Məhkəmə qərarları › İş №2-1(112)-2343/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2343/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2343/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Ekol Mühəndislik Xidmətləri” qapalı səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1rşı “AAS-Ekol” məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əmtəə nişanının qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin xx.xx.2021-ci il tarixli 25 №-li protokolu ilə təsdiq edilmiş əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarının ləğv edilərək, cavabdehin üzərinə “Ekol Mühəndislik Xidməti” qapalı səhmdar cəmiyyəti tərəfindən təsdiq olunmuş əmtəə nişanının qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı QSC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən təqdim olunmuş əmtəə nişanının qeydə alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin hazırkı iddia ərizəsinə əlavə etdiyi əmtəə nişanı xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 20081219 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin müddəti bitdiyindən QSC tərəfindən həmin şəhadətnamənin müddətinin uzadılması və yaxud yenisi ilə əvəz olunması üçün xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinə iddia sənədi ilə müraciət olunmuşdur. Qeyd olunan Mərkəzin xx.xx.2021 -ci il tarixli bildirişi ilə əmtəə nişanının qeydiyyata alınması rədd olunmuşdur. Həmin bildirişə qarşı "xxxx" QSC tərəfindən xx.xx.2021 -ci il tarixdə 02/03-15/818 saylı etiraz verilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin qərarı ilə əmtəə nişanını qeydiyyata almaqdan imtina olunmuş və imtinanın əsası kimi Mərkəz aşağıdakıları qeyd etmişdir: "Ekspertizanın nəticəsinə uyğun olaraq "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin "a" bəndinə "Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları" əsasən əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən "EKOL" əmtəə nişanının "Əmtəə və xidmətlərin beynəlxalq təsnifatı"nın (ƏXBT) 07-ci, 11-ci, 35-ci, 40-cı və 42-ci siniflər üzrə qeydiyyata alınmasından imtina edilir." Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinin "xxxx" QSC-yə məxsus əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarı əsassızdır. Ən azı ona görə ki, Azərbaqcan Respublikasının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" xx.xx.1998-ci il tarixli, 504-İQ N-li Qanunun 6-cı maddəsinə uyğun olaraq, həmin maddənin 1-ci abzasının bəndlərində göstərilən hallar o vaxt əmtəə nişanını qeydə almaqdan imtina edilməsi üçün əsas ola bilər ki, həmin bəndlərdə göstərilən əmtəə nişanlarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan əmtəə nişanı qeydə alındıqda. Tərəflərindən qeydiyyatı aparılması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzinə təqdim olunmuş QSC-nin "EKOL" əmtəə nişanı eyni tipli xidmətlərə münasibətdə digər hüquqi şəxsin - konkret halda "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyata alınan (və ya Respublikada mühafizə edilən) əmtəə nişanı ilə eyni və ya ona qarışdırılacaq dərəcədə bənzər deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində cəlb olunmuş, xx.xx.2022-ci il tarixli 2-1(112)-2343/2022 saylı qərardadı ilə isə İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı QSC xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək İddiaçı QSC hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən əmtəə nişanının qeydiyyata alınması barədə şəhadətnamə verilərək iddia tələbləri təmin olunduğu üçün 2-1(112)-2343/2022 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, idda tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğu üçün inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə 20221584 №-li şəhadətnamə veilmişdir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Ekol Mühəndislik Xidmətləri” qapalı səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1rşı “AAS-Ekol” məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əmtəə nişanının qeydə alınması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar