Məhkəmə qərarları › İş №2-1(112)-2330/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2330/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2330/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı1 cavabdeh X1rşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “X2 29 avqust 2014-cü il tarixli 73 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X4 adına ayrılmış 1300 kv.m torpağın 350 kv.m hissəsinin İddiaçı1, 470 kv.m hissəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi barədə yeni qərarın verilməsi, mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri olan bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş yeni baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın verilməsi, bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “X2 29 avqust 2014-cü il tarixli 73 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X4 adına ayrılmış 1300 kv.m torpağın 350 kv.m hissəsinin İddiaçı1, 470 kv.m hissəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi barədə yeni qərarın verilməsi, mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri olan bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş yeni baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın verilməsi, bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Həmin iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(112)-2330/2021 saylı məhkəmə qərardadı ilə iş üzrə icraat ayrılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-2330/2021 nömrəli iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində işin icraata qəbul edilməsindən sonra, hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, həmin Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdeh X1rşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “X2 29 avqust 2014-cü il tarixli 73 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X4 adına ayrılmış 1300 kv.m torpağın 350 kv.m hissəsinin İddiaçı1, 470 kv.m hissəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi barədə yeni qərarın verilməsi, mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri olan bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş yeni baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın verilməsi, bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar