Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2341/2020 11.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işsiz), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi ona pensiya təyin edilməsi üçün xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Turan taxılçılıq sovxozunda xadimə işlədiyini nəzərə almamışdır. Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri Nəzimi rayon şöbəsi imtina edərək işlədiyi dövr barədə arxivdə məlumat olmadığından həmin əlavənin hesablanması mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X5 Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ olduqda müəyyən edilmişdir. Sosial sığorta stajı Əmək və X5 Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və X5 Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və X5 Nazirliyinin 2017-ci il 11 dtkabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları” ilə müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilkdə sığorta stajı 5 ildən az olmayaraq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, sığorta stajı olduqda təyin edilir. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi hərəkətlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi N.Şahgəldiyeva iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İT-İ seriyalı ******* nömrəli, X3 adına açılmış əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, xx.xx.1989-cu ildən xx.xx.2002-ci ilədək Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işində işləmişdir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nəsimi rayon şöbəsinin **********2 №-li, xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasən, İ qrup əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabliyyəti yaş dövrünün hər tam iş stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən staj olduqda təyin edilir. Cavabdehin təqdim etdiyi pensiya işinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin 005880 №-li, “Müayinə aktından çıxarış”a əsasən iddiaçıya xx.xx.2012-ci ildə ümumi xəstəliklə xx.xx.2013-cü ilə qədər ikinci qrup əlillik verilmişdir, əmək qabiliyyətsizdir, Azərbaycan Respublikasının Dövlət X10 Şəki rayon şöbəsinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2002-ci ilə qədər X11 Xidməti İstehsalat İdarəsində işləməsi faktı yoxlanılaraq akt tərtib edilmiş, lakin 1989-cu ildən C.Orconikidze adına taxılçılıq sovxozunun sənədləri yandığı üçün yoxlama aparmaq mümkün olmamışdır, Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki X2 261 №li, xx.xx.2006-cı il tarixli arayışlarına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası xx.xx.2006-cı ildə yanmışdır. İdarə binası yanan zaman C.Orconikidze adına taxılçılıq sovxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri də yanıb məhv olmuşdur, Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2007-ci il tarixli, 06 №-li arayışına əsasən Şəki rayonu Orconikidze adına taxılçılıq sovxozunun əmr dəftərləri və əmək haqqı cədvəlləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilməmidşir, xx.xx.2013-cü il tarixli akta əsasən İddiaçı 1978-1989-cu illərdə Şəki Əhaliyə Xidmət İstehsal İdarəsində işləməsini yoxlayan zaman müəyyən edilmişdir ki, idarənin xx.xx.1978-ci il tarixli, 209 saylı əmrinə əsasən X6 dərzi şagirdi qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 230 saylı əmrlə ixtisas protokoluna əsasən İ dərəcəli dərzi ustası hesab edilmişdir. 1989-cu ilin əmr dəftərləri arxivə təhvil verilmədiyindən işdən çıxma əmrini yoxlamaq mümkün olmamış, lakin əmək haqqı cədvəlləri üzləşdirildikdə 1989-cu ilin may ayında axırıncı haqq hesabı verilməklə iş stajı təsdiqləndi. Akt DSMF-nin Şəki şəhər şöbəsinin pensiya məsəhətçisi Sevil Məmmədova, Dövlət X8 filialının direktori Ramiz Məmmədov, böyük fondlar mühafizəçisi İradə Şərifova tərəfindən imzalanmışdır. Azərbayca Respubikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının məhkəməyə ünvanlanmış 48 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992- 1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində İddiaçı işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli, 02/10-08-23-831 nömrəli məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, “Turan” taxılçılıq sovxozunun arxiv sənədləri Nazirliyin arxivinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci ildə doğulmuşdur, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, xx.xx.1989-cu ildən xx.xx.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləmişdir. İddiaçıya ümumi xəstəliklə bağlı ikinci qrup əlillik təyin edildikdən sonra o, Dövlət X7 Nəsimi rayon şöbəsinə müraciət edərək ona ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın səbəbi kimi iddiaçının qanunvericiliklə tələb edilən əmək stajının olmaması göstərilmilşdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti... İddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, xx.xx.1989-cu ildən xx.xx.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləməsi göstərilsə də işin faktiki hallarına əsasən Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində İddiaçı işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989- 2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci,33-cü, 68-ci, 69-cu, 73-cü, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında əlilliyə görə əmək pensiyasının 1989-2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2341/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2341/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver