Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2343/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində yaşayır), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil),üçüncü şəxs X4 (Ağdaş rayonunda qeydiyyatdadır) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh 5 saylı Bakı “ASAN Xidmət” X3 qаrşı “nikahın qeydə alınması” tələbi bаrədə ərizəsi üzrə inzibati işə üçüncü şəxs qismində X9 göstərilməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” X3 qаrşı iddia qaldıraraq İddiaçı X9 ilə nikahının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək X9 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Cavabdeh ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. İddiaçı bununla razılaşmayaraq bildirir ki, o BMT-nin Qaçqınlar üzrə Ali Komissarlıq tərəfindən qaçqın kimi qeydiyyata alınmış X7 malik olan şəxsdir. Onun şəxsiyyətini təsdiq edən sənəd məhz həmin X5. Bununla yanaşı o İran İslam Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini də cavabdehə təqdim etmişdir. Lakin cavabdeh həmin sənədləri şəxsiyyət vəsiqəsi kimi qəbul etməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdehdən iddiaya etirazın tələb edilməsinə baxmayaarq cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən sərəncam icra edilməmiş, iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək inzibati işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs X9 çıxış edərək bildirdi ki, o iddiaçı ilə nikaha daxil olmuş, ailə kimi yaşayır, bir uşaqları doğulmuşdur.Lakin onların nikahı qeydə alınmır.Üçüncü şəxs X9 çıxışının sonunda iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və iddiaçının nümayəndəsinin və vəkilinin, üçüncü şəxsin çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə nikahın qeydə alınması ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyy ət vəsiqəsi aşkarlanmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. AA1214410 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən üçüncü şəxs Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1994-cü il təvəllüdlüdür. Qaçqının himayə vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür, İran İslam Respublikasının vətəndaşıdır. İran İslam Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı həmin ölkənin vətəndaşıdır. İran İslam Respublikası Daxili İşlər Nazirliyi Ölkə Vətəndaşlıq X1 İdarəsi Şərqi Azərbaycan Vətəndaşlıq X1 İdarəsinin xx.xx.2022-ci il tarixli subayıq arayışına əsasən iddiaçı subaydır. Üçüncü şəxs X4 şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən həmin şəxs xx.xx.1994cü il təvəllüdlüdür və subaydır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin xx.xx.2022-ci il tarixli, 07/132 nömrəli məktubu ilə İddiaçıa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır, İran İslam Respublikasının şəxsiyyət vəsiqəsinə malik olmuşdur və hazırda etibarlılıq müddəti xx.xx.2025-ci il tarixli, üzərində iddiaçının fotoşəklinin olduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinə malikdir, Azərbaycan Respublikasının vətəndaşı X9 ilə nikaha daxil olmaq üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi qüvvədə olan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməməsi, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsinin aşkarlanmaması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 2.4-cü maddəsinə əsasən nNikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağan Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. İşin faktiki hallarına əsasən həm iddiaçı, həm də onun nikaha daxil olmaq istədiyi üçüncü şəxs nikaha daxil olmağa razıdırlar, bu barədə qanunla müəyyən edilmiş qaydada ərizələr cavabdehə təqdim edilmiş, lakin cavabedh qüvvədə olan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməməsi, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsinin aşkarlanmaması əsası ilə nikahı qeydə almaqdan imtina etmişdir. Halbuki iddiaçı İran İslam Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinə malikdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Qaçqınların statusu haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən müstəsna tədbirlərdən istisna Razılığa gələn Dövlətlər xarici dövlət vətəndaşlarının əmlakı və mənafeləri barədə tətbiq edilə bilən müstəsna tədbirləri rəsmən həmin dövlətin vətəndaşları olan qaçqınlar barədə yalnız onların vətəndaşlığını əsas götürməklə tətbiq etməyəcəklər. Bu maddədə ifadə edilən ümumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlər müvafiq hallarda bu cür qaçqınların mənafeyi naminə istisnalar müəyyənləşdirəcəklər Həmin Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndinə əsasən qaçqının şəxsi status onun daimi yaşadığı ölkənin qanunları ilə əgər belə ölkə yoxdursa, yaşadığı ölkənin qanunları ilə müəyyənləşdirilir, 2-ci bəndinə əsasən qaçqının şəxsi status ilə bağlı əvvəllər əldə etdiyi hüquqlara, o cümlədən nikahdan irəli gələn hüquqlarına Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətin qanunları ilə müəyyənləşdirilmiş rəsmiyyət lazım gələrsə, həmin rəsmiyyət icra edildikdən sonra riayət olunacaqdır, bir şərtlə ki, müvafiq hüquq həmin şəxs qaçqın olmasaydı, onun bu dövlətin qanunları ilə tanına bilən hüquqlarından biri olsun. Həmin Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndinə əsasən qaçqınların hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər hansı beynəlxalq qurum onlara bu cür kömək göstərsinlər, 2-ci bəndinə əsasən 1-ci bənddə göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər, 3-cü bəndinə əsasən bu qaydada verilən sənədlər və vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı sübut olunmadıqca etibarlı sayılacaqdır. Lakin cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” X6 qeyd edilənləri – onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə malik ola bilməyəcəyini və təbii ki, onun barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsiyyət vəsiqəsinin aşkarlanmasının mümkün olmayacağını, lakin şəxsiyyətini təsdiq edən sənəd kimi həm İran İslam Respublikasının şəxsiyyət vəsiqəsinə, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş qaçqının himayə sənədinə (fotoşəkilli) malik olmasını, yəni onun şəxsiyyətini müəyyən etmək imkanı verən sənədlərinin olmasını, “Qaçqınların statusu haqqında” Konvensiyanın 8-ci maddəsində bu maddədə ifadə edilən ümumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlərin müvafiq hallarda bu cür qaçqınların mənafeyi naminə istisnalar müəyyənləşdirmək öhdəliyinin olmasını apardığı inzibati icraat zamanı iddiaçının xeyrinə olan hal kimi nəzərə almayaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı X9 ilə nikahının qeydə alınması vəzifəsi cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” X2 üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı X9 ilə nikahının qeydə alınması vəzifəsi cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” X2 üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2343/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2343/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver