Məhkəmə qərarları › İş №2-1(112)-2339/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2339/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2339/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər 7 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirob küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mərkəzi Hərbi Həkim Komissiyasın 18 dekabr 2012-ci il tarixli, 690 saylı Qərarı ilə, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır" rəyi verilmişdir. İİ qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal-hazırda 60 yaşı var. X4 və Ortopediya İnstitunda və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ aşağı ətrafın, sağ bazu oynağının diz nahiyyəsinin odlu silah zədələnməsi" diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma formasında "Qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitmiş sınığı", "Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması", "Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın funksiya pozulması", “Oynaqların kontrakturası, Sağ aşıqbaldır oynağının deformasiya edici artrozu, kontraksiyası, funksiyasının pozulması ilə ", "Əlin və pəncənin sallanması (qazanılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi" və sairə xəstəlikləri vardır. Bədəninin aşağı hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçirə. İİ qrup əlildir. Ona pensiya təyin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ilin iyun ayından etibarən pensiyası dayandırılıb. Ağır xəstədir. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. Maddi vəziyyəti çox ağırdır. O, 07 yanvar 2013-cü ildə, 09 fevral 2021-ci ildə və 06 may 2021-ci ildə "X4 və Ortopediya İnstitunda stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 1992-ci ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur.Tibb müəssisəsi tərəfindən (7 nömrəli şəhər Poliklinikası tərəfindən) 02 iyun 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0170003AAEB5 saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Bakı şəhər 7 saylı şəhər poliklinikası tərəfindən məhkəməyə etiraz təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 38 nömrəli şəhər Poliklinikasının 06.05.2015-ci il tarixli 4118003AABHJ saylı göndərişi əsasında baxılmış və “Səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı. Aşıq baldır oynağının deformasiya ediciartrozu. kontrakturası.funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 20.05.2016cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı .Aşıq baldır oynağının deformasiya ediciartrozu.kontrakturası. funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının 03.06.2016-cı il tarixli 4118003AACCA saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yarasından sonra sağ baldır sümüklərinin bitişmiş sınığı.Bazunun sınığından sonra qeyri düzgün bitişmiş sınığı, bazu oynağının artrozu, əzələlərin atrofiyası.Aşıq-baldır oynağının deformasiya edici artrozu kontrakturası, funksiya pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80- G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının 02.06.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın ,sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sağ bazu sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması. Hərəkət funksiyasının pozulması. Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu.kontrakturası,funksiyasının pozğunluğu ilə. Sağ yuxarı ətraf əzələlərinin atrofiyası.Sağ aşağı ətraf əzələlərinin atrofiyası,funksiyasının pozğunluğu ilə. Hər iki bud çanaq oynağının koksoartrozu,hərəkətin pozulması,ağrı sindromu ilə. Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısi ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı 30.01.1961-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18.12.2012-ci il tarixli 725 nömrəli Qərarının surətindən müəyyən olunur ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında aldığı və 11.06.2012-ci ildə Xətai Rayon Məhkəməsinin 11.06.2012-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri -diaqnoz: “Qəlpə yaralanmalarından sonra sağ ayaq pəncəsinin iç topuq nahiyəsində, sol dizin ön səthinin və sol sağrının üst-tış kvadratında çapıq toxumaları” (Xətai rayon idarəsinin 22.10.2012-ci il tarixli 3/119 nömrəli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 verilmiş 11.06.2012-ci il tarixli 152 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 13.08.2012-ci il tarixli qətnaməsi, 2 nəfər şahid ifadələri, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin 7.2. maddəsinin a) bəndi. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı 7 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş; - 02.06.2021-cu il tarixli 0170003AAEB5 saylı göndərişində xəstəliyin gedişixroniki; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar=>Y364-Hərbi əməliyyatlar nəticəsində odlu----; əsas diaqnoz; Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın , sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Ağırlaşma S.82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. S42.2 Bazu Sümüyünün boyunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; M24.5- Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə; N62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan artofiyası və üzülməsi, Sağ yuxarı ətraf əzələlərinin atrofiyası Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə; 44.7 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sağ bazu kələfinin zədələnməsi ilə sağ yuxarı ətrafın monoparezi; M16-Koksartroz (bud-çanaq oynağının artrozu), hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə4 M21.3- Əlin və pəncənin sallanması (qazannılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; 120.8 Stenokardiiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ f/s; Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertenziya İİ mərhələ; yanaşı xəstəlik H52presbiopiya, OU-presbiopiya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumatın surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 0170003AAEB5 saylı 11.06.2021-ci il tarixli göndərişlə əlillik əlaməti təyin olunmadığı əsası (diaqnoz əlillik əlaməti təyin etmir) ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 342/2021 saylı (ekspertizanın başlanma tarixi 30 noyabr 2021-ci il, başa çatma tarixi 22 dekabr 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı tibbi sənədlərində qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili qeyri-düzğün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzğün bitişmiş sınığı, artrozu, funksiyasının pozlması, hərəkət funksiyasının pozlması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, sağ yuxarı ətraf əzələlərinin atrofıyası, sağ aşağı ətraf əzələlərinin atrofıyası, funksiyasının pozğunluğu ilə, hər iki bud-çanaq oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədə-sindən sonrakı sinir kələfinin zədələnməsi” hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən Diaqnozda göstərilən xəstəliklərlə əlaqədar xəstəliyin kəskinləşmə fazasında onun reabilitasiya müalicəsinə (medikamentoz, fizotrapiya və idman müalicələrinə)) ehtiyacının yarandığının müəyyən olunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar