Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2334/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ödənişsiz məzuniyyətdə olduğu müddətin əmək stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı “xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddətin əmək stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Lerik rayonunda anadan olmuşdur. Əmək kitabçasında göstərilənlərə uyğun olaraq o, xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. Staja görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı müraciət etsə də, pensiya təyinatı orqanı xx.xx.2019-cu il tarixli, **********1 saylı cavab məktubu ilə müraciəti təmin etməmişdir. İmtinanın əsası kimi cavabdeh iddiaçının 1996-cı il tarixdən faktiki olaraq işləməməyini və bunun nəticəsi olaraq 25 il sığorta stajı toplamamağını əsas götürmüşdür. Hesab edir ki, müraciəti təmin etməməklə cavabdeh orqan iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini məhkəməyə bildirməsi tələb edilmişdir. DSMF-nin Binəqədi rayon şöbəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli, **********6 nömrəli etirazında iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********1 saylı məktubda qeyd edilənlər göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi N.Məmmədova tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ona imtina edilmiş, vətəndaşın 1976-cı ildən 2008-ci ilədək işlədiyini iddia etdiyi 2 saylı Evtikmə kombinatının 1996-cı ildən faktiki olaraq fəaliyyətdə olmadığı bildirilmişdir. Həm 19 iyul 1994-cü il tarixli “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununda, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsində ödənişsiz məzuniyyətlərin növlərinin göstərilməsinə baxmayaraq müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı olaraq işçiyə ödənişsiz məzuniyyətin verilməsi imkanı və ya belə bir məzuniyyət növü nəzərdə tutulmamışdır. Bu da onu göstərir ki, iddiaçı 1996-cı il tarixindən xx.xx.2008-ci il tarixindək, yəni 12 ildən çox müddətə ödənişsiz məzuniyyətdə olmamışdır. Çünki öz hesabına məzuniyyətdə olma “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112, 128 və 130-cu maddələri anlamında ödənişsiz məzuniyyət deyil. Beləliklə, 1996-cı ildən xx.xx.2008-ci il tarixədək olan dövrün ödənişsiz məzuniyyət kimi qəbul edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin tətbiq olunması və həmin dövrün sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi yolverilməzdir. Sonda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi etirazda əlavədə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olmaqla xx.xx.1976-cı ildə açılmış İT seriyalı, ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 54 saylı, xx.xx.1976-cı il tarixli əmrlə xx.xx.1976-cı il tarixdən “Bakıbaştikinti” 2 saylı Evtikmə Kombinatına bitirmə sahənin suvaqçı birqadasına 2-ci dərəcəli fəhlə qəbul edilmiş, 95 saylı, xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci il tarixdən ona tarif ixtisas komissiyası tərəfindən 3-cü dərəcəli suvaqçı ixtisası verilmiş, 418 saylı, xx.xx.1978-ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdən 4-cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 978 saylı əmrə əsasən “Bakıbaştikinti” 2 saylı Evtikmə Kombinatının qismən dəyişməsi səbəbindən adı İPİTQB 2 saylı Tİ dəyişmiş, 206 saylı, xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdən 3-cü dərəcəli suvaqçı ixtisası verilmiş, xx.xx.2008-ci il tarixli, 39 nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01/06 saylı arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1976-ci il tarixdə 2 saylı Evtikmə Kombinatına işə daxil olmuş və xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Ə.Z.Qurbanov xx.xx.1996-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəssisənin fəaliyyəti olmadığından ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlakının Özəlləşdirilməsi Qanununa əsasən 2 saylı Evtikmə Kombinatı „Bakı İnşaat-2” Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********1 saylı məktubdan müəyyən edilir ki, onun pensiya təyinatına dair ərizəsinə şöbənin pensiya təyin edən komissiyasında baxılmışdır. Məlimat üçün bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 22-1.2.1.maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır (həmin şəxsin fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə pensiya kapitalının olması şərti ilə). Lakin təqdim edilmiş sənədlərə əsasən sığorta stajının 25 ildən az olduğu və fərdi hesabında pensiya kapitalının olmadığı müəyyən edilmişdir. Belə ki, işləmiş olduğu 2 saylı Evtikmə Kombinatı tərəfindən verilmiş məlumata görə müəssisənin 1996-cı ildən sonra faktiki olaraq fəaliyyəti olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsindən məhkəməyə daxil olmuş 11 sentyabr 2020-ci il tarixli, **********212000 saylı məktubda bildirilmişdir ki, X1 Birliyinin 2 saylı Evtikmə Kombinatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir və cəmiyyət onun hüquqi varisidir. Eyni zamanda, "Bakı İnşaat-2” ASC-nin dövlət reyestr məlumatları aşağıdakılardan ibarətdir: Qurumun adı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti; Qeydiyyata alındığı tarixi: xx.xx.1994-cü il; Əvvəlki dövlət qeydiyyat №: D-957; Təşkilatihüquqi forması: Açıq Səhmdar Cəmiyyəti; Dövlət qeydiyyat № (VÖEN): **********; Maliyyə ili: 1 yanvar - 31 dekabr; Hüquqi ünvanı: AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, məhəllə 3097; Nizamnamə kapitalının miqdarı (ödənilmiş): 5,062,556 manat; Qanuni təmsilçi: X3. Beləliklə, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, pensiya təyinatı orqanı iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılmasına dair müraciətinin təmin olunmasından imtina edərkən onun işləmiş olduğu 2 saylı Evtikmə Kombinatı tərəfindən verilmiş məlumata görə müəssisənin 1996-cı ildən sonra faktiki olaraq fəaliyyəti olmadığına, iddiaçının tələb edilən 25 il ümumi iş stajının olmamasına və fərdi hesabın pensiya kapitalının olmamasına istinad etmişdir. Məhkəmə, iddia ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın tələblərinə görə sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun («Əmək pensiyaları haqqında» Qanun nəzərdə tutulur) qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığorta olunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Beləliklə, mövcud Qaydalar "Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən, ondan sonrakı müddətdə isə sığorta olunanın fərdi uçot məlumatları əsasında müəyyən edildiyini təsbit etmişdir. İşin müəyyən edilən hallarından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının ona pensiya təyinatının aparılmasına dair müraciəti üzrə lazımi səviyyədə inzibati icraata başlamış, ərizəçinin 2 saylı Evtikmə Kombinatında işləməsinə dair dəqiqləşdirmələrin aparılması məqsədilə həmin müəssisəyə sorğu ünvanlamış, müəssisədən gələn məlumata əsasən xx.xx.1996-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəssisənin fəaliyyəti olmadığından müraciət edən şəxsin ödənişsiz məzuniyyətdə olması barədə hüquqi əhəmiyyət kəsb edən məlumat əldə etmişdir. İddiaçının ödənişsiz məzuniyyətə çıxdığı xx.xx.1996-cı il tarixdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində ödənişsiz məzuniyyətlərin verilməsinin 2 qaydası nəzərdə tutulmuşdur: 1) işçilərin arzusu ilə bu qanunda nəzərdə tutulmuş hallarda və müddətdə verilən ödənişsiz məzuniyyətlər və 2) işverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 29-cu maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşdükdən sonra ödənişsiz məzuniyyətlərlə bağlı əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin iddiaçının 2 saylı Evtikmə Kombinatından işdən azad edildiyi tarixdə qüvvədə olan 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Qeyd olunan normaların məzmunundan aydın olur ki, ödənişsiz məzuniyyət işçilərin xahişinə və ya tərəflərin qarşılıqlı razılığına əsasən verilə bilər. Hazırda qüvvədə olmayan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində və Əmək Məcəlləsinin 128-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda işçinin ödənişsiz əmək məzuniyyətindən istifadə etmək hüququ vardır və bu hallar işçiyə öz xahişi ilə ödənişsiz məzuniyyət verilməsinə əsasdır. Tərəflərin qarşılıqlı razılığına əsasən verilən ödənişsiz məzuniyyət isə yuxarıdakı halların mövcudluğundan asılı deyildir və işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə şərtlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən qanunda və Əmək Məcəlləsində ödənişsiz məzuniyyətin leqal anlayışı verilmiş olmasa da, həmin məzuniyyət növünün əsas səciyyəvi cəhəti əmək haqqının ödənilməməsidir. Başqa sözlə, ödənişsiz məzuniyyət işçinin iş yeri (peşəsi) saxlanılmaqla, lakin əmək haqqı ödənilmədən əmək vəzifələrinin yerinə yetirilməsindən azad olunduğu vaxtdır. «Əmək pensiyaları haqqında» Qanunun mətni yuxarıda qeyd edilmiş 1.0.2-ci maddəsinin tələbinə görə iş və digər fəaliyyət dövrlərinin sosial sığorta stajı sayılmasının mütləq şərti isə şəxsin əmək haqqı alması və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “iş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1996-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 2 saylı Evtikmə Kombinatının işçisi kimi ödənişsiz məzuniyyətdə olduğu müddət onun sığorta stajı kimi nəzərə alına bilməz. Mübahisənin mahiyyəti ilə əlaqədar məhkəmə, həmçinin, qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd edilmiş qanunvericilik normasına əsasən 01 iyul 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək olan dövrdə yaş tələbi baxımından pensiya hüququnun yaranması üçün kişilərin 64 yaşının tamam olması tələb olunur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı 64 yaşı 02 mart 2019-cu il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının yaşı ona yaşa görə əmək pensiyası təyinatının aparılması üçün yetərli olsa da, o, tələb edilən 25 il sığorta stajını toplamamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 2 saylı Evtikmə Kombinatının işçisi kimi ödənişsiz məzuniyyətdə olduğu müddət onun sığorta stajı kimi nəzərə alınmadığından iş materiallarında olan əmək kitabçasına əsasən onun ümumi iş stajı riyazi hesablamanın nəticəsi olaraq 19 il 10 ay 15 gün təşkil edir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. İş materiallarında olan iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı Azərbaycan SSR Lerik rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1973-cü il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.1975-ci il tarixində SSSR MN-nin əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçı 64 yaşı tamam olanadək 22 ilə yaxın ümumi iş stajını toplasa da, bu, qanunvericiliyin tələbləri baxımından (azı 25 il sığorta stajı) yetərli deyildir. Məhkəmə, o cümlədən, qeyd edir ki, iddiaçı 64 yaşı tamam olan vaxt ona pensiya təyinatının aparılması üçün tələb olunan ən azı 25 il sığorta stajını toplamamış olsa da, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi müəyyən edir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda, kişilərə yaşa görə əmək pensiyası təyin edilə bilər. İş materiallarından isə müəyyən edilir ki, iddiaçının fərdi hesabında pensiya kapitalı, ümumiyyətlə, mövcud deyildir. Bu nəticə, həm də, belə bir qənaətə gəlməyə əsas verir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 2 saylı Evtikmə Kombinatında əmək fəaliyyəti ilə məşğul olmamış, bu səbəbdən də sığorta ayırmaları aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, pensiya təyinatı orqanın iddiaçının müraciətini təmin etməməsi pensiya qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ödənişsiz məzuniyyətdə olduğu müddətin əmək stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ödənişsiz məzuniyyətdə olduğu müddətin əmək stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5DRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2334/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2334/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver