Məhkəmə qərarları › İş №2-1(112)-2343/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2343/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2343/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə X2 oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: X2 oğlu cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli qərarının; Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının x xxxxxx 2019-cu il tarixli, **********558500 nömrəli qərarının ləğv edilməsi, şikayətinin tam təmin edilməsi və vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Atatürk parkında yerləşən ictimai iaşə obyektində “Özsüt” restoranında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyətə başladığı gündən vergi qanunvericiliyinin tələblərinə tam riayət etmiş və Vergilər Nazirliyinin müvafiq qurumlarının göstərişlərinə tam əməl edərək vergilərimi sadələşdirilmiş vergi ödəyicisi olaraq vaxtında ödəmişdir. Sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Özsüt” restoranı mövsümü işləyən iaşə obyektidir. Yəni, yay aylarında dövriyyə artır, qış aylarında isə azalma baş verir. 2018-ci ilin avqust ayında, yəni dövriyyənin artdığı bir vaxtda qeyd olunan obyektdə Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən xronometraj metodu ilə müşahidə aparılmış və nəticədə 3.200 manat orta günlük satış dövriyyəsinin olması barədə qərar qəbul edilmişdir. Xronometrajdan sonra Vergilər Departamentinin əməkdaşları onları görüşə dəvət edərək xronometrajin nəticəsinə uyğun olaraq aylıq 8 faiz vergi ödəməli olduqlarını və 8 faiz hesabı ilə sadələşdirilmiş verginin ödəyicisi olmaqlarını onlara bildirmişlər. Onların göstərişləri ilə razılaşaraq, həmin vaxtdan 8 faizlə sadələşdirilmiş vergi hesabatını təqdim edərək ödənişlər etmişlər. Lakin, 2019-cu ilin 1-ci rübündə onlara məlum olmuşdur ki, dövriyyələri iki yüz min manatı ötdüyü üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 tərəfindən 2018ci ilin 3 və 4-cü rübləri, 2019-cu il üzrə məcburi qaydada ƏDV qeydiyyatına alınmış və onlara kameral qaydada vergi hesablanmışdır. ƏDV qeydiyyatına alınmaqları ilə bağlı onlara heç bir xəbərdarlıq edilməmiş və bundan məlumatsız olmuşlar. Şikayət ərizəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Atatürk parkında yerləşən ictimai iaşə obyektində “Özsüt” restoranında aparılmış kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadıqlarını bildirərək, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmişdir. Hesab edir ki, şikayətin qismən təmin edilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli Qərarı əsassız olduğundan ləğv edilməli, şikayət tam təmin edilməli, 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği tam olaraq azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli Qərarı ilə müəyyən edilmişdir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alındığı, əsas fəaliyyətinin “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”ndən ibarət olduğu, xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Park Restoran” adlı (obyektin kodu: **********-15001) təsərrüfat obyektinin uçota alındığı, fərdi sahibkarın xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən isə qeyd olunan təsərrüfat obyektinin qeydiyyatının ləğv olunduğu, Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 xx.xx.2018-ci il tarixli **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasında ünvan 1 ünvanda yerləşən **********-15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə xx.xx.2018-ci il tarixdə tərtib olunmuş VN-214025106 saylı yekun aktına əsasən fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı fərdi sahibkarın təsərrüfat obyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən orta günlük satış dövriyyəsinin 3.660,12 manat (ƏDV-siz əsas məbləğ 3.101,80 manat, ƏDV-si 558,32 manat) müəyyən edilməsinə baxmayaraq 2018-ci ilin oktyabrdekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********403100, xx.xx.2019-cu il tarixli **********602600 nömrəli və xx.xx.2019-cu il tarixli **********286000 nömrəli məktublar göndərilmiş, lakin fərdi sahibkar tərəfindən bəyannamədə olan uyğunsuzluqlar barədə məktuba cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 17.308,01 manat, 2018-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat, 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 15.633,04 manat, 2019-cu ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat və 2019-cu ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 11.724,78 manat əlavə vergi məbləği hesablanaraq, “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli, **********726300 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, xx.xx.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı, fərdi sahibkarın vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövr ərzində 200.000,00 manatdan artıq olduğuna görə xx.xx.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınaraq xx.xx.2018-ci il tarixli **********6 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişi (AVİS qeydiyyatı: xx.xx.2018-ci il tarixli **********787800 nömrəli) göndərilmişdir. Eyni zamanda, fərdi sahibkar tərəfindən 2018-ci ilin 3-cü rübü üçün xx.xx.2018-ci il tarixdə dəqiqləşdirilmiş sadələşdirimiş vergi bəyannaməsinin təqdim edildiyi, qeyd olunan bəyannamənin 801, 802, 803 və 804-cü sətirlərində məbləğlərin əks olunduğu, lakin sonradan fərdi sahibkar tərəfindən qeyd olunan rüb üçün xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, 802 və 803-cü sətrilərdə məbləğlərin əks olunmadığı, lakin 810, 811 və 812-ci sətirlərdə 8 faiz üzrə məbləğlər əks olunaraq bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2018-ci ilin 4-cü rübü üçün xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, qeyd olunan bəyannamənin 809, 810, 811 və 812-ci sətirlərdə (8 faiz üzrə) məbləğlərin əks olunduğu, əks olunan məbləğlərin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən aşağı əks olunduğu, lakin qeyd olunan rüb üçün xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər-hansısa məbləğlərin bəyan edilmədiyi və qeyd olunan bəyannamənin vergi orqanı tərəfindən nəzərə alındığı müəyyən edilmişdir. Əlavə olaraq, xx.xx.2019-cu il tarix qeyri-iş gününə təsadüf etdiyi üçün, fərdi sahibkar tərəfindən 2019-cu ilin 1-ci rübü üçün 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi bəyannaməsi Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə təqdim edildiyi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməli olduqlarını, eyni zamanda, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olduqlarını və bu səbəbdən vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məcburi olan dövrdə 10 gün müddətində sadələşdirilmiş vergi ödəyicisi olması ilə bağlı müraciət etmədiyindən vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu nəzərə alaraq, vergi ödəyicisi x xxxxxx 2019-cu il tarixədək aparılan əməliyyatlar üzrə ƏDV-yə, 2019-cu ildən başlayaraq aparılan əməliyyatlar isə sadələşdirilmiş vergiyə cəlb edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli Qərarında belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi ödəyicisi qalacağı barədə bəyannamə təqdim edilməmişdir. Lakin, illik dövriyyənin həcminin 200.000 manatdan artıq olduğunu bildiyi üçün 2018-ci ilin aprel ayının 20-dək tərəfindən Vergi Orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq barədə bəyannamə təqdim edilmiş və aylıq dövriyyəsinə uyğun olaraq vergilər vaxtı-vaxtında ödənilmişdir. Lakin, ərizəsinin əvvəlində də göstərdiyi kimi, yay aylarında dövriyyə artdığı üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 xx.xx.2018-ci il tarixli **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasında Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 31 ünvanda yerləşən **********-15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə xx.xx.2018-ci il tarixdə tərtib olunmuş VN-214025106 saylı yekun aktına əsasən fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3660,12 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, həmin tarixdən sonra ödəmələrin məbləği artmışdır. Göründüyü kimi, qanun, yəni Vergi Məcəlləsinin 218.2-ci maddəsi deyir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyirsənsə, hər il aprel ayının 20-dən gec olmayaraq bu barədə bəyannamə ver. O, da qanunun tələbinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olması barədə 2018-ci ilin aprel ayının 20-dək müvafiq bəyannamə vermişdir. Cavabdeh inzibati orqan onun tərəfindən əlavə dəyər vergisinin ödənilməli olub-olmamasını araşdırmadan, qəbul etdiyi qərarları Vergi Məcəlləsinin 49.2-ci maddəsinə uyğun əsaslandırmadan, vergi hesablanması hüququnun yaranması üçün obyektiv amillər mövcud olmadan Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş vergi hesablanması mexanizmini tətbiq edərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) məhkəməyə təqdim etdiyi iddiaçının iddia ərizəsinə dair etirazda məhkəmədən X4 Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********848100 nömrəli qərarı və Vergilər Nazirliyinin Apellyasiya Şurasının şikayətin təmin edlməməsi barəd xx.xx.2019-cu il tarixli **********558500 nömrəli qərarının ləğv edilməsinə dair hissədə iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (iddia tələbinin həcminin azaldılması) dair ərizə təqdim edərək, Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının ləğv edilməsi, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, xx.xx.2018-ci il tarixli **********1076 nömrəli qərarına əsasən, vergi ödəyicisində keçirilmiş xronometraj metodu ilə aparılan müşahidənin nəticəsində vergi ödəyicisinin orta günlük dövriyyəsinin 3.660,12 manat olduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2018-ci ilin 4-cü rübü üçün xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər-hansısa məbləğlərin bəyan edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməli olduqlarını, eyni zamanda, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olduqlarını və bu səbəbdən vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məcburi olan dövrdə 10 gün müddətində sadələşdirilmiş vergi ödəyicisi olması ilə bağlı müraciət etmədiyindən vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu nəzərə alaraq, keçirilmiş xronometraj müşahidənin nəticələrinə əsasən vergi ödəyicisinə 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, vergi ödəyicisinin xronometraj metodu ilə müşahidənin nəticələrinə əsasən oktyabr ayı üzrə dövriyyəsi 113.463,6 manat, noyabr ayı üzrə 109.803,5 manat, dekabr ayı üzrə 113.463.6 manat müəyyən edilərək, “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlar qəbul edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş X2 oğlu və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında (hazırlıq və şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının nümayəndəsi və vəkili-Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; fiziki şəxs X7 (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə uçota alınmış, əsas fəaliyyəti “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dən ibarətdir. xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Park Restoran” adlı təsərrüfat obyekti uçota alınmış, fərdi sahibkarın xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən isə qeyd olunan təsərrüfat obyektinin qeydiyyatı ləğv olunmuşdur. Bakı şəhəri X3 xx.xx.2018-ci il tarixli **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasında ünvan 1 ünvanında yerləşən **********- 15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə xx.xx.2018-ci il tarixdə tərtib olunmuş VN-14025106 saylı yekun akta əsasən fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı fərdi sahibkarın təsərrüfat subyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən orta günlük satış dövriyyəsinin 3.660,12 manat (ƏDV-siz əsas məbləğ 3.101,80 manat, ƏDV-si 558,32 manat) müəyyən edilməsinə baxmayaraq 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edlməsi haqqında” xx.xx.2019-cu il tarixli **********403100 nömrəli, xx.xx.2019-cu il tarixli **********602600 nömrəli və xx.xx.2019-cu il tarixli **********286000 nömrəli məktublar göndərilmişdir. Fərdi sahibkar X7 tərəfindən bəyannamədə olan uyğunsuzluqlar barədə məktuba cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla vergi bəyannaməsi təqdim edilmədiyi üçün cavabdeh vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 17.308,01 manat, 2018-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat, 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 15.633,04 manat, 2019-cu ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat və 2019-cu ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 11.724,78 manat əlavə vergi məbləği hesablanmış və buna dair qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli, **********726300 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, xx.xx.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Cavabdeh vergi orqanının apardığı araşdırma zamanı, fərdi sahibkar X4 vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 aylıq dövr ərzində 200.000,00 manatdan artıq olduğu müəyyən olunduğu üçün sonuncu xx.xx.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınaraq, bu barədə ona xx.xx.2018-ci il tarixli **********6 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişi göndərilmişdir. Fərdi sahibkar X7 vergi orqanının qeyd edilən qərarlarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********848100 nömrəli qərarı ilə vergi ödəyicisinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, xx.xx.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmış və qeyd olunan qərarla VN-nin Bakı şəhəri LGBİ-yə aşağıdakılar tapşırılmışdır: fərdi sahibkara rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 2018-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə və 2018-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əlavə vergilərin hesablanmasını təmin etmək; fərdi sahibkarın ƏDV üzrə vergi mükəlləfiyyətinin xx.xx.2019-cu il tarixdən ləğv edilməsini və sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətinin xx.xx.2019-cu il tarixdən aktivləşdirilməsini və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının təmin edilməsi; fərdi sahibkar tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin 3-cü rübü üçün təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 810, 811 və 812-ci sətirlərinin göstəricisiz əks olunmasının təmin edilməsi; bu qərarın 2-ci, 3.1-ci və 3.2-ci və 3.3-cü bəndlərinin icrası ilə bağlı fərdi sahibkarın şəxsi hesab vərəqəsindəki müvafiq düzəlişlərin edilməsinin təmin olunması; “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, “xxxxxxxxxxxxxxxx” MMC-nin, “xxxxxxxxxxxxx” MMC-nin və “X11” MMC-nin fəaliyyət göstərdikləri təsərrüfat obyektlərində xronometraj metodu ilə müşahidələrin keçirilməsi məsələsinə baxılması. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli **********558500 saylı qərarı ilə X4 şikayəti təmin edilməyərək,Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********848100 nömrəli qərarı və Vergilər Nazirliyi yanında Bakı LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarların dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı məhkəmədən Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının ləğv edilməsini, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasını tələb edir. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktların qanuniliyi (mübahisələndirilən hissədə) formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (maddə 37.1.) Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (maddə 37.4). Həmin Məcəllənin 67.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindən istifadə etməklə hesablamaq hüququ vardır: Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2.1-ci maddəsinə sasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata əsaslanaraq hesablamaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabddehin xx.xx.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.2-ci maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Məhkəmə araşdırması zamanı iddiaçı fərdi sahibkar X7 tərəfindən 2018-ci ilin 4-cü rübü üçün xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, qeyd olunan bəyannamənin 809, 810, 811 və 812-ci sətirlərdə (8 faiz üzrə) məbləğlərin əks olunduğu, əks olunan məbləğlərin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən aşağı əks olunduğu, lakin qeyd olunan rüb üçün xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər-hansısa məbləğlərin bəyan edilmədiyi və qeyd olunan bəyannamənin vergi orqanı tərəfindən nəzərə alındığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar