Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-234/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) X19, cavabdehin nümayəndəsi X13, 3-cü şəxslər X16 və X9 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üçüncü şəxs - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs - "xxxx" MMC üçüncü şəxs - X16 üçüncü şəxs - X20 üçüncü şəxs - X21 üçüncü şəxs - Heybətova (Ağarzayeva) Bəsti Ağarza qızı üçüncü şəxs - X6 qarşı “çıxarışların ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən digər şəxslərə verilmiş Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3185/2019 saylı 30.10.2019-cu il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMCnin, X16, X20, X21, Heybətova (Ağarzayeva) Bəsti Ağarza qızı, X6 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. (hakim E.Mustafayev) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 14.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X10 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi; cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər X16 və X21 iddianın mümkün sayılmamasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, hazırkı iddia tələbi üç hissədən ibarətdir: -cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X10 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən göstərdiyi torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi; -cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi; -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddia tələbinin birinci və ikinci hissələri il bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli 12.04.2006-cı il tarixli Dşınmaz Əmlakın alqı-satqı Müqaviləsinə əsasən X2 Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri şöbəsi tərəfindən 12.04.2006-cı ildə verilmiş 12605 №-li arayışa əsasən Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsini X1. İş materiallarından görünür ki, 25.01.2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanması Müqaviləsinə əsasən X6 Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsini İddiaçı hədiyyə etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.01.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 03.03.2020-ci il tarixli məktubla bildirmişdir ki, X3 və İddiaçı adlarına torpaq sahəsinin plan və ölçüsü aşkar edilməmişdir, X.Q.İsmayılovanın adına verilmiş çıxarış isə İdarənin arxivində saxlanılmamışdır. İş materiallarında olan 12.06.2020-ci il tarixli Yerində müayinə protokolundan görünür ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi H.Əliyev küçəsində yerləşən) X11 mülkiyyətində olan torpaq sahəsi (eyni ünvan adı ilə qeydiyyatdan keçən) tamamilə ayrı-ayrı yerlərdədir. Həmçinin, mühəndisin şifahi qaydada verdiyi məlumata əsasən iki torpaq sahələri arasında olan məsafə 2 kilometrdən çoxdur. X11 mülkiyyətində olan torpaq (eyni ünvan adı ilə qeydiyyatdan keçən) sahəsinə baxış keçirilən zaman müəyyən edildi ki, torpaq sahəsi dənizə tərəf olan hissədən hasarlanmışdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2828 nömrəli 05.04.2021-ci il tarixli Eskpert rəyində göstərilmişdir: “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə mülkiyyətə verilmiş torpaq sahəsinin yerinin “sxem”lərinin koordinatlarının olmaması, eləcə də sözügedən sxemlərə əsasən naturada ərazini tapmağın mümkün olmaması səbəbindən, JN-26733D saylı şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin, X17 Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən reyestr kitabı 24561, JN 28892D, KOD 00500066 olan 03.04.2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X8 məxsus olmuş 0,12 ha torpaq sahəsinin və X17 Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən reyestr kitabı 25403 D, KOD 00500066 seriyalı, qeydiyyat kitabında 21928 nömrə ilə qeyd edilmiş, 20.10.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 məxsus olmuş 0,12 ha torpaq sahəsinin yerləşmə yerinin harada olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı adına verilmiş seriya ******* saylı, 30.01.2016-cı il tarixli çıxarışın əlavəsi olan plan-ölçü sənədini təqdim edilməməsi səbəbindən həmin 0.12 ha torpaq sahəsinin yerləşmə yerinin harada olmasını müəyyən etmək mümkün olmamışdır.” Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2828 nömrəli 05.04.2021-ci il tarixli Eskpert rəyində göstərilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş, koordinatları müəyyən edilmiş torpaq sahəsinə, X7 adına sahəsi 0,12 hektar reyestr nömrəsi **********63, X9 adına sahəsi 0,12 hektar reyestr nömrəsi **********01, Səfərov Eldar əhmən oğlunun adına sahəsi 0,12 hekatr sahəsi reyestr nömrəsi **********80, X7 adına (ikinci) sahəsi 0,12 hektar reyestr nömrəsi **********20 olan çıxarışlar verilərək mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə X7 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların və həmin qeydiyyatlar əsasında onların adına verilmiş müvafiq çıxarışların ləğv edilməsini tələb etsə də, həmin çıxarışlarla (həmçinin müvafiq plan və ölçü sənədlərilə) X12 ayrılmış torpaq sahələrinin iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Həmçinin, məhkəmə iddia tələbinin birinci və ikinci hissələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin tələblərlə, yəni cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X10 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən göstərdiyi torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi; cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi tələbi ilə əvvəlcə inzibati orqana müraciətinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində (nəzərə alınmalıdır ki, çıxarışda ünvan konkret olaraq göstərilməmişdir) yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsini və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, iddiaçının yerində müayinə zamanı, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən naturada göstərdiyi torpaq sahəsinə dair digər vətəndaşların mülkiyyət hüquqlarını müəyyən edən və müvafiq qaydada qeydiyyata alınan çıxarışları və plan ölçüləri mövcuddur. İddiaçının naturada göstərdiyi torpaq sahəsi üzrə inzibati orqandan plan ölçünün verilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, qeyd edilənlər iddiaçının əvvəlcədən inzibati orqana müvafiq qaydada müraciət etdikdən sonra mövcud çıxarışına əsasən torpaq sahəsinin naturada yerinin müəyyən olunaraq plan və ölçünün verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçı tərəfə kifayət qədər şərait yaradılsa da, iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan müvafiq iddia növünə uyğun dəqiqləşdirilmədiyindən, iddia tələbinin birinci və ikinci hissələrində qeyd edilən tələblərlə iddiaçının cavabdeh inzibati orqana müraciətinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin üçüncü hissədə göstərilən tələb üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-234/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-234/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver