Məhkəmə qərarları › İş №2-1(112)-2347/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2347/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2347/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Arzu Cəfər qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsi, xx xxxx N2-ci ildən xx xxxx N2-ci ilə kimi N nömrəli hərbi hissədə xidmət etməsi və döyüş əməliyyatlarda iştirak etməsi faktının təsdiq edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Müdafiə Nazirliyinə ona veteran adının və vəsiqəsinin verilməsi barədə müraciət etmişdir. Tərəfindən arxiv arayışı təqdim olunmaması ilə əlaqadar ərizə geri qaytarılmışdır. Müdafiə Nazirliyi ona cavab verərək Nazirlər Kabinetinin qərarına istinad edərək bildirmişdir ki, veteran adı və vəsiqəsinin verilməsi arxiv məlumatı olduğu təqdirdə verilə bilər. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ona arxiv arayışı verilməsi barədə müraciət etmişdir. Arxiv idarəsi uzun çoxsaylı şikayətlərdən sonra ona cavab verərək bildirmişdir ki, “N () №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 58 №-li əmrində (əsas §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin N-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. İddiaçı arxiv arayışı əlavə edərək yenidən MN-nə müraciət etmiş və bütün sənədləri əlavə etmişdir. Bu dəfə cavabdeh yenidən eyni məzmunda ona cavab verərək, sənədlərin surətlərini, arxiv arayışını təqdim etdikdə iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya şifahi cavab verilərək bildirilmişdir ki, Müdafiə Nazirliyi onun barədə arxiv məlumatları aşkar edilmədiyinə görə müharibə veteranın adının və veteran vəsiqəsinin verilməsi barədə müraciəti təmin edilməmişdir. İddiaçı Müdafiə Nazirliyi tərəfindən verilmiş rədd cavabını qeyri-qanuni, əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.N2-ci ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. N2-ci ilin iyun ayında hərbi hospitalda müalicə almışdır. Müalicə aldıqdan sonra hərbi hissəyə qayıtmışdır. Döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N2-ci ildə N saylı hərbi hissədən ordu sıralarından tərxis olunmuşdur. Sadəcə hərbi biletdə döyüş əməliyyatlarında iştirak etməyi barədə qeydlər olsa da, həmin qeydlərin üzərinə möhür vurulmamışdır. Belə ki, hərbi biletində xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi N saylı hərbi hissədə xidmət etməsi göstərilmişdir. Hətta hərbi biletdə döyüş əməliyyatında iştirak etməsi də qeyd olunsa, möhür vurulması yaddan çıxmışdır. Buna görə iddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.202N-ci il tarixli, NN/N34 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. İddiaçı adına tərtib edilmiş Arxiv Arayışında N () nömrəli hərbi hissə komandirinin N6-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Buna görə də cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibətində göstərmişdir ki, cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, onun xidməti barədə arxiv məlumatı aşkar edilməmişdir. Burada cavabdeh Nazirlər Kabinetinin 422 saylı, xx.xx.20N8-ci il tarixli qərarına istinad etmişdir. Cavabdeh hesab edir ki, sübut kimi yalnız arxiv məlumatın olmasıdır. iddiaçının hərbi biletində hərbi hissədə qulluq etməyi barədə məlumat var. İddiaçının döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edə bilən şahidlər var. Həmçinin, hərbi hospital tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı orada bir müddət müalicə almışdır. Yeganə arxiv məlumatların olması sübut kimi qəbul etməsi Mülki Prosessual Məcəllənin 76-cı və İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinə ziddir. Bundan yeganə sübut kimi arxiv məlumatların olması qəbul edilsə, bu vətəndaşlar arasında ayrı-seçkiliyə gətirib çıxaracaq. Kimin arxiv məlumatları arxivə yerləşdirilib və qorunub saxlanılıbsa onlar veteran adı ala bilərlər. Amma döyüş bölgəsində qulluq etmiş və döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin məlumatları arxivə yerləşdirilməyibsə və ya arxiv məlumatı qorunub saxlanılmayıbsa, onlara veteran adı verilmir. Sübutun predmetini düzgün müəyyən etmək lazımdır. İddiaçı sübut etməli deyil ki, ona verilən cavab yanlışdır, iddiaçı sübüt etməlidir ki, o, döyüş bölqəsində qulluq etmişdir. Sənədləri arxivləşdirmək və arxivi qoruyub saxlamaq iddiaçının işi deyil. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 5/2-4627 saylı arayışında göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin x xxxx N2-ci il tarixli 58 №-li əmrində (əsas- §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №li hərbi hissə komandirinin N-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il N/M-76N4 il saylı məktubundan müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədi Müdafiə Nazirliyinin aparat nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verılməsi” üzrə komissiyanın xx.xx.2020-ci il tarixlı iclasında baxılmış və barəsində müsbət Qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxiv xx.xx.2020-ci il tarixli 9/2-4027 nömrəli arayışında olan məlumatlara əsasən hərbi biletin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi təsdiq olunmadığına hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına gorə məlumatın iddiaçıya aid olubolmaması təsdiq olunmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8ci il tarixli 422 nömrəli Qərarını əsas tutaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli N/M-25N3 saylı, xx.xx.2020-ci il tarixli N/M-6363 saylı məktublarından müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyi qeyd edilməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul olunmasının mümkünlüyü bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli N/M-M-7740 saylı və xx.xx.2020-ci il tarixli N/M-80N8 saylı məktublarından müəyyən edilir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 687 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətininin 7-ci səhifəsindəki N8-ci bəndindən görünür ki, “N6.03 – 08.07.92-ci ildə N nömrəli hərbi-hissənin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur” qeydi imza edilməyərək, üzərində xətt çəkilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.202N-ci tarixli 3N2 saylı məktubdan görünür ki, N96N-ci il təvəllüdlü İddiaçı xx.xx.N979-cu il tarixdə Nərimanov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N979-cu il tarixdən xx.xx.N98N-ci il tarixədək SSRİ SQ-də xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası SQ-də hərbi xidməti barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.202N-ci tarixli 9/2-N953 saylı məktubdan görünür ki, N () №-li hərbi hissə komandirinin x xxxx N2-ci il tarixli 58 №-li əmrində (əsas: §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin 0N-xx xxxx N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli M-4394 saylı arayışından görünür ki, Məmmədov XN rayon Məhkəməsinin xx xxx 20N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.N-ci maddəsinə əsasən N il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə N il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan SSR Bakı şəhəri Nərimanov rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.N979-cu il tarixdə verilmiş, H3 ******* nömrəli hərbi biletin xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı məxsus olması, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alması və hərbi hospital tərəfindən verilmiş xx.xx.N2-ci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edimişdir. - Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. - Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş arayışdan görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi biletin ərizəçiyə məxsus olması, hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” tələbi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılaraq ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-4027 nömrəli arayışında olan məlumatlara əsasən hərbi biletin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi təsdiq olunmadığına, hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına gorə məlumatın iddiaçıya aid olub-olmaması təsdiq olunmadığı üçün, habelə iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətininin 7-ci səhifəsindəki N8-ci bəndində isə “N6.03 – 08.07.92-ci ildə N nömrəli hərbi-hissənin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur” qeydi imza edilməyərək, üzərindən xətt çəkildiyindən iddiaçının hərbi xidmətə qanuni əsaslarla daxil olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının “hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” xəsarələrin məhz döyüş bölgəsində alındıgı anlamına gəlmir, bu barədə də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissəyə qanuni əsaslarla daxil olmasını sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Hakim: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar