasibətdə həmin ekspert rəyləri ilə razılaşaraq qeyd edir ki, ekspert rəyləri məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Digər tərəfindən, mülahizədə də, qeyd edildiyi kimi, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********218700 nömrəli "xxxx" qərarı ilə 2020-ci ilin avqust və sentyabr ayları aksiz vergisi üzrə hesablanmış vergi məbləğinin düzgün olmaması müəyyən edilərək (hansı ki, ekspert rəyində də, həmin dövrlər üzrə vergi məbləğinin düzgünlüyü müəyyən edilməmişdir) xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlar ləğv edilmişdir. Məhkəmənin qərardadına əsasən iddia tələbinə “avqust 2020-ci il aksiz vergisi üzrə xx.xx.2020-ci il tarixli, **********058600 saylı qərarın ləğv edilməsi” hissəsində xitam verilmişdir. Bu səbəbdən də, sözügedən hal, ekspert rəyinin qeyri-mötəbər qiymətləndirilməsinə əsas kimi göstərilə bilməz. Məhkəmə iddia tələbinin qalan hissələrinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəylərinə əsasən 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat səndələrinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1.Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 400 (dörd yüz) manat təşkil etmiş və iddiaçıdan 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul İddiaçı X4 Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-233/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-233/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver