Məhkəmə qərarları › İş №2-1(112)-2337/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2337/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2337/2020 18.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 , Cavabdehin nümayəndəsi X6, 3-cü şəxsin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “Bakı şəhəri Cavabdeh 11 saylı, 23 yanvar 2017-ci il tarixli və 396 saylı, 25 dekabr 2017-ci il tarixli sərəncamlarının iddiaçıların yaşadığı ərazidə yerləşən mənzillərə aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, hazırlıq icraatının açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının Bakı şəhəri Nəsimi rayonu X4, ev 1, mənzil 65, 66 və 66a saylı mənzillərə aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının Bakı şəhəri Nəsimi rayonu X4, ev 1, mənzil 65, və 66 saylı ünvanlarda yerləşən mənzillərə aid olan hissədə müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2337/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərardadı ilə "xxxx" MTK iş üzrə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2337/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçıların müvəqqəti xarakterli müdafiəyə dair ərizəsi təmin edilməmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 18 fevral 2020-ci il tarixə təyin edilmiş, İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti tərəflərin iştirakı ilə müzakirə edilmişdir. Eyni zamanda iddianın mümkünlüyü məsələsinə təsir edən hallar da müzakirə predmeti olmuşdur. İddiaçılar məhkəmə iclasında iddianın təmin olunmasını xahiş edərək izahatlarında bildirmişdirlər ki, mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının Bakı şəhəri Nəsimi rayonu X4, ev 1, mənzil 65, 66 və 66a saylı mənzillərə aid olan hissədə ləğv edilməsini xahiş etsələr də, yəni sərəncamların tarixi 2017-ci ilə aid olsa da, rəsmi olaraq sərəncamları əldə etməmişlər və həmçinin, onlara aid mənzillər yenicə sökülməyə başlamışdır, bu illər ərzində söküntü aparılmamışdır, bu əsasla onlar iddia qaldırmaq müddətini ötürməmişlər. Cavabdehə qarşı qaldırdıqları iddia əsaslıdır, çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı Qərarı ilə Cavabdeh başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamları ilə qeyd olunan ərazilərdə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsinə əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının ləğv edilmişdir. Belə olan halda, Cavabdeh başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamları əsasında həyata keçirilən tədbirlər qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş edərək yazılı izahatında bildirmişdir ki, iddiaçılar iddia qaldırmazdan öncə inzibati orqana inzibati aktlarının ləğvi ilə bağlı müraciət etməmiş və belə bir müraciətə dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, əlavə olaraq bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş 2(006)-1265/2019) iddiaçı "xxxx" MTK-nin cavabdehlər X11 və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nərimi rayonu, Akademik Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və X13 küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi X7 digər cavabdehlər X3 və X1 ev əşyaları ilə birlikdə; Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1 saylı evin, 66 saylı mənzilinin mülkiyyətçisi İddiaçı1 digər cavabdehlər İddiaçı4, İddiaçı2, X12 ev əşyaları ilə birlikdə "xxxx" MTK-nin vəsaiti hesabına aylıq 1 otaq üçün 350 manat, 2 otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırki yaşayış mənzilləri evlərinin sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti çıxarılmamaları, Bakı şəhəri Nəsimi rayonu, X13 küçəsi 1, qapı 1 ünvanında qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan X15 "xxxx" MTK-nin vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv.m) 30 faiz əlavə edilməklə qeyriyaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması, cavabdeh X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1C saylı evin altındakı 0,00766 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarışın etibarsız hesab edilməsi, habelə qarşılıqlı iddia üzrə X7, X3 və X2 qarşılıqlı idddialarını qismən təmin edilərək, "xxxx" MTK-nin vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqının 350 manat müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Göründüyü kimi, iddiaçılar hal-hazırda mübahisə predmeti olan sərəncamların mövcudluğundan ən azı 19 mart 2019-cu il tarixdə məlumatlı olmuşdurlar. Göründüyü kimi, hazırda iddia üzrə mübahisə predmeti olan qərarlar inzibati aktlar hesab olunur və iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçı tərəfindən hər iki halda (istər 1 aylıq, istərsə də 6 aylıq) iddia qaldırmaq müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili V.Məmmədov iddiaya etiraz edərək, qeyd etmişdir ki, hazırki iş üzrə iddia qaldırmaq müddəti iddiaçılar tərəfindən ötürülmüşdür. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İşin faktiki hallarından aydın olur ki, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 23 yanvar 2017-ci il tarixli,11 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu X13 küçəsi ünvanında yerləşən mövcud yaşayış binalarının sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binalarının, həmçinin qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MTK-nın icarəsinə, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 25 dekabr 2017-ci il tarixli,336 saylı sərəncamı ilə sözügedən ünvanda qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1265/2019, 19.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nn iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən: Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi X11 digər cavabdehlər X8, X5 ev əşyaları ilə birlikdə; Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3 ev əşyaları ilə birlikdə; Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, 1 saylı evin, 66 saylı mənzilinin mülkiyyətçisi İddiaçı1 digər cavabdehlər İddiaçı4, İddiaçı2, X16 ev əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 1 otaq üçün 350 (üç yüz əlli) manat, 2 otaq üçün 400 (dörd yüz) manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri/evlərinin sənədlərinə uyğun olan sahələrinə 50 (əlli) faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələr şərti ilə çıxarılması; Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 1, qapı 1 ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan X15 "xxxx" MTK-nin vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv.m) 30 faiz əlavə edilməklə qeyri yaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması; cavabdeh X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, 1C saylı evin altındakı 0,00766 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarış etibarsız hesab edilməsi; qarşılıqlı iddia üzrə iddiaçılar X7, X3 və X2 qarşılıqlı iddia qismən təmin edilməsi; "xxxx" MTK-nın vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqı 350 manat müəyyən edilməklə, onlar həmin mənzildən çıxarılması; qalan hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9011/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1265/2019, 19.03.2019-cu il tarixli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməsi, onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilməsi, qətnamənin Salamovlara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qərar üzrə 18 dekabr 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçılar Bakı şəhəri Cavabdeh 23.01.2017-ci il tarixli və 25 dekabr 2017-ci il tarixli sərəncamlarını 21.01.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçıların hazırki iddia tələbi ilə mübahisələndirildiyi Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilən sərəncamlar 2017-ci il tarixə aiddir. Həmin sərəncamların iddiaçılara hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçılar Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilən sərəncamların mövcudluğundan 19 mart 2019-cü il tarixdən, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(009)-1265/2019 saylı iş üzrə qətnamə qəbul edildiyi zaman xəbərdar olmuşdurlar. Belə ki, həmin qətnamənin məzmunundan da aydın olur ki, iddiaçılar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(006)-1265/2019 saylı qətnaməsi ilə Nəsimi rayonu, X13 küçəsi 1 saylı evin, 65 və 66 saylı mənzillərdən ev əşyaları ilə birlikdə çıxarılmalarından, həmçinin həmin işin əsasını təşkil edən Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilən sərəncamlarından xəbərdar olmuşdurlar. Göründüyü kimi, iddiaçılar Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilən 23 yanvar 2017-ci il tarixli və 25 dekabr 2017-ci il tarixli sərəncamlarından ən geci 19 mart 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, onlar həmin sərəncamları mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdürlər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən sərəncamın iddiaçılara rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçıların həmin sərəncamlar barədə iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçılar mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar