Məhkəmə qərarları › İş №2-1(112)-2333/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2333/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2333/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 cavabdeh Suraxanı rayon Polis İdarəsinə qarşı “X2, X1, X3 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra edilmədiyinə görə, müvafiq icra tədbirlərinin görülməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 cavabdeh Suraxanı rayon Polis İdarəsinə qarşı “X2, X1, X3 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək X2, X1, X3 və X4 iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və İddiaçı3 məxsus ünvan 1 ünvanından qediyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İddiaçı3 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2- 1(112)-2333/2022 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün qərarın icraya yönəldilməsinə, yəni Suraxanı Rayon polis İdarəsinə təcili göndərilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Suraxanı rayon Polis İdarəsinə məhkəmə qərarını icra edilmədiyi halda məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə 08 aprel 2022-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Daha sonra məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli 2-1(112)-2333/2022 saylı məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Suraxanı rayon Polis İdarəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubu ilə 2-1(112)-2333/2022 saylı məhkəmə qərarının icrasının təmin olunduğunu bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, məhkəmə qərarının icrası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən xx.xx.2022-ci il tarixli 2-1(112)-2333/2022 saylı məhkəmə qərarının icra edilməsi aşkardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icxra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə qərarının icrası təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə qərarı üzrə başlanılmış icra icraatına xitam verilməlidir. Göstərilənlər əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116, 117, 85-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2333/2022 saylı iş üzrə qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli məhkəmə qərarı üzrə başlanılmış icra icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri. Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar