Məhkəmə qərarları › İş №2-1(112)-2333/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2333/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2333/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Müdafiə Nazirliyinə ünvanladığı ərizələrində xx xxxxxx N97N-ci ildə Laçın rayonu Oğuldərə kəndində anadan olduğunu, Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 22 nömrəli əmrinə əsasən “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək həmin tarixdən kursant vəzifəsinə təyin olunduğunu, N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 93 saylı əmrinə əsasən xx.xx.N994cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün Müdafiə nazirliyinin N saylı hərbi hissə komandirinin sərəncamına göndərildiyini, döyüş əməliyyatları aparan N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabı üzrə hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edildiyini və xidməti davam etdirdiyini, xx.xx.N996-cı il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olduğunu və barəsində cinayət işi qaldırıldığı üçün həmin tarixdə şəxsi heyətin siyahısından çıxarıldığını, həmin cinayət işi ilə bağlı xx.xx.N998-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli amnistiya aktı tətbiq edildiyini və cəzadan azad olunduğunu bildirmişdir. Həmin ərizələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli, xx xxxxxxxx N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə görə N99N-ci ilin oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq nazirliklər tərəfindən “ üharibə veteranı” adı verildiyinin, həmin Əsasnaməyə görə “Müharibə veteranı" adı və M müvafiq veteran vəsiqəsi müvafiq nazirliklər tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verildiyinin ona məlum olduğunu göstərmişdir, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 36 saylı, xx xxxxxx N99N-ci il tarixli Qanununun 2-ci maddəsinə görə “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər” və həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, habelə tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər kimi müddəalarına istinad edərək ona müharibə veteranı statusu və vəsiqəsi verilməsini xahiş etmişdir. İlkin ərizəsinə cavabdeh təşkilatın özü tərəfindən verilmiş cavab məktubuna uyğun olaraq hərbi biletinin notarial təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti, Nazirliyin İşlər İdarəsinin Mərkəzi Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli 9/2/2796 saylı arayışla arxiv arayışının surəti, məhkumluğun olmaması barədə arayış və Şəxsi heyət Baş idarənin xx.xx.2020-ci il tarixli məktubu xx.xx.2020-ci il tarixli ərizəmə əlavə edilmişdir və həmin sənədlər cavabdehin özündə saxlanılaraq İddiaçı qaytarılmamışdır. Zəruri sənədlərin onun tərəfindən təqdim edilmiş olmasına baxmayaraq ona müharibə veteranı statusu və vəsiqəsi verilməsinə dair xahişləri cavabdeh tərəfindən təmin edilməmişdir. Tələb olunan sənədləri təqdimi üzrə onun sonuncu müraciətinə cavabdehin xx.xx.2020-ci il tarixli N/İ- N2722 saylı məktubu ilə də imtina cavabı verilmişdir. (xx.xx.2020-ci il tarixdə poçtla göndərilmiş məktub xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir). Cavabdeh bu imtinanı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirmişdir ki, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 704 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir” kimi cavabla əsaslandırmışdır. İddiaçı hesab edir ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair müraciətindən cavabdehin imtinası əsaslı hesab oluna bilməz və öz müsbət həllini tapmalıdır. Belə ki, o, N994-cü il mayın N0-dək Azərbaycan Respublikasının suverenliyi uğrunda döyüşlərdə döyüş əməliyyatları aparan N saylı hərbi hissənin xidmətini davam etdirdiyini, xx.xx.N996-cı il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olduğunu təsdiq edə bilmişdir. Ancaq heç bir səbəb göstərilmədən onun barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq müraciətindən cavabdehin imtinası heç bir hüquqi əsası olmadığı üçün əsaslı hesab oluna bilməz, əksinə, müraciətinin təmini üçün bütün əsaslar vardır. İddiaçı “Müharibə veteranı” adı verilməməsi onun bir sıra hüquqlarını pozur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı bir sıra imtiyazlardan istifadə edə bilmir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N7.N-ci maddəsinin tələblərinə görə “Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar”. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki,N994-N996-cı illərdə N və N nömrəli hərbi hissələrin tərkibində xidmət keçib və döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İPM-nin 73.3.N-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə». və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə» Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə “veteran adlarının verilməsi ilə bağlı” diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.N-ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti xx xxxxxxxx N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə “veteran adlarının verilməsi ilə bağlı” Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri x xxxxxx N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “«Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. İddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli Amnistiya aktına əsasən Tərtər qarnizonu hərbi prokurorluğunun cinayət işi başlanması rədd etmək haqqında xx.xx.N998ci il tarixli qərarı barədə məlumat var. Burda hər hansı bir bəraətverici əsas yoxdur. Xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.N997-ci il tarixli, 383-İ QR saylı qərarının 9-cu bəndinə əsasən: “qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. İddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.N, 2.N, 3.N və 8.N.3-ci maddələri). İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.N.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın“(cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı laçın rayonu, Oğuldərə kəndində qeydiyyatda olsa da, ünvan 2 mənzil N88 ünvanında yaşayır. Odur ki, iddiaçı haqlı olaraq aidiyyəti üzrə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsiyyət Baş İdarəsi tərəfindən İddiaçı oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, N/İ-N2722 saylı məktubunda qeyd edilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 704 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-2796 saylı arxiv arayışına əsasən, xx.xx.N97N-ci il təvəllüdlü, İddiaçı Laçın RHK-dan çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 22 №-li əmrilə (əsas: §-9,sıra-5N) "sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §- 6,sıra- 7) sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; xx.xx.N994-xx.xx.N996-cı il,səh-48,sıra-447) N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Laçın RHK-nın çağırışçısı, xx.xx.N97N-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 45 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 Nə-li nizami hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxx N994-cü il tarixli N22 №-li əmrilə (əsas: §- 2,səh-44) 7-ci motoatıcı taburda xidmət edən sıravi İddiaçı hərbi xidmətini davam etdirmək üçün madditəminat taburuna keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli 57 №-li yoxlama əmrində (əsas: §-N,səh-4N) İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 59 №-li yoxlama əmrində (əsas: §-N) sıravi İddiaçı adı madditəminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 45 №-li əmrilə (əsas: səh-NN) haqqında cinayət işi qaldırılaraq siyahılardan çıxarılmışdır. İş materiallarına İddiaçı məxsus ******* nömrəli hərbi biletin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-N0709 saylı məktuba əsasən, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)- 7366/2020 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Laçın RHK-dan çağırılmış, xx.xx.N97N-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 22 №-li əmrilə (əsas: §-9,sıra-5N) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §- 6,sıra- 7) sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; xx.xx.N994-xx.xx.N996-cı il,səh-48,sıra-447) N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Laçın RHK-nın çağırışçısı, 25.NN,N97N-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 45 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 №-li nizami hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxx N994-cü il tarixli N22 №-li əmrilə (əsas: §- 2,səh-44) 7-ci motoatıcı taburda xidmət edən sıravi İddiaçı hərbi xidmətini davam etdirmək üçün madditəminat taburuna keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli 57 Nə-li yoxlama əmrində (əsas; §-N,səh-4N) İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 59 №-li yoxlama əmrində (əsas: §-N) sıravi İddiaçı adı madditəminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 45 №-li əmrilə (əsas: səh-NN) haqqında cinayət işi qaldırılaraq siyahılardan çıxarılmışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 0N2-24726N-N220 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, HPN2/725 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.N97N-ci il tarixdə anadan olmuş İddiaçı barəsində Tərtər hərbi prokurorluğu tərəfindən xx xxxxxx N998-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, N992-20N3-cü illərə aid sənədlərin saxlama müddəti bitdiyindən sözügedən şəxs barəsində müvafiq qərarın surətini və əlavə məlumatlar vermək mümkün deyildir. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılarauyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyataalınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində,habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam,Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən,Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı,Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətkeçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüştapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamolunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmətkeçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlıezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüşəməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AzərbaycanRespublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi DövlətMühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxivarayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaqhaqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerliicra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edənsənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş«Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-cimaddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Yuxarıda qeyd olunan qanunvericiliyinin tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyündə gedən döyüşlərdə iştirak etdiyini iddia etsə də, hərbi hissəni özbaşına tərk etdiyindən, barəsində cinayət işə qaldırılaraq şəxsi heyyətin siyahısından çıxarılmışdır. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmədedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyataburaxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçünnormanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan vənəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbixidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi.Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirininmüvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sonaçatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdətutulur.Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zamanzəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeydolunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizamihissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-N4.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnızməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar