Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2339/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 059-49178Ə saylı imtina məktubun əsassız sayılması, xx.xx.2003-cü il təvəllüdlü oğlu X12 doğulduğu və doğulan gündən bu günədək yaşadığı ünvan 2 saylı evə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı ev onun və himayəsində yaşayan oğlu xx.xx.2003-cü il təvəllüdlü X12 yeganə yaşayış yeridir. Belə ki, həmin ünvanda yerləşən ev ana babasına məxsus olmuş, 1955-dən babası ailəsi ilə birlikdə qeyd edilmiş evdə yaşayırlar, anası X2 1962-ci həmin evdə anadan olmuş, 1979-cu ildə pasport qeydiyyatına alınmış, anadan olan gündən də bu günədək də istinad edilmiş evdə yaşayır. Həmin evdə 1981-ci ildə o, 1982-ci ildə isə bacısı X8 anadan olmuşuq və doğulduğu gündən bu günədək anasının ailəsinin üzvüləri olaraq qeyd edilmiş evdə yaşayırlar. Hər ikisi qeyd edilmiş evdə 1999-cu ildən possport qeydiyyatına alınmışlar. 2002-ci ildə o, X13 ilə ailə həyatı qurmuşdur, həyat yoldaşı yaşadığı ünvan 2 saylı evə gəlin köçmüş və onlarla birgə nikah münasibətlərindən həmin evdə xx.xx.2003-cü il təvəllüdlü X16 adında bir oğulları anadan olmuş, X13 ilə arasında nikah qeydiyyatı olmadığından hər ikisinin müraciəti əsasında xx.xx.2006-cı ildə Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən oğlu X12 adına atalığın müəyyən edilməsi haqda şəhadətnamə verilmişdir. xx.xx.2008-ci ildə həyat yoldaşı X13 elektrik cərəyanı vurması səbəbi ilə vəfat etmiş, o vaxtdan da bu günədək oğlu onun himayəsində yaşamağa davam edir. Lakin bu günədək heç yerdə qeydiyyatı olmamışdır. Oğlu xx.xx.2003-cü il təvəllüdlü X12 həqiqətən də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 4,173 saylı evdə onun himayəsində yaşaması faktı hazırki ərizəyə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixi i,1009 saylı arayışı ilə təsdiq olunur. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhəri 3 saylı DNK-da təstiq edilmiş anası X3 və bacısı X8 qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 4,173 saylı evə oğlu X14 qeydiyyata düşmələrinə etiraz etmirlər. Hazırda oğlunun 16 yaşı var, hərbi xidmətə getmək üçün hərbi kommisarlıqda qeydiyyata alınmalı olduğu halda ümümiyyətlə bu günədək heç yerdə qeydiyyatı olmadığından hərbi kommisarlıqda qeydiyyata düşə bilmir. Yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 4, 173 saylı ev mülkiyyət olaraq dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin ev onun və ailə üzvülərinin doğulduğu və hər zaman qeydiyyatda olmaqla yaşadığı yeganə yaşayış sahəsidir. Həmin evdə doğulmuş, yaşamış və bu günədək də yaşayan, hazırda xx.xx.2003-cü il təvəllüdlü oğlu X12 da qeydiyyatda alınmaqla şəxsiyyət vəsiqəsi almaq hüququna malikdir. Cavabdehin oğlunun yaşayış yeri üzrə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etməsi kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə doğulmuşdur. - Şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası AZ-İ № 222131 saylı, xx.xx.2013-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə X5 doğulmuş X15 atası hesab edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin AZ- T № 095975 saylı, xx.xx.2019-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası İddiaçı və anası X13 qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin № 348175 saylı, xx.xx.2010-cu il tarixli arayışından görünür ki, X13 xx.xx.2008-ci ildə ölmüşdür. - Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə Nümayəndiliyi tərəfindən verilmiş 1009 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Anası X7 vəfatından sonra oğlu X17 atası İddiaçı himayəsindədir. - Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə Nümayəndiliyi tərəfindən verilmiş 1518 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı və üç ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. - ünvan 6 ünvanında qeydiyyatda olan X6, X1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar xx.xx.2003-cü il təvəllüdlü X14 qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 4 ünvanında yerləşən 173 nömrəli evə pasport qeydiyyatına düşməsinə etiraz etmirlər. - Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 059-49178Ə saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X12 ünvan 6 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onların ünvanına tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 saylı ünvanında qeydiyyat əsasında yaşayır. Hazırda iddiaçı qeydiyyatda olduğu ünvan üzrə yetkinlik yaşına çatmayan uşağının qeydiyyata alınmasını istəyir. İddiaçının qeydiyyatda olduğu və yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı və yetkinlik yaşına çatmayan oğlu həmin evdə qeydiyyatda olan X1 ailə üzvləri olmaqla onunla birlikdə həmin ünvanda yaşayırlar və həmin ünvanda yaşayan şəxslər iddiaçının yetkinlik yaşına çatmayan oğlunun həmin ünvan üzrə qeydiyyata alınmasına etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evlə bağlı order, kirayə müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsə də iddiaçının yetkinlik yaşına çatmayan oğlu faktiki olaraq həmin evdə yaşadığından, eləcə də bununla bağlı mübahisəli hal mövcud olmadığından (bu barədə məhkəməyə məlumat verilməmişdir) iddiaçının yetkinlik yaşına çatmayan oğlunun həmin evə qeydiyyata alınmaması barədə cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı yetkinlik yaşına çatmayan oğlu X12 ünvan 1 ünvanına qeydiyyata alınması cavabdeh Bakı şəhəri, Cavabdehnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan oğlu X12 ünvan 1 ünvanına qeydiyyata alınması cavabdeh Bakı şəhəri, Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2339/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2339/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver